TARİXİN LƏKƏLƏRİ
SİLİNMƏLİDİR!
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən
sayımızda)
Sovet
vaxtında millətçilikdən danışmaq, yer-yurd təbliğatı
aparmaq qorxulu idi. Amma ermənilər bunu qorxmadan. çəkinmədən
edirdilər. Elə evimizin içində-Bakıda deyirdilər
ki,siz bizə qarşı soyqırım eləmisiniz. Buna
görə də onların nahaq, şər, böhtan deyən
dilini kəsən yox idi.
2008-ci
ildə qədim Azərbaycan şəhəri İrəvanın
600 illik yubileyi tamam oldu. Çox təəssüf ki, bu
yubileyi keçirmək bir nəfər sadə azərbaycanlının
yox, alimin, ziyalının, Milli Məclis üzvünün
yadına düşdümü? Yox, düşmədi.
1918-ci
ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli
Şurasının İrəvanın ermənilərə
verilməsi qərarının qəbulunda 28 üzvdən 16 nəfəri
iştirak edib. 85 faizi azərbaycanlı olan əhalinin rəyi
soruşulmayıb. İrəvandan olan 3 deputatın qərardan
protestinə baxılmayıb. Niyə bu faktları
sübutlarla, dəlillərlə toplayıb bir tarixi sənəd
kimi beynəlxalq təşkilatların qabağına qoymuruq,
lap elə gözünə soxmuruq?! Nə vaxta kimi alimlər,
təyinatlı deputatlar dövlətdən havayı maaş
alacaqlar?
Qardaşlar,
bu tutarlı faktlar qarşısında boynubükük durmaq,
gözünü döymək, susmaq bizə yaraşmaz. Erməninin
əlində belə faktlar olsaydı, daşımızı
daş üstə qoymazdı, dünyanı
başımıza dar eləmişdi.
Aylar
günlərdən, illər aylardan yaranır. Müəyyən
gündə baş vermiş yaxşı- pis hadisəylə
ay da, il də yadda qalır, tarix olur. 26 fevral 1992-ci il Azərbaycan
xalqının yaddaşından heç vaxt silinməyəcək,
unudulmayacaq bir ay, bir il - bir tarixdir.
Bu
ay, bu il yalnız Xocalının yox, Azərbaycanın,
yalnız Azərbaycanın yox, Türk dünyasının,
yalnız Türk dünyasının yox, bütün
insanlığın tarixinə vəhşi ermənilər tərəfindən
yazılmış qara səhifədir. Nə qədər ki,
yer üzərində ermənilər var, bu qara səhifə
insanlığa. tarixə bir ləkədir. Nə qədər
ki, dünya dövlətləri bu qara səhifəni
soyqırım kimi tanımayacaq, oğullar analarının
üzünə şax baxa bilməyəcəklər,
ağrı çəkəcəklər. Bu ağrıya
bütün Azərbaycan sızlayacaq. Nə qədər ki,
içimizdə bu ağrı var, oturanda da, duranda da, çay
içib-çörək yeyəndə də
tapdanmış namusumuzu, alçaldılmış
qürurumuzu fikirləşəcəyik. Fikirləşəcəyik
ki, İlahi, biz kimin toyuğuna "kiş" demişdik, biz
kimin yerinə-yurduna göz dikmişdik, kimin çörəyinə
bais olmuşduq ki, bu iş gəldi başımıza? Kim
düzəltdi, kim qurdu. kim düşündü bu faciəni?
Ən
böyük günahkar kimdir? Allahmı, onun
inandığımız bəndəsimi?
Dünyanın
ən üzü qara günü 26 fevralda erməni hərbi
birləşmələri və Sovet Ordusunun Xankəndində
yerləşən 368-ci motoatıcı alayının zirehli
texnikası və hərbçilərinin köməyi ilə
qədim yaşayış məskəni olan Xocalı vəhşicəsinə
dağıdıldı, yandırıldı, dinc sakinlərinə
insan ağlına gəlməyən divan tutuldu. 613 nəfər
(106 qadın, 63 uşaq, 70 qoca ) qanına qəltan edildi. 1275 nəfər
əsir alındı, 150 nəfər isə qarda,
çovğunda itkin düşdü, 8 ailə
bütünlüklə öldürüldü, 59 nəfər
isə görünməmiş qəddarlıqla qətil
olundu. Xocalı soyqırımında min nəfər əlil
olub ki,onların da 75 nəfəri uşaqlardır.
Xocalı
qırğınında əhaliyə və dövlətə
250 milyard dollar ziyan dəyib. Baş verən erməni vəhşiliyi
haqqında dünya mətbuatında danılmaz, gizlədilməz
faktlar var. Məsələn, o vaxt Fransanın "Krual Evenemon"
jurnalı yazırdı - "Bütün dünya eybəcər
hala salınmış meyitlərin şahidi oldu".
