BƏNZƏRSİZLİK

Sabir RÜSTƏMOĞLU

ADPU-nun Ağcabədi

filialının dosenti, AYB

və AJB-nin üzvü

(əvvəli ötən saylarımızda)

Üzgüçü çağır dərdimi dəryaya aparsın. Düşmən yurdumda at çapır. Vəfasız dost yadla gəzir. Mənim təmiz dərdimlə BMT və ATƏT məşğul olur. Ürəyim sızıldayır və şirin yuxum zəhərə çevrilib. Keçmiş dərdim yada düşür və təzələnir. Sənin adın qalıb Musa Urud. Sən yurduna yad olmamısan. Arzu edirəm ki, qəbrimin üstünə "bir qara paltar geymiş" qadın dərdimi düzsün.

Musa Urud, qalar adın,

Sən yurda ögey olmadın.

Bir qara paltarlı qadın,

Qəbrimə düzə dərdimi

Dünyada olan bütün qalmaqalların bizim başımıza açıldığını şair "Bizəmi qaldı" şeirində təbii və poetik ustalıqla çözmüşdür. Kimin qurbanlığı olduğumuzu bilmirik və bizdən söz soruşan yoxdu. Düzün iç tərəfi biz olsaq da, həqiqəti axtaran yoxdu.

Dünyanın ahın və qanın sahibi kim olduğu bəlli deyil. İstər şeytan, istər Allah, istər günah və istərsə də savab ansın. Allah ondan kömək istəyən bizləri unudub. Yay və qış soruşmur. Yerə nə göyə sahib çıxan Buş bizi yad etmir. Bərdə, Biləsuvar, İmişli və Saatlıda qurulan bu qaçqın çadırları necə yarandı bilinmədi.

Gözlərində əfi ilan olan bu dünya yalnız bizə baxır. Ermənilərə silah və sursat, bizə isə yardım və çadır verir. On ildir bu çadırda ağlayan və gülən gəlinlər elə bilir ki, böyütdüyü körpə qurd balasıdı. Ancaq bilmir ki, verilən yardım və çadırlar adamları kök və yurdundan ayrı salır. Qolundakı gücü dağa qalıb gələn kişi indi cırtdana dönüb. O bilmir ki, dağ-daş, ov və quşu unudan qurd balası qamış və çadırda böyüyürsə, "manqurd"a dönür.

Arzu etdiyimiz baş tutmadı və dəvə çöldə, səhrada qaldı. Yük Göyçə və Təbrizdə qaldığı bilinmədi. Yol, körpü inşa etmək, dəli insanların atdığı daşları quyudan çıxarmaqdımı işimiz görəsən. Arı olmayan dünyada abırlı insanlar və Allahı sevmək, şəhidlərə yas tutmaq və dua etməkdi bizim işimiz. Bundan əlavə bizim bir-birimizlə dava etməkdən başqa işimiz yoxdu.

O nə bilsin

Dağdan, daşdan yadırğayır,

Ovdan, quşdan yadırğayır

Qurd balası qamışlıqda,

Çadırda manqurd böyüyür.

"Bir parça Vətən torpağı" şeirində Vətən torpağının hər bir qarışı uğrunda canımızdan keçməyə hazır olduğumuz anılır. Vətən torpağı bizi ölməyə qoymur, onun üçün ki, əgər bir ölsək düşmən ona sahib çıxar. O nə bizsiz yaşaya bilmir, nə də icazə vermir ki, biz onsuz yaşayaq.

Dizimizə yumruğumuzu döyəndə və çənəmizi bərk sıxmaqla dişimizi qırmışıq. Vətən torpağı bizi "it yuvası"na və düşmən qapısına apardı. Adəm və Hatəmə rast gəldik. Adəmi tamah yoldan çıxartdığına görə, Hatəm isə hamı tərəfindən aldadıldığı üçün bizə inanmadı.

