TALEYİNİN
ŞAİRİ
Eldar Baxış - 70
Rafiq Yusifoğlu,
şair, Əməkdar mədəniyyət
işçisi, filologiya elmləri
doktoru, professor
(əvvəli 16 sentyabr sayımızda)
Dayın
varsa,
yuxarı məktəbə
girəcəksən,
demişdilər,
dayın varsa, qiymət alacaqsan,
dayın varsa, oxuyacaqsan,
demişdilər,
canım-ciyərim Bakı!
Camaatın bir dayısı
vardı,
mənim iki dayım, -
hərəsi də girmişdi bir qoluma,
Umud dayım bir qoluma,
Arzu dayım
bir qoluma.
Bir qolumda Umud dayım,
Bir qolumda Arzu dayım
yuxarı məktəbin
qapısını açıb
girdik içəri -
camaatın dayıları
qaldı
qapının ağzındag
Ədəbiyyatdan "5" demişdim,
Aldım!
Tarixdən "5" demişdim,
Aldım!
Yazıdan "2" demişdim,
"4" aldım.
Aldığım iki "5"i, bir
"4"ü
qoydum ayağımın
altına,
çıxdım üstünə!
"4"ün,
"5"in üstündən baxıb
kənddə anamı
gördüm,
bacımı gördüm,
qapımızdakı şam ağacını
gördüm...
Bu misralar Eldar Baxışın formalaşmaqda
olan xarakterindən, dünyagörüşündən, həyata baxışından,
eləcə də orijinal bədii üslubundan xəbər verirdi. Bu şeirdə yetimçiliklə böyüyən,
dayısına, əmisinə
yox, öz ümidinə, inamına güvənən və öz zəhməti, yuxusuz gecələri hesabına uğur qazanan bir gəncin
mükəmməl bədii
portreti gözlərimizin
qarşısında canlanır.
Özü də bu portretdə zahiri görünüşdən
çox həmin gəncin daxili dünyası, düşüncələri
ön planda idi...
"Ümidin balası, ümidin oğlu" şeirində də Eldar Baxış yetimçiliklə keçən
ömür yolunun qaranlıq məqamlarına
işıq salır:
Atam son anında aşırma kimi
Çiyninin üstündən aşırdı
məni.
Gümanı ümidə gəlirdi
bircə,
Elə ümidə
də tapşırdı
məni.
Mən bir arı oldum
elə o gündən,
Ümid də oldu bir
arı pətəyi.
Mənim
başım oldu, onun yastığı,
Mənim əlim oldu, onun ətəyi.
Əlişə dedilər: Həşimin
oğlu,
Vəlişə dedilər: Həmidin
oğlu.
Mənə də dedilər,
hara getdimsə
Ümidin
balası, Ümidin oğlu...
Bu misralar da həyatda
hər şeyi dişlə, dırnaqla qazanan, həmişə öz zəhmətinə,
istedadına, ümidinə,
inamına güvənən
bir şairin ömür yolunun misralara köçən poetik məqamlarıdı...
"Ümidi təndir
çörəyi kimi
yeyən", "bulaq
suyu kimi içən", "ümid
atını yəhərləyib",
"ümid qılıncını
qurşayan" lirik qəhrəman qarşısında
açılan "sirli-sehrli
ümid sarayları"na
çatana qədər
nə qədər mübarizə aparmalı,
vuruşmalı olur, ağacla ağac dilində, yarpaqla yarpaq dilində, daşla daş, otla ot, çiçəklə
çiçək dilində
danışmağı öyrənir
və onun şairlik yolu da elə bundan
sonra başlayır. Ümid oğlu indi o biri tay-tuşlarından
çox güclü və çox vüqarlıdı:
...İndi özlərinə
yer tapa bilmir,
İndi qurcalanır Həşimin
oğlu.
İndi dingildəyir Həmidin oğlu.
İndi
deyirlər, gör nə fikirləşir
Ümidin
balası, ümidin oğlu...
Ümumiyyətlə, Eldar Baxışın şeirlərinin əksəriyyətində
onun özünün daxili dünyasının cizgiləri vardır və bu cizgilər
birləşərək vətənpərvər
bir şairin mükəmməl bədii
obrazını gözlərimizin
qarşısında canlandıra
bilir.
