Milli iftixarımız
Sabir Rüstəmoğlu
(Məmmədov),
ADPU -nun Ağcabədi
filialının
dosenti, AYB və AJB - nin üzvü
Xalqını,
el- obasını sonsuz məhəbbətlə sevən, Qərbi
Azərbaycan, o cümlədən Vətən, torpaq, yurd həsrətli
Nəsibə xanım İsrəfil qızının qələmə
aldığı hər bir əsərlərində doğma Vətən
ağrılarını ön planda verir və bununla bərabər
Vedibasar elinin cəsur insanlarını böyük sevgi ilə
yad edir. Haqqında söhbət açdığımız " Abbasqulu bəy Şadlinski (2011) tarixi- mənzum
romanı da məhz bu vətən- torpaq, el-oba, onun mübariz
insanlarına məhəbbət istəyindən pöhrələnmişdir.
Müəllif əsəri Abbasqulu bəy Şadlinskinin
anadan olmasının 120 illiyinə ithaf etmişdir. Kitab Azərbyacan
Atatürk Mərkəzində müzakirə olunarkən
görkəmli alimlər əsərin bütün məziyyətləri
haqqında bir - birindən maraqlı rəylər səsləndirmişlər.
Bundan əlavə "Redaktordan" başlıqlı
yazısında "Vedibasar" qəzetinin baş redaktoru,
yazıçı - publisist Sərtib İslamoğlunun
romanın janrı ilə bağlı səsləndirdiyi
aşağıdakı fikirlər maraqlıdır:
"Poemanı oxuduqca müəllifin Azərbaycan klassik
şeir üslubundan bəhrələndiyi qənaətinə
gəlirsən. Əsər əsasən məsnəvi
üslubunda yazılmış, onbirlik, ondördlük,
onaltılıq hecalardan istifadə edilmişdir. Bununla bərabər, yeri gəldikcə şifahi xalq
ədəbiyyatının qoşma, bayatı, layla, oxşama
növlərindən də uğurla istifadə
olunmuşdur". ( səh 7)
Roman " Tanrıdan diləyim" sözü ilə
başlayır. Nəsibə xanım Tanrıya müraciət
edərək türk xalqını bütün bəlalardan
hifz etməsini istəyir:
Ulu
Tanrı! GözəlTanrı! Göy Tanrı!
Namussuzu,
bişərəfi döy, Tanrı!
Oğruları,
əyriləri söy, Tanrı!
Türkün
əməlini daim öy, Tanrı!
Ulu
Tanrı! Gözəl Tanrı! Göy Tanrı!
Əsərin
" Söz önü" hissəsində
müəllif yazmaq istədiyi hadisəyə öz münasibətini
bildirir, yazma səbəblərini açıqlayır.
Küsüs və Şahablı dağ çaylarının
qovuşaraq, Vedi çayına tökülməsini,
Vedibasarın hansı ölkələrdə həmsərhəd
olmasını, Şadlinskilərin şəcərəsini ,
Qaraqoyunların hakimi Qara Yusifin XV əsrin əvvəllərində
Əmir Teymurun nəvəsi Əbu Bəkrin Vedibsar
mahalının Millidərə ərazisində məğlub
etməsini, şair- hökmdar Şah İsmayıl Xətainin
uşaqlıq vaxtı düşmən əlinə keçməməsi
üçün Vedibasarın Bağırsaq dərəsində
qədim Kərki şəhərindən olan Əli tərəfindən
səbətdə ağacdan asılaraq gizlədilməsini,
Urartunun yıxılmasını, Saqaların dövləti
idarə etməsini, Ulu babası Qara Ulaşlı, Qorqudu,
Oğuzları, Asurunu lərzəyə salan Sandak- Şatəri
(Şadəri), Şadlilardan olan Sultan Səlahəddini və
sairləri yada salaraq xatırlayır. Fikrinin sonunda Nəsibə
xanım əsas söz açacağı qəhramanın
Abbasulu bəy olduğuna işarə verərək deyir:
Oğuzun
soykökü qədim-uludur,
Mənim qəhrəmanım Abbasquludur.
"Şərəfli bir keçmişi var yurdumun"
bölməsində müəllif xalqımızın
başına erməni faşistlərinin
açdığı min bir müsibətlərdən
danışır. Şah İsmayıl Xətainin
Çaldıran döyüşündə (1514) məğlub
olandan sonra Vedibasar hakimi Əbdi bəy Şamlının
bacısı Bəhruzə xanımla ailə həyatı
qurmasını və həmin nəsildən olduğunu deyir.
