HƏR ÖMÜR BİR KİTABDIR
İnsan ömrü taleyin başlanğıcı və sonu arasındakı özəl zaman kəsiyidir. Bəzən yekun qiymət dəyişir. Dəyişmə şəxsiyyətin həyatda tutduğu mövqeylə düzmütənasibdir: Ömrü faydalı yaşamaq insanın əbədi arzusuna- qalarlığa,yaşarlığa gedən xırda cığırları birləşdirən yoldur, ümmana qovuşan bulaqlar, arxlar, çaylardır. Nə qədər fərdiliklər, məxsusiliklər özünü göstərsə də, daxilinin, iç dünyanın, qəlb aləminin səsinə necə hay vermisən?-sualına eşitdiyin cavab əslində hər bir insanın yerini müəyyənləşdirir, yaxınları, əzizləri, onu tanıyanlar tərəfindən qiymətləndirilməsi meyarlarına təsir edir.
Bir qədər də geniş müstəvidə yanaşanda aşkar görünür ki, tarix elə ayrı-ayrı adamların, ailələrin, kəndlərin, şəhərlərin... keçdiyi yolun, inkişafın, formalaşmasının elmi təsviridir. Bu baxımdan yanaşanda İslamda hər bir fərdin özünün yeddi arxa dönəni haqqında məlumatlı olması ilə bağlı fikirlərin məntiqini aydın görünür. Amma bu faydalı vəzifə öz-özünə həyata keçirilə bilməz: Hər bir təcrübəli şəxs, ata-ana, müəllim, ağsaqqal həmin vəzifənin yerinə yetirilməsi üçün əlindən gələni etməli, özündən sonrakı nəsillərə arxada qalan tarix barədə (bu cəmiyyətin inkişafında xidmətləri ilə diqqəti cəlb edən fərdlər də, ailələr, məktəblər, kəndlər, şəhərlər... də ola bilər) məlumatları çatdırsın. Əsası isə budur ki, elm və texnikanın yüksək imkanlar açdığı indiki şəraitdə yazıya alınsın, şəkilləşdirilsin, sənədləşdirilsin və gələcək insanlar üçün etibarlı faktlar kimi qorunsun. Doğrudan da, bu gün gözlərimiz qarşısında öz fəzifəsini ürəkdən, səmimiyyətlə, hay-küysüz yerinə yetirən, həyatda bir iz qoyan hər kəsin yaşamağa, tanınmağa, insanlıq tarixində qalmağa haqqı var.
Bəlkə də Səfər Məlikovun "Həyatla üzbəüz" (Bakı, "Kür-Araz Nəşrlər Evi"-2017) adlı nəfis tərtibatla nəşr olunmuş kitabı bu cəhətləri özündə əks etdirdiyindəndir ki, məni çəkdi. Kitaba tanınmış şair, naşir Vaqif Bəhmənli "Ön söz" yazıb. V.Bəhmənlinin özünü, yaradıcılığını qısaca səciyyələndisək, ilk yada düşən "səmimiyyət" sözü olar. Bu, "Ön söz" üçün də səciyyəvidir, haqqında söhbət gedən kitabın müəllifi barədə eləcə səmimi hisslər yaradır. Məlum olur ki, Səfər Məlikov həyatının hər anını zəhmətdə, halal əməkdə görmüş bir insandır. Onun ziyalılığı keçdiyi yolun nəticəsi kimi də, vasitəsi, səbəbi kimi də qiymətləndirilə bilər.
Yadıma əfsanəvi Şamil, rus imperiyasına qarşı bir qərinə mübarizə aparmış Şeyx Şamil haqqında hələ də dillərdə dolaşan bir fikir düşür: Ondan soruşurlar ki, bu cür şöhrətli olmağının,xalqın inamını qazanmağının səbəb nədir, səbəbkarı kimdir? Belə rəvayət edirlər ki, Ş.Şamil deyir: Bunun əsas səbəbkarı mən özüməm. Heç vaxt artıq hərəkət etməyi özümə rəva görməmişəm. Bunu hər an görən, hiss edən ömür-gün yoldaşım, sonra övladlarım, daha sonra digər insanlar məni məhz bu xüsusiyyətimə görə dəyərləndirməyə başlayıblar...
