Yaxşı
tanı düşməni, - o məkrli erməni
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
(əvvəli
ötən saylarımızda)
Bu qanlı hadisələrin
canlı şahidlərinin
gözləri qarşısında
Azərbaycan xalqının
qanına bais olmuş Şaumyanın Avakyanın və başqa onlarla daşnaq mundirli erməni bolşevik cəlladlarnın şərəfinə
Bakıda eləcədə
respublikanın digər
yerlərində küçələr,
idarə və müəssisələrə, hətta
qəsəbələrə onların adı verildi. Bakının Çəmbərəkənd
məhəlləsində, dağüstü
parkda 1918-ci il
31-mart şəhidlərinin kütləvi məzargahının
yerində Kirovun heykəli qoyuldu, istirahət parkı salındı.
Tarix nəsildən-nəsilə
ötürməklə yaşayır. Bəs bu qanlı tarixi
yaşayan, dəhşətlərini
gözləri ilə görən nəsil nə üçün onu gələcək nəsillərə ötürüb
yaşatmadı?!. Bakıdakı, Qubadakı kütləvi
məzargahların yeri
bir əsrə yaxın vaxt keçəndən sonra açıldı. Şahidlər
nəslinin nümayəndələri
Bakının mərkəzində
o millət qatili Şaumyanın heykəlinin
yanından ötüb
keçəndə ürəklərindən
qara qanlar axmadımı?!. Hələ üstəlik bu qatil daşnaq ədəbiyyatımızda gen-bol
vəsf olundu. Bu
ürək ağrıdan
sualların bir cavabı var: Sadəcə mənfur sovet rejimi unut
dedi, -bizdə unutduq. Çox təəsüf ki, bu unutqanlıq
həyatımızda bu
gün də davam edir. Milli faciəni unutmaq isə, milli mənliyi unutmaq deməkdir.
Bütün bu faciələrin başlıca səbəbi
həmdə ondadır
ki, bu gün
ölkəmizdə vətənpərvərlik,
xüsusi ilə hərbi vətənpərvərlik
tərbiyəsi işi
müharibə dövrünün
qanunlarına uygun şəkildə həyata
keçirilmir. İşğal altında olan
rayonlarımız ancaq
işağal günündən-gününə
xatırlanır. Xalqımızın düşməninin xain təcavüzkar xislətinin
daha dərindən açılıb ifşa
olunması, işğal
altında olan torpaqlarımızın azad
olunması haqqında
mütəmadi olaraq geniş təbliğat işi aparılmır.
Televiziya kanallların
çoxunda cürbəcür
şou proqramlarına
baxan tamaşaçı
hiss edə bilmir ki, bu ölkə
müharibə şəraitində
yaşayır, torpaqları
işğal altındadır.
Yaxşı olmazmı ki, müxtəlif televiziya kanallarında geniş yer alan
əyləncəli verlişlərin
və şou proqramlarının, cürbəcür
musiqi yarışmalarının,
bir hissəsi vətənpərvərlik mövzusunda
bilik yarışmasını,
şer, mahnı müsabiqəsinə çevrilsin.
Qarabağ savaşında canından
keçən, yaxud keçməyə hazır
olan Milli Qəhrəmanlarımızın örnək həyat yolu nə üçün
geniş təbliğ
olunmur, onlar haqqında silsilə verlişlər hazırlanmır.
Belə Milli Qəhrəmanlarımızı
aç-çox məktəblərdə
olan stendlərdən tanıyırıq. Halbuki, onların
hər birinin mübariz həyat yolu əsl vətənpərvərlik
məktəbidir. Çox təəssüf
ki, bu barədə
təkcə mətbuat
səhifəsi, televiziya
kanalları deyil, həmçinin sənəd
adamlarımız, şair
və yazıçılarımız
da fəallıq göstərmir. Ədəbiyyat həyatın güzgüsüdür
deyiblər. Bəs şair
və yazıçılarımız
yaşadıqları və
gördükləri Qarabağ
müharibəsinin bu qanlı səhifələrini
niyə əsərlərində
gen-bol qələmə
alıb gələcək
nəsillər üçün
əbədiləşdirmillər.
Ancaq əks tərəfdə, nifrət etdiyimiz ermənilərdə bu iş əsrlərdir ki planlı, mütəmadi şəkildə
aparılır. Sovet rejimi
zamanında belə Ermənistanın dövlət
nəşriyyatında Andranikin
antitürk fəaliyyəti,
türklər əleyhinə
olan qatı millətçi vəsiyyətnaməsi
kitab halında çap olunub, hər bir erməni
evində saxlanılırdı.
Yeni doğulan uşaqlar xaç suyundan keçiriləndən sonra
bu "müqəddəs"
kitabın altından keçirilir. Orta məktəbin
dərsliklərində də
belə zəhərli
ideya şagirdlərə
aşılanrdı.
Yaxud yenə sovet dövründə Ermənistanın
keçmiş Leninakan, əslində
Azərbaycana məxsus
Gümrü şəhərinin
Şirak adına
muzeyinin girəcəyində
insan kəllələrinin
təsvirini əks etdirən böyük tablo asılmışdı.