İngiltərənin "Sondi Tayms" qəzeti isə
yazırdı: "Erməni əsgərləri minlərlə
ailəni məhv etdi". Rusiyanın "İzvestiya" qəzetində
isə belə bir məlumat yer almışdı: "Orada
uşaqların qulaqları kəsilmiş, kişilərin
skalpları götürülmüşdü".
Erməniyə
qalib gəlmək, onu diz çökdürmək, dünyaya
soyqırım edən bir millət kimi çatdırmaq
üçün ağıl və güc lazımdır.
Oturub-durub deyirik ki, biz ağıllı və güclü
dövlətik. Qafqazda söz sahibiyik, böyük dövlətlər
bizi sayır, haqq işimizi müdafiə edir. Ona görəmi
uzun illərdir bir ovuc erməniylə, ağıllılardan
ağıllı, güclülərdən güclü olan biz
azərbaycanlılar bacarmırıq?
Biz
tezliklə ağlımızı və gücümüzü
bir yerə toplayıb erməniləri dədə-baba torpaqlarımızdan
iti qovan kimi qovmalıyıq. Azərbaycanda bir nəfər də
erməni deyilən, Allah bəndəsi olmayan varlıq
qalmamalıdır. Birdəfəlik bilmək, qulaqda
sırğa etmək lazımdır ki, ağıl və
güc olmayan yerdə erməniyə heç vaxt, heç
zaman qalib gəlmək mümkün deyil.
Bizim
ermənilər tərəfindən başımıza gətirilənlərin
bir günahkarları da elə özümüzük. xx əsrin
əvvəllərində əgər Qərbi Azərbaycandan
soydaşlarımız çıxarılmasaydılar,
duruş gətirsəydilər, Azərbaycan hökuməti dəstək
versəydi, başabəla rəhbərlər Moskvaya inad göstərsəydilər,
bu gün nə Azərbaycan torpaqları işğal
olunardı, nə də bu qədər qaçqın,
köçkün olardı, nə də Xocalı kimi tarixdə
görünməmiş soyqrım olardı.
Azərbaycan
torpaqlarının azad edilməsi haqqında kəsərsiz 4 qətnamə
qəbul edən BMT-nin qərargahına girəcəkdə
böyük Sədinin dünya xalqlarının
yüzünün dilində belə bir kəlamı
yazılıb: "Bəşəriyyət vahid bir bədəndir.
Elə ki, həyat bu bədənin əzəlarından birinə
xətər yetirdi, başqa əzalar da
ağrıyır". Yazıqlar olsun ki, dünya birliyi bu kəlamı
başa düşdüyü halda, işğalçıyla
işğal olunanı fərqləndirmir.
Xocalı
soyqrımını dünyanın tanıması
üçün ciddi addımlar atılmalı, soyqrım
bütün detalları ilə dünya ölkələrinin
parlamentlərinə çatdırılmalı, BMT, ATƏT,
AŞ və başqa beynəlxalq qurumlara müraciət edilməli,
aktın tanınması üçün cəhdlər
olunmalıdır. Şəhidlər Xiyabanında
soyqırım abidəsi və muzeyi yaradılsın. Rəsmi
qonaqların abidəni ziyarət etməsi rəsmi Dövlət
protokuluna salınsın.
Xocalı
və 1918-ci il soyqırımlarından illər keçir.
Heç nə dəyişməyib. Dəyişən təkcə
illərdir. Amma namusumuza, qeyrətimizə, kişiliyimizə,
mənliyimizə, şərəfimizə... vurulmuş ləkə
hələ də durur.
Bu
gün Roma Papası yüz il bundan qabaq olmamış erməni
"soyqırım"ını tanıyırsa, onu xx əsrin
ilk "soqırımı" adlandırırsa, bu korluq və
tərəfkeşlikdir. Deməli, bu dünyada haqq deyilən
şey yoxdur. Dünyanın tarazlığını,
nizamını pozan dinlər, onun başında duranlar və
haqqı danan, kor, kar olan siyasətçilərdir. Əgər
bu doğurdan da belə olmasaydı, dünənki Xocalı
soyqrımı dünya dövlətləri tərəfindən
birmənalı olaraq çoxdan tanınmışdı.
Tanrım,
sən bizə imkan ver, dünyanı saymayan, BMT-in, ATƏT-in,
AŞ-ın dediklərini qulaqardına vuran, qaniçən,
amansız yağını və işğalçını
özümüz öz əlimizlə cəzalandıraq.
Namusumuzu təmizləyək. Bu, insanlıqda ən şərəfli
vəzifədir. Bu şərəfli işi görməkdən
bizi məhrum eləmə.
Məhərrəm Şəmkirli
AYB və AJB-nin üzvü
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət 2018.- 3 aprel.- S.7.