Vedibasar camaatının ermənlər və
onların havadarları tərəfində 1918, 1948, 1952 və
1988 - ci illərdə yurd- yuvalarından didərgin
düşdükləri göstərilir. Bu
vətən dərdi, el- obanın didərgin həyat tərzi
bu gün də davam edir. Babası
Şadliların yurdunun viran qaldığı, düşmən
tapdağı altında inlədiyini ürək parçalayan
nisgilli harayla car çəkir. Tarixin bu
amansız oynuna lənətlər yağdırır və Vətən
övladlarımızı yağılara qarşı
mübarizəyə səsləyir. Əsirlikdə olan
Vediyə qayıdacağımıza inandığını əminliklə
belə deyir:
Alışıram,
bir arzuyla yanıram,
Olanı,
keçəni tez-tez anıram,
Buna
varlığımtək mən inanıram:
Bir gün yığışacaq el Vedimizə.
Nəsibə
xanım Vedinin kəndlərinin adını çəkir:
Şiddi, Böyük Vedi, Kiçik Vedi, Şirazlı,
Reyhanlı, Əfşar, Xalisa, Dəvəli , Taytan, Yengicə,
Kolanlı, Məngük, Ağbulaq, Ərmik, Haxış,
Heyranıs,... Dəhnəz, Əzizkənd və s. Bununla bahəm
şairə Vedi və türk igidlərinin mübarizliyi
haqqında öz fikirlərini belə səsləndirir:
Türk-
oğuzdu adımız, yaşımızı bilən yox,
Çox qədimdir "Şad" ımız,
qarşımızda dinən yox.
"Şadlının
şanlı oğlu" bölməsində Binnətalı
Sultanın oğlanları: Aslan Sultan, Kəlbalı Sultan,
Niftalı Sultan və Baba Sultan xatırlanır. Aslan
Sultanın qarşısına 1813-cü il
Rusiya və İran arasında bağlanan
"Gülüstan" sülh müqaviləsindən sonra
"Qafqazın generalı məktub yazaraq" şərt
qoyur ki, " ya köçməli İrana, ya da tabe olmalı
rus çarının əmrinə". Aslan
Sultan yurdunu itirməmək üçün çarın əmrinə
tabe olur.
Kəlbalı Sultanın Xanbaba adlı oğlu olur. Kəlbalı
Sultan qəhrəmanımız Abbasqulu bəy Şadlinskinin
babasıdır. Nəsibə xanım bu
tarixi hadisəyə nəzər salır və Binnətalı
Sultan və onun oğlanlarını xatırlayır. Vedi torpağının ərsəyə gətirdiyi
bu böyük şəxsiyyətləri xatırlamaqla
şairə xalqının keçmişinə boylanır.
Göyçə gözəli Kövsər xanımın
Xanbaba bəyə ərə gəlməsini, onun toyunu müəllif
poetik boyalarla tərənnüm etmişdir:
Adısa
göyçəli Kövsər,
Eli
mübarək, mübarək!
Göyçədən
gəlin almışıq,
Toyu
mübarək, mübarək!
Abbasqulu bəy Şadlinskinin dünyaya göz
açması, Kövsər xanımın Xanbaba bəyə ərə
gəlməsi və Səməd ağaya bacı olması
söylənilir. Kövsər xanımla Xanbaba bəyin Bəhlul,
Abdulla, Abbasqulu adlı oğlanları dünyaya gəlməsi
deyilir. Bunların içərisində Abbasqulu daha
qoçaq və bacarıqlı olduğunu göstərir:
Oğulları
doğuldu, sevindi bütün Şadlı,
Cəngavər böyüdülər - qeyrətli,
güclü, adlı.
"Torpaq igid yetirir" bölməsində Adranikin
Tiflisdə erməniləri başına yığaraq qurultay
keçirməsi və erməni ordusu yaratmaq fikri söylənilir. Onun təklifi
baş tutmur. Təklif baş tutmadıqdan
sonra başına quldur dəstəsi yığaraq Vedi- Tiflis
yolunda quldurluq, soyğunçuluqla məşğul olur.
Andranik fikirləşir ki, türkləri
ayıltmaq olmaz. Azərbaycan oğulları
ayağa qalxsa, onları məhv edəcəklər. Elə də olur. Andranikin
qulağını kəsirlər, baş götürüb
qaçır. (Sultan bəy onun qulağını kəsir)
Ermənilərə qarşı mübarizə aparmaq
üçün Abbasqulu bəy "Mübariz dəstə"
yaratdı.
