Əsl sənətkarları qorumaq lazımdır
Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət
xadimi
(əvvəli
ötən sayımızda)
Teatrda ilk rolum
isə Eston dramaturqu E. Rannetin "Azmış oğul" pyesində Lembit rolu olub. Oynadığım bu rolu teatr
mütəxəsisləri çox
təriflədilər. Bu tamaşanın quruluşçu
rejissoru isə Moskvada A.V. Lunaçarski adına məşhur
Dövlət Teatr Sənəti İnstitutunda
təhsil alan, istedadlı insan, amma teatrda çoxlu
konfliktlərlə qarşılaşan,
keşməkeşli bir
ömür yaşayan
və sağlığnda
layiqli qiymətini almayan, mərhum Arif Ağayev idi.
- Siz yüzdən çox tamaşalarda çıxış edibsiniz.
Bu rollardan hansılar
sizinçün daha əzizdir?
-Açığı aktyorçün
bütün rolları
əziz olur. Çünki rollar da aktyorun dünyaya gətirdiyi övladlarıdır.
Övladları isə bir-birində
ayırmaq olmaz. Hansının daha yaxşı
olduğunu söyləmək
düzgün deyil.
Çünki aktyorun həyatında
elə rolları olur ki, onu
oynamağa tərəddüd
edir amma ona verirlər. Mənə elə gəlir ki, elə rollarım
var onları daha yüksək səviyyədə oynamışam.
Elə rollar da var
ki, bu rollar
çox yüksək
səviyyəli olur və aktyor qorxusundan, özünə
inanmamasından onları
oynamaq istəmir.
Yəni özündə bu qabiliyyəti görmür.
Amma rejissor onu inandıranda
və ona belə ağır rollar verəndə həvəslə işləyir.
Mənim
də həyatımda
belə rollar olub. Məsələn elə Georgi
Xuqayevin "Varlı ev" faciəsindəki Beçir obrazı. Bu rol məndən
başqa iki aktyora da verilmişdi.
Mən bu rolu oynamaq
istəmirdim. Qorxurdum ki,
bu rol məndə
alınmaz. Çünki Beçir çox dəhşətli, ağır
xarakterli, psixoloji obraz idi. Bu rolu oynamaqçün
aktyordan yüksək peşəkarlıq, cingiltili,
sərt templi, amiranə səs tələb olunurdu. Bir neçə monoloqu isə çox ucadan və hətta yüksək əsəblə demək lazım idi. Buna da lazım
olan kimi məşq olunmamış
səs dözməzdi.
Qırılardı. Mənə elə gəlirdi
ki, bu rolu
oynamaq mənimçün
hələ tezdir.
Amma siz, bu tamaşanın
quruluşçu rejissoru
kimi məni inandırdız ki, sən bu rolu
yaxşı oynaya bilərsən. Yuxarıda dediyim
kimi baxmayaraq ki, məndən başqa iki aktyora da bu
rol verilmişdi.
Onların hər ikisi
də çox istedadlı aktyorlar idilər. Amma siz mənə
daha çox inandız. Böyük səbrlə mənimlə
məşq etdiz.
Səs tembirimi qurdunuz. Hətta mən bu tamaşada
pıçıltı ilə
danışanda belə
ən arxada əyləşən tamaşaçılar
belə məni aydın eşidirdilər.
Deyilənə görə mən
bu rolu çox
yaxşı oynadım.
Bunu təkcə tamaşaçılar
yox, hətta teatr mütəxəssisləri
də deyirdilər.
Çoxlu qəzetlər bu
haqda ressenziyalar yazdılar. Azərbaycan Dövlət Televiziyası
dəyərli ziyalı,
maraqlı yazıçı,
həmin vaxtı orada Ədəbi dram verilişləri redaksiyasına
rəhbərlik edən
Vaqif Əlixanlının
təkidi sayəsində
bu tamaşa çəkildi. İndi bu
tamaşa televiziyanın
qızıl fondunda qalır.
