Qardaşım Arif!
Arif Musazadənin "Zaman hara tələsir"
kitabı haqqında düşüncələrim
2-ci yazı
"Çox yaşam da çox da
əzab çəkmək deməkdir".
Şopenhauer
Dostum, yaxın gəl, əyləş, bir az söhbət edək.
Söhbət insanı yüngülləşdirir, dərdi-məlalını dağıdır, əhvalını yaxşılaşdırır, ovqatını yüksəldər - demişlər müdriklər.
19-cu yüz illikdə Qarabağda yaşayıb, Mehdiqulu xan tərəfindən mükafatlandırılmış (Xan ona Xındırıstan kəndini bağışlayıb) Xurşidbanu Natəvan, Mirzə Adıgözəl bəy və neçə-neçə bu kimi görkəmli şəxsiyyətlərlə tanış olub. Dostluq etmiş, rəvan təbi olan, Molla Pənah Vaqif ədəbi məktəbinin layiqli davamçılarından olan (qoşma jandında) həm də satirik söz ustası, neçə-neçə təmsil və hekayələrin müəllifi olan:
Öz əlimlə xəta dəydi özümə,
Ömür bostanımın tağı kəsildi.
- deyən şair Qasım bəy Zakir yazırdı ki, cahil adamlarla söhbət edib vaxtını hədər keçirməkdənsə, kitab oxumaq daha faydalıdır.
Dostum, kitabı isə sizlər-söz əhli, qələm əhli, yaradıcı təxəyyülə malik olan insanlar yazır. Sizin Simanızda indi mənim iki dostum var. Biri şair Arif Musazadə, digəri isə "Zaman hara tələsir?" kitabıdır. Arif, nə yaxşı ki, bu kitabı yazmısan. Sənə əlim çatmayanda kitabınla söhbətləşir və rahatlanırsan.
Arif, etiraf edək ki, bu gün kitab qayıranlar kitab yazanlardan qorxur desəm, yəqin ki, səhv etmiş olmaram.
Avstraliyada qoyunlar insanları yediyi kimi, az qala bizdə də kitablar insanları yeməyə başlayıb. A kişi, bu məmləkətimizdə az-az adamlar nəinki kitab qayırmağa, hətta iki-üç kəlmə söz çap etdirməyə ehtiyat edərdilər. Günlərlə oturub fikirləşər, götür-qoy edərdilər ki, birdən sözün yerinə düşməz, mənə ayıb olar. A kişi, vallah, indi bu kitab qayıranlar nə utanır, nə də ki, abır-həya gözləyir. Keyfiyyətsiz qida məhsulları və əyin-baş kimi sözü də insanlara sırıyırlar.
Halbuki hələ on birinci yüz illikdə böyük Azərbaycan şairi, mütəfəkkiri, şair-filosof, həkim loğman Nizami Gəncəvi (İlyas Yusifoğlu) şeir-sənət dünyasının baş hakimi kimi qəti hökm verərək demişdir:
Şeirdən ucalıq umma dünyada.
Bil ki, Nizamiylə qurtardı o da.
Könüllər şairi Məhəmməd Füzuli Süleyman oğlu da "Söz" qəzəlində sözün ucalığını, sözün silqətini çox yüksək səviyyədə ifadə etmişdir.
Ömrü kəm, şeirləri xoşbəxt taleli şair Mikayıl Müşfiq də "Şairəm söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdir"- söyləyib.
Böyük Səməd Vurğun da "Nədən şeirlərim ağıza düşüb, Dağların çobanı məni anmasın?" deyirdi. Şeirdə şeyriyyət, incəlik, gözəllik, duyğusallıq, dildə şirinlik, axıcılıq, sadəlik, amma düşündürücülük olmalıdır, - söyləyirdi Səməd Vurğun.
Arif, qardaşım bu kitab qayırmaq, ŞEY İR "yazmaq" məni o qədər ağrıdıb ki, tələbə vaxtlarımdan boğazımdan o KİRABLAR da az qalır gözümdən düşə. Bu gün həyatda hər şey bahalaşdığı halda, görəsən KİRAB, SÖZ bu qədər niyə ucuzlaşdırılıb?
Müdriklərdən biri söyləyib ki, zaman özü böyük müəllimdir. O özü hər şeyi ölçüb-biçir, islah edir və yoluna qoyur. Bəs hanı, hardadır bu Zaman adlı gözlədiyimiz şey? Söz, mətbuat avadanlığı, verilən imkan, açılan meydan KİTAB qayırmaq, QAZ ET çıxartmaq üçündürmü bəyəm?
