"Rübai
karvanı"
Dördlük çələngi silsiləsindən nümunələr
Oqtay Rza,
Şair, əməkdar müəllim
Meşə yaşayırdı gənclik çağını,
Qonaqlar - gündəlik adam axını.
...Taqor söyləmişkən: -Ağac sap üçün
Baltaya
pay verdi öz budağını.
Böyük hind şairi
***
Oxu kəlamını, tövsiyəsini,
Bilik bayrağına çevir Tusini!
Gələcək nəsillər öyrənsin
gərək
Ustadın "Əxlaqi-Nasir" dərsini!
***
Bir ölkə çox kasıb, bir ölkə toxdur,
Bəd xəbər
bağrıma sancılan
oxdur.
Qoçuluq eyləyən dövlətlər
də var,
Niyə Türkiyənin atomu yoxdur?!
***
Məşhur din ocağı qoca
Vatikan
Gah gedib güzəştə, gah tutub divan.
Orta əsrlərin son pilləsində
Axır ki, qadına söyləyib insan.
***
Rəssam,
heykəltaraş, memar...da Vinçi*
Yaradıb yüzlərlə misilsiz
inci;
Beş-altı şeirli bu sənətkara
Şair deməsələr olarmış
incik.
*Leonardo, İtalyan mütəfəkkiri
***
Nə vaxt sirr qapısı
qaçıb, Arximet*,
Elə bil uca dağ
aşıb Arximet;
Üzmə qanunu kəşf
edən zaman
Uşaq tək sevinib, qaçıb Arximet.
Dünyanın hələ də
dərd-səri çoxdur,
Qayğılı axşamı, səhəri
çoxdur.
Batan gəmilərin müsibətindən,
Yaxşı ki, alimin xəbəri yoxdur!
ABŞ da gecəni gündüzə qatıb,
Sorağı ən uzaq ünvana çatıb -
Heç
vaxt təyyarəyə
minməyən Ayzek*
Fəzadan bəhs edən roman yaradıb.
*Məşhur fransız yazıçı
***
Ötsə də çoxsaylı
illər o vaxtdan -
Birinci
"Leyli və Məcnun"lu çağdan.
Necə
sinfoniya, balet hələ də
Od alır muğamat adlı ocaqdan.
***
Tikanlı gül kimi iyniyənlər var,
Bülbülə torağay söyləyənlər
var.
Məhəmməd Füzuli bilsin ki, indi
Salamı mükafat eləyənlər
var.
Bir dayan yadıma
nə isə düşdü,
Yolum dəbdəbəli məclisə
düşdü;
Bir nəfər salamı elə verdi
ki,
Onun çox
hissəsi rəisə
düşdü.
***
Mirzə
Fətəlimiz sanki dağ idi,
Xalq üçün şam kimi yanıb əridi;
Bir vaxt tabutunu qaytarmışdılar,
Şəkidə heykəli ucalır indi.
***
Cüt bacılı - deyil qardaşları Munis*,
Ölkədə bəlkə az adaşlı Munis.
Nənənin, ananın qalmaqalına
Baxıb hey gülürdü dörd yaşlı Munis.
*Munis
***
Çətin məqamlarda özünü
sına,
Qütbdə dolaşıb gəz
yana-yana;
De ki, çox yaraşır doqquz cür iqlim
Sərvətlər ölkəsi Azərbaycana!
Siyasət söz açır
əyridən, haqdan,
Keçmiş zəmanədən, gələcək
çağdan.
... Xanım-Prezident Akino* deyib:
"nənəlik üstündür rəhbər
olmaqdan".
*Filippində
***
Verin Dəyanətə gül qucaq-qucaq,
Şəmsi Vəfadarın oğludur
qoçaq;
Nüfuzlu iqtisad tələbəsidir,
Bəlkə maliyyəçi, nazir olacaq?!
***
Xəyalım yol gedir London tərəfə,
şeirlə yüksəlib
uca şərəfə
-
Bernm-Krallığın böyük şairi
Boşanıb-evlənib yeddinci dəfə.
***
Süzür xəyalımda göy
atın, qardaş!
Köçüb ömürlərə həyatın, qardaş!
Adı bilinməyən oğlusan
elin,
Vətən kəlməsidir soyadın,
qardaş!
***
Gözüm zəifləyib çeşmək
istəyir,
Bu gənc eşq odunda bişmək istəyir;
...Cənab həmsədrlər*
nağıl uydurub,
Ginnes kitabına
düşmək istəyir.
*Minsk qrupu
***
Bü büro balaca senat kimidir,
Bu tənqid adamı
fanat kimidir.
Səksən yaş otuz min günə bərabər,
Səksən yaş otuz min kitab kimidir!
***
Sözünü çox rəvan,
səlis deyir o,
Nə
"əla", nə
"yaxsı", nə
"pis" deyir o,
Bir zaman İliçi tərifləyirdi,
Bu gün Məhəmməddən
hədis deyir o.
Ədalət 2017.- 1 sentyabr.-
S.11.