Hüseyn Cavidin nəşini Azərbaycana gətirənlər
Qəlbimdə Hüseyn Cavid yaradıcılığına böyük maraq hələ orta məktəb illərində baş qaldırmışdı. Azərbaycan ədəbiyyatına öz möhrünü vurmuş, romantizmin banisi sayılan Cavidin dahiyanə əsərləri, nakam taleyi mənim ona olan oxucu sevgimi birə yüzqat artıırdı. Xatirimdədir. O vaxtkı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin ikinci kursunda oxuyurduq. 1982-ci ilin oktyabr ayı idi. Böyük tənəffüsdə qrup rəhbərimiz Nəsir müəllim üzünü mənə tutaraq dedi ki, saat 12-də hamınız Əlyazmalar İnstitutunun qarşısında olun. Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətiriblər. Burda böyük tədbir olacaq. Deyilən vaxt hamımız ordaydıq. Başqa ali məktəblərdən gələn tələbə və müəllimlər , idarə və təşkilatlardan gələn nümayəndələr də çox idi.
Cavidlə görüşə gələnlər arasında Azərbaycan KP MK-nin birnci katibi Heydər Əliyev də vardı. Gündüz ssat 1-də H.Cavidin uyuduğu tabut institututdan çölə gətirildi. Heyrətdən hamının gözündən kədər və sevinc yaşları süzülürdü. H.Əliyev H.Cavid, onun yaradıcılığl, faciəli taleyi barədə çox alovlu, təsirli nitq söylədi. Ölkə rəhbərindən sonra tanınmış şair və yazıçıların, mədəniyyət , incəsənət xadimlərinin də çıxışları dinlənildi. Tədbirin sonunda Hüseyn Cavid böyük ehtiram və sevgiylə, alqış sədalarıyla ata yurdu olan Naxçıvana yola salındı. Böyük sənətkarın orada dəfn olunmasını Heydər Əliyevdən Cavidin qızı Turan xanım xahiş edibmiş...
Hər dəfə Cavidin kitablarını əlimə alıb oxuyanda o səhnə, qarşılama mərasimi dünən olubmuş kimi gözlərim önündə çanlanır.
... Axşam evdəydim. 1994-97-ci illərdə rayon İcra Hakimiyyətinin başçısı işləmiş Tamara xanım Əliyeva mobil telefonuma zəng edərək dedi ki, vaxtın olsa, sabah nahara yaxın bizə gəl. Bakıdan qonaqlarım gələcək. Maraqlı insanlardı. Səni onlarla tanış etmək istəyirəm. Jurnalist olduğun üçün bu qərara gəlmişəm. Tamara xanımın təklifi lap ürəyimcə idi. Mən hər zaman maraqlı insanlarla ünsiyyətə , onlardan müsahibə almağa can atmışam. Deyilən vaxt getdim. Ev sahibəsi məni tanımadığım iki nəfərlə tanış etdi. Çay süfrəsi arxasında davam etdirilən söhbətdən öyrəndim ki, Telman Əliyev əslən Naxçıvandandır. 40 il polis sistemində çalışıb, 10 il Muxtar Respublikada daxili işlər nazirinin müavini işləyib.Telman ƏliyevAzərbaycan rəhbərinin şəxsən tanıyıb etibar etdiyi , inam bəslədiyi, bu məsul vəzifəyə təyin etdiyi kadrlardan biri olub.Telman müəllim , cənab polkovnik söhbət əsnasında mənə müəyyən suallar verdi. Eşitdiyi cavablar isə çox xoşuna gəldi.- Zarafatla , sevincək- sən mənim adamımsan ki dedi.-Cavid ilə bağlı bilgini bəyəndim.-Bəs , onun Azərbaycana necə , kimin böyük əməyindən sonra gətirilməsi ilə bağlı məlumatın varmı?-deyə soruşdu.Mən tələbə vaxtı iştirak etdiyim həmin tədbirdən danışdım. Dedim ki, qalanını sizdən öyrənmək istəyirəm.Telman Əliyev , -baş üstə deyib söhbətə körpü saldı:
-1982-ci ilin yaz ayı idi. Hörmətli Heydər Əliyev Naxçıvana gəlmişdi.
Vaxt ayırıb ziyalılarla
da yaddaqalan görüş keçirdi.
Respublikanın hərbi
komissarı olmuş polkovnik Əhməd Əhmədov dedi ki, yoldaş Əliyev ,
Hüseyn Cavidin 100 illiyinin yüksək səviyyədə keçirilməsi
ilə bağlı Mərkəzi Komitənin qərarını alqışlayırıq.
Ziyallar, bütün Naxçıvanlılar
adından sizdən xahiş edirik ki, böyük nüfuzunuzdan istifadə edərək Cavidin nəşinin Azərbaycana
gətirilməsinə kömək
göstərəsiniz. Bu təklifi dəyərləndirən
ulu öndər Bakıya qayıdan kimi Brejnevlə bu məsələ barədə danışacağını
bildirdi. Moskvanın razılığı
alınandan sonra bu işlə məşğul olmaq üçün Naxçıvan
Vilayət Partiya Komitəsində xüsusi
komisssiya yaradıldı.