Bəli, "Ön söz" də, kitabdakı digər materiallar, faktlar da Ş.Şamilin fikirlərini təsdiqləyir: Özünə qiymət verməyi, hərəkətlərinə, fəaliyyətinə başqalarının gözü ilə baxmağı və nəticə çəxarmağı bacarmaq, böyük M.Füzulinin "Mətlə əl-etiqad" (Bakı, Yazıçı-1987) adlı fəlsəfi əsərində qeyd etdiyi kimi, doğum və ölüm çərçivəsindəki zamanı ləyaqətlə yaşamağa kömək edir.
"Həyatla üzbəüz"ün müəllifi S.Məlikov, Vaqif Bəhmənlinin yazdığı kimi, yaşının bu çağında da kitabı əlindən yerə qoymayan, mütaliəsiz darıxan, həyatı kitaba, insanları oxucuya bənzədən müasirimizdir. Elə bu xüsusiyyətinə görə Səfər Məlikovun həyatı, zəngin həyat təcrübəsi ilə təsdiqlənmiş fikirləri ilə tanış olmağa dəyər: Burada min illərin sınağından çıxmış müdrik deyimlərin faydası da, bədii ədəbiyyatın insanın formalaşmasında, həyatda düzgün mövqe tutmasında rolu da aydın şəkildə çatdırılır. "Səfər müəllim çoxsaylı dini hədislərlə "Qurani-Kərim" kəlmələri ilə müasir dövrün təmas-qovuşma məqamlarını ümumiləşdirməyi bacaran bir şəxsiyyət, yəni seçkin təhlilçidir.
O həm də böyük yumoristdir.
Səfər müəllimin sinəsi mənalı gülüş
qəhqəhələri ilə
doludur. O, həqiqətən
də, xalq içərisindən çıxan
yumor ustasıdır. Əgər Səfər müəllim
həmkarlarına tərəf
bir qədər əyilib, onların qulağına xısın-xısın
nəsə pıçıldayırsa,
heç nigaran olmayın, bir neçə saniyədən
sonra üzləri təbəssüm işığı
bürüyəcək, emosiyalarını
cilovlamağı bacarmayanlar
şaqqananq çəkib
güləcəklər" (V.Bəhmənli).
Səfər Məlikov uzun illər müxtəlif vəzifələrdə, dövlət
qulluğunda çalışmış
bir adamdır. Dövlət qulluğu deyən kimi, istəsən də, istəməsən
də gözlərin qarşısında qaşqabağlı
dərəcədə ciddi
görkəmli (çox
vaxt bu görkəmi
süni şəkildə
yaradan) birinin siması canlanır.
Bunun əksini görürsənsə, fikirləşirsən:
Bu nə dövlət
qulluqçusudur belə?!
Amma Səfər müəllim
işlədiyi bütün
dövrlərdə bu
imici darmadağın etdi. Özünün dediyi kimi, bu nəinki onun nüfuzunu azaltmadı, işinin nəticəsinə mənfi
təsir göstərmədi.
Əksinə, ətrafındakılar tərəfindən daha da sevildi. Onu tanıyanlar deyirlər ki, Səfər müəllimin üzündəki
ruhlandırıcı, inamyaradıcı
təbəssümün azalmaması
üçün işimizlə
bağlı əlimizdən
gələni edirdik.
Çalışırdıq ki, hər bir tapşırığı,
vəzifəni daha keyfiyyətlə yerinə
yetirək.
S.Məlikovun maraqlı həyat hadisəlri ilə dolu kitabının "Qabusnamə" ilə başlanmasını təsadüfi
saymaq olmaz. Müdrik fikirlər,
düşüncələrlə yaşayan, əməllərini
həmin fikirlər əsasında qurmağa çalışan insanın-Səfər
müəllimin nümunəsində
bu, çox təbii görünür.
