Azərbaycan torpaqlarının işğal xronologiyası - (1801-1990)
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Televiziya verilişlərinin birində aparıcı belə bir ifadə səsləndirdi: - otaylı-bu taylı Azərbaycan. Bu kəlmələri eşidəndə, Allah ölənlərinizə rəhmət eləsin rəhmətlik anam ah çəkdi. Oğlum Xətai heç nə anlamadan və sual dolu baxışlarla nənəsinə və mənə baxdı. Qulaq as, nənən qurban, bax gör bizim ərazimiz, torpaqlarımız necə böyük olub dedi: anam Sürəya nəvəsi, ciyərparəsi - Xətaiyə. Xətai də verilişə baxdıqca mənə suallar yağdırırdı:
1. Ata vətənimizin ərazisi əvvəllər indikindən nə qədər böyük olub?
2. Niyə indi vətənimiz parçalanmış vəziyyətdədir?
3. Altmış milyonluq dünya Azərbaycanlıları, o cümlədən 10 milyonluq "Vətən-daşları" niyə bir ovuc erməninin əlində aciz qalıb?
4. Niyə görə Azərbaycanlılar daxilən sıx, yumruq kimi birləşib, "Qara donlu kafirlərin" - ermənilərin qulaqburmasını verib, yerində oturda bilmir?
5. BMT-nin, ATƏT-in, İri dövlətlərin Xocalı soyqırımından sonra niyə gözləri kor, qulaqları kar oldu?
Biz ailəvi bir yerdə oturub verilişə baxdıq. Veriliş bitdi. Mən bir tarixçi kimi izah etməyə çalışdım...
Adı idealım olan oğlum Xətai! Qulaq as.
"Ana vətənimiz, Ata yurdumuz Azərbaycanın ərazisi indikindən təxminən 5 dəfə
böyük olub.
otaylı, butaylı, quzeyli, güneyli, oğuz, odlar yurdu Azərbaycanın ərazisi hələ qədim dövrdən, türk Mənşəli,
kimmer - İskid - Sak - Tüqdamme dövründə 250 min kvadrat
km olmuşdur. 3000 il əvvəl - e.ə IX əsrdə Azərbaycanın
Cənubunda Urmiya Gölü ətrafında
Meydana gəlmiş,
Manna dövlətinin qədim
dövlətçilik ənənələrini
elə həmin qədim dövrdə bu dövlətin süqutundan 269 il sonra e.ə. 321 - ci ildə Atropatena,
Şimalında isə
Albaniya dövrləri
davam etdirdi. Sonrakı tarixi dövrlərdə - erkən,
klassik və son orta əsrlər zamanında Azərbaycanın
qədim vahid dövlətçilik ənənələrini
879-941-ci illərdə, Sacilər
dövləti, 941-981 Salarilər
dövləti, 1136-1225 - Şəmsəddin
Eldənizin yaratdığı
Atabəylər dövləti,
1358-1468-ci illərdə - Calarilər,
Qaraqoyunlular dövləti,
1405-1406-cı illərdə qısa müddətdə,
Azərbaycanın ən
uzunömürlü feodal
dövləti _ Şirvanşahlar,
1501 - 1736-cı illərdə 236 il Şah I İsmayıl
Xətai Heydər Oğlunun yaratdığı
Mərkəzləşmiş Azərbaycan Səfəvi dövləti Uğurla davam etdirdi. Xətainin oğlu Şah I Təhmasib
(1524-1576) Səfəvi şahı
Məhəmməd Xudabəndənin
(1578-1587) Vəliyəhdi - Həmzə
Mirzənin Erməni
Sui-qəsdi nəticəsində
Dəlləyi Xudaverdinin
əliylə Gəncə
yaxınlığında qətlə
yetirilməsi, (10 dekabr
1586) nəinki bir nəfərin, bütövlükdə
bir xalqın kürəyinə arxadan endirilmiş qılınc zərbəsi oldu.
