Titrə, özünə dön,
millətim mənim!
(ESSE)
Hər gün diqqətlə izlədiyim
ictimai, siyasi və hərbi informasiyar arasında qardaş Türkiyəyə
aid xəbərlər məni
daha çox maraqlandırır. Çünki Türkiyənin hər
bir uğurlu günü Azərbaycanda bayram kimi qeyd
edilir. Üstəlik Rəcəb Tayyib
Ərdoğanla İlham
Əliyevin səmimi dostluq münasibətləri
məni daha da qürurlandırır.
Hər hansı dövlətin Türkiyə ilə problemi olursa, təbii ki, biz-türksoylu azərbaycanlılar
bir qayda olaraq Türkiyənin yanında oluruq və olmalıyıq da. Bu Ulu
Öndər Heydər
Əliyevin bizə etdiyi tövsiyədir.
Biz bu tövsiyəni
dəyişilməz qanun
kimi qəbul etmişik və bu yolumuzdan dönmərik.
Dahilərimizin dediyi kimi Türkün dostu ancaq Türk
ola bilər!
Bu günlərdə ABŞ tərəfindən
Türkiyəyə tətbiq
olunan iqtisadi sanksiyaların şiddətlənməsi
nəticəsində dolların
bahalaşması və
Türk lirəsinin dəyərdən düşməsi
ilə əlaqədar
Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanın xalqa müraciətinə cavab olaraq ölkənin hər yerində - ticarət obyektlərində,
bazarlarda kiçik və orta tacirlərin
banka dollar verib türk lirəsi alan hər kəsə
pulsuz meyvə- tərəvəz verdikləri
xəbəri və bu səbəbdən sürətlə bahalanan
ABŞ dollarının az
vaxtda ucuzlaşması
dünyada çox böyük maraqla qarşılandı. Bu türkün mətin iradəsinin bariz təzahürüdür. Belə
bir məqamda öz xalqına arxalanan Rəcəb Tayyib Ərdoğan dedi ki, "ABŞ-ın iqtisadi hücumu cavabsız qalmayacaq". Bu qətiyyət,
təbii ki, tək Ərdoğanın
iradəsi ilə mümkün olmamışdır.
Bu damarlarından türk qanı axan ölkənin hər bir vətəndaşının
iradəsinin inikasıdır.
Məhz bunun nəticəsində Türkiyəyə
ötürülən iqtisadi
sanksiyalar dalğasının
Türkiyədən gözlənilməz
sunami ilə geri qayıtması
ABŞ-ı sarsıtdı və Dövlət Departamentinin sərrast düşünən nümayəndələri
ABŞ-ın iqtisadi müharibəsinə Türkiyənin
cavab həmləsini
"ABŞ-ın uçuruma
yuvarlanması" kimi
qiymətləndirdilər. Əlbəttə ki, bu iqtisadi
müharibədə Türkiyənin
ilkin cavabı və göstərdiyi qətiyyət xalqın nümayiş etdirdiyi birliyin parlaq qələbəsi idi.
Böyük siyasətlərlə başını qarışdıran
oliqarxlardan, mafiyozlardan,
biznesmenlərdən fərqli
olaraq kiçik tacirlər, sadə və savadlı xalq həmişə dövlətinin müdafiəsində
daha böyük fədakarlıq nümayiş
etdirirlər. Eşq
olsun xalqını, dövlətini sevən hər bir türk
oğluna!
Bu məqamda 1990-cı ilin 20 yanvarında Bakıda törədilən
qətlamı xatırladım. Bir vaxtlar
sovet ittifaqının
hər tərəfində
Bakı kəndlərində
yetişdirdikləri qərənfilləri
satmaqla məşğul
olan azərbaycanlı
kiçik tacirləri
çoxları adi Azərbaycan vətəndaşları
sayırdılar. Amma o günün
səhəri həmin
kiçik tacirlər necə böyük vətəndaş olduqlarını
sübut etdilər.
Onlar şəhid qanı damcılayan torpağımızın
hər qarışını
al-əlvan qərənfillərlə
örtdülər. Yollar, meydanlar,
xiyabanlar və şəhid tabutları qərənfillərə büründü.
O gülsatanlar-o kiçik
tacirlər-o böyük
vətəndaşlar qanlı
gözyaşları və
qırmızı qərənfilləri
ilə şəhid qanları və şəhid məzarları
qarşısında diz
çöküb Vətənə
and içdilər. Onların bu
vətənpərvərliyi, bu fədakarlığı,
hətta, rus hərbçilərini həm
heyrətləndirmiş, həm
də böyüklü-kiçikli
ümumxalq birliyi onları qorxuya salmışdı.
