TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ DƏYƏRİ

 

AYNUR TALIBLI,

TARİX VƏ MƏDƏNİYYƏT

ARAŞDIRMAÇISI

 

Azərbaycan Türk Oğuz yurdudur biz qədim tarixə malik olan Oğuz Türkləriyik. Biz Türklərin tarixində qadın, xatun ya xanım dəyərli əvəz olunmazdır. Dünya tarixinin səhifələrini aramla incələsək türklər qədər qadına dəyər vərən, qadını ucaldan ikinci bir millətin olmadığını açıq-aydın görərik. Bu gün bu yazımda sizə digər toplumlarda, millətlərdə qadının yeri ilə türk millətində türk toplumunda qadının yerini müqayisə edəcəyəm. Öncəliklə onu qeyd etmək istərdim ki, ailə bu gün olduğu kimi əski türklərdə önəmli önəmli olduğu qədər dəyərlidir. Türklərdə ailənin təməlini qadın təşkil edir. Türk qadını ailəsində söz sahibi olmuş ərinə igidinə daima dəstək olmuşdur. Bu hələ milatdan öncə belə idi. Avropada, Afrikada, Ərəbistanda qadınlar kölə kimi satılsa da türk qadını daima hürr azad olmuşdur. Qədim türklərdə qadın ailədə söz sahibi olduğu qədər siyasi iqtisadi əlaqələrdə, dövlətin idarəsində söz sahibi olmuşdur. Qadınlar gözəl qılınc oynadar, at minər güləşərdilər. Qadınlar savaşda da iştirak edərdi. İndi bunu oxuyanların çoxu mənim irqimi övdüyümü zənn edəcəklər, amma bu gərçəkdir bu gərçəkləri mən sizə tarixi qaynaqlarla bildirəcəyəm.

Qədim Türk atalar sözündə belə deyilir: "Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır".::: Türklər qadına yüksək dəyər verir demişdik bunu qədim türklərin tək evlilik etməsində görürük. Yəni bir qadınla evli olduqları zaman ikinci bir qadın almazlardı. Hun türkləri dönəmindən başlayaraq qadın kişi ayrımı edilməzdi. Hunlarda qadını kişinin tamamlayıcısı sayılır qadınsız heç bir şey edilməzdi. Hətta elə ki, Kağanın əmirnamələrində "Xaqan buyurur" ifadəsi yalnız yer alırdısa Xaqanın Xatununu, yəni xanımının adı qeyd edilməsə o, əmirnamə keçərli olmazdı, qəbul edilməzdi. Yabancı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazdılar. Elçilərin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütləq idi(1). Bəzən xatunlar təkbaşına elçiləri qəbul edirdilər. Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın xanımı Arıq Han tərəfindən qəbul edilir dövlət işləri ilə əlaqədar görüşürdülər. Qəbul törənlərində, ziyafətlərdə, şölənlərdə xatun xaqanın sol tərəfində otururdu. Siyasi idarə görüşləri dinləyər fikirlərini söyləyərdi. Türkiyəli yazar Gökalp bu mövzunu belə qeyd edir: "Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş sayqı göstərməmişdir"(2). Göktürk Uyğurlarda da xaqanın xanımı xatun dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur. Hunlarda olduğu kimi onlarda da əmirnamələr yalnız xaqanın adına deyil, "Xaqan Xatunun namına" deyə ortaqlaşa imzalanmaqdadır. Ailə içində qadın yüksək söz sahibi olmuşdur(3). Asiya Türklərində Göktürklərin tarixi yaşamları ilə əlaqədar ən önəmli qaynaq Orhun kitabələridir.  VII yüz ildən başlayaraq Orhun Kitabələrində dövlət işlərini bilən "Katunlardan" yəni xatunlardan söz edilir. Orhun kitabələridə Xaqan Xatun buyurur sözləri ilə başlayır. İslamdan öncə Türk qadınlarına verilən önəmlə əlaqədar çox mənbələr var, bunlardan biri hələ İslamdan öncə İtil (Volga) Bulqarlarını səyahət edən İbni Fadlan, öz əsərində türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf etməkdə heyrətləndiyini gizlətməməkdədir. Fadlan, xatunun hökmdarın yanında oturduğunu bunun türklərin adəti olduğunu qeyd edir. Türk qadınının əsla kişilərdən qaçmadığını qeyd edir. Başqa biz ərəb səyyahı İbn Batu belə yazır: "Burda qəribə bir hala şahid oldum ki, o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti dərəcəsi kişilərdən daha üstündür"(4).

