O Azərbaycanı ucaltdı
və həmişə bizimlədir
İslam İslamov
Sumqayıt Dövlət Universitetinin
Elektro-mexanika kafedrasının
dosenti. Prezident təqaüdçüsü.
Azərbaycanın Əməkdar
mühəndisi
Məlum olduğu kimi, 60-cı illərin ortalarında Azərbaycan keçmiş
ittifaq respublikaları
içərisində bütün
göstəricilər üzrə
çox geridə qalır və axırıncı yerdə
dururdu. Ona görə də
respublikamız daim məzəmmət olunurdu.
Bu isə xalqın
şərəfinə, ləyaqətinə
mənfi təsir göstərirdi. Belə bir
anda, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbəri
seçilməsi ilə
vəziyyət dəyişdi.
14 il ərzində
H.Əliyev Azərbaycanın
şöhrətini göylərə
qaldırdı. Xalqımıza, Azərbaycana olan münasibət dəyişdi.
Azərbaycan yüksək tərəqqi
yoluna qədəm qoydu. Cəmiyyət həyatının bütün
sahələrində əsaslı
dəyişikliklər baş
verdi. Xalqı ilə
yanaşı o özü
də yüksəldi.
Heydər Əliyevin şöhrəti
hər yerə yayıldı. İkinci ağır
dövr isə
1990-cı illərin əvvəllərində
yarandı. Xalqımız başına gələn böyük müsibətlər,
bəlalar içərisində
çaşıb qalmışdı.
Azərbaycan vətəndaş müharibəsi, qardaş
qırğını astanasına
gəlib çatmışdı.
Azərbaycan parçalanmaq, böyük
fəlakət ərəfəsində
idi.
1993-cü ilin iyun
hadisələri zamanı
Heydər Əliyev ona qarşı edilən haqsızlıqları
əsas gətirib ən çətin anlarda ona edilmiş
təklifləri qəbul
etməyə də bilərdi. O, həyatından,
canından, vəzifəsindən
qorxsaydı, rahat, sakit, bir həyat
keçirmək istəsəydi,
hakimiyyətdə olub,
lakin çətin gündə hakimiyyəti qoyub qaçan bir çoxları kimi xalqı, vətəni yalnız vəzifə ilə ölçsəydi, insanların
faciəsini düşünməsəydi,
duymasaydı, bu ağrılarla gecə və gündüz alovlanmasaydı, əlbəttə
ki, çox riskli, qorxulu, həm də sərfəli bir mübarizəyə atılmazdı.
Ancaq Heydər
Əliyev kimi bir müdrik şəxsiyyət buna heç vaxt yol verməzdi. Azərbaycanı daim yüksəkdə, azərbaycanlıları həmişə
həmrəy, xoşbəxt
görmək istəyən
dövlət xadimi, həyatını qurban verə bilərdi, ancaq Azərbaycanı əyilən, parçalanan
görmək istəməzdi.
O, sinəsini yağı
gülləsinə sipər
edərdi, lakin torpaqların separatçılar,
daxili və xarici düşmənlər
tərəfindən parçalanmasına,
satılmasına dözə
bilməzdi. O, xalqının
qurtuluş mübarizəsində
şəhid ola
bilərdi, fəqət
Azərbaycanı yad əllərdə qoymazdı.
1993-cü
ilin iyun hadisələri ərəfəsində
ölkədə ağır
vəziyyət yaranmışdı:
bir tərəfdən
erməni işğalçıları
Azərbaycan torpaqlarını
işğal edir, hər gün cəbhədə yüzlərlə
azərbaycanlı qətlə
yetirildi. Digər tərəfdə sadvalçılar, üçüncü
tərəfdən Əlikram
Hümbətovun silahlı
qruplaşmaları ölkəni
parçalayırdılar. Bunlardan başqa hakimiyyətdə
olanlarla Sürət Hüseynovun silahlı dəstələri arasında
döyüş gedirdi.
Azərbaycan demək olar
ki, beynəlxalq aləmdən tədric olunmuş və iqtidarda olanların cılız, yarıtmaz siyasəti sayəsində
dünya dövlətləri
Azərbaycandan üz çevirmişdilər.
Belə bir vaxtda insanları
fəlakətdən qurtarmaq,
ölkəni təhlükədən
xilas etmək hadisələri məcraya
salmaq çox çətin, həm də müdriklik, cəsarət tələb
edən bir vəzifə idi.
Ağıllı, gələcəyi görən,
hadisələri, düzgün
qiymətləndirən insanlar
bu vəzifənin çətinliyini çox
yaxşı bilirdilər,
həm də bu vəzifəni yerinə yetirə biləcək, bu ağırlığı öz
çiyinlərində daşıyacaq,
xalqı, Vətəni
bəlalardan qurtaracaq bir insanı da onlar düzgün
seçmişdilər. Xalq yalnız
və yalnız bu fəlakətlərin qarşısını ala biləcək
bir şəxsiyyətin-Heydər
Əliyevin tərəfində
idi, ona inanırdı, ona ümid edirdi.
Heydər Əliyev yenidən, ikinci dəfə xalqının köməyinə
gəldi, Azərbaycanı,
xalqımızı böyük
fəlakətdən, qurtardı
və xalqının əsil xilaskarı oldu. Əgər həmin
gün xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik
tarixi şəxsiyyəti,
təcrübəli və
iradəli dövlət
xadimi, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışı gerçəkləşməsəydi,
indi biz müstəqil,
qüdrətli hər
zaman tərəqqi edən, yeniləşən
və demokratikləşən
Azərbaycan dövlətindən
danışa bilməzdik.
