HƏYATA KEÇƏN ARZULAR
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Çoxdandı sənətşünaslıq doktoru,
əməkdar incəsənət
xadimi, professor İlham
Rəhimli haqqında ürəyimdən keçən
xoş sözləri yazmaq istəyirdim. Tək ona
görə yox ki, respublika qəzetlərimizdə çıxan
onun məqalələri,
ressenziyaları, tamaşalar
haqqında fikirləri
adi məqalədən
çox elmi tədqiqat xarakterli yazılar idi. Həm də ona görə
ki, onun yazıları yalnız teatr sahəsini deyil, ədəbiyyatı,
musiqini, rəssamlığı,
incəsənətin bütün
sahələrini professional cəhətdən
əhatə və təhlil edirdi.
Nəhayət ürəyimdə olan arzumu həyata keçirmək üçün
Milli kitabxanamızın
İlham Rəhimliyə
aid kortotekasına müraciət
etməli oldum. İrihəcimli kitabları, özü haqqında yazdığı
yazıları nəzərdən
keçirib, qəzet və jurnallarda dərc edilən məqalələrinə də
diqqət yetirdim.
İlham
dərin sənət bilicisi kimi müraciət
etdiyi hər bir mövzunu poetik bir ruhla
qələmə alır.
Onun İlyas Əfəndiyevin, Anarın,
Elçinin, Altay Məmmədovun,
Seyfəddin Dağlının,
Hüseyin Cavidin, Cəfər Cabbarlının
əsərləri əsasında
qurulmuş tamaşalar
haqqında yazdığı
məqalələri böyük
həvəslə oxunurdu.
1949-cu ilin sentyabr
ayında Yevlax rayonunun Malbəyli kəndində anadan olmuş, 1972-ci ildə Azərbaycan Dövlət incəsənət institutunu
bitirmiş İ.Rəhimlini
tale sanki artıq boş qalmağa başlamış teatrşünaslıq
elminə bir hədiyyə kimi təqdim etdi. O vaxtlar
Adilə Əliyeva, Cabir Səfərov, İnqilab Kərimov, Əkbər Ağayev və nəhayət görkəmli alim Cəfər Cəfərov
hələ sağ idi və demək
olar ki, öz fəal mövqeləri ilə tamaşalar haqqında dərin mənalı məqalələr yazırdılar.
Gənc İlhamın ilk yazılarından
isə aydın oldu ki, teatrşünaslıq
aləminə dərin
zəkalı, cəsarətli,
bəzən rəhmsiz
Rəhimli familyalı
bir oğlan gəldi. İlham üçün teatrlarda hazırlanan tamaşaların
kim tərəfindən
yazıldığı və
hansı rejissor tərəfindən qoyulduğunun
elə böyük əhəmiyyəti yox idi. Əgər tamaşa alınmışdısa,
ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmışdısa,
İlham bunu hamıdan tez görürdü və öz yazılarında bunu əks etdirirdi.
Tofik Kazımov Anarın "Şəhərin yay günləri" əsərini
hazırlayandan sonra tamaşa haqqında ən doğru, emosional fikir söyləyən İlham
Rəhimli oldu.
İlham Rəhimlinin tənqidçi
kimi fərqi onun heç bir şeyə fikir vermədən tamaşa haqqında kəşf etdiyi yalnız öz fikirləri olurdu. Bir vaxtlar
Musiqili Komediya teatrında "Məşədi
İbad" komediyasını
hazırlamışdılar. Teatrın və rejissorun yaxın adamları bu tamaşanı hələ tam üzə çıxmamışdan möhkəm
tərifləyirdilər, hətta
yüksək vəzifəli
şəxslərin dilindən
tamaşaya aid xoş sözlər eşitdirirdilər.
Bu təriflər abu-havası tamaşa hazır olandan sonra getdikcə qanunlaşarkən, birdən
İ.Rəhimlinin bu tamaşa haqqında ressenziyası çıxdı.
O, həm rejissor işini, həm aktyorların obrazları şərh eləmə məsələsini Üzeyir
bəy Hacıbəylinin
üslubuna, ruhuna tamamilə yad olduğunu öz yazısı ilə bəyan etdi.
İlham Rəhimli tək tərif və ya tənqid dolu məqalələrlə
çıxış etmirdi. O, həm
də Azərbayacan teatrlarının yeni tamaşalarını həmişə
izləyərdi və
professional qiymətini verərdi.