Hətta siz bu rola
Xalq artisti, böyük aktyor, müqtədir sənətkarımız
Həsənağa Turabovu
da dəvət etmək istəyirdiz. O da bu rolu oynamağa
razılıq vermişdi.
Həsənağa müəllim
bu tamaşada mənim oyunuma baxanda çox razı qaldı və təvazökarlıqdan
uzaq olsada dedi ki, "
Məzahir, mən
bu rolu belə,
sənin kimi oynaya bilməzdim". Baxmayaraq ki, bu tamaşanın
premyerası 1992- ci ildə olub, bu gün də
bəzi tamaşaçılar
həmin rolumu xatırlayıb, oyunumdan məmnun olduqlarını
bildirirlər.
-Teatr aləmində konfliktlər çox olur. Bu konfliktlər
teatrın yaradıcılığına
necə təsir göstərir?
- Mən teatra təzə gələndə,
cəmi 27 yaşım
vardı. Elə ilk günlərdən Sumqayıt Dövlət
Dram Teatrındakı ab-hava
xoşuma gəlmədi.
Çünki teatrın direktoru
və baş rejissoru arasında konfliktlər vardı.
Bu da teatrın
kollektivinə və yaradıcılığa pis
təsir göstərirdi.
Açığı təsadüfi bir
adamın teatra rəhbərlik etməsi həmişə teatra zərbə vurur. Və çox acınacaqlı haldır ki, uzun illər təsadüfi adamlar teatra rəhbərlik etdiklərindən Sumqayıt
teatrı artıq quyunun dibinə düşüb. İndi onu
həmin quyunun dibindən çıxarmıq
da çox çətindir. Açığını deyim ki, mən
bütün yaradıcılığım
boyu təkcə yaradıcılıqla məşğul
olmamışam. Həm də
bu haqsızlıqlara qarşı vuruşmuşam.
Bəzən mənə
deyiblər ki, sən akytorsan get öz işinlə məşğul ol. Amma mən teatrın uçuruma getdiyini gördükdə sakit dayanıb buna baxmağı bacarmamışam.
Baxmayaraq
uzun illər mən baş və əsas rolları oynamışam və özü də pis oynamamışam.
Amma teatrın rəhbərlərinin
pis əməllərini
onların üzünə
dediyimə görə
mənə uzun illər fəxri adlar verilməyib. Hətta heç təqdimat siyahısına belə salmayıblar. Mənə
yalnız 2006-cı ildə
Əməkdar artist və
iki il
sonra isə Xalq artisti fəxri
adlarını veriblər.
Onu da deyim
ki, Əməkdar artistə iki il sonra
Xalq artisti adı verilməsi Azərbaycan teatr tarixində nadir hadisədir.
Mən buna görə ilk öncə Sumqayıtın
həmin vaxtı İcra Hakimiyyətinin başçısı olmuş
və bu gün Azərbaycan Mədəniyyət nazirinin
birinci müavini işləyən cənab
Vaqif Əliyevə minnətdaram. Vaqif müəllim
Sumqayıta rəhbərlik
etdiyi vaxtlarda bu şəhərçün
çox yaxşı işlər görüb.
Eləcə də Sumqayıt
Dövlət Musiqili-Dram
Teatrına indi məskunlaşdığı binanın
verilməsində əvəzsiz
işlər görüb.
Teatr yaranandan həmin binada kirayənişin idi və bu
preblemi də şəhərin heç
bir rəhbəri həll eləyə bilmirdi. Amma Vaqif Əliyev
müsbət həll elədi. Teatrın işçilərinə fəxri adların və mənzillərin verilməsində də onun xidmətləri əvəzsiz olub. Bu insan incəsənətin
vurğunudur. Allah onun canını sağ eləsin. Azərbaycan mədəniyyəti və
incəsənəti üçün
Mədəniyyət Nazirliyində
də çox yaxşı işlər görür. O, elə
bil ki, yalnız
yaxşılıq etmək
üçün dünyaya
gəlib.