Səfər müəllim
özü belə yanaşmanı daha yaxşı aydınlaşdırır:
"Niyə "Qabusnamə"dən
başladım? Cünki bu
kitab, yəni "Qabusnamə" antik yazılı dəyərlər
sırasında yer almaq haqqı olan nadir idrak toplularından biridir.
Cavanlar, sözümə bəlkə
də birtəhər baxar. Necə ki "Qabusnamə"də
deyilir":İndi
böyüyə qulaq
asan nə gəzir? Yeniyetmələrə elə gəlir
ki, onlar qocalardan çox bilirlər". Qoy elə
bilsinlər.Əgər o bilik
yaşlı nəslin
ümidlərini doğruldacaqsa,
cəmiyyətin gedişatına
təkan verəcəksə
alqışa layiqdir"
(haqqında bəhs olunan əsər, səh.17).
"Həyatla üzbəüz"
bir-birindən maraqlı
bölmələrdən ibarətdir. Diqqəti cəkən
cəhətlərdən biri
budur ki, bölmələrin heç
birində "Mənim
həyat təcrübəmdən
öyrən!" iddiası
yoxdur. Müəllif keçdiyi yolu
tarixən formalaşmış
müdrik fikirlərlə,
milli dəyərlərimzdən
alınmış nümunələrlə
vəhdətdə təsvir
etməklə, onların
tərbiyəvi təsirini
artırır. Bu da müasir şəraitdə, qloballaşma
prosesinin ən ucqar guşələrə
belə ayaq basdığı və diqqətlə təhlil edilmədikdə, kor-koranə
mənimsənildikdə xeyirdən
çox ziyan gətirdiyi bir dövrdə çox vacibdir. Böyük Əli bəy
Hüseynzadənin "Biz avropalıların
mədəsində həzm
olmamalıyıq, biz onların
beyinlərini həzm etməliyik" fikirlərinin
dəyəri gözlərimiz
önündə bir daha canlanır.
Söz barədə, kitab haqqında bizə qədər söylənənləri,
yazılanları yada salanda fikirləşirsən:
Görəsən, daha
nə demək olar? S. Məlikovun qarşımızdakı əsərdə
verdiyi "Mənə
görə kitab" adlı bölməni oxuyanda isə bir qədər başqa qənaətə
gəlirsən: Yox, söz, kitab haqqında yazılanlar yazılmayanların, yazılacaqların
yanında elə də "dəyişməz,
birmənalı" qiymətləndirilə
bilməz: "Sözün
sehri ondadır ki, o həm keçmiş tarix, həm indi, həm də gələcəkdir" (səh.24). Bəli, bu cümlədə bir qədirbilənlik öz əksini tapıb. Bizə hər şey,
əsası isə keçmişin dərsləri
sözlə, ana dilimizlə çatdırılıb.
Elm, texnika nə
qədər inkişaf
etsə də, söz, canlı dil nəsillər arasında körpüdür,
ünsiyyətin əsas
vasitəsidir. Müəllifin
fikirlərində bir nigarançılıq da sezilməkdədir; canlı
ünsiyyətin sıradan
çıxması insanlığın
sonunu yaxınlaşdırmır
ki?!
Dünyada baş verənlər
müəllifin həyat
təcrübəsi vasitəsilə
gəldiyi nəticələri
təsdiqləyir: Texniki
vasitələrlə ünsiyyət,
virtual əlaqə insanlar
arasında aysberqlərin
necə təhlükəli
şəkildə yekəldiyini
diqqətə çatdırır.
"...bir neçə
ay balaca bir kitabxananın müdiri olsam da, ixtisasca
mükəmməl kitabxanaçıyam.