Komissiyanın sədri
ideoloji katib Həmid Cəfərov, üzvləri isə
SSRİ ALİ Sovetinin ən
gənc -28 yaşlı
deputatı Zakir Nəsirov və mən idik. O zaman daxili işlər
nazirinin müavini idim. Cavidin nəşini
gətirmək üçün
1982-ci il oktyabrın 12-də Bakıdan
İrkutska yola düşdük. Orda vilayət
partiya komitəsində
bizi çox mehribancasına qarşıladılar,
Heydər Əliyeviin böyük nüfuz sahibi olmasından ürək dolusu danışdılar.
Ordan biz vilayətin
Tayşet rayonuna yollandıq. Soyuq, şaxta qılınc
kimi kəsirdi. Sənədlərə görə,
Cavid əfəndi Tayşetdən 40 kilometr aralıda yerləşən
Şevçenko kəndindəki
əlillər xəstəxanasında
1941-ci il dekabrın 5-də vəfat
edibmiş. 59 yaşında dünyasını
dəyişdiyi üçün
məzarına da bu rəqəmi yazıblar.Tayşetin prokuroru
Xaritnova da bizimləydi. O, bildirdi
ki, aradan 41 il keçib.
İndi orda yaşayış yoxdur. Hər yer meşəlikdir.
O vaxt Şevçenkodakı
əlillər xəstəxanasında
Trafiyev familyalı bir nəfər gözətçi işləyib.
İndi
87 yaşı var. Gözləri
görməsə də
güclü yaddaşı
var. Prokurorun köməyi
ilə Trafiyev tapıldı və onu özümüzlə götürdük. O, dedi
ki, kənd qəbirstanlığı büsbütün
meşəlikdir. Biz çayı tapsaq, işimiz asanlaşacaq.
Çayın üzərində körpü də olmalıdır. Çay da
yerindəydi. Körpü
də .
Trafiyev xahiş etdi ki, körpünün ortasına çatanda mənə bildirin. Axtardığınız qəbirstanlıq körpünün şimal
tərəfindən 100 metr
yuxarıda yerləşirdi.
Dediyi kimi elədik. Kömək üçün bizə
200 əsgər, bir neçə qartəmizləyən
hərbi texnika da vermişdilər. Üç saatlıq axtarışdan
sonra Hüseyn Cavidin 59 nömrəli məzarını tapdıq.
Dərinliyi 3 metr olan qəbirə hamımızdan
cavan olan Zakir Nəsirov düşdü. Basdırılarkən Cavid üçün kəfən əvəzi istifadə olunan adyal və sol ayağındakı yun corab çürüməmişdi.
Onun sümüklərini tabuta
yığdıq və
kəfənlədik. Elə oradaca
mənim təklifimlə
Cavid əfəndinin ruhuna Quran oxundu və 100 yaylım atəşi açıldı.
Sonra biz cənazəni -tabutu kənd məktəbinin idman zalına gətirdik. İki dana alıb
kəsdirdim. Soyutma bişirtdirib kənd
sakinlərinə ehsan
əvəzi qonaqlıq
verdim. Hamı Cavidə rəhmət
oxuyurdu.
Hüseyn Cavidin nəşini anadan olduğu gün-oktyabrın 24-də Bakıya
çatdırdıq. Hava limanında
bizi minlərlə insan, şair və yazıçılar
qarşıladı. Sonra isə-tələbə
vaxtı sənində
iştirak etdiyin əlyazmalar institutundakı
qarşılama və
yolasalma mərasimi oldu. Tanınmış şair Bəxtiyar
Vahabzadə və başqa məşhur mədəniyyət və
incəsənət xadimləri
Hörmətli Heydər
Əliyevdən xahiş
etmişdilər ki, Cavid əfəndi Fəxri xiyabanda dəfn olunsun. Heydər Əliyev isə bildirmişdi ki, bu, çox həssas bir işdir. Qızı Turanın rəyi
mütləq nəzərə
alınmalıdır. Turan xanım isə sevimli atasının Naxçıvanda, bir vaxt yaşadıqları evin yanında torpağa tapşırılmasını
istəmişdi və
onun bu arzusuna
da əməl olundu. Biz Cavid
əfəndinin Sibirdəki
məzarından gətirdiyimiz
bir ovuc torpağı da burdakı qəbrinə səpdik.
Hüseyn Cavidi doğma Vətənə gətirən üç nəfərdən biri olduğum üçün qürur hissi hər zaman qəlbimdədir. Onun ömür yolu, yaradıcılığı ilə bağlı yaratdığım səyyar sərgidə nadir faktlar və maraqlı şəkillər var. Bura gəlincə Quba və Qaxda ictimaiyyət nümayəndələri ilə yaddaqalan görüşlər keçirmişəm. Hüseyn Cavidə həsr etdiyim qəmli mahnının sözləri və musiqisi, həmçinin ifa da mənə məxsusdur. Cavid Azərbaycan ədəbiyyatının söz qalası, ən uca dağıdır.
Zeynəddin Həsənli,
"Balakən"
qəzetinin
məsul katibi
Ədalət 2018.- 5 dekabr.- S.5.