Ramin Fərəhli
***
Oxşar cəhətlərin cəlb etdi məni,
Əlamət deyilən bir şey var axı..
Qorxusuz, ürküsüz sevirəm səni,
Cəsarət deyilən bir şey var axı..
Bilməm, bu nə qismət, özüm də çaşdım,
Sənə yetmək üçün ellər dolaşdım,
Neçə çay adladım, neçə dağ aşdım,
Ziyarət deyilən bir şey var axı..
Düşmə yenik,hissin ötən çağına,
Qoyma xəzan gələ eşqin bağına,
Vermə
sevdiyini yad ayağına,
Sədaqət deyilən bir şey var axı..
Sənə öz qəlbimi
verdim hədiyyə,
Hər gün oxşayasan, sevəsən deyə,
Nədən incidirsən, sən onu, niyə??
Əmanət deyilən bir şey var axı..
Səmum
yelləri tək səhradan əsdin,
Ruhumu yandırıb, əhdimi kəsdin,
Yoxsa,ürəyimi qırmaqdı
qəsdin??
Cinayət deyilən bir şey var axı..
Göz elə şey görür, qan yaşla dolur,
Şübhələr ah çəkir,
saçını yolur,
Onsuz da gec ya
tez haqq yerin bulur,
Ədalət deyilən bir şer var axı..
İstəsən şimşək ol,
başım üstə
çax,
Üstümə od püskür, yandır məni, yax,
Amma bircə dəfə gözlərimə bax,
Məhəbbət deyilən bir şey var axı..
Bu yol sevda yolu,
min sorğu-sual,
Eşqi
saf olana burda yox zaval,
Bu yolun sonunda şirin
bir vüsal-
-Səadət deyilən bir şey var
axı...
Bu qədər asanmış
"əlvida" demək??
Bir də söz tutmasın, dilin qurusun..
Ötsün xəzan yeli ömür bağından,
Ləçəyin tökülsün, gülün
qurusun..
Əzsin
dabanını çınqıllı
daşlar,
Axsın
ürəyinə gözündən
yaşlar,
Dönsün yarı yoldan
"köçəri quşlar",
Suyun buxarlansın, gölün
qurusun..
Kədər buludundan yağsın
bəyaz qar,
Üşüyən ruhunun bəxtinə yaz-qar,
Sarsın
ətrafını şaxta,
ayaz, qar,
Çəmənin qurusun, çölün
qurusun..
Dərdin
sıralansın səflə
bir, iki,
Cavankən ağarsın başının
tükü,
Elə ağır olsun ayrılıq yükü,
Çiynin çəkəmməsin, belin qurusun..
Layiqin deyilmiş qurduğum taxt, tac,
Yanlış qərarından fələk
alsın bac,
Qalsın
ipək saçın
sığala möhtac,
Əlləri dalasın telin qurusun..
Bəsdi,
yetər artıq bunca qəm yedim,
Əhdə xilaf çıxma,
sadiq ol dedim,
Mən sənə güvənib çiyin söykədim,
Vurdun kürəyimdən əlin
qurusun..
***
Məndən üz döndərib
taleyin zəri,
Yüz atsam bir dəfə
qoşa gəlməyir..
Faydası da yoxmuş xam xəyalların,
Ağlıma gələnlər başa
gəlməyir..
Gen gəzir bəxtimə yazılan ruzu,
Üşüdür qəlbimi həsrətin buzu,
İtir
şeyrimin də dadıyla duzu,
Nə yazsam, nə desəm xoşa gəlməyir..
Hər anım dərd, azar hər işim
əngəl,
Nə qədər diz çöküm, yalvarım
tez gəl,
Xoş günüm nədənsə
qoymayır məhəl,
Gözümdən süzülən yaşa,
gəlməyir...
Yersiz inciyəndə bir əziz kəsim,
Sıxır ürəyimi bu
can qəfəsim,
Elə sarsılır ki, yaşam həvəsim,
Könlüm heç nə ilə cuşa gəlməyir...
Hətta
gözlərimi sevda tutanda,
Hicran öc aparıb ara qatanda,
Mənim
gözlədiyim mənə
çatanda,
Dönür incə qəlbi
daşa, gəlməyir...
Bir insan ömrünə verilən müddət,
Fərqli
olaylarla zəngindi əlbət,
Ya alın yazıdı, ya da ki,
qismət,
Gələn ömrümüzə boşa gəlməyir....
***
Sən ki, bundan öncə
də tənha idin tək idin,
İndi
nədən bu qədər üzülürsən
ürəyim..
"Bəxtəvərin nə
böyük qəlbi var"- deyərdilər,
Niyə
geniş sinəmdə
büzülürsən ürəyim..
Yoxdur axı faydası bunca çalışmağının,
Şahidisən haqsızın haqdan
danışmağının,
Nə mənası şam kimi yanıb alışmağının,
Əriyib
öz gövdənə
süzülürsən ürəyim..
Puç
olduqca arzular qəm libası geyirsən,
Taleyini qarğayıb-bu nə bəxtdi-deyirsən,
Saplağından üzülmüş meyvəyə bənzəyirsən,
Dəyib
daşa, torpağa əzilirsən ürəyim..