Yeri gəlmişkən
onu da qeyd
edək ki, Eldar Baxışın poeziyasının lirik qəhrəmanı fəaldır,
ayıqdır, üsyankardır. İnsanları,
soydaşlarımızı narahat edən taleyüklü problemlər
bütün yaradıcılığı
boyu onu da narahat edir,
düşündürür, qayğılandırır...
Eldar Baxışın
uşaqlıq illərinin
bədii lövhələri
onun poeziyasında aparıcı yerlərdən
birini tutur. Keçdiyi
ömür yolunu ara-sıra bədii təsvirin mərkəzinə
çəkən Eldar
Baxış qısa tərcümeyi-halının gözəgörünməz
məqamlarını oxucunun
gözləri qarşısında
canlandırmağa nail olur.
Bakı Dövlət Universitetində
oxuduğu illərdə
vətənpərvər ruhlu
ziyalıların, professorların,
müəllimlərin Eldar
Baxışa dərs deməsi onun ürəyində anamız
Azərbaycanı müstəqil,
suveren görmək arzularını oyadır. O, öz
müəllimi Əbülfəz
Əliyevin gizli dərnəklərinin fəal
iştirakçısına çevrilir. Bütün bunlar Eldarın
yaradıcılığına da təsirsiz qalmır.
1969-cu ildə universiteti bitirən Eldar Baxış bir il Abşeron
rayonunun Güzdək kəndində müəllim
işləyir. Sonra ömrünün
daha bir ilini hərbi xidmətdə keçirir.
Əsgərlikdən qayıtdıqdan sonra 1972-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində
redaktor kimi əmək fəaliyyətini
davam etdirir.
Radionun uşaq
verilişləri redaksiyasında
işləyən Eldar
Baxış maraqlı
verilişlər hazırlayır. "Sandıqça", "Biləyən"
kimi verilişlər onun əməyi sayəsində araya-ərsəyə
gəlir, uşaqların
ən çox sevdiyi verilişlərə
çevrilir. Eldar bu verilişləri təkcə
özü hazırlamır,
istedadlı qələm
dostlarını da bu işə cəlb edir.
Daha sonra Eldar Baxış radionun Ədəbiyyat redaksiyasında əmək
fəaliyyətini davam
etdirir. Onun görkəmli yazıçılarla,
şairlərlə apardığı
müsahibələr, hazırladığı
verilişlər tamaşaçı
sevgisini qazanır.
Ədəbiyyat redaksiyasında işləməsi,
o dövrün görkəmli
şair və yazıçıları, ədəbiyyatşünasları
ilə ünsiyyəti
Eldarın poeziyaya, ədəbiyyata məhəbbətini
daha da artırır.
Elə bu vaxt o özü
də orijinal, maraqlı şeirləri ilə mətbuatda çıxış eləməyə
başlayır.
Radioda "Tərcümə
saatı" verilişini
hazırlaması Eldarın
yaradıcılığına yeni istiqamət verir. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərini dilimizə
tərcümə etməsi
isə gənc şairin ədəbi görüşlərinin formalaşmasına
zəmin yaradır.
Həm klassik ədəbiyyatımızdan,
folklordan, həm də dünya poeziyasının görkəmli
nümayəndələrinin əsərlərindən yaradıcı
şəkildə bəhrələnmə
Eldar Baxışı
ədəbiyyatın, sənətin
incilərini mükəmməl
bilən peşəkar
şair səviyyəsinə
qaldırır. 1966-cıi ildə "Köynək"
adlı ilk mətbu şeiri ilə "Azərbaycan gəncləri"
qəzetində çıxış
edən Eldar Baxış tezliklə sübut elədi ki, ədəbiyyata əliboş gəlməyib,
deməli sözləri
çoxdur.
Bundan sonra Eldar Baxış
yaradıcılıqla ciddi
şəkildə məşğul
olur, şeirləri
"Azərbaycan", "Ulduz", "Göyərçin"
jurnallarında, "Ədəbiyyat
və incəsənət",
"Azərbaycan gəncləri",
"Bakı" qəzetlərində
müntəzəm surətdə
çap olunmağa başlayır.