Tablonun altında aşağıdakı sözlər
yazılmışdı:
"1915-ci ildə türklər
tərəfindən öldürülmüş
ermənilərin kəllələri". Demək olar
ki, hər gün bağça uşaqları, məktəblilər,
gənclər, bu taplonun önündə dayanıb türkə qarşı nifrətlə
silahlanaraq "dərs"
alırlar. Şübhəsiz ki uşaqlıqdan, gənclikdən ailədə
və ictimai yerdə türkə nifrət ruhunda formalaşan belə gənclər gələcəkdə
türkün qatı düşməni kimi formalaşırlar.
Ancaq əslində həmin tablo hələ uydurulmuş 1915-ci il soyqırımdan çox-çox əvvəl,-1871-1872-ci illərdə rus rəssamı Vasili Vereşagin tərəfindən
çəkilmiş, insanlarda
müharibəyə nifrət
hissi aşılayan tablodur.
Bir məqamıda
hörmətli oxuculara
çatdırmağı vacib
bilirəm 70-ci illərin
söhbətidir.İndiki ermənistan
ərazisinin Leninakan şəhərində
zabit kimi hərbi xidmətə başladığım ilk gün
idi. Zabit yoldaşım
Vəli ilə (mərhum professor Vəli Həbiboğlu nəzərdə
tutulur-Ş.A) zər paqonlu zabit mundirində
şəhərdə gəzirdik.Gördük
ki, Mərkəzi Univermağın qarşısına
piştaxta qoyub kişi köynəyi satırlar.Növbəyə dayandıq,
sırada üçüncü
yerdə idik .Növbəmiz çatanda
rus dilində iki ədəd köynək almaq istədiyimizi bildirdik.Satıcı
oğlan zəndlə
baxıb heç bir söz demədən
erməni dilində nə dedisə bizdən arxada dayananlar sıxışdırıb
bizi sıradan çıxartdı, nə
qədər hay-küy
etdiksə əhəmiyyət
verən olmadı.Bu minvalla səbirlə dayanıb gözlədik ki, görək satıcı bizə niyə köynək vermədi.Bütün köynəklər
satılıb qurtardı.
Əsəbi halda satıcı oğlana yaxınlaşıb nəyə
görə bizə köynək satmadığını
soruşduq.Satıcı oğlanın
sualları bizi lap hövsələdən çıxartsa
da cavab verməli olduq:
- İndi hardasınız?
- Leninakanda.
- Ayağınızın altındaki
nə torpağıdır?
- Erməni torpağı .
- Onda gedin erməni
dilini öyrənin, gəlin sizi birinci yola salaq.
Burada erməni dilindən başqa heç bir dil tanımırıq!
Heyrətdən, xəcalətdən donub qaldıq.Hər ikimiz Universitetin əlaçı
tələbələri olmuşduq,
ancaq satıcı erməni oğlan qədər milli əqidəmiz və savadımız yox idi.
Bilmirdik ki, ayağımızın
altındakı erməni
torpağı yox, Qərbi Azərbaycan torpağı, olduğumuz
şəhərdə Gümrü
adlı Azərbaycan şəhəridir.
Xəcalət çəkə-çəkə satıcı erməni oğlanın vətənpərvərliyinə
və doğma dilinə məhəbbətinə
heyran olduq.Ancaq o illərdə bizdə - Bakıda biləndə bilməyəndə, hamı
rus dilində danışmağa çalışırdı. Hətta idarələrdə
yazışmalar, iclaslar
rus dilində aparılırdı. Rayonlardan,kəndlərdən mənim
kimi şəhərə
gələnlər bu dildə kəkələməyi
də fəxr hesab edirdi...
...Həyat davam edir, zaman öz
axarı ilə gedir. İllər ötüşür, nəsillər dəyişir.
Lakin erməni- türk-azərbaycan
konflekti bitmək bilmirki, bilmir. Əksinə
80-cı illərin sonlarından
bu qarşıdurma müharibə alovu ilə elə qızışdıki, ötən
qanlı-qadalı illərdən
qat-qat betər oldu. Xocalı soyqırımı əvvəlki soyqırımları
kölgədə qoydu.
Geniş
miqyaslı Qarabag savaşında rusiyalı,
amerikalı və fıransalı havadarlarına
güvənən erməni
qəsbkarları Qərbi
Azərbaycanda 300 mindən
çox soydaşlarımızı
elindən-obasından didərgin
saldı. Bu azmış kimi üstəlik Azərbaycanın
11 rayonunu, bütövlükdə
13110 kvadrat kilometr torpağını işğal
etdi. Bu gün
də işgal altında olan torpaqlarımız imdad gözləyir. Vətən
sevgisi, torpaq həsrəti hər gün, hər saat, hər an hər bir Azərbaycan
vətəndaşının səfərbər etməli,
itirilən torpaqlarımızın
azad olunması yolunda azadlıq mücadiləsinə səsləməlidir:
Vətən oğlu, unutma ki bu torpaqlar
yağıdadır,
Anaların gözü yaşlı, şirin dili ağıdadır.
Yurd-yuvadan ayrı düşən,
balda yesə, ağı dadır,
Bəsdi
dözdün, əsəbini
çeynədin sən
için-için,
Atıl
cəngə, öz canını sipər eylə Vətən üçün!.
Şirxan Aranlı
Azərbaycan
Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü
Ədalət 2018.- 6 aprel.- S.7.