3000 illik dövlətçilik
tariximizin 1000 ili müstəqillik,
2000 ili yadelli əsarəti altında olan dövr olmuşdur. Müstəqillik dövrləri xalqın,
ictimai, iqtisadi və mədəni həyatında irəliyə
doğru addım dövrləridir. Adı
idealım olan oğlum Xətai! Ancaq bir az sonra bütöv Azərbaycanımızın
ərazisini Nadir Xan Əfşarın hakimiyyəti
(1736-1747-ci illər) 1795-97-ci illərdə Ağaməhəmməd
şah Qacar Səfəvilərin ərazisini
bərpa edə bilmişdirlər... Tariximizin
faciəsi ondan ibarətdir ki, istər Nadir Şah Əfşar, İstərsə
də ondan 50 il sonra
Ağaməhəmməd Şah
Qacar 1797-ci ildə
sui-qəsd nəticəndə
qətlə yetirildilər.
Məni daxilən sarsıdan odur ki, nə
üçün qarşısına
böyük məqsədlər
qoyan Tale yüklü məsələlərin həllinin
demək olar ki, həll edən
insanların taleyi xəyanətə tuş gəlir?! Tariximizin məntiqi nəticəsi
budur. Özümüzə özgə böyüdürük.
Ümumiyyətlə 879-1800 - cü illərdə
mövcud olmuş bütöv otaylı-butaylı
Vahid Azərbaycan dövlətlərinin ərazisi
qədimdə geniş
əraziyə malik idi. Bu ərazi
cənubda Zəncandan,
Şimaldan Qafqaz dağlarına - Dəmir qapı, dədə Qorqudun Məzarının
uyuduğu Dərbəndə
qədər uzanırdı.
Azərbaycan Şərqdə Xəzər
dənizi, Qərbdə
İrəvan şəhəri
də daxil olmaqla Geniş bir ərazini əhatə edirdi.
Tarixi Borçalı
mahalı da Azərbaycana Oğuz elinə daxil idi. IX-XIX əsrlərdə
vahid Azərbaycan dövlətləri tarixi faktdır. O illüziya
deyildir. 1501-1736-cı illərdə
Mərkəzləşmiş Azərbaycan səfəvi dövləti zamanında
- Dərbənd, Zəncan,
İrəvan, Borçalı,
Qazax, Bakı, Astara, Ərdəbil, Təbriz, Şamaxı, Zəngəzur, Naxçıvan,
Marağa Vahid bir dövlət bayrağı altında idarə olunurdu. Nadir Şahın Vəfatından
sora Azərbaycan tarixində feodal dağınıqlığı - Xanlıqlar dövrü yarandı. Vahid Mərkəzləşmiş dövlətin olmaması
natural təsərrüfatın hökmranlığı şəraitində
ölkəni parça-parça
doğrayıb, Rus Çarizminə və İran Şahlıq Üsul idarəsinə təslim edən xanılıqlar dövrü,
xalqımızın müstəqil
inkişafına böyük
zərbə vurdu.
Rus imperiyasının
Çar, imperator dövründə
(1721-1917-ci illər) Vahid
Azərbaycan dövlətləri
Sacilərin, Salarilərin,
Səfəvilərin ərazisi
2 yerə bölündü. 120 min kvadrat
km Şimali Azərbaycan
ərazisi, Rusiya İmperiyasına, 130 min kvadrat
km Cənubi Azərbaycan
ərazisi Qacarlar İranına birləşdirildi.
Rus imperiyasının
Çar imperator dövründə
Azərbaycan xalqı hansı torpaq itkilərinə məruz qalmışdır?
Bugünkü erməni təcavüzü
əslində keçmişdə
ölkəmizə qarşı
baş vermiş yadelli basqınlarından heç nə ilə fərqlənmir. Yadellilərin bizim ərazilərə basqını (Romalıların,
M. İsgəndərin, Seleviklərin,
Parfiyalıların, Salviyanların,
Ərəb Xilafətinin,
Monqolların) təcavüzündə
təcəssüm olundu.
