AĞASƏFA

ŞƏHƏRGƏ

 

Mənim baba yurdum, ey köhnə Bərmək!

Çətindir şerimdə ruhunu görmək.

Düşmüş kitablara hansı mənzərən?

Bir sirr sandığıdır hər məchul dərəng

 

Bura qədim yurd yeri:

Şəhərgəg

Daşları da qovrulmuş,

Külü göyə sovrulmuş

Ocaq yeri, od yeri:

Şəhərgəg

Süpürür duman yeri,

Suvarır bulud yeri:

Şəhərgəg

vaxt uyuyub-yatmış?

Tarixin yaddaşında

Ünvanı-adı batmıq:

Şəhərgəg

Dərələr arasında

Duman ümman kimidir,

Şəhərgə

Elə bil ki,

Yorğun liman kimidir.

Yatır ümman içində,

Yatır duman içində,

Yatır guman içində

 

Yaxası dağım-dağımg

Sığınıb oturduğum

Bu daş - lay divar daşı.

Yurdumun ağır daşı,

Yurdumun ağrı daşı,

Torpağın qubar daşı.

O ətəkdən sallanan

O qayanın qardaşı.

Bir çiyni yer altında,

Bir çiynində çat yeri.

Böyrü fikir meydanı,

Min cürə ovqat yerig

Çiyin-çiyinə yatmış

Daşlar duman çində

Qurcalanır gözümdə.

Qayalar xıncımlanır,

Parçalanır gözümdə.

Dağlar qalxır, yellənir,

Haçalanır gözümdəg

Sıra-sıra daşların

Qabarır köksü deyən.

Bu qabaran daşların -

Bu düşünən başların,

Bu kəsilən başların

Başlanır rəqsi, deyən.

Çiyin-çiyinə daşlar -

Çiyin-çiyinə başlar,

Dindirsəm, sözə başlarg

Sığınıb oturmuşamg

Çiynimi sıxır hərdən

Bu yer daşı, göy daşı.

Dizləri yerə batmış

Yurdumun Antey daşıg

 

Gözlüyümün gözündən

Duman süründü, getdig

Dərəyə endi, getdig

Gözlüyümün gözündən

Min il keçdi bəlkə .

Elə bil ulularla

Min ildir ki, yatmışam,

Batmışam Şəhərgədə.

Bu xaraba içində

Mən ulu bir daşamg

Yatmışdım, oyanmışamg

Səngər dağı Günəşi

Ən qiymətli ləl kimi

Çıxartdı öz cibindən.

Min illik heykəl kimi

Qalxdım daşın dibindəng

 

Çıxdım daşın dibindəng

Mən - daş insan, daş adam.

Bu dağlarla qardaşam,

Bu dağlarla yaşıdam.

Mən qərib daş deyiləm,

Yurdumda halal daşam.

Bu bulağın gözündə

Bir ləl daşam, lal daşam.

Önümdən ötüb keçir

Bu uzun karvan yolu,

Bu yanı dərbənd yolu,

Bu yanı Şirvan yolu.

Bu solda, o sağında -

Yol üstündə Şəhərgəg

Bəlkə ilkin çağında

Karvanlara düşərgə?

Bu təpələr elə bil

Karvansara önündə

Xıxırdılmış dəvələr.

Diz üstündə dəvələr

Gəvənləri gəvələr.

Ömür sırası bitmiş

İnsanlar hara getmiş?

Bax, o çığır, bu cığırg

O cığır dağdan enir,

Bu cığır dağa çıxır.

Görünür Dübrar dağı -

İki qardaş yanaşı.

Bir-birinə arxadır,

Bir-birinə yaraşır.

Bu yastana gül-çiçək,

Çökəktid o astana.

Bu dolayı dolan get,

Dönrsən Qobustana.

O görünən dağ var ha,

Üzəngiyə ayaq bas,

Qaşdasan - qılıncdasan,

Yolu çaşıb-azmasan,

Axşama Lahıcdasan.

Çıraqqala belədə,

Buğurt qalası orda,

Bir od qalası orda,

Bir mərd qalası orda,

Bir qurd qalası ordag

Buy an Quba, Qonaqkənd,

Şah dağ öz şahlığındag

Ağrıları səngiyən

Sözəbaxmaz ürəyim

Bir uşaq şuxluğunda.

Götürəsən heybəni,

Düşəsən bu cığıra,

Kəsəsinə gedəsən,

Neçə günlük yol olar?

Yol üstündə - obalarg

Yol üstündə - qalalarg

 

O nərdivan qayaya

Ayaq qoy, dırman göyə.

Əlini günlük elə,

Qoy gözünün üstünə,

Yaxşı bax Şəhərgəyə.

Bir kağız-qələm götür,

Nəqşəsini özün çək.

Bu daşdan o döşəcən

Divarını uzun çək.

Özüllərin üstünü

Torpaq örtüb, ot basıb.

Orda cincilim bitib,

Burda qanqal topası.

Elə bil ki, yer udub

Hamar-hamar daşları.

Evlərin yeridirmi

Torpağın qırışları?

