TOPONİMİK
RƏVAYƏTLƏR
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən saylarımızda)
Nemesin kələsəri
1956-cı ildə Yuxarı Seyidəhmədli kənd orta məktəbində oxuyarkən bizi Şükürbəyli kəndinə pambıq yığmağa aparmışdılar. O zaman yuxarı sinif şagirdlərini məhsul bol olan, lakin işçi qüvvəsi çatışmayan briqadalara köməyə aparırdılar. Biz də Şükürbəyli kəndində Voroşilao adına kolxoza kömək edirdik. Burada pambıq sahələrinin arasında bir topa üzümlük varıdı. Bizə dedilər ki, bu üzümlüyü almanlar salıblar. Sonralar həmin üzüm sahəsinin bir hissəsini məhv edib yerində pambıq əkiblər. Bir topası isə qalmışdı.
Şükürbəylinin yaxınlığından axıb keçən Quruçayın sahillərində bulaqlar qaynayırdı. Almanlar həmin bulaq sularını arxlarla bura gətirmişdilər. Onlar bu su ilə əkin sahələrini suvarırdılar.
Mən gözümnən gördüm. Üzümlüyün sahəsi o qədər də çox deyildi. Hər tənəyin dibinə ağac basdırmışdılar. Kələsərin içi və ətrafı tər-təmiz idi. Ətrafda isə çiy kərpicdən evlər tikilmişdi.
Cavan uşaqlar idik də X sinifdə oxuyurduq. Getdik oradan üzüm salxımlarını qırıb yedik. İri gilələri varıydı, özü də çox şirin və dadlıydılar. Müəllimimiz dedi ki, bura vaxtı ilə nemeslərin kələsəri olub. Elə yerli camaat arasında da həmin yer "Nemes kələsəri" adlanırdı. Kənd uşaqları belə bir şer parçası söyləyirdilər:
Nemesin kələsəri,
Artıb barı-bəhəri.
Bir yanda çaxır tuluğu,
Bir yanda meyvələri.
Lələağacı kəndi
Deyilənə görə Lələ yüksəklikdən əl ağacını atarmış, hara düşsə, oranı özünə qonalqa seçərmiş. Bir dəfə sazlı-söhbətli Şirvan ellərini gəzəndə atdığı ağac Zərdab bölgəsinə düşüb. Bir müddət orada çöskülənən Lələdən sonra ora bir el dayağı olub. İndi Lələağacı adlanır.
Lələ qəbri
Deyilənə görə Lələ Qarabağın dilbər guşələrindən olan Qarabulağın Araz yaxasında dünyanı tanıyıb. Kimsəsiz olduğu üçün cəlayivət düşüb, oba-oba oymaq-oymaq yer üzünü gəzib. Əsas qonalqası Lələ dağı olub. Qış aylarında isə Arğalı künbəzində (bu türbə Füzuli rayonunun Əhmədallar kəndindədir), ondan xeyli aralı Şeyx Babi Yaqubun məqbərəsində (bu məqbərə Füzuli rayonunun Babı kəndindədir) qışlayıb. Bu ərazidə çox dövran qurub, çox şülənlər yeyib. Haram yeyib harınlayanlara qəzəblənib. Sözünü birbaşa deyib:
Lələyəm, Babı haray,
Arğalı, Babı haray.
Haram çox aşdı-daşdı,
Boş qaldı qabı, haray!
Elə dünyadan köçəndə də Qarabulağın (indiki Füzulu rayonu) Əhmədallar kəndindəki Arğalı qəbiristanlığında torpağa tapşırılıb. Lələnin qəbrinin üstünə arğalının ("Arğalı" həhşi dağ qoçu deməkdir. F.Ş.) hüdür daş abidəsi qoyulub. Lələ qəbri, Aşıq qəbri adı ilə tanınan bu yer ocaqdır, pir kimi insanların ziyarətgahına çevrilmişdir.
Həmin
vaxtdan bir bayatı dillər əzbəri olub:
Lələ, yerin Arğalı,
Mələməz ay arğalı.
Kəsəkəs meydanında,
Namərd qaçar, ər qalı.
Ləmbəran-ləmbə aranlı
Qarabağda tənbəl, bivec, ərincək adamlara ləmbə deyillər. Qonşu kəndlərin
əhalisi yayın cırhacırında istidən
qorunmaq üçün
mal-qaralarını da
götürüb aranı
tərk edər, yaylaqlarda binə qurarmış. Soyuqlar düşəndə
isə arana dönərmişlər. Ləmbəranlıların
yaylaq-qışlaqla araları
yoxuymuş. Ətraf kəndin
camaatı onları bu xüsusiyyətlərinə
görə qınayır
və ləmbə aranlılar deyə çağırırlar.
Arğalı yurdu
Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara
savaşları zəminində
əhalisi köçürülüb.
