GÖYÇAY: YENİ UĞURLAR
SORAĞINDA
(əvvəli
ötən sayımızda)
Hesabat dövründə rayon ərazisində
tikinti, abadlıq və quruculuq sahəsində müəyyən
işlər görülmüş,
Əli Kərim adına parkda əsaslı təmir işləri başa çatdırılmış, burada
yeni monitor quraşdırılmış,
müharibə veteranları
üçün kafe istifadəyə verilmiş,
soyqırım abidəsi
Şəhidlər Xiyabanına
köçürülərək əsaslı şəkildə
yenidən qurulmuşdur.
Hazırda parkda Azərbaycanın
məşhur yazıçı
və şairlərinin
xatirə kompleksində
son tamamlanma işləri
aparılır.
Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi aparılır. Şəhər ərazisində küçə
və ictimai həyətlərin asfalt örtüklərinin yenilənməsi
işlərinə başlanılmışdır.
Avtovağzal binasının tikintisi
başa çatdırılmaq
üzrədir.
Hesabat dövründə şəhər
təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi, şəhərin
təmiz və səliqəli saxlanılması,
məişət tullantılarının
vaxtında daşınması,
küçə və
məhəllələrdə sanitar-gigiyenik və ekoloji tələblərə
əməl edilməsi
istiqamətində xeyli
işlər görülmüş,
əvvəlki illərə
nisbətən bu sahəyə cavabdeh olan müəssisə və təşkilat rəhbərlərinin fəaliyyəti
müsbətə doğru
dəyişmişdir. Şəhərdə ticarət, sanitariya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə
qarşı mübarizə
xeyli gücləndirilmişdir.
Rayon əhalisinə kənd təsərrüfatı
məhsulları satışında
lazımi qayda yaradılması üçün
tədbirlər görülmüş,
əhalinin rahatlığını
təmin etmək üçün şəhərin
M.Hüseynzadə küçəsində
örtülü kənd
təsərrüfatı məhsullarının
pərakəndə satış
bazarı istifadəyə
verilmişdir. "Təzə bazar"ın
açılmasını rayon sakinləri böyük razılıq hissi ilə qarşılamışlar.
Ümumi sahəsi 9
min kv.m, 500 satış
yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını
satanlar üçün
normal şərait yaradılmış,
hazırda ticarət yerlərinin artırılması,
həmçinin bazarın
xidmətindən istifadə
edənlərin nəqliyyat
vasitələrinin parklanması
üçün əlavə
işlər görülür.
Hesabat dövründə
"Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nda
Göyçay rayonu üzrə nəzərdə
tutulmuş tədbirlərin
həyata keçirilməsi
istiqamətində müəyyən
tədbirlər görülmüşdür. Emal sənayesinin
daha da inkişaf
etdirilməsi məqsədilə
"Az-Nar" QSC-də
şərab sexində
quraşdırılmaq üçün
avadanlıqlar alınmışdır.
Rayon ərazisində yol
infrastrukturunun təkmilləşdirilməsi,
yerli əhəmiyyətli
kəndlərarası avtomobil
yollarının yenidən
qurulması və əsaslə təmirinin davam etdirilməsi istiqamətində əməli
tədbirlər davam etdirilir. Hesbat dövründə ümumi uzunluğu 23 km olan Cəyirli-Alpout avtomobil yolunun tikintisinə başlanılıb.
Qəzalı vəziyyətdə olan məktəblər üçün yeni məktəb binalarının
tikintisi istiqamətində
işlər davam etdirilir. Azərbaycan
Respublikası Prezidentinin
"Göyçay, Kürdəmir,
Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər
haqqında" 16 mart 2018-ci il tarixli sərəncamına
əsasən cari ildə rayonun Veysəlli kəndində
20 şagird yerlik modul tipli ibtidai
məktəbin quraşdırılması
üçün 230 min manat
vəsait ayrılmış
və hazırda tikintiyə başlamaq üçün torpaq sahəsinin seçilməsi
və texniki şərtlərin hazırlanması
üçün tədbirlər
görülür. Rayonun
Alıkənd kəndində
quraşdırılan modul
tipli 40 şagird yerlik ibtidai məktəb binasında
son tamamlanma işləri
aparılır və ölkə prezidentinin 24 fevral 2018-ci il tarixli Sərəncamına
əsasən yeni məktəb binasının
qazlaşdırılması üçün 17,9 min manat əlavə vəsait ayrılıb.
2018-ci ilin yanvar-mart aylarında rayonda 398 yeni iş yeri
yaradılmışdır.
Yığıncaqda bir daha diqqətə çatdırılmışdır ki, ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında verilən tapşırıqlara
müvafiq olaraq cari ildə Göyçay rayonunun iqtisadiyyatının yüksəldilməsi
istiqamətində də
bir sıra tədbirlər həyata keçirilməlidir.
