GÖYÇAY: YENİ UĞURLAR
SORAĞINDA
Respublikamızın hər yerində olduğu kimi Göyçay rayonunda da tikinti-quruculuq və təsərrüfat işləri uğurla davam etməkdədir. İqtisadiyyatın bir çox sahələri öz inkişaf stabilliyi ilə gələcəyin daha böyük uğurları üçün stimul yaradır. Bu səbəbdəndir ki, rayon mərkəzində və əksər kəndlərdə bir çox sosial amillərlə yanaşı, müasirləşmənin yeni çalarları diqqət çəkir, rayon sakinlərinə sevinc bəxş edir. Göyçaylılar bütün bunlara və göstərilən digər qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə daim minnətdar olduqlarını bildirirlər. Onlar bu minnətdarlığı və sevgini 11 aprel prezident seçkiləri günü bir daha nümayiş etdirdilər.
Bu işgüzarlığın, birliyin və təntənənin daha da yüksəlməsində, daha geniş miqyas almasında rayon rəhbərliyinin zəhməti danılmazdır. Prezidentin yüksək etimadını görülən işlərlə doğruldan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gündəlik iş rejimində rayon həyatının bütün sahələrinə nüfuz etməyi bacaran, yenilikçi, həm də ziyalı şəxsdir. Sakinlərlə gündəlik təmaslar, görüş və söhbətlər icra başçısına hörmət və inam qazandıran amillərdir. M.Səlimzadə Göyçayın daha da inkişaf etməsi və şöhrətlənməsi üçün bütün zəruri qüvvələri səfərbər edərək rayon əhalisinə bu barədə hesabat verməyi, eyni zamanda onları dinləməyi də əsas vəzifələrindən biri hesab edir. Belədə rayon həyatının yaşanan hər günü, əvvəlki günlərin uğurlu davamı kimi yaddaşlara köçür, ümidləri artırır. Bu motiv keçirilən bütün tədbirlərin, görüş və yığıncaqların əsasını təşkil edir. Rayonda birinci rübün yekunları və qarşıda duran vəzifələr müzakirə olunarkən Mehdi Səlimzadə ölkə prezidentinin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr haqqında danışaraq demişdir:
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında
qeyd etmişdir ki, 2018-ci ilin birinci rübündə ölkə
iqtisadiyyatı 2,3 % artmışdır ki,
bu da dünya
miqyasında mövcud olan
artımdan daha yüksək göstəricidir.
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində
aparılan siyasətin nəticəsidir ki,
qeyri-neft sektoru 3 %
artmışdır. Bu ilin
birinci rübündə Azərbaycan
iqtisadiyyatına 3,5 milyard dollar
sərmayə qoyulmuşdur ki, bunun da
böyük əksəriyyəti xarici sərmayədir. Hesabat
dövründə sənaye istehsalı 2%, qeyri-neft
sənayesi isə 10%, kənd təsərrüfatı 4,2 %
artmışdır. Təkcə birinci rübdə
valyuta ehtiyatları 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollar təşkil edir. Hesabat dövründə xarici ticarət dövriyyəsi 31 %, ixrac isə 37 % artmışdır.
Birinci rübdə 31
min daimi iş yeri açılmış,
inflasiya 4% təşkil
etmişdir. İclasda
Azərbaycan Prezidenti qarşıdakı dövr
üçün mühim
vəzifələr müəyyənləşdirmiş,
biznes mühitinin yaxşılaşdırılması, maliyyə sisteminin tam şəffaflaşdırılması, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin
artırılması, yol,
elektrik enerjisi, içməli su, qaz xətləri infrastrukturlarının daha
da inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye istehsalının
artırılması, sənaye
zonaları və parklarının yaradılması
istiqamətində işlərin
davam etdirilməsi, kənd təsərrüfatının
inkişaf etdirilməsi,
aqroparkların yaradılması
ilə bağlı konkret tapşırıqlarını
vermişdir...
Sonra rayonun sosial-iqtisadi və mədəni inkişafını
müəyyənləşdirən bir sıra məqamlar
diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 2018-ci ilin birinci rübündə
rayon üzrə əsas
iqtisadi göstəricilər
artıqlaması ilə
yerinə yetirilmiş,
iqtisadiyyatın əsas
sahələri üzrə
istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2017-ci ilin müvafiq dövrünə
nisbətən 3,8 % və ya 849,5 min manat artaraq 53 milyon manat olmuşdur.
Rayonun sənaye müəssisələri
və bu sahədə fəaliyyət
göstərən fiziki
şəxslər tərəfindən
4,2 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin birinci rübündə
aqrar sahədə də müəyyən uğurlar əldə edilmiş, 1461,5 hektar sahədə yazlıq əkinlər aparılmışdır ki,
bu da ötən
ilin müvafiq dövrünə nisbətən
53,5 hektar və ya 3,8 % çoxdur. Bu dövürdə 851 hektar sahədə çoxillik otlar, 139 hektar sahədə kartof, 3 hehtar sahədə dən üçün qarğıdalı
əkilmişdir. Əkin
sahələrinin suvarma
suyu ilə yaxşılaşdırılması, torpaqların münbitliyinin
artırılması istiqamətində
bir sıra tədbirlər həyata keçirilmiş, rayon Suvarma
Sistemləri İdarəsi
tərəfindən Şəhadət,
Hacalıkənd, Şəkər,
Mall-şıxlı, Qarabaqqal,
Alxasava, Potu, Bəydövül, Alpout, Aşağı Qaraməryəm
və Qarayazı kəndlərində bütövlükdə
84,5 km məsafədə lildən
təmizlənmə işləri
aparılmış, 15 hidrotexniki
qurğu təmir edilmişdir. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi
tərəfindən rayonun
Kürdşaban, Mallı-şıxlı
və Çərəkə
kəndləri ərazisində
təsərrüfatlararası və təsərrüfatdaxili
kollektorlarda 8,2 km məsafədə lildən
təmizləmə işləri
aparılmışdır.