Eyni zamanda bu yazdıqlarımı qədim Türk dastanlarında da açıq-aydın görə bilərik. Dastanlarda qadın kişinin güc ilham qaynağı olduğu bildirilir. Bizim milli dastanımız olan "Kitabi-Dədə Qorqud" hekayələrində buna rast gəlirik. Örnək olaraq "Dəli Domrul hekayəsində" Domrul canının yerinə öz canını verməyə razı olacaq birini bulmağa çalışır bunu qadında tapır, qadını ona heç çəkinmədən "canını verəcəyini" söyləyir. Eyni zamana qədim Türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər bu Türk ata sözümüzde belə qeyd edilir: "Ey Türk oğlu Suyu çaydan qızı soydan al(5). Bunun səbəbi yazının əvvəlində qeyd etiyim kimi Türk qadının cəsarəti ve şərəfli olmasıdır. Türk qadını daima at belində əlində qılınc savaşda birincidir. Yenə Dədə Qorqud dastanımıza baxsaq, hekayələrdən "Bamsı Beyrək" hekayesinde yer alan Banu Çiçək, bunun ən gözəl örnəklərindən biridir(6). Bir başqa örnək Selcan Xatundur. Selcan xatun düşmənin gecə ərinə basqın etməsindən şübhə etməkdədir. O ərinə xəbərdarlıq edər savaş başlayar. Mücadilə sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Səlcan Xatun atını düşmənin üstünə sürər onu qılıncından keçirər(7).

Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə tarixi bilgilərə əsaslanaraq bölüşdüm. İndi gəlin digər irqlərin qadınlara verdiyi dəyəri incələyək. İlk öncə ingilislərlə başlayaq. İngiltərdə XI yüz ilə qədər ərlər arvadlarını sata bilirdi. Xiristianlar isə qadına şeytan gözü ilə baxmışlar. Yenə İngiltərədə qadın murdar varlıq sayıldığı üçün, İncilə əl vurmurdu. Qadınlar İnciloxumaq haqqına Hanri dövründə (1509-1547) sahib oldular. İngilis keşişi Dourun Westminister kilsəsindəki nitqindən "Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsində oturmaq haqqına sahib olmadığı kimi, söz soruşulmadan danışması da qadağan idi. Kişi başının üstündə böyük odun parçası asardı, lazım gəlsə qadını cəzalandırmaq üçün onu istifadə edərdi. Oğlan uşaqları isə analarına ev içində xidmətçi qadından yuxarı dəyər verməzdilər. Çinlilərdə qadın insan sayılmazdı ona ad belə verilməzdi. Qız uşaqlarına ad verilməz, bir, iki, üç deyə çağırılırdı(8). Həyatı boyunca bir kişinin yönətimində yaşamalı idi. Qadın xidmətçi sayılır, əri uşaqları ilə eyni süfrədə otura bilməzdi. Ayaqda durub onlara xidmət etməli idi(9). Farslarda qadın kişiyə itaət etməyə məcbur edilirdi. Bir kişinin birdən çox qadınla evlənməsi normal idi. Qan bağlılığının nigaha mane olmaması səbəbi ilə Sasani İranında farslar anaları bacıları ilə nigaha girə bilirdilər, hətta buna təşviq edilirdi(10). Cahiliyyə ərəblərin qız uşağı diri-diri gömülməsi bir gerçəkdir. Qız uşağına sahib olmaq şərəfsizlik hesab edilirdi. Buddizmin qurucusu budda isə ilk başlarda qadınları dinə qəbul etməmişdir. Əski yunanlarda qadının bir dəyəri yoxdur. Əşyalardan fərqsiz olan qadın digər mallar kimi satıla miras kimi bağışlana bilirdi(11). Slavyanlarda (ruslarda) qadın əşya kimi qiymətləndirilir.

Zodruga deyə adlandırılır. Slav ailəsində uşaqlara da əsir kimi baxılır. Ruslarda qadı nəri ilə bərabər gömülür. Rus hökmdarlarının, yaxın adamlarının gözü önündə xalqdan cariyələrlə münasibət yaşayırdı.

Sizinlə digər millətlərdə qadına verilən dəyəri paylaşdım. İndi əminliklə hər zaman Türk milləti qədər qadına dəyər verən ikinci bir millətin olmadığını çəkinmədən yenidən qeyd edə bilərik. Azərbaycan Türk yurdundabütün Türk məmləkətlərindəki igidlər atalarımızın xatunlarına, xanımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli və Türk qadınını uca tutmalıdırlar.

                

 

Ədalət  2018.- 16 avqust.- S.13.