İlk növbədə
rayonun sənaye potensialından, emal müəssisələrinin layihə
üzrə istehsal güclərindən tam istifadə
edilməsi üçün
tədbirlər görülməli,
emal müəssisələrində
yeni istehsal sahələrinin yaradılması,
müasir bazar tələblərinə uyğun
rəqabət qabiliyyətli
və ixrac yönümlü məhsul
istehsalı diqqət mərkəzində saxlanılmalıdır.
Rayonun kənd
təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilməlidir. Baramaçılığın inkişafına xüsusi
diqqət yetirilməlidir.
Cari ildə
rayon üzrə 264 qutu
barama qurdunun bəslənilməsi və
15 tona yaxın yaş barama istehsalı nəzərdə
tutulur. Baramaçılıq sahəsində rayonun
əvvəlki şöhrətinin
qaytarılması üçün
bu gün real imkanlar mövcuddur və dövlət səviyyəsində də
sahənin inkişaf etdirilməsinə xüsusi
diqqət göstərilir.
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 27 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respubliakasında baramaçılığın
və ipəkçiliyin
inkişaf etdirilməsinə
dair 2018-2025-ci illər
üçün Dövlət
Proqramı" respublikada
baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə,
bu sahədə ixrac potensialının artırılmasına və
kənd əhalisinin məşğulluğunun təmin
edilməsinə imkan verəcəkdir. Dövlət
Proqramına əsasən
2025-ci ilədək yaş
barama istehsalının
həcminin 6 min tona çatdırılması, həmçinin
respublikanın 7 rayonunda,
o cümlədən Göyçay
rayonunda tədarük
olunmuş baramanın
ilkin emalı üçün barama qəbulu və emalı məntəqəsi
yaradılacaqdır. Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin
icrasını təmin
etməklə yaxın
3-5 ildə rayonda barama istehsalının artırılması üçün
əməli tədbirlər
görülməlidir.
Heyvandarlıq sahəsində də mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır. İlk növbədə mal-qaranın
cins tərkibinin yaxşılaşdırılmasına, süni mayalama tədbirlərinin səmərəliliyinin
artırılmasına xüsusi
diqqət yetirilməli,
cins mal-qaranın tədricən qapalı bəsləmə şəraitinə
keçirilməklə boşalan
örüş və
otlaq sahələrinin
torpaq sahələrini
əkin dövriyyəsinə
daxil etməklə həm yem bazasının,
həm də digər ənənəvi
bitkiçilik məhsullarının
istehsalının artırılmasına
real şərait yaratmaq
istiqamətində əməli
tədbirlər görülməlidir.
Kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının artırılması üçün
ciddi tədbirlər görülməlidir. İlk növbədə taxılçılığın inkişafına diqqət yetirilməli, taxıl istehsalının onun məhsuldarlığının yüksəldilməsi hesabına
artırılması, sahələrin
aqrotexniki qaydada becərilməsi və
mineral gübrələrin verilməsi,
alaq otlarına qarşı mübarizə
tədbirlərinin yerinə
yetirilməsi təmin
olunmaldır. Məlum olduğu
kimi Göyçay torpaq imkanları məhdud olan rayonlardan biridir və kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının artırılması üçün
mütərəqqi texnologiyalar
tətbiq edilməlidir.
Rayonun kənd təsərrüfatı
üçün ənənəvi
sahə olan faraş tərəvəz
istehsalının artırılması
üçün ciddi
tədbirlər görülməli
və müasir istixanaların tikintisinə
üstünlük verilməlidir.
Hazırda dövlət tərəfindən
də istixanaların tikilməsinə böyük
dəstək verilir.
Çünkü tərəvəz istehsalı ölkənin ixrac potensialına çox müsbət təsir göstərir.
2018-ci ildə rayonda
abadlıq və quruculuq sahəsində də xeyli işlər
görüləcəkdir. Heydər Əliyev
Mərkəzinin qarşısında
inşa edilən bayraq muzeyinin tikintisi başa çatdırılmaqla Bayraq
meydanı kompleksi yenidən qurulacaqdır.
Əli Kərim adına şəhər
parkında Azərbaycanın
görkəmli şair
və yazıçılarının
xatirə kompleksi yaradılmaqla bura rayon sakinlərinin və qonaqlarımızın əsl
istirahət mərkəzinə
çevriləcəkdir. Şəhərin
bir sıra küçə və ictimai həyətlərində
asfalt örtüklərinin
bərpası işləri
davam etdiriləcək,
20-ə yaxın çoxmənzilli
yaşayış binasında
əsaslı və cari təmir işləri aparılacaq,
dam örtükləri təzələnəcəkdir.
Göründüyü kimi bütün yeniliklər və tədbirlərlə yanaşı,
qarşıda duran vəzifələrin də
həyata keçirilməsi
ciddi yanaşma və işgüzarlıq
tələb edir. Göyçaylılar rayon icra hakimiyyətinin rəhbərliyi ilə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən
layiqincə gəlməyə
çalışacaq, daha
böyük uğurlara
imza atacaqlar.
İmza:Məzahir
ƏHMƏDZADƏ
Ədalət 2018.- 27 aprel.- S.4.