Bu qayıdış Azərbaycanın müstəqilliyini
dünya müstəvisində
reallığa çevirdi.
Bu əsrlərin sınağından keçə-keçə
min bir əziyyətlə,
amma dönmədən
məqsədinə doğru
addımlayan bir millətin özünə
qayıdışı idi.
Bu, dilimizin, milli-mənəvi
dəyərlərimizin, yaddan
çıxmış bir
çox həqiqətlərin,
eyni zamanda bizə öz real gücümüzü, mənəvi
bütövlüyümüzü dərk etməyimizin qayıdışı idi və bununla Azərbaycan özünün
müstəqillik tarixinin
daha şərəfli,
daha əzəmətli
bir mərhələsinə
qədəm qoydu. H.Əliyev bu gəlişlə Azərbaycanı ucaltdı,
eyni zamanda da Azərbaycan da onu ucaltdı.
Heydər. Əliyevin yenidən
hakimiyyətə qayıdışı
ilk növbədə Azərbaycanın
varlığını və
müstəqilliyini, dövlətçiliyini
qoruyub saxladı.
Ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən,
xalqımızı qul
vəziyyətinə düşməkdən
xilas etdi.
Azərbaycanın qarşısında duran çətin problemlərin
böyük bir qismi həll edildi. Digər problemlərin həlli
üçün əsaslı
zəmin yaradıldı.
Bütün bunlara görə
Heydər Əliyevin adı Azərbaycanın müasir siyasi tarixində əbədi olaraq qalacaqdır.
Xarici ölkələrlə
iqtisadi, siyasi əlaqələr yaradıldı,
beynəlxalq münasibətlər
yaxmlaşdırıldı. Azərbaycan həqiqətləri
dəstəkləndi və
bir çox yüksək dairələrdə
müdafiə olundu.
Dünya Azərbaycan adlı bir dövlətin
rəhbərinə-Heydər Əliyevə bir daha inandı və Azərbaycanın müstəqilliyinin dönməz,
əbədi olacağını
yəqin etdi: Ümummilli liderimiz Azərbaycanın müstəqillik
tarixinə nəzər
salarkən bu müstəqilliyin qorunub saxlanılmasını, həm
də dövlətçiliyimizin
məhvinə yönəldilən
səyləri təhlil
edib qiymətləndirərkən
çox düzgün
olaraq qeyd edirdi ki, "Müstəqilliyin əldə
olunması nə qədər çətindirsə,
onun qorunub daimi, əbədi olması ondan daha çətindir". Heydər Əliyev öz zəngin təcrübəsinə,
dərin düşüncəsinə,
böyük dünyagörüşünə,
xalqının və dövlətinin keşməkeşli
tarixinə əsaslanıb
bu fikirləri söyləyir və həmişə də Azərbaycanın müstəqilliyini
əbədi etmək,
dövlətçiliyini möhkəmləndirmək
üçün həyatını
qurban verməyə belə hazır olduğunu bildirirdi.
Xalqımızın öz rəhbərinə sonsuz sədaqəti məhəbbəti
və Heydər Əliyev müdrikliyi cəsarət müstəqilliyimizin
əbədiliyinə, dönməzliyin
və gələcəyinə
uğurlu yol açdı, ona əbədi zəmanət
verdi Bu yol,
bu siyasət Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Azərbaycan iqtisadi inkişafına görə bu gün dünyada öncül yerlərdən
birini tutur. Demokratik inkişaf,
dövlət quruculuğu,
mədəniyyət, təhsil,
səhiyyə, ordu quruculuğu sahəsində
mühüm nailiyyətlər
əldə edilmişdir.
Beynəlxalq aləmdə ölkəmizin
rolu və nüfuzu durmadan artır və möhkəmlənir. Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları əsasında
həll edilməsi üçün ölkə
Prezidentini tutduğu mövqe, yeritdiyi siyasət xalqımız tərəfindən yüksək
qiymətləndirilir.
Bu gün doğurdan da, Azərbaycan sabaha ümidlə, inamla addımlayır. Bu ümidi, inam xalqımızda ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi yaradır. Cənab Prezidentimiz İlham Əliyevin dediyi sözlər deyilən fikirləri təsdiqləyir: "Qarşıda duran bütün vəzifələri yerinə yetirmək üçün Heydər Əliyevin siyasəti davam etdirilməlidi. Bu siyasət bu gün də Azərbaycana lazımdır, sabah da lazım olacadır. Mən seçkilərdən əvvəl bu siyasətə sadiq olacağımı və ondan dönməyəcəyimi demişdim, indi siz görürsünüz ki, mən həqiqətən bu siyasətə sadiqəm və bir addım da geri çəkilməyəcəm. Biz yalnız irəliyə və yeni qələbələrə doğru addımlayacağıq"
Müasir Azərbaycanı yaradan, yaşadan və onun əbədiliyini təmin edən Heydər
Əliyev siyasi kursunun
ən layiqli və etibarlı davamçısı
möhtərəm Prezidentimiz İlham Əliyevin bu kursa sədaqəti hər bir
azərbaycanlıda iftixar hissi
doğurur. Bu inam xalqımızın işıqlı gələcəyinə
təminat yaradır və Heydər Əliyev adı ürəklərdə
yaşayır və həmişə bizimlədir.
Ədalət 2018.- 4 dekabr.- S.5.