Hazırda kəndin yerində
Qazaxlar və Əhmədalılar yaşayış
məntəqələri bərqərardır.
Arğalı kəndində XIII yüzildə türbə
inşa olunub. Hazırda türbə "Arğalı
türbəsi" adlanır.
XVII yüzil el şairi
Lələ deyir:
Lələ, yerin Ərğalı,
Mələməz ay Ərğalı.
Kəsakəs meydanında,
Namərd qaçar, ər qalı.
1727-ci ilə aid Osmanlı qaynağında yazılır:
"Arazbar qəzasına
tabe olan Arığəli kəndi.
Heç
kimin yaşamadığı
bu kənddə (kənardan gələn) rəiyyətlər çəltik
əkb-becərirlər. Dənli bitkilərdən əldə
edilən gəlir
12.000 ağça".
Orta çağlarda
Xudafərin körpüsündən
Arğalıya qədər
yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı.
Cəbrayıl rayonu
Qara dərə
Karxulu kəndinin
ərazisindədir. Bəziləri belə hesab edirlər ki, dərənin torpaq örtüyü qara rəngdə olduğuna görə oronim belə adlandırıilır.
Əslində isə burada
"qara" sözü
rəng yox, böyük mənasındadır.
Dərə iriliyinə, böyüklüyünə
görə belə adlandırılmışdır. Bu dərə çoxlu
savaşların şahidi
olub. Bura çox igidləri
qan-qadadan qurtarıb.
Çox
ordular bu dərədə sığınacaq
tapıb. Dünyagörmüşlər
bu dərə barəsində bir ağız bayatı da söyləmişlər:
Bu dərədə ordu var,
Ordu köçüb,
yurdu var.
Bu dərədən qorxuram,
Adamyeyən qurdu var.
Lələ təpəsi
Nüzgar kəndinin ərazisində
hündür bir təpədir. Yerli camaatın dediyinə
görə təpə
el şairi Lələnin
adı ilə bağlıdır. Deyillər Lələ
yaz-yay aylarında bu təpədə çardaq qurub oada yaşam sürərmiş. Bayatılarının
birində Lələ
deyir:
Lələnin çardağı var,
Gümüşdən bardağı var.
Lələ gedib-gəlməsə,
Bil ki, yolda yağı var.
Şəhrəbanı ocağı
Nüzgar kəndinin ərazisində
müqəddəs bir
ocaqdır. Yerli əhali buranı
müqəddəs sayır
və ziyarət edirlər. Kənd ağsaqqallarının dediyinə görə Şəhrəbanı xanım
nurcamal, pürkamal bir din adamı olmuşdur. Hələ sağlığında camaatın böyük hörmətini qazanan Şəhrəbanı həm
el ağbirçəyi, həm
də ağır nəfəsli bir şəxs kimi tanınırmaş. O, kənddə
küsülüləri barışdırar,
ən müşkül
məsələləri yoluna
qoyurmuş. El arasında
indi də bir deyim işlənməkdədir:
Ay Şərəbanı, Şərəbanı,
Abad elədi xarabanı.
Hunkuş yalı
Nüzgar kəndinin ərazisindədir. Deyillər ki, burada eramızdan əvvəl I minillikdə hun tayfaları məskən salmışlar.
Hunlarla bərabər burada həm də kuş tayfası məskunlaşmışdır. Yalın adı hər iki tayfa adının birləşməsi nəticəsində yaranmışdır.
Miranşah yoxuşu
Nüzgar kəndində qərarlaşan bu yoxuşu Əmir Teymurun oğlu Miranşahın adı ilə əlaqələndirirlər. Yerli sakinlər belə nəql edirlər ki, XIV yüzilin 70-ci illərinin sonunda Əmir Teymur monqolların Səmərqəndə hücumu ilə əlaqədar olaraq Azərbaycanı, o cümlədən də Qarabağıtərk etmiş, burada hakimiyyəti oğlu Miranşaha tapşırmışdır. Miranşah Cəbrayılın bir sıra döyüş üçün əhəmiyyətli yerlərində düşərgələr saldırmışdır.
Nüzgar kəndindəki öz adı ilə bağlı yerdə də Miranşahın düşərgəsi olmuşdur. Onu bu yerlərdə qəddarlığına görə "Maranşah" (ilan-şah) adlandırırdılar.
Tap düzü
Tap düzü Çapand kəndində qeydiyyata alınmış oronimlərdən biridir. Qarabağda tap "su çıxmayan düz yer", "düzən yerdə təpə", "dağ döşündə düzənlik", "dağ düzənliyi" mənalarında işlədilir. Çapand kəndində mövcud olan bu düz coğrafi relyeflə bağlı olaraq belə adlandırılmışdır.
(ardı gələn
sayımızda)
Faiq ŞÜKÜRBƏYLİ,
Tədqiqatçı-etnoqraf
Ədalət 2018.- 25 avqust.- S. 4.