1801-ci ilin 12 sentyabr
imperator I Aleksandrın fərmanı
ilə Şərqi Gürcüstan Rusiyaya ilhaq olundu. Şərqi Gürcüstanla birlikdə
Azərbaycanın Borçalı,
Əmbək, Qazax, Şəmşəddil torpaqları
da Rus Çar
imperiyasının tərkibinə
qatıldı. Beləliklə Azərbaycan torpaqlarının
İşğalı prosesi
başlandı. bu həm də Azərbaycan torpaqlarının I parçalanması
oldu.
Şərqi Gürcüstanda möhkəmləndikdən
sonra Rusiya faktiki olaraq Azərbaycanla müharibə
vəziyyətində idi. 1803-cü il mart-aprel aylarında Azərbaycanın
Şimal qərbində
Car Balakən camaatlığının
2 yanvar 1804-cü ildə
Gəncə xanlığının
işğalı deyilənləri
təsdiq edir. Bu Azərbaycan torpaqlarının
II parçalanması idi.
1804-18013-cü illər I Risuya
İran müharibəsi
gedişində, 1805-ci il Kürəkçay
müqavilələri ilə,
Qarabağ, Şəki
və Şamaxı xanlıqları Rusiyaya tabe edildi. Kürəkçay müqaviləsi bütöv,
vahid Azərbaycanın
III Parçalanması oldu.
1809-cu ildə Azərbaycan
adı Rəsmi sənəd və xəritələrdən silindi. Ölkə əhalisi
"Tatar" adı ilə
Rus mətbuatında rəsmiləşdirildi. I Risuya-İran Müharibəsindən
Rusiya İmperiyası
Qalib çıxdı,
Ümumdünya tarixində
özgə torpaqlarının
bölüşdürülməsi üçün bağlanmış
ilk antihumanist ədalətsiz,
zorakı saazişlərdən
biri Gülüstan saazişi- "Gülüstan
dağı"dır. 250 min kvadrat km otaylı-butaylı
Azərbaycanın ərazisi
Rusiya imperiyası tərəfindən daha da parçalanmaya məruz qaldı. 130 min kvadrat km Cənubi
Azərbaycan İranın
tərkibinə, müstəmləkəsinə
çevrildi və bu ərazi də
zaman-zaman ostanlara parçalanaraq daha da kiçildi.
Gülüstan sazişinə əsasən
Qacarlar İranı Gəncə, Qarabağ, Şəki, Şamaxı,
Bakı və Lənkəran Xanlıqlarının
ərazilərini, habelə
Şərqi Gürcüstan
və Dağıstanın
Rusiyaya ilhaq edilməsini tanıdı.
Bədnam Gülüstan sazişi
Azərbaycan torpaqlarının
IV parçalanması oldu.
Naxçıvan və İrəvan
xanlıqlarından başqa
Şimali Azərbaycan
Çar Rusiyasının
İşğalına məruz
qaldı.
1826-28-ci illər II Rusiya-İran
Müharibəsində də
ruslar qalib gəldi. 10 fevral 1828-ci il Türkmənçay
sazişinə, faciəsinə
əsasən İrəvan
və Naxçıvan
xanlıqlarının torpaqları
da Rusiyaya birləşdirildi. Türkmənçay faciəsi torpaqlarımızın
V parçalanması oldu.
1840-cı il, Rusların işğal etdiyi ilk Azərbaycan şəhəri Dərbənd
Dağıstan Vilayətinə
birləşdirildi. Bu həm də Azərbaycanın VI parçalanması
demək idi.
(ardı
gələn sayımızda)
Vüqar Vaqifoğlu,
Müəllim-şair publisist,
İsmayıllı
rayonu
Qubaxəlilli kəndi
Ədalət.-2018.-7 aprel.-S.4.