1972-1988-ci illərdə Azərbaycan Dövlət Radiosunun uşaq verilişləri redaksiyasında kiçik redaktor, redaktor işləyən Eldar Baxış 1988-1990-cı illərdə televiziyanın ədəbi dram verilişləri baş redaksiyasında televiziya tamaşaları redaksiyasının böyük redaktoru vəzifəsində çalışır. Qarabağ hadisələrinin qızğın bir vaxtında Eldar Baxış kimi vətənpərvər bir şair təkcə ədəbi verilişlər hazırlamaqla kifayətlənə bilməzdi. O, imkanı dairəsində televiziyada Qarabağ problemlərini vətəndaşlıq mövqeyindən şərh etməyə çalışırdı. Lakin o zamankı rəhbərlik hər sözündən "qan iyi gələn" Eldarın əl-qol atmağına imkan vermirdi. Elə buna görə də Eldar Baxış 1990-1992-ci illərdə "Səs" qəzetinin ilk baş redaktoru olmuş, son dərəcə ciddi məqalələr, şeirlər yazıb çap etdirmişdir.
Tarix elmləri doktoru, professor Əli Nağıyev yazırdı: "Bir şair kimi tanınan və sevilən Eldar Baxış bir insan kimi də maraqlı şəxsiyyət idi. Bunu nəzərə alıb, "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs" qəzetinə ilk baş redaktor kimi onun namizədliyi üstündə dayandıq. İşlədiyi vaxt ərzində işgüzar yaradıcı kollektiv yaratmağa nail olan Eldar Baxış "Səs"in maraqlı və məzmunlu çıxmasına xüsusi fikir verir, sözün məqamında deyilməsi üstündə əsirdi. Məhz buna görə də Azərbaycanın bütün bölgələrində "Səs"i oxuyur və intizarla onun yolunu gözləyirdilər. Şübhəsiz, qəzetin belə oxunaqlı olmasında Eldar Baxışın rolu böyük olmuşdur".
Xalqın taleyindən narahat olan bütün ziyalılar kimi Eldar da vəziyyətdən çıxış yolu axtarır, ittiham dolu məqalələrlə çıxış etməkdən belə çəkinmirdi. Onun o zamankı Azərbaycan prezidenti A.Mütəllibova yazdığı məktub şairin cəsarətindən, vətən uğrunda hər şeyə hazır olmasından xəbər verən maraqlı ədəbi faktlardan biri idi. Eldarın o zaman yazdığı "Zori Balayana məktub" şeiri də əl-əl gəzirdi... Gənclərin ürəyində hərbi vətənpərvərlik, erməni qəsbkarlarına nifrət duyğularının oyanmasında bu şeirin əvəzsiz xidməti var idi...
1992-ci ildə Eldar Baxış yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə işə qayıdır. Bir il "Gənclik" yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri vəzifəsində çalışır. 1993-cü ildən ömrünün sonuna kimi isə Eldar Baxış Azərbaycan Dövlət Radiosunun Bilgi və Uşaq Dünyası Verilişləri Baş Redaksiyasının baş redaktoru kimi səmərəli fəaliyyət göstərmişdir...
Bütün yaradıcı insanlar kimi Eldar Baxışın da həyatını onun yaradıcılıq yolundan ayrı təsəvvür etmək mümkün deyildir. Ədəbiyyat sahəsində onun hər uğuru onun həyatının ən önəmli, yaddaqalan məqamları idi...
1977-ci ildə Eldar Baxışın "İydə çiçəyi" adlı şeirlər kitabının "Gənclik" nəşriyyatı tərəfindən çap olunması onun yaradıcılıq bioqrafiyasının parlaq səhifələrindən birinə çevrilir. Ona görə ki, o zaman kitab çap etdirmək çox çətin bir məsələ idi. Nəşriyyatların tematik planları Mətbuat Komitəsində, daha sonra Mərkəzi Komitədə müzakirə və təsdiq olunurdu.
İlk kitabı ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanan Eldar Baxış daha artıq inam və məsuliyyətlə yaradıcılıq axtarışlarını davam etdirməyə başladı. İki il sonra "Gənclik" nəşriyyatı Eldarın "Üçtəpə bayatıları" (1979) kitabını çap etdi və bu kitabda toplanan şeirlər göstərdi ki, Eldar Baxışın ədəbiyyata gəlişi təsadüfi deyilmiş.
(ardı növbəti
sayımızda)
Ədalət 2017.- 26 sentyabr.-
S.7.