Faraş
tərəvəz istehsalının
artırılması məqsədilə
birinci rüb ərzində ümumi sahəsi 249 hektar olan 6700 istixana quraşdırılmış və
artıq bazarlara faraş məhsulların göndərilməsinə başlanılmışdır.
2018-ci ilin birinci rübündə
rayonun iqtisadi və sosial sahələrinin inkişafı
üçün əsas
kapitala bütün maliyyə mənbələrindən
3,6 milyon manat vəsait yönəldilmiş,
tikinti təşkilatları
tərəfindən 2,4 milyon
manatlıq inşaat işləri görülmüşdür
ki, bu da
ötən dövrlə
müqayisədə 2,2 dəfə
çoxdur.
Hesabat dövründə əhalinin
həyat səviyyəsi
xeyli yaxşılaşmış,
pərakəndə əmtəə
dövriyyəsinin həcmi
1,3 %, əhaliyə göstərilən pullu xidmətlərin həcmi
1,8 % artmışdır. 2018-ci ilin birinci rübündə
əhaliyə 248,9 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir
ki, bu da
ötən ilin müvafiq dövrünə
nisbətən 11,2 % çoxdur.
Rayon əhalisinə göstərilən rabitə
və poçt xidmətinin səviyyəsi
xeyli yüksəlmiş,
daha müasir rabitə texnologiyalarının
tətbiqi ilə əlaqədar internet istifadəçilərinin
sayı əsaslı şəkildə artmışdır.
Cari ilin birinci rübündə
şəhərdə, Qaraməryəm,
Ləkçıplaq, Qızılağac
kəndlərində 128 portluq,
Qarayazı kəndində
24 portluq avadanlıq quraşdırılmış, Kürdəmiş
kəndində 60 ailəyə
telefon xətti çəkilmişdir. Şəhərin N.Nərimanov, Bakı, Atatürk, S.Vurğun, Vaqif, Xətai küçələrində hava
rabitə xətləri
kabel kanalizasiya quyularına köçürülməklə
texniki normalara uyğunlaşdırılmışdır.
Rayon əhalisinin içməli
su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması
sahəsində işlər
davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
"Əhalinin içməli
su ilə təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında"
17 mart 2017-ci il tarixli Sərəncamına əsasən
"Azərsu" ASC tərəfindən
rayonun 15 kənd yaşayış məntəqəsinə
içməli suyun verilməsi üçün
tədbirlər görülmüş,
kəndlərin ərazisində
148 bulaq quraşdırılaraq
bütövlükdə 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır.
Həmçinin Azərbaycan Respublikası
Prezidentinin "Əhalinin
ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında"
24 fevral 2017-ci il tarixli Sərəncamına
müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
rayonun 6 kənd yaşayış məntəqəsində
modul tipli sutəmizləyici qurğular
o cümlədən, 101 ədəd
bulaq quraşdırılaraq
istifadəyə verilmiş,
həmin kəndlərdə
yaşayan 5132 nəfər
əhalinin içməli
su ilə təminatını yaxşılaşmışdır.
Rayonun Aşağı Qaraməryəm,
Qarabaqqal, Kürdşaban,
Cəyirli, Çaxırlı,
Qaraməryəm, Çərəkə,
Alpout, Hacalıkənd
və Ləkçıplaq
kəndlərində istifadəyə
yararsız güc transformatorları yeniləri
ilə əvəz olunmuş, 740 ədəd
04 kvluq, 102 ədəd
10 kv-luq qəzalı vəziyyətdə olan dayaqlar yeniləri ilə əvəz edilmişdir, 22,6 km uzunluğunda
yükünü özü
daşıyan naqillər
çəkilmişdir.
Hesabat dövründə
rayonun Çaxırlı
kəndinə təbii
qaz verilişi bərpa edilərək təbii qazla təmin olunan rayon yaşayış məntəqələrinin
sayı 45-ə çatdırılmışdır. Hazırda Ləkçılpaq
və Çərəkə
kəndlərinin təbii
qazla təminatının
bərpa edilməsi işləri başa çatdırılmaq üzrədir.
Azərbaycan Respublikası
Prezidentinin "Yaşayış
məntəqələrinin qazlaşdırılması ilə
bağlı tədbirlər
haqqında" 05 mart 2018-ci il tarixli
sərəncamına əsasən
cari ildə Kürdşaban və Şəkili kəndlərinin
də qazlaşdırılması
nəzərdə tutulur.
(ardı
gələn sayımızda)
İmza: Məzahir ƏHMƏDZADƏ
Ədalət.-2018.-26
aprel.-S.4.