Durub baxır, baxırsan,

Min yerə çəkir güman.

Bura xırman yerimi,

O yanda da dəyirman?

Təpələrin təpəsi

Hamarlanmış, ölçülü.

Bəlkə burda dururmuş

Keşikçinin öncülü?

Haçan dağılıb bura,

Qalaq-qalaq daş qalıb.

Yurdun xəritəsində

Niyə bura boş qalıb?

Yanıb külə dönübmü,

Daşlar qaralmış qalıb?

Bu - bəlkə şah sarayı,

Bəlkə yetim daxması?

Əsrlərdən bəridir

Elə çöküb-itib ki,

Lap diqqətlə baxmasan,

Bilməzsən yurd yeridir.

Bulağın adı dərhin,

Dərhin - bəlkə Dər Hun -

Bəlkə Hun qapısı?

Üşüdür əllərimi,

Sərinlədir qabı sug

Bax, burdan orayacan,

Göz-göz, daşdan yonulmuş

Gözəl novları vardıg

Ay əlləri qurumuşg

Kim qıydı, kim apardı?

 

Gözəgörünməz olub

Gor qazıb, gor eşənlər,

" yoğurdum, yapdım,

Hazırca kökə tapdım!" -

Sevdasına düşənlər.

Ulu məzarlıqları

Eşim-eşim eşənlər -

Bu namərd goreşənlər

axtarır, gəzir?

İskəndər xəzinəsi

Səngər altında imişg

Lağım-lağım eşmisən,

Tapdınmı, ay görməmiş?

Partladılıb, qırılıb

Xırman boyda tava daş.

Suyu azıb bulağın,

Quruyub gözündə yaş.

 

Bax, bu daşın altında

Şəhərgəyə keşikçi

Yeddi qardaş ilan var.

Onlarda məkr var,

hiylə, yalan var.

Balasına toxunma,

Qardaşına toxunma,

Lap yanında uzan yat.

Məni ilan olmağa

Həvəsləndirir həyat.

Tək yaşaya bilmərəm,

Lap yeddi başım ola.

Kaş bu ilanlar kimi

Bir ocağın başında

Yeddi qardaşım ola.

Bu ulular yurdunda -

Şəhərgədə yaşayam.

Görsünlər bu torpağın

İlan vətəndaşıyam.

Bir ilan - dahi olam,

Bir ilan - düha olam.

Bu torpaqdan güc alam,

Bu torpaqda qocalam,

Dönəm, əjdaha olam.

Ola ilan qeyrətim,

Ola ilan dözümüm.

Bu qayaya, bu daşa

Hər gün sürtəm üzümü.

Hər il çıxam qabıqdan,

İllər keçə, qarıyam.

Bu Vətəni, buy urdu

Hər nadandan qoruyam,

Hər vəhşidən qoruyam,

Hər naşıdan qoruyam,

Hər namərddən qoruyam,

Nakişidən qoruyamg

 

 

***

Bu imiş Müşfiqə divan

Mikayıl Müşfiq abidəsinin müəllifi Münəvvər

xanım Rzayevanın ruhuna ehtiramla

Biz qurduq əbədi olsun,

Bir ömrün mabədi olsun

Bir sənət məbədi olsun,

Çıxdı bir nadan... dağıtdı...

Sən ha su tök, arxa sızdır,

Nadan qanmaz, qəlbi buzdur.

Gördü Müşfiq arxasızdır,

Xəlvətdi meydan...dağıtdı.

Səpindən qırılan quşdu,

Yorulub yolda durmuşdu.

Müşfiqsevərlər qurmuşdu,

Gəldi bir şeytan... dağıtdı.

Balta sapı bizdən olan,

Nadanı tutmazmı bu qan?

Bu imiş Müşfiqə divan,

Bu imiş edam... dağıtdı.

Şəst ilə bığını eşdi,

Müşfiqi yıxdı...gərnəşdi...

Otuz yeddidən gəlmişdi

Yəqin bu adam ... dağıtdı.

 

***

Divar hörürəm

Divar hörürəm,

Əlimin altında

var - hörürəm.

Kərpic-kərpic

Kitab göndəriblər

Qrafomanlar-gəvəzələr,

Üst-üstə ən azı bir "Kamaz".

Hörürəm

Yavaş-yavaş,

Asta-asta,

Az-az.

Üzünü mürdəşir

Yumuşlar demiş:

Kamaz-kamaz.

Kitab göndərin! "Şeir kitabı"

Qalın olsun! Qalın a!

Hörürəmg

Üstündən suvaq çəkirəm.

Kitabı çıxmayan

Arıq-uruq şairlərə

Dağ çəkirəm"

"Alın a!

Yana-yana qalın a!"

Kərpic-kərpic kitablardan

Hörürəm gəlir,

keçir əlimə.

Hin tikirəm

Bu yaz

Yumurtadan təzə çıxan

Cik-cik cikkildəyən,

"Şeir oxuyan"

cücələrimə...

 

Ədalət $g 2017.- 9 sentyabr.- S.14.