Mirzə Ələkbər Məmmədquluzadə
kimdir?
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
(əvvəli
qəzetimizin 26 avqust sayında)
Bir ay sonra- may ayının əvvəlində,- Ələkbərin məhkəməsi
ərəfəsində Həmidə
xanım bərk xəstələnir. Bu barədə
özü xatirələrində
belə yazr:
"Elə ağır
xəstə idim ki, məni xəstəxanaya
aparmaq belə qorxulu idi. Odur ki, mayın 13-də Tiflisin ən yaxşı həkimləri yığılıb
cərrah Kimontun başçılığı ilə evdə məni aperasiya etdilər.Aperasiyadan sonra da hərarətim aşağı düşmədi,
əksinə, qanım
da zəhərləndi.
Həkimlərin konsilimu ikinci
dəfə aperasiya etmək qərarına gəldi. Ürəyim zəif olduğu
ücün bu dəfə narkozsuz aperasiya etməyi məsləhət gördülər.
Mən Cəlili cağırıb
vəsiyyət etdim.
Bu vaxt onun
gözlərindən yaş
damcı-damcı tökülür,
o, danışa bilmir,
ancaq əlimi tumarlayırdı. Cəlil teleqram
vurub qohumlarımı
və Ağaları çağırtdırdı.Onlar gəlib mənimlə vidalaşdılar Mirzə
Cəlildən və uşaqlardan muğayət
olmağı onlara tapşırdım."
Sevimli həyat
yoldaşı Həmidə
xanım ölüm ayağında, ağır
yataq xəstəsi. Qarşıda isə qardaşının
məhkəməsinə cağırış.
İki yol ayrıcında qalmışdı.Həmidə xanım təkidlə Mirzə Cəlili qardaşı Ələkbərin
dalınca İrəvana
göndərdi. Çünki
məhkəmə İrəvanda
olmalı idi.1911-ci il, may ayının axırları idi. Mirzə Cəlil dərin nigarancıliq icində İrəvana gəldi.Qardaşından . həyat
yoldaşından nigarançıliq
üstəlikdə yol
yorğunu olmsı onun tamam əldən
salmlışdı. əvvəl bir başa faytonu öz bacarığı ilə yaxşı tanınmış vəkil
Məlik Ağamalovun kantoruna sürdürdü.
Faytondan düşüb
vəkilin iş otağına kecdi. Məlik Ağamalov onu görən kimi yerindən dik qalxıb Mirzə Cəlilin qarşısına
gəldi.
-Xoş gəlmişsiniz, Mirzə xoş gəlmisiniz
-Xoş gününüz olsun Mirzə nə xəbər var işdən?
Narahat olmayın Mirzə inşallah hər şey yaxşı olar,xətircam ol. Bu işdı
başqa vəkil yoldaşımda mənə
kömək edib, lazimı sənədləri
hazırlayıb məhkəmə
qarşısında iddia
qaldırmışıq, mən
bilən nəticəsi
yaxşı olar.
- Nə deyim Mirzə,
Allah köməyimiz olsun,
məhkəmə nə
vaxtdır.
-Bu gün günortadan sonra, saat 3- də başlayacaq
Doğrudan da həmin günü
saat 3-də məhkəmə
başladı. Başqaları kimi Mirzə
Cəlil də məhkəmə zalına
kecdi. Hər iki vəkil
əvvəlcədən kecib
öz yerlərini tutmuşdu.
Məhkəmə sədri ilə bərabər məhkəmə
üzvləri ilə zala daxil olaraq
üz yerlərine daxil oturdular mehbus ələkbəridə
zala gətirdilər müjdə cəlil istəkli qardaşını
əli qandallı görəndə ürəyində
qara qanlar axdı, gözləri dolmasından özünü
güclı saxladı.
Proses başladı. Məhkəmə sədri rus
da olsa çox
nurani, xoş xasiyyət, ədalətli
bir adama oxşayırdı. Məhbus
Ələkbər Məmmədquluzadəyə
verdiyi suallarda və ara
sıra danışığında
da bu acıq
- aşqar hiss olunurdu.
Məhkəmə iki gün çəkdi. Məhkəmənin
sonunda hakim verdiyi:
- Məhbus Ələkbər
Məmmədquluzadə özünüzü
günahkar birirsinizmi?,-sualına Ələkbərin
cavabı zalda əyləşənlərin eləcədə
hakimin xoşuna gələrək işin yaxşı həllinə
qüvvətli təkan
oldu:
- Cənab hakim, bizdə el məsəlidir: "Qul xətasız, ağa kərəmsiz olmaz". Şübhəsiz ki, mənim
də günahım var, ancaq sizin
kərəminizə, ədalətinizə
güvənib deyirəm
ki mən nə etmişəmsə xalqımın azadlığı
yolunda etmişəm.
