AĞASƏFA
ŞƏHƏRGƏ
Mənim baba yurdum, ey köhnə Bərmək!
Çətindir şerimdə ruhunu görmək.
Düşmüş kitablara hansı mənzərən?
Bir sirr sandığıdır hər məchul dərəng
Bura qədim yurd yeri:
Şəhərgəg
Daşları da qovrulmuş,
Külü göyə sovrulmuş
Ocaq yeri, od yeri:
Şəhərgəg
Süpürür duman yeri,
Suvarır bulud yeri:
Şəhərgəg
Nə vaxt uyuyub-yatmış?
Tarixin yaddaşında
Ünvanı-adı batmıq:
Şəhərgəg
Dərələr arasında
Duman ümman kimidir,
Şəhərgə
Elə bil ki,
Yorğun liman kimidir.
Yatır
ümman içində,
Yatır
duman içində,
Yatır
guman içində
Yaxası
dağım-dağımg
Sığınıb oturduğum
Bu daş - lay divar
daşı.
Yurdumun ağır daşı,
Yurdumun ağrı daşı,
Torpağın qubar daşı.
O ətəkdən sallanan
O qayanın qardaşı.
Bir çiyni yer altında,
Bir çiynində çat yeri.
Böyrü fikir meydanı,
Min cürə ovqat yerig
Çiyin-çiyinə yatmış
Daşlar
duman çində
Qurcalanır gözümdə.
Qayalar xıncımlanır,
Parçalanır gözümdə.
Dağlar
qalxır, yellənir,
Haçalanır gözümdəg
Sıra-sıra daşların
Qabarır köksü deyən.
Bu qabaran daşların -
Bu düşünən başların,
Bu kəsilən başların
Başlanır rəqsi, deyən.
Çiyin-çiyinə daşlar -
Çiyin-çiyinə başlar,
Dindirsəm, sözə başlarg
Sığınıb oturmuşamg
Çiynimi sıxır hərdən
Bu yer daşı,
göy daşı.
Dizləri yerə batmış
Yurdumun Antey daşıg
Gözlüyümün gözündən
Duman süründü, getdig
Dərəyə endi, getdig
Gözlüyümün gözündən
Min il keçdi
bəlkə də.
Elə bil ulularla
Min ildir ki, yatmışam,
Batmışam Şəhərgədə.
Bu xaraba içində
Mən də ulu bir
daşamg
Yatmışdım, oyanmışamg
Səngər dağı Günəşi
Ən qiymətli ləl kimi
Çıxartdı öz cibindən.
Min illik heykəl kimi
Qalxdım daşın dibindəng
Çıxdım daşın dibindəng
Mən
- daş insan, daş adam.
Bu dağlarla qardaşam,
Bu dağlarla yaşıdam.
Mən qərib daş deyiləm,
Yurdumda halal daşam.
Bu bulağın gözündə
Bir ləl daşam, lal daşam.
Önümdən ötüb keçir
Bu uzun karvan yolu,
Bu yanı dərbənd yolu,
Bu yanı Şirvan
yolu.
Bu solda, o sağında -
Yol üstündə Şəhərgəg
Bəlkə ilkin çağında
Karvanlara düşərgə?
Bu təpələr elə bil
Karvansara
önündə
Xıxırdılmış dəvələr.
Diz üstündə dəvələr
Gəvənləri gəvələr.
Ömür sırası bitmiş
İnsanlar hara getmiş?
Bax, o çığır, bu cığırg
O cığır dağdan enir,
Bu cığır dağa
çıxır.
Görünür Dübrar dağı
-
İki qardaş
yanaşı.
Bir-birinə arxadır,
Bir-birinə yaraşır.
Bu yastana gül-çiçək,
Çökəktid o astana.
Bu dolayı dolan get,
Dönrsən Qobustana.
O görünən dağ var ha,
Üzəngiyə ayaq bas,
Qaşdasan - qılıncdasan,
Yolu çaşıb-azmasan,
Axşama
Lahıcdasan.
Çıraqqala belədə,
Buğurt
qalası orda,
Bir od qalası
orda,
Bir mərd qalası orda,
Bir qurd qalası ordag
Buy an Quba, Qonaqkənd,
Şah dağ öz şahlığındag
Ağrıları səngiyən
Sözəbaxmaz ürəyim
Bir uşaq
şuxluğunda.
Götürəsən heybəni,
Düşəsən bu cığıra,
Kəsəsinə gedəsən,
Neçə günlük yol olar?
Yol üstündə - obalarg
Yol üstündə - qalalarg
O nərdivan qayaya
Ayaq qoy, dırman göyə.
Əlini
günlük elə,
Qoy gözünün üstünə,
Yaxşı bax Şəhərgəyə.
Bir kağız-qələm götür,
Nəqşəsini özün çək.
Bu daşdan o döşəcən
Divarını uzun çək.
Özüllərin üstünü
Torpaq örtüb, ot
basıb.
Orda cincilim bitib,
Burda qanqal topası.
Elə bil ki, yer
udub
Hamar-hamar daşları.
Evlərin yeridirmi
Torpağın qırışları?
