DETEKTİV POVESTLƏR
Qafar
Cəfərli indi Azərbaycan ədəbiyyatında
az-çox özünə yer tapan detektiv janrda povestlər
müəllifidir.Vaxtilə, otuz ilə yaxın DİN sistemində
məsul vəzifələrdə çalışmış,
bunun iyirmi iki ilini birbaşa əməliyyat xilmətində
işləmiş Qafar Cəfərli son illərdə
yaddaşına, həyati müşahidələrinə, xatirələrinə
güvənib bir-birinin ardınca "Əməliyyatçı",
"Kimsəsizlər", "Günahsız mələk"
kitablarını nəşr etdirib.
Məlumdur ki, detektiv janrının yaranması XIX əsrin sonunda yaşamış məşhur Amserika yazıçısı Edqar Ponun adıyla bağlıdır. Daha sonrakı illərdə Artur Konan-Doyl, Qilbert Çerterton, Jorj Simenon və başqaları bu janrın gözəl nümunələrini yaratmışlar. Bu əsərlərdə cinayət hadisələri, cinayətkarlara qarşı mübarizə, insan talelərinin ağır sınaqlardan keçməsi, sonda çözülməyən düyünlərin açılması süjetin əsasını təşkil edir. Azərbaycan ədəbiyyatında bütün dünyada tanınan bir yazıçı var ki, onun əsərləri ölkəmizdə və xaricdə dönə-dönə nəşr edilir. Bu-Çinciz Abdullayevdir. Onun "Cəhənnəmdən keçid", "Geri dönməmək", "İnanılmaz qətl", "Atlantika üzərində ölüm", "Unudulmuş yuxu", "Məhkumların cənnəti" və s. kimi əsərləri özünə milyonlarla oxucu rəğbəti qazandırmışdır.
Qafar Cəfərli də bu janrda söz deməyə çalışır və əlbəttə, çoxillik təcrübəsi, müşahidələri ona kara gəlir. Detektiv əsərlərdə hər bir yazıçının dəyişilməyən qəhrəmanları olur və Qafar Cəfərlinin də qəhrəmanı Əli Zaminlidir- qanunların keşiyində dayanan, öz vəzifə borcunu namusla yerinə yetirən, gözünə güllə sıxılsa belə, qorxub-çəkinməyən, cinayətkar aləmin qənimig
Mən öncə Qafar Cəfərlinin "Kimsəgsizlər" povesti ilə tanış oldum. Qeyd edim ki, müəllif təkcə ağır cinayətlərin izi ilə getmir, həm də bu cinayətlərin yaranmasının səbəblərini araşdırır, müsbət planda təqdim etdiyi obrazların həyat yolu, qarşılarına çıxan çətinliklər və mənəvi-əxlaqi keyfiyyətləri haqda da söz açır. Yeri gəldikcə, didaktikaya da müraciət edir, insan tərbiyəsi məsələsini mühüm amil kimi qeyd edir. "Kimsəgsizlər" povestində də bunun əyani şahidi oluruq. Povestin anna xəttini məhz kimsəsizlərin, valideyn qayğısından məhrum olan az yaşlı uşaqların taleyi təşkil edir. Mətin adlı uşaq ata-anasını itirmişdir, insanlıq sifətlərini itirmiş əmisi onu yaşadığı ata evindən qovur, Mətin bacısı Tatlını uşaq evinə gətirir, özü isəg.əsl əhvalatlar məhz bundan sonra başlayır. Mətin ağır sınaqlardan keçir, həyat bütün ağırlığı ilə onun taleyinə çökür. O, yaxşı adamlara da raçt gəlir, vicdanını, şərəf və ləyaqətini itirmiş adamlara da. Amma istəmədən həbsxanaya düşür. Bütün bu hadisələri izləyən Əli Zaminli kimsəsiz uşaqların xilaskarına çevrilir, o, təkcə Mətinin və onun bacısının deyil, həm də sanatoriyada tanış olduğu, ünsiyyət bağladığı Muxtar müəllimin və Arzu xanımın da köməyinə yetişir, onların da problemlərini həll edir.
Qafar Cəfərlinin detektiv povestlərində baş qəhrəman Əli Zaminlidir və müəllif onu müxtəlif hadisələrin burulğanından keçirir. Adətən, detektiv əsərlərdə baş qəhrəmanın şəxsi həyatı, ictimai fəaliyyəti, ailə ilə bağlılığı o qədər də diqqət mərkəzinə çəkilmir, onun kriminal aləmə, cinayətkar dəstəyə qarşı mübarizəsi, bu mübarizənin ayrı-ayrı detallarıdaha çox ğəsvir olunur. Qafar Cəfərli isə öz qəhrəmanını həyatın müxtəlif dolaylarından keçirir, onun həssaslığını, qayğıkeşliyini qətiyyən unutmur. Çiynində polis paqonları daşıyan bir insanın mənəvi dünyasını da bizlərə təqdim edir. Təkcə baş qəhrəmanın deyil, povestlərdə iştirak edən obrazların dav taleyi və şəxsi həyatını unutmur, onların bir insan kimi fərdi xüsusiyyətlərini nəzərə çarpdırır.