(Milli birlik) Azərbaycanda ilk dəfə olaraq
Milli Hökumətin nümunəsi olan "Vedibasar Komitəsi"
yaradıldı. Abbasqulu bəy
Şadlinskinin başçılığı ilə
"Ağsaqqallar şurası" və "Milli birlik"
qurumları fəaliyyətə başladı.
Milli birlik ! -Bizim sabahımızdı,
Birləşməsək,
sabah günahımızdı.
Əl
açaq Tanrıya, edək dualar,
Əl - ələ yapışmaq zəkatımızdı.
"Mübariz
dəstə" nin bir amalı var ki, o da
Vətəni yağı ermənilərin caynağından
xilas etmək. Ona görə də Abbasqulu bəy Komitə
qarşısında belə bir məsələ qoyur:
Komitədə
bir qayda, bircə qanunumuz var,
Dilimizdə
edirik bu sözləri biz şüar:
Xalq
üçün yaşayırıq, torpaq üçün
ölürük,
Çörəyi də, suyu da qardaş kimi
bölürük.
Müəllif
Vətən üçün mübarizə aparanları
alqışlayır və sonuncu cümləsində deyir:
Sevinəcək
çöl, çəmən, ağlayacaq yağılar,
Nəğmələr oxunacaq, olmayacaq ağılar.
Abbasqulu bəy
Şadlinski "Vedibasar Komitəsi "- nin
üzvlərindən olan Seyfulla Süleymanovu və Ağa
Şadlinski vasitəsi ilə Bakıya xəbər göndərir.
Onlar erməni daşnaklarının azəbaycanlıların
başlarına gətirdikləri müsibətləri, kəndlərin
talan edilərək yandırılmasını, xalqın
mal-mülklərinin əllərindən alınaraq
yur-yuvalarından didərgin düşmələrini,
Bakıya çatdıraraq onlardan kömək istəyirlər
( Seyfulla Süleymanov, Ağa Şadlinski və
Zeynalabdin Şixəli oğlu "Vedibasar Komitəsi" nin
xarici işlər bölməsinin üzvləri olmuşlar).
1918 - ci ilin mayında müşavirə
çağrılır. Abbasqulu bəy
Şadlinski çıxış edərək ermənilərin
xalqımızın başına gətirdikləri fəlakətdən
danışaraq göstərir ki, onlar evlərimizi
dağıdır, azərbaycanlıları öldürür,
min bir əzablar verirlər. O bu işə son
qoyulmasını istəyir.
Bizi
yurddan edirlər, neçə ocaqlar sönüb,
Ata-baba evimiz qanlı yuvaya dönüb.
Naxçıvandan Vediyə gələn qonaqlar Abbasqulu bəylə
görüşüb geri qayıtdıqdan sonra Abbasqulu bəyi
ermənilər şərləyib tutdurdular. Xalqın,
Hacı Təhmasib və Şəmdinin rəhbərliyi ilə
Abbasqulu bəy Şadlinski azad edilib doğma ocağı
Böyük Vedi kəndinə qayıtdı. Xalq öz qəhrəman
oğlunun azad edilməsini bayram etdi:
Xalq onu
qarşıladı, həyəcanla, ürəklə,
Yığışdılar başına min arzuyla, diləklə.
Abbasqulu bəy həbsdən azad olunduqdan sonra
xalqının köməyinə çatdı. Cahanbəxş Abbasqulu bəyə
məktub göndərdi ki, Millidərə, Almərdan kəndlərinə
ermənilər "Artur gədə" nin
başçılığı ilə basqın ediblər, təcili
köməyə gəlin. Abbasqulu bəy
"Mübariz dəstə" si ilə onların köməyinə
getdi. Yellicə, Şorbulaq, Bayburd,
Seyidkotan kəndlərini ermənilər yerlə yeksan
etmişdilər. Abbasqulu bəyin dəstəsi
İlanla dağa gedir. Sultanxan, Hacımirzə
və Həbibin dəstələri ona kömək edir. Ermənilər Azərbaycanın 12 kəndini
yandırıb dağıdırlar. Cahanbəxş
Abbasqulu bəyin köməyindən ürəklənərək
ermənilərə qarşı böyük mübarizə
aparır. Bu qələbə "Vedibasar
Komitə" sinin mübarizliyini daha da artırır. Ancaq ermənilər məğlub olub qaçsalar da,
kəndlərin xarabalığa çevirmişdilər.
Ermənilər öz
işğalçılıq işlərində israrlı
olaraq Vedibasara hücuma hazırlaşırdılar. Abbasqulu bəy Vedibasarda olan bütün azərbaycanlıları
birləşdirərək erməni daşnaklarına cavab
hazırladı.
