MİKAYIL ŞAHVƏLƏD OĞLUNUN AD GÜNÜ

Mədəniyyətimiz

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adətnənələrinin, elm və mədəniyyətinin təbliği

Dostları teatr həvəskarları onu Mikayıl Mirzə deyə çağırırdılar. Xeyli gərgin, əsəbi, yüksək tonla danışan, bəzən özü bilmədən həmsöhbətinə ağıl verməkdən çəkinməyən mürəkkəb bir insan idi. Bir dəfə Xaqani küçəsi ilə gedərkən Mikayılla rastlaşdım. Məni görcək çox sevindi diplom tamaşasına baxmaq üçün məni İncəsənət institutunun Tədris teatrına dəvət elədi. Mikayıl Mirzənin oxuduğu kurs C.Cabbarlının "Aydın" dramasını diplom işi kimi hazırlamışdılar .Müəllimləri mərhum Ağali Dadaşov idi.

 

Doğrusu bu dəvət mənim xoşuma gəldi, çünki mən özüm "Aydın" əsərini Kazan Akademik Dram teatrında tamaşaya hazırlamışdım bu işimlə Sovet xalqları dramaturgiyası RSFSR teatrlarının səhnəsində festivalında iştirak edirdim. "Aydın" tamaşası Tatarıstanda böyük müvəffəqiyyətlə getdi SSRİ üzrə birinci mükafata layiq görüldü. Mənim üçün çox maraqlı idi ki, Cabbarlının bu ölməz əsəri teatra yeni üz çevirmiş gənclərin ifasında necə təcəssüm etdiriləcəkdir. Aydın rolunu Mikayıl Mirzə ifa edirdi. Mən bu rolu Ələsgər Ələkbərovun, Ağadadaş Qurbanovun ifasında görmüşdüm. Əsərin ümumi şərhi elə olduğu kimi qalmışdı. Dövlət bəy Aydınları Gültəkinləri öz var-dövləti ilə məhv edirdi. Tamaşada yeni fikir olmasa da ifaçıların hamısı təzə nəfəslə öz rollarını yaradırdılar.

 

Elə o günlərdən Mikayıl Mirzə ilə yeni bir əsər üzərində işləmək həvəsi ürəyimdə baş qaldırdı. Əməkdar incəsənət xadimi Kərim Kərimovun "Cahargah fantaziyası" əsəri dram teatrına təqdim olundu əsəri tamaşaya hazırlamaq mənə tapşırıldı. Əsərin baş qəhrəmanı Teymuru Mikayıl Mirzəyə tapşırdım. Tamaşada Məlik Dadaşov, Məhluqə Sadıxova, Siyavuş Aslan, Bəsti Cəfərova əsas rolları ifa edirdilər. Teymur obrazı isə Mikayılın ifasında əsl vicdanlı, yamanlığa qarşı mübarizə aparan böyük temperamentə malik bir obraz kimi demək olar ki, ön sıraya çıxdı.

 

"Cahargah fantaziyası"ndan sonra S.Vurğunun anadan olmasının 80 illiyi münasibəti ilə "Vaqif" tamaşasını A.İsgəndərovun quruluşunda bərpa etmək təşəbbüsü qalxdı. Bərpaçı rejissorluğu mənə tapşırdılar. M.Mirzə çox böyük həvəslə Vaqif rolunu oynamaq istəyirdi. Etiraf edim ki, Vaqif obrazı Ə.Ələsgərovun ifasında o qədər dərin ifa edilmişdi ki, tamaşaçılar tərəfindən o qədər sevilmişdi ki, mən Mikayıl Mirzənin ifasında Vaqif obrazının müvəffəqiyyət qazanacağına şübhə etdim Mikayıl Mirzəyə Kürd Musa obrazını tapşırdım.

 

Burda bir etiraf çox yerinə düşər ki, 1938-ci ildən başqa aktyorlarla romantik üslubda tamaşaya hazırlanmış "Vaqif"i yeni heyətlə eyni təəssüratı yarada biləcək tamaşa hazırlamaq müvəffəqiyyət vəd eləmirdi. Çünki bərpa edilən yeni tamaşa köhnə mizanlarla romantizmi öz ifalarında dərindən hiss edə bilməyən gənclərə 38-ci ildə yaranmış tamaşanın ümumi təsirini heç cürə bərpa etmək mümkün deyildi. Mən teatrın rəhbərliyinə "Vaqif"i bərpa etməkdənsə onu yenidən hazırlamaq təklifini verdim. Bax belə halda Vaqifi əlbəttə M.Mirzə oynamalı idi.

 

Mən Mikayıla əvvəlcədən demədən bir gün Suraxanıya Atəşkəsə getməyi təklif elədim. Atəşgah ziyarətində Mikayıl maraqlandı ki, bura gəlməyimizin məqsədi nədi. Mən Cabbarlının "Od gəlini" faciəsini hazırlamağa başlamaq istədiyimi ona dedim Elxan rolunu da ona tapşıracağıma söz verdim.

