Milli iftixarımız

Sabir Rüstəmoğlu (Məmmədov),

ADPU -nun Ağcabədi filialının

dosenti, AYB və AJB - nin üzvü

 

(əvvəli ötən sayımızda)

1918- ci il dekabrında Andranikin rəhbərliyi ilə ermənilər Arazın bu tayına keçdilər. Abbasqulu bəy türklərə xəbər göndərdi ki, ermənilər hücuma keçirlər bizim köməyimizə gəlin. Bu işdə Məhərrəm və İsmayıl fəal iştirak edirdilər. Camaat düşməndən qurtulmaq üçün Böyük Vediyə, Şahablıya və Qəmərliyə qaçdılar. Ermənilər Şahablıya hücum edib ot tayalarını yandırdılar.

Aşıq Cəlilin də başına müsibət gətirərək öldürdülər. Abbasqulu bəyə xəbər göndərdilər ki , daşnaklar kəndə girdilər və kəndli od - alova bürüdülər.

 

Aşıq Cəlil qurban getdi vətənə,

Səda düşdü, səs yayıldı yetənə,

Can demədi yoldan, üzdən ötənə.

Şimşək olub bircə anda çaxdılar,

Diri -diri yandırdılar, yaxdılar.

 

Nəsibə xanım deyir: Ah - nalə ərşə qalxdı və adımı unutdum . Arzu və istəyim öldü. Fələk taleyimi böldü. Yarısı həsrətə düşdü, yarısı isə bu işə güldü. Daşnaklar "balta" və "nizə" ilə üstümüzə gəldilər və öldürüb - odladılar bizi və üstümüzə gəlmədiniz. Xəyalım dolaşdı, namərdə rast gəldim və onun gülləsinə tuş oldum. Torpağım və adım getdi, ona görə də, ağzımın dadı da onunla getdi. Bu dərdən əlimdə qələmimdə ağladı Mirzə Bağır öz gündəliyində Vedibasar torpağında erməni daşnaklarının törətdiyi faciəni xatırlayaraq yazır:

Adamlarımızın başına min bir müsibət açdılar. Hamını qılıncdan keçirdilər. Bütün kişiləri öldürdülər. Dəhazda, Çiməndə, Keşişdağda, Kərkabda, Qədirlidə, Şahabda qan su yerinə axdı. "Van" la "Sasun" qəflətən hücum etdilər kəndlərimizə.

1919- cu ildə düşmən Naxçıvana daxil oldu. Düşmənlər Dolxanovun (daşnak qoşunlarının polkovniki) başçılığı ilə Böyük Vediyə daxil oldular və azərbaycanlıları qovub evlərində erməniləri yerləşdirdilər. Müsəlmanlara zülm verirdilər. Daşnak Doluxanov burada böyük müqavimətə rast gəldiyi üçün yolunu Dərələyəzə saldı. Dərələyəzdə xeyli vəhşiliklər törətdi. Kəlbalı xan gələnə qədər hər tərəfi oda qərq etdilər. Vətən övladları rəşafətlə döyüşərək daşnakları torpaqlarından çıxartdılar. Dəmirçidən Dəvəliyə tərəf Kəlbalı xanın adamları erməniləri qovdular. Doluxanovun cəllad dəstəsi məğlubiyyətə uğradı və Dolxanov daşnakların generalı olan Bekprimovu köməyə çağırdı. Gah onlar Naxçıvanla sülh bağlamaq istəyir, gah da qan tökürdülər. Avşar kəndində yüz nəfəri qətlə yetirdilər. Avşar kəndində törədilən fəlakət Abbasqulu bəyə çatdı və o, "Mübariz dəstə" si ilə onların harayına gəldi və düşmənə zərbə vurdu.

Abbasqulu bəy papağını, arvadını, xan atını, torpağını qeyrətlə qorudu. Vedi üçün canını fəda etdi. Abbasqulu bəy erməniləri susdurdu, ancaq ermənilər ingilislərlə birləşərək Naxçıvanı və Qəmərlini bir-birinə qatdılar. Ermənilər Qanzak, Şərur, Dəhnə və Ordubadı da qarışdırdılar. Bu torpaqları ermənilərin fitfası ilə ingilislər"Hakəzə yerlər" adlandırdı. (İngilis qoşunlarının Ali Komissarı V.Haskelin1919- cu ildə Azərbaycan Cumhuriyyətinə təqdim etdiyi layihədə Vedibasar mahalını, Naxçıvanı və Şərur - Dərələyəzi birlikdə neytral zona hesab etmişdir.)

Cəsur Abbasqulu bəy Şadlinski onların hamısına cavab verdi və bildirdi ki, bu torpaqlar bizimdir. Rusun, ingilisin və erməninin bu torpaqlara qarışmağa heç bir haqqı yoxdur.