Durub baxır, baxırsan,
Min yerə çəkir
güman.
Bura xırman yerimi,
O yanda da dəyirman?
Təpələrin təpəsi
Hamarlanmış, ölçülü.
Bəlkə burda dururmuş
Keşikçinin öncülü?
Haçan dağılıb bura,
Qalaq-qalaq daş qalıb.
Yurdun xəritəsində
Niyə bura boş qalıb?
Yanıb
külə dönübmü,
Daşlar qaralmış qalıb?
Bu - bəlkə şah sarayı,
Bəlkə yetim daxması?
Əsrlərdən bəridir
Elə çöküb-itib ki,
Lap diqqətlə baxmasan,
Bilməzsən yurd yeridir.
Bulağın adı dərhin,
Dərhin
- bəlkə də Dər Hun -
Bəlkə də Hun qapısı?
Üşüdür əllərimi,
Sərinlədir qabı sug
Bax, burdan orayacan,
Göz-göz, daşdan yonulmuş
Gözəl novları vardıg
Ay əlləri qurumuşg
Kim qıydı, kim
apardı?
Gözəgörünməz olub
Gor qazıb, gor eşənlər,
"Nə yoğurdum, nə yapdım,
Hazırca kökə tapdım!" -
Sevdasına düşənlər.
Ulu məzarlıqları
Eşim-eşim eşənlər -
Bu namərd goreşənlər
Nə axtarır,
nə gəzir?
İskəndər xəzinəsi
Səngər altında imişg
Lağım-lağım eşmisən,
Tapdınmı, ay görməmiş?
Partladılıb, qırılıb
Xırman boyda tava daş.
Suyu azıb bulağın,
Quruyub gözündə
yaş.
Bax, bu daşın altında
Şəhərgəyə keşikçi
Yeddi qardaş
ilan var.
Onlarda nə məkr var,
Nə hiylə,
nə yalan var.
Balasına toxunma,
Qardaşına toxunma,
Lap yanında uzan
yat.
Məni
ilan olmağa
Həvəsləndirir həyat.
Tək yaşaya bilmərəm,
Lap yeddi başım ola.
Kaş bu ilanlar kimi
Bir ocağın başında
Yeddi qardaşım ola.
Bu ulular yurdunda -
Şəhərgədə yaşayam.
Görsünlər bu torpağın
İlan vətəndaşıyam.
Bir ilan - dahi olam,
Bir ilan - düha olam.
Bu torpaqdan güc alam,
Bu torpaqda qocalam,
Dönəm, əjdaha olam.
Ola ilan qeyrətim,
Ola ilan dözümüm.
Bu qayaya, bu daşa
Hər gün sürtəm üzümü.
Hər il çıxam
qabıqdan,
İllər keçə, qarıyam.
Bu Vətəni, buy urdu
Hər nadandan qoruyam,
Hər vəhşidən qoruyam,
Hər naşıdan qoruyam,
Hər namərddən qoruyam,
Nakişidən qoruyamg
***
Bu imiş Müşfiqə
divan
Mikayıl Müşfiq abidəsinin
müəllifi Münəvvər
xanım Rzayevanın
ruhuna ehtiramla
Biz qurduq əbədi olsun,
Bir ömrün mabədi olsun
Bir sənət məbədi olsun,
Çıxdı bir nadan... dağıtdı...
Sən
ha su tök, arxa sızdır,
Nadan qanmaz, qəlbi buzdur.
Gördü Müşfiq arxasızdır,
Xəlvətdi meydan...dağıtdı.
Səpindən qırılan quşdu,
Yorulub yolda durmuşdu.
Müşfiqsevərlər qurmuşdu,
Gəldi bir şeytan... dağıtdı.
Balta sapı bizdən olan,
Nadanı tutmazmı bu qan?
Bu imiş Müşfiqə
divan,
Bu imiş edam... dağıtdı.
Şəst ilə bığını
eşdi,
Müşfiqi yıxdı...gərnəşdi...
Otuz yeddidən gəlmişdi
Yəqin
bu adam
... dağıtdı.
***
Divar hörürəm
Divar hörürəm,
Əlimin
altında
Nə var - hörürəm.
Kərpic-kərpic
Kitab göndəriblər
Qrafomanlar-gəvəzələr,
Üst-üstə ən azı bir "Kamaz".
Hörürəm
Yavaş-yavaş,
Asta-asta,
Az-az.
Üzünü mürdəşir
Yumuşlar demiş:
Kamaz-kamaz.
Kitab göndərin! "Şeir
kitabı"
Qalın
olsun! Qalın a!
Hörürəmg
Üstündən suvaq çəkirəm.
Kitabı
çıxmayan
Arıq-uruq şairlərə
Dağ çəkirəm"
"Alın a!
Yana-yana qalın
a!"
Kərpic-kərpic kitablardan
Hörürəm nə gəlir,
Nə keçir
əlimə.
Hin tikirəm
Bu yaz
Yumurtadan
təzə çıxan
Cik-cik cikkildəyən,
"Şeir oxuyan"
cücələrimə...
Ədalət $g 2017.- 9 sentyabr.-
S.14.