MİNA RƏŞİDİN ÖZÜ VƏ SÖZÜ

 

Ən böyük istedad

anlamaq istedadıdı.

Anlamaq həqiqəti görməkdi,

doğrunu söyləməkdi,

ədalətli olmaqdı,

Allahı sevməkdi anlamaq,

insan olmaqdı.

 

Çoxdan tanıdığım, şeirlərini publisistik yazılarını izlədiyim Mina Rəşid istedad haqqında bu kiçik şeirində düşündüyünü söyləyir bu şeir onun adi şeirlərindən biri olsa da, Mina Rəşidin özünə sözünə çox aidiyyəti var.

O, Ağdamın Qiyaslı kəndində doğulub. Doxsanıncı illərin əvvəllərində mən o kənddə - Şahmalı Kürdoğlunun qonağı olmuşam. Şahmalı son dərəcə istedadlı bir xanəndə idi, onun "Rast"ı, "Şur"u, "Segah"ı muğam tariximizin inciləri sırasındadır. Heyf ki, həyatı, ömür yolu maneələr içində keçib. Özü , balaca oğlu da ermənilərin açdığı snayper güllələrindən həlak oldular. Mən onun qonağı olanda hələ Qiyaslı kəndi işğal olunmamışdı. Şahmalı ilə bir gecə səhərə qədər söhbət elədik məni heyrətləndirən o oldu ki, bu adam təkcə gözəl, bənzərsiz səsin sahibi deyil, həm Füzuli heyranıdır. Füzulinin qəzəllərini elə ustalıqla şərh edirdi ki, mən heyrətdə idim. Həyətində gözəl bir limon bağı var idi. O limonlardan mənə hədiyyə verdi. Şahmalı Kürdoğlunun keçdiyi ömür yolu barədə böyük bir yazı yazdım, "Qobustan" jurnalında çap etdirdim, amma heyf ki, O yazını oxumaq Şahmalı Kürdoğluya qismət olmadı.

Mina Rəşidin şeirlərini oxuyanda da istər-istəməz Şahmalı Kürdoğlunun yanıqlı səsində xallar axtardım.

 

Yenə könlüm qəm üstədi,

Qəmə könül bağladım.

Muğam üstə dindi dərdim,

Muğam üstə ağladım.

Dolama yolları qalxıb

Dinlədim Xan avazını.

Ürəyim atlanıb getdi,

Dindi könlüm yazağzı.

 

Mina Rəşid yaddaş şairidi, yəni həyatında, rastlaşdığı insanlarla münasibətində, unuda bilmədiyi hadisələrdə, olaylarda bu yaddaş onun şeirlərində, publisistik yazılarında başlıca önəm kəsb edir. "Ağappaq qar üstünə Qanı çilənmiş balam.

Gün görməmiş gözləri Aman tökülmüş balam" - "Xocalı" şeirindəndir onun yaddaşında qan-qırmızı rəngindədi. 6"xocalı" sözündən qan damır isimizə". Onun yaddaşında əsir yasəmənlər yaşayır:

Yasəmən açanda doğulmuşam.

İki körpə yasəmən ağacı vardı

bağçamızda.

İndi o balaca yasəmənlər

əsirlikdədi...

görəsən böyüyüblərmi?

yoxsa körpəliyində solublar

kiçik bacımın bənizi kimi.

İyirmi ilə yaxındır

Ətri könlümə hopan

o yasəmən ağacları ürəyimdə bitib.

 

Şeirin əsas məğzi obrazlarla düşünməkdi. Hər hansı şeirdə obrazlı bir ifadə, yeni təşbih, sözün yeni çaları görünəndə, şeir ŞEİR olur. Yağışı seyr etmək xoşdur, yağış sənə qəm-qüssə gətirə bilər, sevinc . "Hərdən bəxtəvər oluram Yağışın ömrü qədər" - yaxşı tapıntıdı. "Bu doğma Vətən kimi Ürəyi talan anam" - gözəldir. "Kədərim qırmızı gül, Sevincim göy bənövşə" - uğurlu bənzətmədir. Belə misalların sayını artıra da bilərik.

