VADAR OLDUM
Bu günlərdə, işdən qayıdarkən
yaşadığım binada
qonşum Aslan kişinin həyətdə
tək - skameykada oturduğunu, yanında da bir neçə
köhnə kitab olduğunu gördüm.
Bu kitablar və bir qədər də yorğunluğum məni də oturmağa vadar etdi. Bir qədər
söhbətdən sonra
dedim:
- Qonşu, nə çox kitab almısan?! Siz kitab oxuyansınız?
Aslan kişi dedi:
- Yox, Mayis müəllim,
mən bu kitabları qarşıdakı
"zibil" qutusundan
götürmüşəm. Qonşumun razılığı
ilə kitablara baxdım - bir neçə rus yazarları ilə bərabər, içərisində
böyük yazıçımız
M.S. Ordubadinin "Dumanlı
Təbriz" və
"Qılınc və
qələm" romanları
da var idi.
Qonşunun razılığı ilə hər iki kitabı ondan aldım. Düzü çox pərişan olmuşdum. Kitaba qarşı bu
biganəlik nədən
idi.
Evə çıxıb
divana əyləşdim. Ölkədə məşhur bir nasirin kitabını bu gün zibilxanaya
atan insan haqda müxtəlif mənfi fikirlər olsa da özümü
bir qədər toxdadıb, kitabın səhifələrini bir-bir
vərəqlədim. 1961-ci ildə kril hərfləri ilə yazılmış bir qədər də, keyfiyyətini itirmiş bu kitabı vərəqlədikcə - əsərdəki
Qızıl Arslan, Qətibə, Fəxrəddin,
Toğrul, Səba xanım, onun Musaməddini zindandan qaçırması üçün
qurduğu tələ
yadıma düşdü.
Bir vaxtlar nadir insanların beyninə İlahi qüvvə tərəfindən göndərilən
bəşəri fikir
və duyğular, həmin insanlar tərəfindən ağ kağıza köçürülüb... Sonra kitab
halına düşərdi.
İnsanlar, oxucular onu oxuyub, ondan mənəvi
qida alardılar.
M.S.Ordubadinin "Qılınc və qələm" kitabını zibil yeşiyindən çıxması,
odlu qılınc kimi məni doğradı, kəsdi.
Burada bir haşiyəyə çıxmaq
istərdim. Hər vaxt olduğu
kimi, günlərin birində Ulu öndər Heydər Əliyev Saatlı, Sabirabad rayonlarına səfər edir. Səfər ərəfəsində sahə
düşərgəsində, pambıq sahəsində xoş avazla mahnı oxuya-oxuya pambıq yığan qızlara yanaşır.
Çox ürəklə
qızların pambıq
yığdıqlarını görən Ulu öndər deyir: "Qızlar bəlkə məndən bir xahişiniz, tələbiniz
var? Buyurun, deyin". Qızlardan biri deyir: "Hörmətli Heydər müəllim, bu boyda rayonda bir
ədəd "İtkin
gəlin" romanı
var. Xahiş edirik, mümkünsə... Sabahı Ulu
öndər Əlibala
Hacızadənin "İtkin
gəlin" romanından
küllü halda o rayona göndərilir.
Bəs necə oldu, o qızlar, o oxucular... Bu gün ölkənin
məşhur yazarlarının
kitab nüsxələri
zibil yeşiyindən çıxır. Görən o, kimi keçmiş yazarların kitablarını
zibilxanalara atan, insanlar, oxucular əgər evlərində
kitab rəfi varsa o, kitabların yerinə kimin kitabını qoyur?
Görən kitablara qarşı bu kimi hörmətsizlik,
biganəlik nədən
yarandı?
Nə üçün ədəbiyyatşünaslar,
təhsilşünaslar respublikanın
ziyalıları, kitab
sevərləri (əgər
varsa) bu barədə vaxtaşırı
geniş bir müzakirələr açıb,
öz sözlərini
demirlər?!.
Mayis Yanardağ
Ədalət 2018.- 18 aprel.- S.5.