Arazın o tayıda, bu
tayıda mənim vətənimdir, xalqımdır.
Sərhəd dirəkləri tikanlı
məftillər bir xalqı iki yerə bölsədə onu bir-birindən ayıra bilməz, bizim canımız da, qanımız da birdir. Siz istərsiniz ki, böyük Rusiya, rus xalqı iki yerə bölünsün?!
Hakim çiyinlərini çəkdi. Haqlı sözə nə
deyəsən?! Ələkbərin
vətənpərvərliyi eləcədə vəkillərin
iş birliyi quraraq əvvəlcədən
işi nizama salması, həmçinin
cəmiyyətdə böyük
nüfuz sahibi olan, hökumət dairələrini bərk narahat edən "Molla Nəsrəddin" jurnalının naşiri Cəlil Məmmədquluzadənin
məhbusun qardaşı
olması, hakimi istər-istəməz böyük
bir addım geri çəkilməyə,
gözlənilməz güzəşt etməyə
sövq etdi. Ələkbərə cəzasını
Şuşa həbsxanasında çəkmək
şərti ilə cəmi iki ay həbs cəzası verildi. Üstəlikdə onun əlindən
qandalını açıb
Mirzə Cəlilin zaminliyinə verdilər.
Hər iki qardaş qucaqlaşıb öpüşərək
adamların mehriban nəzərləri altında
məhkəmə zalını
tərk etdilər.
Mirzə Cəlil qardaşını
özü ilə Tiflisə gətirdi.Bir neçə gün burda qalıb dincələndən sonra onu kəhrizliyə yola saldı.
Kəhrizlidə adamlar Həmidə xanımın qaynının
həbsdən gəldiyini
eşidib dəsdə-dəsdə
onlara gələrək
Həmidə xanıma
göz aydınlığı
verdilər.Həmidə xanım
yataq xəstəsi olduğundan onun tapşırığı ilə
xidmətçilər və
yaxın qohum qonşu qöz aydınlığa gəlib
gedənlər üçün
şadyanalıq süfrəsi
açdılar.
Bir neçə
gün dincələndən,
gəlib-gedənlər səngiyəndən
sonra Ələkbər
Həmidə xanımın
təsərrüfat işləri
ilə məşğul
olmağa, neçə
vaxtdan bəri başsız qalan işləri sahmana salmağa başladı. Dəyirmana gedir,
əkinlərin becərilməsi,
taxıl biçininə
hazırlıqla günləri
keçirirdi. Həm də
camaata elə qaynayıb qarışırdı
ki kənddə hamı xatirini çox istəyirdi.
Bir qədər
işlər sahmana düşəndən Həmidə
xanım tamam sağalandan sonra özü fayton tutub Mirzə Ələkbəri Şuşaya,
həbsxanaya aparır. Həmidə
xanım özü bu barədə yazır:
"Ələkbər həbsxanaya getməkdən
ehtiyat edirdi, mən onu güc-bəla
ilə faytona oturdub aparırdım. Bütün yol
boyu gözüm onda idi, qorxurdum
ki, düşüb qaçar. Mən hər gün
onunçün həbsxanaya
yemək göndərirdim.
Həbsxana həkimindən xahiş
etmişdim ki, onun səhhətinə nəzarət etsin, xəstəliklərini müalicə
etsin".
İki aylıq
həbs cəzasını
çəkəndən sonra
Mirzə Ələkbər
yenə də qayıdıb Kəhrizliyə
gəlir. Hökumətin diqqətindən yayınmaq üçün
mərkəzdən kənarda,
hələlik kənddə
yaşamağı daha
məqsədə uyğun
hesab edir. Ancaq burada da bekar
qalmır, təsərrüfat
işlərində Həmidə
xanımın ən yaxın köməkçisi
olur.
Mirzə Ələkbər Kəhrizliyə ilk gəlişindən camaatla xoş ünsiyyət qurmuş, şirin, məzəli söhbətləri, xoş rəftarı ilə onların diqqətini çəkmişdir. Həmidə xanım xatirələrində qeyd edir ki, bir dəfə kənddə Kərbəlayi Cəfərin qızının toyu idi. Biz ailəliklə orada idik. Mirzə Ələkbərdə bizimlə idi. Adamlar bilirdi ki onun çox gözəl səsi var. Odur ki, dəfələrlə xahiş edib onun oxumasını istədilər ancaq Ələkbər oxumaq istəmirdi.Birdən Mirzə Cəlil ney çalana yaxınlaşıb onun neyini alıb çalmağa başladı. O, ovurdunu şişirdib qəribə görkəm alırdı. Sən demə məqsədi qardaşını oxutmaq imiş. Doğrudan da Mirzə Ələkbər gəlib qardaşının yanında oturaraq qabalı əlinə alıb oxumağa başladı. Onun şirin, yanıqlı səsi hamının qəlbini sehirlədi.