Mina Rəşid yaşadığı mühitin, gerçək hadisələrin heç birinə münasibətsiz keçinmir. Onun şeirlərində həssaslıqla zalımlıq, ürəyiaçıqlıqla paxıllıq, sevgi ilə nifrət s. bu kimi təzadlı münasibətlər üz-üzə dayanır. Həyatın mürəkkəb mənzərələri canlanır şeirlərində. Publisistik notlardan xali deyil bu şeirlər. "Keçid dövrü" şeiri bir vaxtlar dilimizin əzbəri olan söz idi: "Yaşamaq unudulub, ancaq keçid dövrünü yola verirəm birtəhər. Siz yaşdan gileylənirsinizgqapqara saçlarıma yüz yaşımı çoxdan qeyd edib keçid dövrü". bu şeir:

 

Bir-birimizi görəndə sevinmirik,

bir-birimizlə öyünmürük,

unuduruq,

hərəmiz bir parça

Vətən torpağı olduğumuzu,

Amma yerli-yersiz

bar-bar bağırırıq,

daşı-torpağı necə

sevdiyimizdən dəm vururuq.

Minanın şeirlərində mənəvi-əxlaqi bir təmizlik, saflıq var. Hər şeydə, hər münasibətdə o saflığın, o təmizliyin nəfəsini gətirir şeirə. Deyir ki: "Adam sevgidən boy atar. Üzünə təbəssüm qonar, bəxtəvər olar". Deyir ki: "Sən mənə güllə atdıqca, mən sənə çiçək ataram". Deyir ki: "Özünü öldürsən , Səsin səsinə çatmaz. Həyatı sevməyincə, boyun bir addım atmaz". bir : "Mənim səhərlərim gec açılar, amma gözəl olar". Ümumiyyətlə, Mina Rəşidin şeirlərində həyat sevgisi çox güclüdür. O, həyatın qəhrindən, zülmündən, Qarabağ həsrətindən gileylənəndə bu sevgi azalmır, tükənmir. Baxın bu şeirə :

 

Avtobusa bənövşə mindi, deyəsən

Bənövşə qoxusu sardı havanı

Demək, adam istəsə bənövşə olar,

qızılgül olar, günəş olar, bulud olar.

Adam istəsə dünyanı dəyişər -

Müharibələr olmaz, uşaqlar ölməz...

Minanın uşaq şeirləri də belə həyat sevgisi ilə dopdoludu. O, uşaqlara Azərbaycan əsgərini tanıdır, Azərbaycan bayrağından söz açır, uşaqlara təbiətin gözəlliklərini anladır, vətənpərvərliyi təbliğ edir.

Mina Rəşidin "Baxmaqla görmək ayrıdı" kitabında publisistik məqalələri də diqqəti cəlb edir. Nədən və kimlərdən yazır? Xocalıda döyüşən Familə Novruzovadan. "Bu vaxt bakir gülümsəyərək ona deyir: mənim bacım, bu adam deyil, qanımızı içən erməni faşistidi. Bundan sonra Familə xanım ürəklənir və silahı sinəsinə sıxıb sərrast nişan atır. O, atəş açaraq düşməni yerə sərir və inana bilmir ki, saqqallı erməni kəşfiyyatçısını o öldürüb". Xalq qəhrəmanı Ramil Səfərovdan, şəhid Alim Qəhrəmanovdan, Vaqif Bayatlı Odərin sevgisindən, Xan Şuşinskinin fələklərə meydan oxuyan səsindən, Nurəngiz Günün işığı solmayan şeirlərindən, şair Ağalar Mirzənin nakam ömür yolundan, "ulduz"un Hicran adlı ulduzundan hər bir yazısında şeirlərindən gələn işığı görərsən. Mən Şahmalı Kürdoğlu haqqında yazıdan ayrıca söz açmaq istərdim. "Şahmalının həyat yoldaşının dəhşət içərisində qışqıra-qışqıra yola qaçdığını gördüm.

Və qucağında al-qana bulaşan balası Şahmalı. O tükürpərdici səhnə bu gün də yadımdan çıxmır" - bu, "Nar ağacının fəryadı" yazısının son cümlələridir. Şahmalı Kürdoğlu həyətində balaca Şahmalı ilə birgə nar yeyərkən yanlarına qəfil düşən mərmidən həlak olur. Əlbəttə, o yazıda Şahmalı Kürdoğlunun sənətkar portreti də canlandırılıb.

bu yazını Mina Rəşidin bütün şeirlərinə nikbinlik işığı səpələyən misraları ilə bitirirəm:

 

Könlümdə haqq sevdası,

gözümdə Allahın ən gözəl

hədiyyəsi - cocuqlar.

Hər şeyi dərd etməyə

Aman yox.

Sonsuz işığa qərq olmaq,

hər sabah yenidən doğulmaq

öz taleyini yaşamaq

gülə-gülə,

sızıldamaq yox!

 

Ədalət.-2017.-14 sentyabr.-S.7.