"YAXŞILAR HƏMİŞƏ
YADDAŞA KÖÇÜR"
Əyyub
Paşanın yeni kitabı haqqında oxucu sözü
Yaxın günlərin söhbətidir. Dəyərli
şairimiz, ruh qardaşım Vəli Xramçaylı əlində
bir kitab gəldi iş otağıma. Həmişəki
kimi ərklə əlindəki kitabı qoydu stolumun üstünə və elə həmin o ərklə də dedi:
- Bu bir yaxşı kişinin, yaxşı şairin kitabıdı. Oxumuşam.
Sən də oxu. Yəqin ki, xoşuna gələcək. Sonrasını
özün bilərsən...
Təbii ki, bu ərkdən,
bu təqdimatdan sonra Vəli Xramçaylının stolumun
üstünə qoyduğu
kitabı oxumamaq mümkün deyildi. İş gününün
sonunda kitabı özümlə birlikdə
evə götürdüm.
Demək
olar ki, həmin gecəm təzə sözlə səhərə çıxdı.
Oxudum Əyyub Paşanı.
Gördüm ki, ruh adamıdı. Sözü, fikri
ustalıqla misralayıb.
Canında-qanında olan Qazax şeir havası, şeir məktəbi onu əməlli-başlı
yeni sözün, yeni misraların cəfakeşinə çevirib.
Elə bu arada kitabın
anatasiya səhifəsindəki
bir imza da diqqətimi çəkdi. Bu, şeirlərini sevə-sevə
oxuduğum Barat Vüsalın
imzası idi. Bax, bu da mənə
bir əlavə ovqat bəxş etdi. Çünki Barat müəllim sözə çiyin verən, sözü zərgər dəqiqliyi ilə oxucu qarşısına çıxaran
böyük ürək
və ruh sahibi kimi sevib
tanıdığım şairlərimizdəndi.
Deməli, onun məsləhəti
və məsləhətçiliyi
heç vaxt ötəri olmayıb.
O, işıq görmədiyi
misraya, sözə məsləhətçi yükünü
çiyninə götürməz...
Və beləcə,
Əyyub Paşanın
söz çələnginin
içərisində gəzib-dolaşdım. Gördüm ki, şair oxucularına
deyir ki, məni yaşadan, mənə qol-qanad verən dostların ilqarıdı, etibarıdı,
səmimiyyətidi. Və
o da bu ilqardan
ruhlanıb yazır:
Yaxşılıq et, yaşa son an,
Halal qazan, halal dolan.
Əyyub
Paşanı yaşadan
Dostlarının ilqarıdı.
Bu ilqarı, bu güvəni şeirə çevirmək və hamıya bəyan etmək hər adama nəsib olan iş deyil.
Məhz bu səbəbdən mən Əyyub Paşanın səmimiyyətinə
inandım və gördüm ki, o, sözün qatlarına enəndə səmimiyyətini,
fikir tutumunu yaddan çıxarmır.
Əksinə, deyir ki:
Eşitdim ki, Bakıdasan,
Qəm sinəmdən
aralandı.
Dedilər ki, Vaqif köçdü
Ümidlərim yaralandı.
Damarımda dondu qanım
Söndü ocaq, çıraq, şamım.
Sızıldadı ruhum, canım
Yandı ürək paralandı.
Heyfsiləndi yurd daşlarım,
Vaqifsevər sirdaşlarım.
Paşa,
axdı göz yaşların
"Damcılı" tək şoralandı.
Bu şeir xalq şairi Vaqif Səmədoğluya, Səmədoğlu
itkisinə həm də bir eloğlu,
bir dost, bir oxucu nekroloqudu. Və misralardan da göründüyü kimi,
bu şeirin arxasında sızıldayan,
paralanan bir ürəyin göynərtisi,
hıçqırığı dayanıb. Və yaxud el-obanın
dəyərli bir ağsaqqalının, ziyalısının
itkisinə yazılan şeirdə Əyyub Paşanın söylədiyi
fikirlərə diqqət
yetirsək, həmin o
ürək parçalayan
sızıltıların bir
də şahidi olmaq mümkündü.
Yazdığım bu şeiri al, Paşa, köçür,
"Avey"in döşündə
sal daşa, köçür.
Yaxşılar həmişə yaddaşa
köçür,
Tanrının sevimli butası
köçdü,
Bir elin, ocağın atası köçdü!
Mən Əyyub
Paşanın şeirlərini
oxuyanda bir məqamın da şahidi oldum. O da doğulduğu məkana, camiəyə bağlılıqdır.
Yəni müəllifin demək olar ki, bütün
şeirlərində Qazax
və onun tanınan, diqqət çəkən məkanları,
ünvanları, sayılıb-seçilən
insanları, bir də müəllifin ürəyinə doğma
olanlar onun şeirlərinin qəhrəmanlarıdı.
Zənnimcə, bu təkcə
özünə köynəyin
qədər yaxın olan əhatəni təbliğ etmək deyil. Bu həm
də daha yaxından tanıyıb bildiyin gerçəklikləri
oxucuya təqdim etməkdi. Bu mənada Əyyub Paşanın şeirləri
mənim üçün
həm də Qazaxı tanıtmaq, sevdirmək anlamını
yaradır. Təbii
ki, şairin bütöv Azərbaycanımızla,
Təbrizimizlə, Qarabağımızla,
itkilərimizlə bağlı
bir-birindən oxunaqlı
şeirləri, misraları
da var. Sadəcə, mən bir oxucu
kimi əvvəldə
qeyd etdiyim məqamı hiss etdim və bunu çox
doğru və uğurlu yaradıcılıq
missiyası hesab edirəm.
Bütün bunlarla yanaşı, Əyyub Paşanın şeirlərində fərdi ağrılar, fərdi sızıltılar da çox peşəkarcasına poeziya nümunəsinə çevrilib. Məsələn, onun "Təklənən atalar qocalır bəzən" şeirində həyat yoldaşını erkən itirən bir kişinin bütün yaşamı elə ustalıqla misralanıb ki, onu ancaq görənlər, yaşayanlar bütün cizgiləriylə gözünün önünə gətirə bilər və şairin nəyi ifadə etdiyini özü canında-qanında hiss edə bilər. Şair yazır:
Qalmışam qələmin umuduna mən,
Sevincim xatirə, qəmim göz yaşı.
Təklənən atalar qocalır bəzən,
Tez köçsə dünyadan ömür yoldaşı!
Bəli, həmsöhbət olduğum Əyyub Paşanın şeirlər və poemalar kitabı haqqında yazdığım oxucu fikirlərimi onun "Ay bənövşə" şeiri ilə bitirmək istəyirəm.
Nərgizim də qoy sevinsin,
"Damcılı"ya qonaq gəlsin,
Paşanın da üzü gülsün,
Xoş gün görüm, ay bənövşə.
Mən təsadüfdən fikrimi belə bitirmirəm. İstəyirəm
ki, şairin qəmli notlar üstündə olan
pıçıltıları onun növbəti
kitabında çağırışla, qələbə
ovqatıyla cilalansın və biz onun ömrünün də
həmin o sevincli notlar içərisində keçdiyinə
baxıb sevinək.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2017-19 yanvar.-S.3.