İlham Rəhimli çoxsahəli
bir tədqiqatçıdı. Onun Habil
kaman haqqında qeydləri musiqini, muğamı nə dərəcədə dərindən
bildiyinə sübut idi. İctimaiyyət üçün ən böyük təəccüb isə onun rəssam Səttar Bəhlulzadə haqqındakı yazıları
oldu. Tədqiqatçı Səttar Bəhlulzadənin
yaradıcılığını elə kamil, dəqiq, professional cəhəttdən
tədqiq edirdi ki, hətta rəssamlar haqqında yazan tənqidçilər
belə İlhama heyran olmuşdular.
O, Azərbaycan teatrlarında
gedən yeni tamaşalar haqqında ressenziyalar yazmaqla yanaşı Azərbaycan Dövlət televiziyasında
göstərilən yeni
tamaşalar haqqında
da həmişə öz fikirlərini bildirərdi. Onun A.Məmmədovun "Kişilər",
S.Dağlının "Mənsur
və Sitarə", A.Qəhrəmanovun "Müsabiqə",
Anarın "Ötən
ilin son gecəsi",
üç hissəli
Leyli və Məcnun opera filmi haqqında "Sənətin
eşq meyarı",
S.Vurğunun "Komsomol"
poemasının Gənc
Tamaşaçılar teatrında
hazırlanmış "Komsomol
poeması" haqqında,
görkəmli xanəndə,
xalq artisti Arif Babayevin Məcnun rolunun ifası haqqında, Mikayıl Mirzə haqqında, Nəsibə Zeynalova haqqında, Firəngiz Şərifova haqqında məqalələri
oz dərinliyi və maraqlı yazılması ilə diqqəti cəlb edirdi. İ.Rəhimli Həsən
Turabov haqqında
"Aktyora oxşamayan
adam", Zəfər Nemətov və onun oğlu
Azər Paşa haqqında "Kəsişən
paralellər", öz
həyatı haqqında
yazdığı romanlar
çox maraqla qarşılandı.
İ.Rəhimli eyni zamanda xeyli
sayda elmi-publisistik məqalələr və felyetonlar da yazmışdır. Lakin nədən yazırsa
yazsın, onda gələcəyə, teatra,
ümumiyyətlə respublikamızın
inkişaf yoluna həmişə böyük
inam var və bu inamla
o, indi də Azərbaycan respublikasının
"Mədəniyyət" kanalında böyük həvəslə çalışır.
Mən İlhamı
45 ildi ki, tanıyiram. İstər onun yazdığı
hər məqaləni,
istərsə də Azərbaycan Milli televiziyasındakı çıxışlarını
marqla izləmişəm.
Onun yazdığı yeni məqalələri həmişə
həvəslə oxumuşam.
Bir gün qış ayı idi. İlham mənə zəng vurdu və soruşdu
ki, axşam nə edirsən. Cavab verdim ki, tamaşamız
yoxdu, boşam. Dedi onda saat
altıda "Novbahar"
restoranında səni
gözləyirəm. Daha soruşmadım
nə münasibətlə
gəlim. Biz restorana daxil olanda hava çox
sakit, lakin soyuq idi. Əyləşib şam sifariş
elədik və İlham həmin gün "Kommunist" qəzetində çıxan
məqaləsini mənim
qarşıma qoydu.
Məqalə "Restoranda orkestr
çalır" adlanırdı.
Yazını gözdən keçirdikcə
İlhamın cəsarətinə
bir daha heyran oldum. O vaxtlar restoranlarda orkestrlər olardı və onların repertuarlarında nəyi çalıb, nəyi oxuduqlarını heç
kəs yoxlamazdı. Bu orkestrlərın repertuarlarında ən çox oxunan və çalınan yüngül səslənən
bayağı mahnılar
və rəqslər olardı. Belə orkestrlər axşamlar
restorana gələn qonaqların zövqünü
korlayırdı. Bu orkestrlərdə oxuyan xanəndələr də
üçüncü dərəcəli
"sənətçilər" idi. İlham əsl vətəndaş
kimi bu cür
tədbirləri məqaləsində
kəskin tənqid edirdi. Biz restorana
daxil olanda orkestrin müşayiəti
ilə çox şıdırığı bir
rəqs gedirdi və qonaqların çoxusu da oynayırdı. Biz şam yeməyimizi sifariş verib teatrlarımızdan və
repertuarımızdan söhbət
edərkən heç
özüm də bilmədim gözüm orkestrə sataşdı.