O köhnə kişilərin "Əkinçi", "Molla Nəsrəddin", "Hümmət", "Kaspi", "Ziyuzat" və şair qəzet və jurnalları imkansız mühit və şəraitdə çıxmalarına baxmayaraq, xalqa savadlanmaq, maariflənmək, inkişaf etmək üçün böyük imkanlar açdı.
Qədim Şamaxıda - Əfsələddi Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani kimi böyük söz nəhənglərinin yurdunda doğulmuş Mirzə Ələkbər Sabir Tahirli ürək ağrısı ilə, ironik tərzdə "Düşdü bütün qəzetlər" qiymətdən, ay can, ay can" deyərək millətin söz faciəsinə gecə-gündüz inildədi və vaxtsız ölümü ilə SÖZ adamlarını inildətdi.
Arif, qardaşım, SÖZ-lə, KİTAB-la bağlı içində o qədər narahatlıq var ki, ha çalışırdım ki, mətləbə keçim, fikir məni uzaqlara aparır. Sənin "Zaman hara tələsir" şeirlər kitabın zamanla səsləşir, desək, yanılmarıq. Çünki kitabda verilmiş bütün şeirlər həyatdan götürülmüş və özümün yaşadığın anlardır. Buna görə də həyatıdır və seviləndir. Sevincin də nisgilin də təbiidir:
Kaş qayıdan uşaq olum,
Anam, atam da yenə.
Əzizlənim əvvəlkitək,
Dönəm qəmdə, bala
yenə "Yenə"
Deyiblər
Arif Musazadənin eyni adlı şeirində
Yaramın gözünü qopartdın,
Arif,
-Doğru danışana dəli - deyiblər.
Bir düşün, qardaşım,
dərindən dərin:
Bax, kimlər
varlıya-bəli deyiblər?
Doğru danışana - dəli - deyiblər?
Bu bir fəlsəfədir, açması çətin,
Qanadı sınmışan uçması
çətin.
Bir mərdin meydandan qaçması çətin,
Yaltaqlar varlıya-bəli-deyiblər.
Qanmazlar qanana - dəli- deyiblər.
Ərlər sevməyibdir yaltaq
olanı,
Kişiyə ad gərək, heçdir qalanı.
Atalar deməyib belə kəlamı,
Yaltaqlar varlıya-bəli deyiblər.
Qanmazlar qanana-dəli-deyiblər.
Dünya xali deyil, qananları
var.
El üçün can verən,
yananları var,
Arifi bil, arif sananları var.
Sərraflar tanıyar ləli-deyiblər.
Aqillər aqilə-bəli- deyiblər.
Arif şeirlərini
oxuduqca yüngülləşdim. Dəli Kürə
banzər Həsənsu
çayının yazda
daşarkən dəlilik
edərək qabağına
çıxan hər şeyi ağuşuna alması. Gül-çiçəkli Gülül dağı,
Kotan dağı, buz bulaqlarımız, gözəl, bərəkətli
kəndimiz və onun qeyrətli insanları gözlərim
önünə gəlir.
Arif Musazadənin "Zaman hara tələsir" şeirlər kitabı ilə sizi baş-başa
buraxır və onun "Deyiblər" şeirini və özümün həmin şeirə nəzirə olaraq yazdığım eyniadlı "Deyiblər"
şerini təqdim edirəm:
Əvvəlcə Arifin şeirinə
diqqət edək:
Deyiblər
Bilmirəm, nədənsə, sözün
düzünü,
Deyənə həmişə-dəli-deyiblər.
Varlıya baş əyib,
yumub gözünü,
Hər səfeh
sözünə - bəli-deyiblər.
Şeytan
hakim olub qəlbi pislərə,
Qoymayır qapıya ülvi hisslərə.
Taleyi üzünə gülən
kəslərə,
Tanrının var üstə əli- deyiblər.
Belə
eşitmişəm, yoxdu
yalanı,
Qılınc yox, ağır söz ağırdır canı.
Çıxarar yuvadan inan, ilanı,
Birinin şirinsə
dili-deyiblər.
Qınama
qanmazı, qına qananı,
Arif, qana-qana haqqı dananı,
Hamıya,
hər kəsə canı yananı,
Seviblər obası, eli-deyiblər
Əli Səmədoğlu
Ağstafa
Ədalət 2018.- 13 aprel.- S.7.