 

Yenidənqurma illəri idi. Bütün dəyərlərə o cümlədən dini dəyərlərimizə yenidən qiymət verilməyə başlanmışdı. Belə vaxtda "Od gəlini"nin qədər lazımlı olduğu şübhə yaratmaya bilmirdi. Etiraf edim ki, 1963-cü ildə rejissor Ələsgər Şərifov "Od gəlini" əsərini hazırlayırdı Ə.Ələkbərov rəhmətə getdiyinə görə Elxan rolunu Əli Zeynalov oynamalı oldu. Bu tamaşada rejissor yozumu, aktyorların ifası mənim xoşuma gəlmədi. "Od gəlini" yeni tələblər səviyyəsində açılmamışdı. Əsər Xürrəmilərin Babəkin rəhbərliyi altında İslama qarşı mübarizəsinə həsr edilmişdi. Əsərin şərhi baxımından mən hətta Qafqaz Müsəlman idarəsinə getdim ordan bir-iki məsləhətlər almaq istədim, lakin əsərin indi hazırlanmasını məsləhət bilmədilər.

 

Bir dəfə Mikayılla söhbətimizdə ondan soruşdum Od gəlininin baş hadisəsi nədir. Xürrəmilərin İslama qarşı mübarizəsi, ya varlı neft ölkəsi olan Azərbaycanın işğalı. Mikayıl mənimlə mübahisəni davam etdirmək istəmədi. Onda mən dedim, əsərin baş hadisəsi öz gözəlliyi ilə Atəşgahları dolduran Solmazın aradan götürülməsidir. Solmazın aradan götürülməsi isə Atəşpərəstliyə son qoymaq idi. Elxan Solmazı müdafiə etməkdən çox, torpağını, sərvətini, öz Atəşgah dinini qorumaq üçün vuruşur, çarpışır.

 

Elxan obrazının şərhinə gəldikdə isə o, yadellilərə qarşı mübarizədə çox böyük səhv buraxdığını axırda etiraf edir dar ağacının kəndirini boğazına özü salır.

 

Məşqlərimiz çox maraqlı keçirdi. Mən beş pərdəli bir faciəni iki pərdə ilə həll etmək qərarına gəldim. Tamaşanın ikinci hissəsində Mikayılın çox tez yorulduğunu ən ağır səhnələri yüksək faciəvi səviyyədə oynaya bilmədiyini hiss etdim səhnə arxasına gəlib ona öz qeydlərimi bildirdim. Mikayıl mənə çox ağıllı bir cavab verdi. Dedi, müəllim bu faciə beş pərdəlidi. Hər pərdədən sonra azı on dəqiqə fasilə olur, mən bu qədər ağırlıqda yükü iki saat içərisində oynayıb, qaldıra bilmirəm. Mikayılın haqlı olduğunu başa düşdüm ona məsləhət gördüm ki, ağır səhnələri özünə gərginlik vermədən qismən yüngül aparmaq lazımdır.

 

İş elə gətirdi ki, mən Mikayılla yeni tamaşalar üzərində işləyə bilmədim, çünki GTT-na baş rejissor vəzifəsinə keçmişdim. Buna baxmayaraq görkəmli şairimiz B.Vahabzadənin, şair S.Rüstəmxanlının dövlət tərəfindən keçirilən yubileylərində Mikayıl böyük məsuliyyətlə, həvəslə iştirak elədi.

 

M.Mirzə Azərbaycan Milli Məclisinin iki çağırış deputatı olmuşdur. Onu tanıyan, ona müraciət edən vətəndaşlarımıza o, həmişə səmimi qəlbdən hörmət edirdi.

 

M.Mirzə səhnədə özünü daxilən yandıran, böyük məsuliyyətlə öz rollarında və bədii qiraət gecələrində coşğunluqla çıxış edən idi. O, sakit duran adam deyildi. Hətta özünü rejissorluq sahəsində də yoxladı. Onun Akademik Dram teatrında hazırladığı "Aydın" , "XosrovŞirin" tamaşaları teatrın səhnəsində uzun müddət müvəffəqiyyətlə getdi.

 

Bir dəfə məclislərin birində o, Xəlil Rzanın "Ürək" şerini oxudu. Şeir Ulu Öndəri xatırlayaraq, ona həsr edilərək oxunulduğuna görə çox kədərli bir təsir bağışladı. Burda teatr sənətkarının Ulu öndərə olan böyük hörməti və məhəbbəti əsas, yerində hiss olunurdu. Bu şeirə mən qulaq asanda Mikayılın sənətə özünü necə həsr etdiyinin şahidi oldum.

 

Almaniyada uzun müddət müalicəyə baxmayaraq xalq artisti 2006-cı ilin iyun ayının üçündə dünyasını dəyişdi. Ancaq bu gün də elə yığıncaq, sənət söhbətləri, məclislər olmaz ki, Mikayıl Mirzənin adı orda hörmətlə çəkilməsin. Bu il yanvar ayının birində onun 70 yaşı tamam olurdu.

 

AĞAKİŞİ KAZIMOV,

xalq artisti, professor

Ədalət.-2017.-28 yanvar.-S.4.