Onlar bir-bir durub səhnəni
tərk edib yox olurdular. Mən xörəkpaylayan qadından orkestrin üzvlərinin getməsinin
səbəblərini soruşanda
o cavab verdi
ki, İlham müəllimin bu gün qəzetdə dərc olunan məqaləsi onları qorxudub və onun burda olduğunu
görüb aradan çıxdılar.
Biz restorandan bayıra
çıxanda saat gecə on ikiyə işləyirdi. Amma elə gözəl
qar yağmışdı
ki, elə bil Bakıya bir aydı qar
yağır. Hava sakit
olsa da göyün
dərinliklərindən qar
dənələri uçaraq
üzümüzə qonurdu.
O zaman İlham beşmərtəbə deyilən
bina tərəfdə
tutduğu kirayə evdə qalırdı. Mən onu yola
salanda o tam ağarmış
küçələrə baxıb dedi:
-Mən həmişə arzu etmişəm ki, bizim şəhərimiz,
həyatımız bu
qar kimi tər-təmiz, ağappaq
olsun. Bunların üstündə heç bir ləkə olmasın.
Çox
az bir
müddət keçəndən
sonra İlhamı
"Azərbaycan" qəzetinə
baş redaktor təyin etdilər.
Respublikamızın qabaqcıl adamları kimi İlham da həyatımızı saf və təmiz görmək ruhu ilə yaşayırdı. İlham o vaxt 1991-ci ilin noyabr ayında diqqət çəkən bir məqalə ilə çıxış etdi. O yazırdı ki, indi qəzet və televivziya ekranlarında "Azərbaycan dünya orbitində" ifadəsinə çox tez-tez rast gəlirik. Bu əslində arzuladığımızla gerçəkliyi qarışdırmaqdır. İkincisinin əvəzinə birincisini istifadə edirik. Yəni Dünyanı Azərbaycan orbitində göstəririk. Yəni, obrazlı desək, "Dünya aynasında" özümüzə baxıb varlığımızı daha dərindən dərk etməyə çalışırıq.
Sual olunur, gerçəklikdə Azərbaycan Dünya orbitinə çıxmışdırmı? Özünü təsdiq etmişdirmi? Lovğalıqdan, saxta milli qürur hissinin basqısından azad olub sərbəst düşünsək, etirafa məcburuq ki, yuxarıda verilən sualların cavabı bütünlükdə hələlik mənfidir. Əski siyasi dövlət sistemi ilə bağlı olan Azərbaycan bütün həqiqətləri və dəyərləri ilə dünya orbitinə çıxa bilməmişdir.
Vahid imperiya düçüncəsi çərçivəsində Azərbaycan dürüst tarixidən, gerçək milli təlabatlarından, meyillərindən və məqsədlərindən çıxış edərək, özünün bütün həqiqətləri ilə göstərə bilməzdi. Əlavə Azərbaycan respublikasının Dünya tarixində müstəqil tərzdə iştirakı haqqında yazılar da hələ yazılmayıb. Ona görə respublikamızın dünya səviyyəsində, bütün istiqamətlərdə (siyasi, iqtisadi, mədəni...) fəaliyyətinin əsas şərti və tələbləri haqqında indidən ciddi düşünməyə dəyər.
Biz texniki-iqtisadi, elmi, mədəni nailiyyətlərimizlə dünya səviyyəsinə çıxmalıyıq. Bacarığımızı, səriştəmizi, intilektimizi, yaradıcı potensialımızı təsdiq etməliyk. Bu müqəddəs işi bütövlükdə Azərbaycan xalqı, onun işgüzarlığı, məqsədyönlü qeyrəti, qabiliyyəti təmin və təyin edəcəkdir.
Azərbaycan bütün xalqlar və dövlətlər kimi buna layiqdir. Layiqliyini sübut və təsdiq üçün isə hər cür imkanı da var, gücü də, ağlı da, istəyi də...
Bütün bu arzular Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra inamla həyata keçirilməyə başladı.
Sanki görkəmli sənət bilicisi respublikamızın ən ağır anlarından belə bir xoş günə gəlib çıxacağını qabaqcadan duymuşdu. Onun arzuları həqiqətən həyata keçirildi.
AĞAKİŞİ
KAZIMOV,
xalq artisti, professor
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
ədalət.-2017.-7 sentyabr.-S.7.