Qətllər, cinayətlər, kriminal hadisələrgBiz Əli Zaminlini bu hadisələrin gur, qaynar nöqtəsində görürük. "Əli Zaminli mülki geyimdə və özünün ağ rəngli "VAZ-2107" markalı maşınında asta sürətlə rayon mərkəzinin küçələrini dolaşır, hər şeyə diqqət verir, əməliyyat şəraitini öyrənməkdə davam edirdi. Əslində, onun boş vaxtı olmurdu. Günün altı-yeddi saatı yatmağa sərf olunur, özünə çatan da elə bu olurdu"- bu, qəhrəmanın gündəlik həyat tərzidir. Amma təbii ki, detektiv əsərlərdə bizi daha çox hadisələr və qarşıdurmalar maraqlandırır və baş verən cinayətlərin necə çözüləcəyinin intizarında oluruq. Obrazların xarakteri, onların həyat tərzi, mənəvi keyfiyyətləri yaxud mənfi, neqativ cəhətləri elə bu hadisələrin təsvirində açılır, aydınlaşır. "Namus yarası" povestində Xəyalə niyə qonşusu Rafiqi və bacısı Şəfiqəni qətlə yetirir? Təbii ki, burada obrazın keçirdiyi psixoloji durum əsas rol oynayır. O, bacısının Rafiqdən hamilə olduğunu biləndən və bacısının da etirafını eşidəndən sonra nə etməliydi? Bu cinayətə, özü də yeniyetmə bir qız tərəfindən törədilən bu qətllərə qətiyyən haqq qazandırmırıq, hansı əməlin sahibi olursa, insanı öldürmək olmaz.Amma hər bir fərdin özünə görə düşüncə tərzi var. Xəyalə Rafiqin bacısını aldatmasına dözə bilmir, bacısını onun evinə yollayır ki, bu qanuni yerini tapsın, amma pozğun həyat tərzi keçirən və bundan zövq alan Rayiq Şəfiqəni evdən qovur ki, çən bizə layiq deyilsən. Beyni namus hikkəsi ilə dolmuş bir qız-Xəyalə bu vəziyyətə-bu rüsvayçılığa son qoymaq üçün başqa yol tapa bilmir. On iki il həbsdə yatır, cəzasını çəkir. Ondan sonra ağır xəstələnir və həyatla vmdalaşır. Doğrudan da həyatda belə hadisələr baş verir və burada kimdir günahkar sualına da ehtiyac qalmır.
"Gecənin lal fəryadı" povestində isə oğul atasının və yaxın dostunun qatilinə çevrilir.Niyə Əhliman öz atası Mərdanı və dostu Abdullanı bıçaqlayıb öldürür? Və ömürlük azadlıqdan məhrum edilir? Burada yenə obrazın psixoloji durumu, keçirdiyi stress diqqəti cəlb edir. Əvvəla, Mərdan-ailə başçısı dəhşətli içki düşgünüdür, tez-tez arvadını döyür, təhqir edir. Bu azmış kimi oğlunu da döymək, "ağıllandırmaq" istəyir. Və Əhliman anasının və özünün ağır təhqirə məruz qalmasına dözə bilmir, atasını öldürür. Dostu Abdullanı da ona görə öldürür ki, o, Əhlimanın atasını öldürdüyünü görübmüş. Əlbəttə, yenə hər iki cinayətə heç cür haqq qazındırmaq olmaz. Amma Əhlimanın narkotik alverçisi olduğunu, mənasız və bayağı həyat tərzi keçirdiyini düşünürük və təbii ki, onun caniyə çevrilməsi mümkündür. Yeri gəlmişkən qeyd edək ki, Qafar Cəfərlinin təqdim etdiyi cinayətkar ünsürlərin əksəriyyəti narkotikaya meyl edən və beləliklə, həyatlarını ölüm təhlükəsinə tapşıran cavanlardır. Biz televiziya kanallarında tez-tez həmin insanların düşdükləri acvnvcaqlı taleyi azmı izləmişik? Qafar Cəfərli yeri gəlmişkən "Əlvida, həyat!" povestində öz oxucularına narkomaniya ilə bağlı bilgilər də verir ki, bu dəhşətli bəla haqqında təsəvvürləri olsun: "Narkomaniya" yunan sözü olub, "narkos"-donmaq, mat qalmaq, "maniya" isə həzz, keyf deməkdir. "Narkomaniya" sözünə dilimizin izahlı lüğətində isə belə tərif verilib":Narkomaniya"-narkotik maddələrdən müntəzəm istifadə etmək və ondan daimi asılılıqla səciyyələnən ictimai-psixoloji xəstəlikdir"
Qafar Cəfərli kriminal aləmin daha dəhşətli cinayətlərindən də söz açır. "İki ayaqlı canavar" povestində cinayət hadisələri daha təhlükəli, daha qorxuncdur. Sürətlə varlanan və külli miqdlarda var-dövlətə yiyələnən biznesmenlər arasında qanlı toqquşmalar gedir. "Xeyirlə şərin qovuşduğu gün" povestində də daha ağır cinayətlərlə üzləşirik. Müəllif bütün bu hadisələri detektiv janroının tələblərinə uyğunlaşdırmağa səy edir. Təfərrüata varmadan Q.Cəfərlinin "Taxta qaloş" əməliyyatı",, "Təhlükəli əmanət" povestlərinin də müasir detektiv janrının tələblərinə cavab verdiyini söyləyə bilərik.
Amma təbii ki, Qafar Cəfərlinin povestlərində bəzi qüsurlar da nəzərə çarpır. Bu da povestlərdə çoxlu obrazlarla bağlıdır ki, onlar tez də unudulurlar, əksəriyyətinin xarakteri məlum olmur. İkincisi, bəzən ayrı-ayrı hadisələrin təsvirində sanki polis-istintaq protokollarını xatırladan səhifələr də diqqətdən yayınmır. Bir az da bəzi məqamlarda bədiilik çatışmır, çünki detektivdə də bədii material (obrazlaorla bağlı) olması vacibdir.
Ümumən, biz yeni bir detektiv
əsərlər müəllifi ilə tanış olduq, ona uğurlar
arzulayaq!
Ədalət 2018.- 6 aprel.- S.7.