Azərbaycan Dövlət Universitetinin
kitabxanaçılıq fakültəsini
bitirmişəm. Tale elə
gətirdi ki, elimin-obamın güzəranını
yaxşılaşdırmaq üçün ən müxtəlif işlərdə
çalışdım (partiya
təşkilatçısı, klub müdiri, kolxoz sədri, rayon icraiyyə komitəsinin katibi, icra hakimiyyətində
müxtəlif vəzifələr...).
Amma hər zaman kitab ( o böyük kitab- "Qurani-Kərim" ən uca rəfdə olmaqla) həyatımın
mənası, yolgöstərəni
oldu.İndi baxıram,
elə də zəngin olmayan şəxsi yazı-pozu
"arxiv"imin arasında
kitab və mütaliə haqqında görkəmli şəxsiyyətlərin
fikirləri yazılmış
saralan bir-iki səhifəlik yazı var" (səh.29-30).
Elə bilirəm
ki, S.Məlikovun əsərində kitabla, onun faydası ilə bağlı verilmiş fikirlərin, heç olmasa, bu fikirlərdən nümunələrin elm və
təhsil ocaqlarında,
gənclərimizin hər
gün rastlaşdırqları
yerlərdə nəzərəçarpan
formatda yazılıb vurlması oxu mədəniyyətinin formalaşmasına
müsbət təsir
göstərər. Səfər müəllimin
haqqında bəhs olunan əsərinə tövsiyə kimi verdiyi 60 əsərin adını əlavə etməsi onun (əsərin) praktik faydasını artırır.
"Həyatla üzbəüz"
adlanan kitabdakı bölmələrlə tanışlıq
kitabın ərsəyə
gəlməsi üçün
çəkilən zəhməti,
başlıcası isə
Səfər müəllimin
təkcə övladlarına
deyil, müasir gəncliyin hər bir nümayəndəsinə
faydalı ola biləcək zəngin təcrübəsini göz
qarşısında canlandırır:
Həyatda lazımi mövqe tutmaq üçün arzu etmək azdır, zəhmət çəkmək,
daha zəngin təcrübələri öyrənmək,
kitabla dost olmağı
bacarmaq, insanlarla canlı ünsiyyət qura bilmək, milli maddi və
mənəvi dəyərlərə
qayğı ilə yanaşmaq, onlardan bəhrələnmək, Vətənə,
dövlətçiliyə, Azərbaycançılığa bağlılıq, Ümummilli
lder H.Əliyevin həyat nümunəsinə
sədaqət, Itirilmiş
torpaqlarımızın qaytarılması
üçün mübarizə...
Bütün bunlar "Həyatla
üzbəüz"ün yazılmasında, işıq
üzü görməsində
müəllifə qol-qanad
vermiş başlıca
ideyalar, təcrübədən
doğan ümumiləşdirmələrdir.
Əsər tanınmış publisist
Rəhilə Gülgunun
"Kitaba sözardı"
adlanan maraqlı bir bölmə ilə tamamlanır. Rəhilə
xanım yaxşı tanıdığı, sevincində,
qəmində yanında
olduğu Səfər
müəllimi səciyyələndirərək
yazır: "Səfər
müəllimin dünya
malında gözü yoxdur. Elə bu səbəbdən
şairlərin poetik məntiqi ona həyat məntiqi qədər uyğun gəlir: yəni ki bəxtiyar olmağa dünyanın yaşıl bir ağacından insanın üstünə düşən
təmiz bir kölgə də çatar..."( səh.335).
Bəli,
biz də həm müəllifin, həm də kitabın ərsəyə gəlməsində
zəhməti olanların
arzularına qoşulraq
Səfər müəllimə,
nəfsi tox,ailəcanlı,
dostcanlı, vətənsevər
insana uzun ömür arzulayaraq xatırladırıq: Deyilən
söz yadigardır, Sizin həyat təcrübəniz və
bu təcrübəni
ifadə imkanlarınız
bizi daha yeni kitablarınızla tanış olacağımıza
inandırır.
Oqtay Abba
Ədalət 2018.- 6 aprel.- S.6.