Mən həmin
günlərin canlı
şahidi olmuşdum və bu gün
də o hadisələr
gözlərimin önündədir. Türk oğlu
həmişə öz
dövlətinin mənafeyi
uğrunda ölümlə
qarşı-qarşıya durmağı
bacarıb, təki qarşısında qətiyyətli
və milli qeyrətli lideri olsun. Müstəqilliyimizin ilk illərində - xarici və daxili düşmənlərimizin
yaratdığı narahat
günlərdə elə
bir məqam yaranmışdı ki, ümummilli liderimiz Heydər Əliyev, hətta, gecə saatlarında xalqa müraciət etməli olmuşdu. Bir andaca milyondan
çox vətəndaş
meydana toplaşaraq öz lideri ilə həmrəy olduğunu nümayiş etdirmişdi. Müstəqilliyi yolunda öz lideri ilə addımlayan Azərbaycan indi dünyada öz sakit və
firəvan həyatı
ilə seçilən
bir ölkəyə çevrilmişdir.
Rəcəb Tayyib Ərdoğan da, demək olar ki, hər
gün mitinqlərdə,
toplantılarda xalqla birgədir və açıq fikirli xalq onu dəstəkləyir. Bu birlik Türkiyənin qarşıdakı bir çox qələbələrindən
xəbər verir.
Çoxları bizim türklüyümüzə şübhə
etsə də, biz türk oğlu türk kimi Azərbaycandan Türkiyəni
və onun şanlı, qəhrəman
oğlu Rəcəb Tayyib Ərdoğanın apardığı daxili və xarici siyasəti dəstəkləyir,
onun mərdliyini və qətiyyətini alqışlayırıq. Aldığım yeni xəbərlər məni daha çox qürurlandırır.
Bu günlərdə mətbuatdan
oxudum ki, Türkiyə liderinin iradəsi ilə terrorçulardan xilas edilən Suriyalılar dənizkənarı parklarından
birinə Rəcəb
Tayyib Ərdoğanın,
digərinə isə
onları xilas edən əməliyyatın
-"Zeytun budağı"nın adını veriblər. Bu - dünyanın
harasında olmasından
asılı olmayaraq, xilaskarlıq missiyasından
dala durmayan türkə və türk liderinə sevginin təzahürüdür.
Belə məqamda hər bir Türk oğlu
silkələnib, ağır
və uzaq düşüncələrdən ayrılıb daha sıx birləşməli,
bir-birinə yardımçı
olmalıdır. Dünya tarixi
göstərir ki, birlik olmayan yerdə qələbə mümkün deyil. Bu gün dünya
türklərinin Böyük
Ərdoğan ətrafında
birləşməsinə ciddi
ehtiyac vardır və bu birlik
türkü qələbəyə
aparacaq yeganə yoldur.
Elə bu məqamda bizim müasirimiz və mənim əziz dostum şair Vaqif Aslanın "Ruhlarla söhbət" poemasından bir hissə yadıma düşdü. Həmin yerdə böyük
şair Türkü özünə qayıtmağa,
tarixin sınaqlarından
nəticə çıxarıb
birləşməyə səsləyir.
Şair yazır:
Tutmasın gözünü özgə
qumaşı,
Düşmənin ovçası, yadın şabaşı.
Baş etmə
özünə əyilən
başı.
Titrə,
özünə dön,
millətim mənim!
Yağının verdiyi paltarı çıxart.
Vətənin qanqalı üzərində
yat.
Yatan qeyrətini
silkələ, oyat.
Titrə,
özünə dön,
millətim mənim!
Yalandan tərifə tuturlar səni,
Yurd-yurd, oba-oba udurlar səni.
Doğudan, Batıdan güdürlər
səni,
Titrə,
özünə dön,
millətim mənim!
Sünnüsən, şiəsən, budda,
sufisən,..
İsəvi, Musəvi, ya konfusisən...
Sən-Türksən! Sən-Türksən!
Sən-Türksən! Türksən!
Titrə,
özünə dön,
millətim mənim!
Günəşi bayraqtək sancmışıq
göyə,
Türkoğlu, bir dikəl, ona dur yiyə.
Ruhu əcdadının şad
olsun deyə,
Titrə,
özünə dön,
millətim mənim!
Sənin
tarixin var, bəngüdaşın var,
Daşdan da dözümlü qan yaddaşın var.
Hələ qabağında ər
savaşın var,
Titrə,
özünə dön,
millətim mənim!
El-el, bölgə-bölgə paralanma
gəl,
Qopub, buğum-buğum
aralanma gəl.
Ad-ad, nəsil-nəsil qaralanma gəl,
Titrə,
özünə dön,
millətim mənim!!!
Titrə,
özünə dön,
millətim mənim!!!
Çingiz Ənvəroğlu
Ədalət 2018.- 28 avqust.- S.9.