Kamal Abdullanın İtaliyada
yeni kitabı çap
olunub
Görkəmli Azərbaycan yazıçısı
Kamal Abdullanın
"Yarımçıq əlyazma
romanından sonra
"Sehrbazlar dərəsi
(Kamal Abdulla. "La velle
dei maghi, Roma 2016.) romanı da
İtaliyanın məşhur
"Sandro Teti Editore nəşriyyatında
çap edilib.
Müəllifin "Yarımçıq əlyazma
romanının İtaliyada
iki dəfə nəşrindən sonra Kamal Abdulla yaradıcılığına
oxucu marağını
görən nəşr
evi "Sehrbazlar dərəsi romanını
da çap etməyə qərar verib. Romanı italyan dilinə
rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni
tərcümə edib.
Kitabı
italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri
ilə yanaşı,
Harvard Universiteti ilə
də əməkdaşlıq
edən, orta əsrlər ədəbiyyatı
və mədəniyyəti,
eləcə də islam, xristianlıq
və iudaizmlə bağlı sivilizasiyalararası
münasibətlər üzrə
mütəxəssis Franko
Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı
"Ön sözdə
əsər bütün
ədəbi-bədii layları
ilə təhlil olunur, romandakı magik təxəyyülün
Şərq və Qərb sivilizasiyalarının
qovuşma nöqtəsində
ortaya çıxan enerjidən qaynaqlandığı
ifadə edilir.
Professor F.Kardin yazır: "Roman böyük uğur qazandığı Fransada
resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, "Xeyrin Şər üzərində qələbəsindən
bəhs edən alleqoriya deyil. Əslində, böyük bəxşiş
hesab edilən seçim azadlığına
malik olan, eyni zamanda da
seçimin ağır
məsuliyyətini öz
çiynində daşıyan
bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış
bir hekayədir. Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər
birimiz İlan gədiyinin axtarışındayıq.
Oradan Görükməz təpənin
yaşıl ətəyinə
keçmək, sonra isə aşağı, Sehirbazlar dərəsinə
düşmək olar.
Dərəyə axtarış məqsədilə
gəlirlər. Amma sən
nə axtardığına,
vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə
sənə lazım olan, orada isə
əlindən almaq istədikləri gücə
diqqət etməlisən.
Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin
1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.
Qeyd edək
ki, indiyə qədər "Sehrbazlar dərəsi romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib. /Görkəmli
Azərbaycan yazıçısı
Kamal Abdullanın
"Yarımçıq əlyazma
romanından sonra
"Sehrbazlar dərəsi
(Kamal Abdulla. "La velle
dei maghi, Roma 2016.) romanı da
İtaliyanın məşhur
"Sandro Teti Editore nəşriyyatında
çap edilib.
AZƏRTAC
xəbər verir ki, müəllifin "Yarımçıq əlyazma
romanının İtaliyada
iki dəfə nəşrindən sonra Kamal Abdulla yaradıcılığına
oxucu marağını
görən nəşr
evi "Sehrbazlar dərəsi romanını
da çap etməyə qərar verib. Romanı italyan dilinə
rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni
tərcümə edib.
Kitabı
italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri
ilə yanaşı,
Harvard Universiteti ilə
də əməkdaşlıq
edən, orta əsrlər ədəbiyyatı
və mədəniyyəti,
eləcə də islam, xristianlıq
və iudaizmlə bağlı sivilizasiyalararası
münasibətlər üzrə
mütəxəssis Franko
Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı
"Ön sözdə
əsər bütün
ədəbi-bədii layları
ilə təhlil olunur, romandakı magik təxəyyülün
Şərq və Qərb sivilizasiyalarının
qovuşma nöqtəsində
ortaya çıxan enerjidən qaynaqlandığı
ifadə edilir.
Professor F.Kardin yazır: "Roman böyük uğur qazandığı Fransada resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, "Xeyrin Şər üzərində qələbəsindən bəhs edən alleqoriya deyil. Əslində, böyük bəxşiş hesab edilən seçim azadlığına malik olan, eyni zamanda da seçimin ağır məsuliyyətini öz çiynində daşıyan bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış bir hekayədir. Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin axtarışındayıq. Oradan Görükməz təpənin yaşıl ətəyinə keçmək, sonra isə aşağı, Sehirbazlar dərəsinə düşmək olar. Dərəyə axtarış məqsədilə gəlirlər. Amma sən nə axtardığına, vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə sənə lazım olan, orada isə əlindən almaq istədikləri gücə diqqət etməlisən.
Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin 1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.
Qeyd edək ki, indiyə qədər "Sehrbazlar dərəsi romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib. /Azertac/
Ədalət.-2017.-18 yanvar.-S.4.