Qəmərli,
Dəvəli, Şirazlı, Qaralar, Avşar Xalisa,
Böyük Vedi, Yengicə, Taytan, Birəli, Canaxcı, Hortun,
Qaşqaya, Almalı, Qazancı, Yeni yol, Şiddi, Goravan, Arazdəyən,
Kərki, Yayıcı, Şorsu, Şorbulaq kəndləridən
qaçaraq camaat Göyqumtəpəsi və Həmdəm dərəsində
gizlənirdilər. Abbasqulu bəyin göstərişi
ilə Müseyib Sultan xan, Həbib, İsmayıl və
başqaları birləşərək düşmənə
amansız zərbələr vurdular. Daşnak
hökümətində Vedinin də daxil olduğu İrəvan
qəzə Komissarı Əmirxanov Abbasqulu bəy
Şadlinskini təqib edir və onu ermənilərə
qarşı apardığı mübarizədən çəkindirməyə
çalışırdı.
Ermənilər azərbaycanlıların bütün kəndlərini
işğal etməyə çalışırdılar. Onlar dəstə
şəklində birləşmişdilər. Ermənilərə qarşı döyüşmək
üçün Abbasqulu bəy dostlardan kömək istəyirdi.
Qubada, Şamaxıda, Naxçıvanda, Şərurda,
Dərələyəzdə, İrəvanda ermənilərin
etdikləri vəhşiliklərin qarşısını almaq
üçün biz birləşməliyik deyirdi.
Türkiyədən Kərim xana nümayəndə göndərildi. Bağır bəy və türk zabiti Əli Teymur Kəlbalı xanım Naxçıvandan göndərdiyi nümayəndələrdir. Alməmmədli İqbal bəylə gələn qonaqları Abbasqulu bəy qonaqpərvərliklə qarşıladı. Bağır bəy Xəlbalı xanım təklifini Abbasqulu bəy və yoldaşlarına çatdırdı. Kəlbalı xan məktubda Abbasqulu bəyə yazmışdır ki, işləri Əli Teymura tapşır və Naxçıvana gəl. Bu təklifdən Hacı Təhmasib, Şəmdin, Nəsrulla narazı qaldılar. Abbasqulu bəy Kəlbalı xanın təklifinə cavab vermədi. Bağır bəy və Əli Teymur Naxçıvana qayıtdılar.
1918- ci il 4 iyun tarixində Batum anlaşmasına əsasən Qars, Ərdahan və Batum vilayətləri Türkiyəyə verilməli idi. Andranik bu sazişi pozmaq üçün gecə Naxçıvana, Yaycıya basqın etdi. Andraniklə Şamuyan əl bir olaraq azərbaycanlılara tələ qurdular. 1918- ci ilin yay günü ermənilər Vediyə yenə hücum etdilər. Dəli Kazon və Aramın qaniçən dəstəsi azərbaycanlıların başına olmazın müsibətin gətirdilər Çimənkəndən Məhərrəmi və İsmayılı köməyə çağırdılar. Səttar oğlu Musanın, nəslinə od vurmuşdular. 27 nəfəri öldürmüşdülər. Köməyə Yetim Əli, Fərəməz bəy və Səttar oğlu Musa gəldilər. Türk qoşunu Vedibasara gəldi. Abbasqulu bəy onları qonaqpərvərliklə qarşıladı. Qərargahı onlara verdi. Yaylaqdan el-oba öz yerinə qayıdırdı. Dağda hazırlanan pendir, qurud, motalları arabalara yığıb arana gətirirdilər.
Böyük Vediyə gələn köçə baxan Abbasqulu bəy onları salamlayır camaatın salamat gerdi döndüyü üçün Tanrıya şükür edir. Gələnlərdən Abbasqulu bəy Sultanyurdumuzdan xəbər tutdu (Sultan yurdu Əyricə yaylağında Bala Sultanın yurd yeridir). Xəlil, Musa, Yetim Əli cəsur igidlər idi. Onların əsas düşmənlərindən biri erməni Haçik və Aşot idi.
Abbasqulu bəy yağılara qarşı amansız olacağını and içdi. Sultan bəyin otağında iclas çağırdılar və qərara gəldilər ki, düşmənə qarşı birləşib mübarizə aparsınlar. Xəlil, Abbas, İmanverdi on beş atla yola çıxaraq Arazı keçib silah- sursat gətirməyə gedirlər. Səfərbərlik edildi və düşmənə qalib gəlmək üçün döyüşə atıldılar.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 5 dekabr.- S.5.