Hicran uzun dərs imiş, vüsal zəngi çalınmır,
Gözləyirsən ümidlə alınmır ki, alınmır,
Döyünsən də bir belə varlığın
hiss olunmur,
Bircə ağrı tutanda sezilirsən ürəyim.
***
Ey vüsal eşqiylə alışan gözəl,
Hicranın önündə nə
tez əyildin..
Nədir
bu soyuqluq, bu biganəlik,
Sən belə deyildin, belə deyildin..
Baxanda gözündən sevgi yağardı,
Dinəndə sözündən sevgi
yağardı,
Güləndə üzündən sevgi
yağardı,
Sən belə deyildin, belə deyildin..
Qəlbinin sirrini mənə
açardın,
Günəş tək ömrümə
şəfəq saçardın,
Məni
düşünərdin, mənə
qaçardın,
Sən belə seyildin, belə deyildin..
Bir zaman sən idin yuxusuz qalan,
Sevdiyin insanla bir yerdə
olan,
Bəs indi nədir bu bəhanə, yalan,
Sən belə deyildin, belə deyildin...
De, hansı qüvvənin qərəzi, qəsdi,
Mənimlə yaranan ülfəti
kəsdi,
Yenə
aramızdan hansı yel əsdi,
Sən belə deyildin, belə deyildin..
Ruhumu şübhələr bürüyüb
yenə,
Etinasızlığın dağ çəkir mənə,
Nə oldu əzizim, nə oldu sənə,
Sən belə deyildin, belə deyildin...
***
Ölsəm öldüyümü deməyin ona,
Yaşasın firəvan, gözü,
könlü şən..
Nə qədər olmasa üzülər qəlbi,
Çox
da sevsəm belə sevilmədim mən..
Soruşsa kimdir o çiyində gedən?
Bir belə yasını saxlayanı var..
Hansı
xoş əməlin sahibidir ki,
Bu qədər yaş töküb ağlayanı
var..
Deməyin..Nə olar, deməyin ona,
Bilməsin o mənəm,ölmüşəm
yoxam..
Axı rəvadırmı qərib
dünyadan,
Gümanı sarsılmış qadına
baxam..
Qoy elə zənn etsin, qoy elə
bilsin,
Hələ də yaşayır
onu çox sevən..
Lağeyid olsa da mənim eşqimə,
İtməsin arada bu inam, güvən..
Bu düşüncə ilə,
bu xəyal ilə,
Asudə
ömrünə davam
eyləsin..
Söz düşsə sevgidən
o da fərəhlə,
"Məni də sevən var"-deyə söyləsin..
Vallah, istəmirəm taleyi, bəxti,
Mənim
yoxluğumla sınasın
onu..
Etinasızlığın çəkib üzünə,
Dost-tanış hər dəfə qınasın onu..
Ölsəm öldüyümü deməyin ona,
Halıma
acıyar, yazığı
gələr..
Qorxuram vicdanı rahat buraxmaz,
Özünün, özünə acığı
gələr..
Mənim öldüyümü
deməyin ona...
Keçdi günlər, ötdü
ay,
Coşdu
dəniz, daşdı
çay,
Gəldi
yenə isti yay,
Tətilə çıx bu yerdə,
Nə var axı şəhərdə..
Uca dağ, yaşıl orman,
Havası
cana dərman,
Zirvəsinin çən-duman,
Çəkib üstünə pərdə,
Nə var axı şəhərdə..
Get bir həftə orda qal,
Təbiətdən ilham al,
Qələmini işə sal,
Şeir
də yaz, əsər də,
Nə var axı şəhərdə.
Bilmirsən gündüz-gecə,
Nəyi
edəsən necə,
Hava da qırx dərəcə,
Gəl indi döz bu
dərdə,
Nə var axı şəhərdə..
Hər yan od tutub yanır,
Adam candan usanır,
Ölü sükut dolanır,
Kimsəsiz küçələrdə,
Nə var axı şəhərdə..
Tullantılar fəlakət,
Bir yandan da rütubət,
Bu səbəbdən üfunət-
-qoxur mavi Xəzər
də,
Nə var axı şəhərdə...
Ramin, sən də müxtəsər,
Götür qələmlə dəftər,
Yaz bunu yara göndər,
Darıxmasın səfərdə,
Nə var axı şəhərdə..
***
Köhnə qəbristana bənzəyir
qəlbin,
Gör neçə sevdalar dəfn olub orda..
Suçsuzlar sevərək əzab çəkibdi,
Suçlular elə tez əhv olub orda..
Səni yalqız qoyub gedəndə "köhnə",
Gözlərin aradı yeni bir səhnə,
Yoxsa sən nə idin məni sevmək nə,
Görünür nəsə bir səhv olub orda..
İndi düşünürəm hər gün hər gecə,
Ülvi hisslərimi almadın vecə,
Mən necə qayıdım o qəlbə necə,
Axı
son ümidim məhv olub orda..
Ədalət 2018.- 5 dekabr.- S.8.