- Sizin artıq 74 yaşınız tamam olub. Artıq dörd ildir ki, sizi təqaüdə göndıriblər. Amma 70-75 yaş aktyorun yaradıcılığında hələ çiçəklənmə dövrü və öz sənətini cavanlara öyrətmək məqamıdır. Siz, "yaş senzi" adlanan bu qanuna necə baxırsız?
- Çox pis
baxıram. Mənə elə gəlir ki, bu düzgün deyil. Doğrudan da gülməli və acınacaqlıdır. Aktyoru 70 yaşında təqaüdə
göndərmək çox absurd bir işdir.
Dünyanın heç bir
yerində belə dəhşətli bir şey yoxdur. Rus teatrında aktyorlar var ki, 90 yaşına kimi səhnədədirlər. Eləcə
də bizim aktyorlar Möhsün Sənani, Ağasadıq Gəraybəyli,
İsmayıl Osmanlı, İsmayıl Dağısnatlı, Süleyman Ələsgərov və onlarca belə aktyorlar
ömürlərinin axırına qədər səhnədə
olublar və bir-birindən maraqlı rollar oynayıblar. Axı mənim
canım salamat, ağlım,
yaddaşım yerində və potensial gücüm yüksək bir
səviyyədə olduğu bir vaxtda teatrdan
niyə getməliyəm? Axı elə rollar
var ki, tərifçün
demirəm, həmin rolları mənim kimi
heç bir aktyor oynaya bilməz. Teatrda "yaş senzinə"
fərdi yanaşmaq lazımdır. Bu gün elə aktyor var ki,
50 yaşı var, amma
səhnə üçün
yararsızdır. Nə canının
sağlamlığı, nə də fiziki
gücü imkan vermir ki, səhnədə
çıxış etsin. Amma yaşı az olduğuna görə teatrda
qalıb işləyir. Və hətta uzun
müddət rol da
oynamır, amma əmək haqqı
alır. Belələri teatr üçün bir yükdür. Lakin aktyorun 70-75 yaşı var
və maraqlı rollar oynayır, teatra çox
lazımdır, amma onu
teatrdan uzaqlaşdırırlar.
Açığı bu mənə
çatmır. Mən bunu başa
düşə bilmirəm. Biz oxumuşuq və görmüşük
ki, aktyor səhənədə
ölməlidir. Bu tarix
boyu sübüt olunub ki, cavan
aktyorlar peşəkarlığı teatrda yaşlı aktyorlardan
öyrənirlər. Bu qərar hələ
də mənimçün qaranlıqdır. Yaşlı rejissorlara, aktyorlara, aktrisalara qarşı belə sərt
münasibət olmasını istəməzdim. Mənə elə
gəlir ki, Azərbaycan Mədəniyyət
Nazirliyi bu haqda dərindən düşünməli və
humanist bir qərar qəbul
etməlidir. Əgər belə olmasa onlar bu yolla
çoxlu peşəkar aktyorları itirə
bilərlər. Onları vaxtından tez o dünyaya göndərə
bilərlər. Bu da
Azərbaycan teatrına, səhnəsinə çox
baha başa gələ
bilər. Doğrudanmı onlar bunu fikirləşə bilmirlər? Bəlkə
də elə onlar, yaşlı
aktyorları o dünyaya
daha tez yola salmaq istəyirlər?..
Niyə?.. Nə üçün?..
Axı yaşlı rejissorların, aktyorların, aktrisaların
günahı nədir? Ona görə də Mədəniyyət Nazirliyi bununla bağlı
humanist qərar qəbul etməli və bu qərərı da
ölkə başçısına göndərməlidir.
Əgər belə davam etsə Azərbaycan
teatrları və incəsənəti çox
şey itirəcək. Gələcək
nəsillər isə bunu bizə
bağışlamayacaq. Axı biz, tarixlər
boyu çoxlu səhvlər
etmişik və bu səhvlər
də bizə çox baha
başa gəlibg Bu səhvlərdən
isə itirən yalnız xalq olub. Düşünən beyinləri,
istedadlı insanları qorumaq
lazımdır. Bu, Vətəni qorumağa bərabər bir
müqəddəs işdir.
Ədalət 2018.- 11 avqust.- S.10.