BMT və ATƏT-lə rastlaşdıq. Adəmin xaç suyuna düşmüş uşaqları bizi qəbul etməzlər. Ancaq biz özümüzə və bir də Tanrıya ümid bəsləyə bilərik. Bizim özümüzə inamımız yoxdursa, Tanrı heç vaxt bizə "inanmaz".

Ümidimiz bir özümüzə qalıb,

Bir də Tanrıya.

Özümüz özümüzə inanmasaq

Tanrı bizə inanmaz!

Tanrı bizə inanmaz!

Musa Urud qələmə aldığı "Öldür, sülh nəğməsi yaza bilmərəm" şeirində əsir düşmüş Şuşa, Laçın, Zəngəzur, Göyçə və ümumiyyətlə, Qarabağda müharibə sona yetməsə, qaçqınlar öz ata-baba yurdlarına, doğma torpaqlarına qayıtmasa sülh nəğməsi yazılmayacağını söyləyir. Şairin fikrincə, sülh nəğməsi o zaman yazıla bilər ki, bütün işğal altında olan torpaqlarımız, şəhər və kəndlərimiz yağı düşmənin əsirliyindən xilas olsun. Torpağı yerlə-yeksan, əsir olan şairin haqqı yoxdur ki, yalandan sülh nəğməsi yaza. Şuşası, Laçını, Zəngəzuru, Göyçəsi əsir olan şairi öldürsən də, sülh nəğməsi yaza bilməz. Qarabağsız günü qara, fikirləri paramparça, ürəyi qumbaraya dönən şairin sülh nəğməsi yazmağa haqqı yoxdur. Bayrağım yarama dərmandı. Bayrağını yarana bağla qoy qanın onu qızartsın. Xankəndi üstündə bayrağın dalğalanmırsa, şair sülh nəğməsi yaza bilməz.

Yarama bir məlhəm san bayrağımı,

Bağla, qoy qızartsın qan bayrağımı.

Xankəndi öpməsə xan bayrağımı

Öldür, sülh nəğməsi yaza bilmərəm

Musa Urudun "Güzgü" (Tale güzgüsünün ləkəsi Xocalıya), "Bir igid" (Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin əziz xatirəsinə), "Oxşama" (Milli Qəhrəman Fəxrəddin Vəliyyəddin oğlunun unudulmaz xatirəsinə), "Son döyüş" (Milli Qəhrəman Sərdar Səfərovun əziz xatirəsinə) həsr etdiyi şeirlər öz maraqlı cəhətləri ilə diqqəti özlərinə çəkirlər.

Dünyaya baxdım - üşüdüm,

İçimə döndüm - üzüldüm.

Üzün - ölmüş su üzüdü,

Qoy bir sənə baxım güzgü.

("Güzgü" şeirindən)

Və:

Toxta ana, toxta bir az,

Ata, şax tut başını gəz.

Ömrünü yurduna əvəz,

Verdi sadağa bir igid

("Bir igid" şeirindən)

Və yaxud:

Ruhun - Torpaq, andın - Vətən,

Qayıtmadın son döyüşdən.

Ölümü öldürüb, ölən,

Bu dərddimi, şöhrətdimi

("Son döyüş" şeirindən)

Kitabda "Ancaq ürəyimə yaxşılar düşər" bölməsində şairin 19 şeiri toplanmışdır. Onlardan "Xınalıq", "Göy göldə", "Özündən müğayat ol", "Bir ömür yaşadın...", "50 yaşın mübarək", "19+59", "Mübarək", "Bacılarım", "Kəlbəcərə dönək gəl" və sairlərin adlarını çəkmək olar. Görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 80 illik yubileyinə həsr etdiyi "Bir ömür yaşadın..." şeiri alimin keçdiyi şərəfli həyat yoluna işıq salır. Həsən Mirzə səni el özünə ağsaqqal sayır. Ancaq səksən yaşın olmasına baxmayaraq çox cavan görünürsən. Sənin səksən yaşını eşidəndə sanki səksəndim. Qaralı-ağlı və Allahına, vətəninə və millətinə bağlı sazlı, şeirli və nəğməli bir ömür yaşadım. Qəm-kədəri özünə yaxın buraxmadın. Müəllim, alim, vətəndaş kimi yaşadın və bədxah insanlar sənə həmişə həsəd apardılar.