Ələkbər hərdən Həmidə xanımın Mirzə Cəlillə açdığı məktəbdə başqa müəllimlərlə bərabər şağirdlərə dərs də keçirdi. Maraqlıdır ki, həmin məktəbdə dərs keçən müəllimlərdən rus qızı Olqa Kulakova, Qori seminariyasının məzumu Salman Əlibəyov və Həmidə xanımın bağbanı Gürcüstan vətəndaşı Şapaşidze də inqilabçı imişlər. Hökumətin nəzər-diqqətindən uzaq olmaq üçün gəlib belə ucqarda məskunlaşmışdılar. Onların içərisində bir inqilabçı kimi cəsarətli xidməti ilə daha çox diqqət çəkən Salman Əlibəyov (1877-1919) idi. O, inqilabı əhval-ruhiyyəsinə görə seminariyadan yarımçıq çıxarılmış, 1905-ci il inqilabı dövründə Qarabağın Cavanşir qəzasındakəndli hərəkatına başçılıq etmişdir. 1917-1919-cu illərdə bir inqilabçı kimi xüsusi ilə qızğın fəaliyyət göstərmiş, 1919-cu ildə qaragürühçu bəylər tərəfindən qətlə yetirilmişdir. Sovet hökuməti onun adını əbədiləşdirmək üçün Kəbirli mahalına aid olan kəndlərdən birinə,- Salmanbəyli kəndinə onun adını vermişdir.
1920-ci ilin yazında bolşeviklər XI Qızıl ordunun müşayəti ilə Bakıya daxil oldu. Müsavat hökuməti zorla qanuni hakimiyyətdən uzaqlaşdırıldı. Yeni quruluş isə hələ bərqərar olmadığından ölkədə özbaşnalıq, hökm sürürdü.Yaşlı adamların dediyinə görə bu ərəfədə ölkədə dərəbəylik hətta o həddə çatmışdır ki, qadınlar , uşaqlar gündüz də evdən bayıra, kücəyə çıxa bilmirdilər.
Belə bir vaxtda Mirzə Ələkbər Naxçıvandan Tiflisə, sonra isə Kəhrizliyə gəlir.Mirzə Cəlillə Həmidə xanıma təklif edirki müvəqqəti olaraq Təbrizə köçsünlər.Jurnalı da orada nəşr etdirərlər.Mirzə Ələkbər öz fikrində israr edərək deyirdi:
"Hazırda Təbrizdə hökümət demokratların əlindədir , onlar bizi sevinclə qarşılayacaqlar.Biz orada "Molla Nəsrəddin" jurnalının nışçrini davam etdirərik və bu, şübhəsiz gözəl nəticələr verər.Sovet höküməti Azərbaycanda möhkəm bərqərar olduqdan sonra mütləq sizi yada salıb. Molla Nəsrəddinin dəvət edəcəkdir. İndi isə dayanmayıb getmək lazımdır, mən sizin təhlükəsizliyinizə cavabdehəm".
Beləcə Ələkbərin inadcıl təkidi ilə Mirzə Cəlilgil yır-yığış edib,1920-ci il iyun ayının on üçündə vətəndən-vətənə,- Təbrizə yola düşdülər.Həmidə xanım xatirələrində yazır:
"Mirzə Ələkbər etiqadla inandığı bir şey haqqında qəti inamla danışar, iradəsindən dönməz, kimsədən nə qorxar, nə də çəkinərdi.Onun gətirdiyi sübutlar nəticədə bizi yerimizdən elədi, yığışıb yola düşdük.Uzun əzab-əziyyətlərdən sonra Araz çayını Xudafirin körpüsündən keçib İran torpağına daxil olduq. Mirzə Ələkbər geriyə dönüb o tərəfdə qalan faytonu, arabaları və mal- qaranı da gətirdi. Hamımız bərk sustamışdıq. İlıq və bulanıq suyu başımıza çəkib atəşimizi söndürdük.
(ardı gələn
sayımızda)
Şirxan Aranlı
Yazıçı,
publisist, AYB-nin üzvü
Ədalət 2017.- 1 sentyabr.-
S.4.