Ruhun dağ-dərədə oldu və Arpa çayın dolaşdı, Saranı axtardı. Sənin Kəbən Dərələyəz oldu, hər an onu andın. Əyrilər arasında düzü, ocağı və közü qorudun. Nəğməni, sözü və sazı yaşatdığın kimi, saz da səni yaşatdı. Ötəri sərvətə və mülkə bağlanmadın. Saz və sözdən doymadın. Yaxşı bir gözəli yüz gözəlin içində gözdən buraxmadın. Dedin ki, bir gözəli, dəli ceyranı mənə yetirin. Ancaq hansı ceyran olduğun söyləmədin. Mirzə bu ceyranların hamısını tapıb gətirsək, Azadlıq meydanı tutmaz. Təmiz adın mükafatın və nəvələrin qol-qanadındır. Bilmirəm sən həştəda, ya həştad sənə çatır, ancaq yüz sənin yolunu gözləyir. Sən təpərli və qeyrətli bir ömür yaşasan da, min ömrə dəyər. Həştad yaşa yetməyin yollarını hamıya anlat. Yüzə çatdığını da Mirzə, Musaya bildir.

Bir ömür yaşadın, min ömrə ibrət,

Ürəyində təpər, qanında qeyrət.

Həştada çatmağı hamıya öyrət,

Yüzdən agah elə Musanı, Mirzə

Musa Urud "Kəlbəcərə dönək gəl" (Dostum Adil Şükürova) şeirində düşmən əsirliyində inləyən Zəngəzur və Kəlbəcərə qayıdıb getmələrini dostu Adildən xahiş edir. Söyləyir ki, əziz qardaş, gəl gedək Zəngəzura, Kəlbəcərə. O yerlər bizim üçün çox əziz və doğmadır. Bazar və Tutqun çayları bizi yuxuda ilan kimi çalır. Heç nə bizi o yurdlar qədər ovuda bilməz. Qardaşım Adil, gəl o ellərə - Zəngəzura və Kəlbəcərə gedək. Həmin dağlarda nərə çəkərək hər birimiz şah kimi gəzərdik. Biz parçalandıq və hünərimiz yox oldu. İndi istəyirəm Zəngəzura və Kəlbəcərə gedək. Ərlərə qorxaqlar calandı və tülkülər şirlərə başçı oldu. Palıda bənzəyən kişilərə çevrilək, Zəngəzura və Kəlbəcərə gedək. Qalamızı düşmənə verdik və indi "orda-burda" boynu bükük yaşayırıq. Geri qayıtmasaq balalarımız bizi bağışlamazlar. Qardaşım Adil, gəl o yerlərə - Zəngəzura və Kəlbəcərə gedək. Həmin dağlarda "yurdun ahı", "zəmanənin günahı", "dədə-qardaş" ruhu gəzir. Gəl həmin qəribsəyən ruhlara - Zəngəzura və Kəlbəcərə qayıdaq.

O dağlarda yurdun ahı dolaşır,

Zəmanənin min günahı dolaşır.

Dədə ruhu, qardaş ruhu dolaşır,

Qəribsəyən o ruhlara dönək gəl!

Kəlbəcərə, Zəngəzura dönək gəl!

"Anam, nağıl danış" şeirində dövr və zəmanə dəyişdikcə uşaqlarımızı keçmiş nağılların mövzusu qane etmədiyi üçün analara müraciət edərək onların nəvələrinə yeni məzmun kəsb edən nağıllar danışmasını istəyir.

Sənin gördüklərin və mənim yaddaşımda olanlar qədim zamana məxsusdur. Artıq uşaqları keçmiş nağıllar qane etmir. Onlara qurd və Qırmızıpapaqdan danışmaq lazım deyil. Nəvələrə yeni məzmunlu nağıl söyləmək lazımdır.

Ey Ana, bu dəfə "sümük", və "kökdən" bəhs edən nağıl söylə. Məlikməmməddən yox, Nəsimi və Babəkdən söz aç. Dünyanın müxtəlif sifətlərindən, "keçəldən", "padşahın qızından", "Koroğlunun sazından" söz aç. "Misri qılıncdan" söhbət etsən, uşaqların Koroğluya inamları olmaz. Ara-sıra Əsli və Kərəmi də yada sal. Birini söyləyəndə, başqa birindən söz açma. "Qırxıncı otağın sirri"ni açsan da, "qırxıncı düymənin sirri"ni söyləmə. Nəvənə, Ana, başqa nağıl söylə. Nağıl danışmaq olar, ancaq demə ki, gələcəkdə "quruyan bulaqdan süd" töküləcək. Mələklər cənnətdən qaçaraq bizə pənah gətirəcəyini dilə gətirmək olmaz. Bizə deyilənləri ona söyləmə. Məqamı gəldiyi üçün onu da söyləyim ki, vaxtı ilə bizə göstərilən yumurtaya çevriləcək daşların heç biri hələ də yumurta olmayıb. Alma və armud görüb göz yaşı tökər. Nağıldakı hadisə onu yolundan çıxarar, ancaq ovundura bilməz. Sonluğu üç alma ilə yekunlaşan nağıllara bazar görmüş uşaqlar heç bir vaxt inanmazlar. Nəvənə, Ana başqa bir nağıl söylə.

Almaya, armuda baxıb ağlayan,

Nağılla adlanar, amma ovunmaz.

Sonu üç almayla bitən nağıla,

Bazarı tanıyan uşaq inanmaz,

Anam, ayrı nağıl danış, nəvənə

"Musa Urud, qəm eləmə" kitabda verilən dördüncü bölmədi. Buraya şairin 45 şeiri daxil edilmişdir. Zəmanənin amansız əzabları şairi daxilən sarsıtdığı üçün o susur. Bu daxili iztirablarını Musa Urud "Əydi" şeirində canlı bir lövhə kimi təsvir etməsidir.

Musa Urud səni bu dünyanın dərdi, çiynində olan fil və nər əydi. Kimisə tərifləmədin və bir başqası da səni tərifləmədi. Hər cəza evində döyülməmisən. Düşməninə tabe olmadın. Səni igid sandıqların yıxdı. "Dağın qarsız", yaşayan adamlarına yaşamağa yer və ölənlərini dəfn etməyə məzarlıq olmadı. Səndən mal-mülk qazananların isə mülkləri əllərindən çıxdığını gördüyün üçün əzab, dərd səni əydi. Sən nə taxtın, nə də tankın altına tullanmadın. Sənə Tanrı geri qayıtdı. Sən bunu görüb əyildin.

Nə qoymadı taxt altına,

Nə atmadı tank altına.

Tanrı döndü şaqqıltına,

Gördümü, əydi səni?!

"Qalacaq" şeirində Musa Urud hər şeyin insandan asılı olmayaraq əbədi qalacağına inamını ifadə etmişdir. Ömür su arxına bənzəyir. Arxa su dolur və axaraq mənsəbə qədər gedir. Quş da lələk salaraq yolunu davam edir. Hər kəs bir sovqatı alır, şairə isə ancaq kədər düşür. Dünya malı ötüb keçəndir. Sən şan-şöhrəti sevmirsən. Söz haqlı deyim olduğu üçün ona baş əy, o əbədi yaşayacaq.

Musa Urud, hər nə varsa,

Səndən sonra da qalacaq.

Dərdin ağırı yaxına,

Yüngülü yada qalacaq

(ardı gələn sayımızda) BƏNZƏRSİZLİK

  1642    |   2018-08-24 22:26 Şriftin ölçüsü: A+ Böyütmək A+ Balacalaşdır

Sabir RÜSTƏMOĞLU

ADPU-nun Ağcabədi

filialının dosenti, AYB

AJB-nin üzvü

(ardı gələn sayımızda)

Ədalət  2018.- 25 avqust.- S.12.