Qızın gözü önündə ermənilər anasını tikə-tikə doğrayır və atasını tonqala atıb yandırırlar. Qardaşının doğranılaraq atılmış əl - ayağı gözü önündədir. Bacısını lüt soyundurub başına yüz oyun açaraq öldürdülər. Indi yetim tifil qız qalıb ortalıqda. Ona ancaq Abbasqulu bəy və bir də Yaradan kömək edə bilər. Bu hadisədən sonra şairənin yadına gölləri, yemlik, salmanca, çobanyastığı , qantəpər, acı biyan, baldırğan yığdığı anlar düşür. Fatma nənəsini xatırlayır.

Qaraxaca, Canaxcıya və Qədirliyə qan tökülürdü. Ermənilər Böyük Vediyə hücum etməyə hazırlaşırdılar. Bu hadisədən Abbasqulu bəy xəbər tutdu. Başına topladığı Vedibasar igidləri ilə erməni daşnaklarına layıqli cavab verdi və onları məğlub etdi. Bu döyüşdə Nəsrulla və Usta Əhməd şəhid oldular. Ingilislər hiylə ilə Abbasqulu bəyi tutub İrəvana apardılar. Geri dönən Xəlil və Həbib Abbasqulu bəyi xilas etmək üçün yollar axtarırdılar. Abbasqulu bəy Xatısova "biz razılaşarıq" deyərək onu aldatdı və xilas oldu. Onun yolunu Hüseyn bəy və Məhəmməd xan səbirsizliklə gözləyirdilər.

Erməni daşnakları Vedi üzərinə hücum etməyə çalışsalar da Abbasqulu bəyin səyi nəticəsində Vedililər qalib gəldilər. Dro və Xatısov kimlər erməniləri hücuma hazırlayır və Vedini işğal etmək istəyirlər. Abbasqulu bəy onların hamsını məhv etdi. Ingilislərin fitvası və Dronun başçılığı ilə Böyük Vediyə yenə də hücum hazırlandı. Bu döyüşdə Hüseynalı oğlu Oruc, Səfəralı, Fərəməz bəy, Şadlinski, Heydər bəy, Qaçaq Rəsul, Fərzəliyev, Əmir, Abuzər qardaşları, Yetim Əli, Şəmsəddin bəy, Xəlil, Cahanbəxş, İsmayılın oğlanları rəşadətlə döyüşdülər Düşmən məğlub oldu. Türk paşası Atatürkə Abbasqulu bəy haqqında xəbər çatdırılır. Atatürk onu Türkiyəyə vəzifəyə dəvət etsə də,Abbasqulu bəy getmir və Vedini qoruyur.

Ermənilər hər tərəfdən Böyük Vediyə hücum edirdilər. Vedililərin köməyinə Şərurlu Fətulla bəy və Şəmsəddin bəy Mahmudbəyov (Şəmdin) gəldi. Bu döyüşdə Mahmudbəyov Şəmsəddin bəy həlak oldu. Mikoyan və Yefromov tələ quraraq yenə də hər tərəfdən Böyük Vediyə hücuma hazırlaşırlar. Abbasqulu bəy kənd camaatını (qocalar, qadınlar, uşaqlar) düşmən əlinə keçməsin deyə onları Şərura tərəf getməsini məsləhət bildi. Döyüşdə Gümüş Məmməd, Zeynalabdin, Hacı Təhmasib, Məhərrəm (Məşədi Məhəmməd oğlu Məhərrəm) və başqaları şəhid oldular. "Mühacir həyatı" bölməsində 1918, 1948,1952- ci illərdə Qərbi Azərbaycan türklərini Ata yurdundan qovulduğu, departasiya edilməsi, didərgin düşdükləri göstərilir.

 

Əzilmişik zaman-zaman,

Doğranmışıq dilim-dilim,

Namərd verməyibdir aman,

Qara geyib ayım, ilim.

 

Venidən köçən elin fəryadını Nəsibə xanım iki misra ilə belə söyləyir:

 

Bir el köçür yuvasından, Vedibasar qəribəsəyir,

Ayrılığa göy ağlayır, göz yaşları yerə dəyir.

Bəy oğlunun (Abbasqulu bəyin) xahişi ilə körpünü açırlar. Zəngibasar, Vedibasar, Dərələyəz, Şərur qaçqınları İran tərəfə keçdilər (daşnakların caynağından xilas olma qüçün). Hüseynalı kişinin arvadı boylu idi. Uşağı dünyaya gətirmək üçün ağrı çəkirdi. Araz çayını keçmək üçün camaat tələsirdi. Qadın kolun dibində uşağı dünyaya gətirdi. Onun göbəyini çarıq bağı ilə bağladılar. Yeni doğulan uşağı Arazda çimizdidilər. Qarayanız qız uşağı əmim oğlu Nicat doğuldu deyə sevincini camaata bildirdi:

 

Araz doldu, ağladı,

Dərd köksünü dağladı,

O qədər qaçqın gördü,

Könlü yara bağladı.

 

Onlar Ərəblər kəndinə sarı getdilər. Arazın qırağında Ərəblər kəndinin yanındakı "Sarı su" torpağında dayandılar. Burada Zəngibasar, Çivə, Şərurlular da Vedibasar camaatı ilə birgə idilər. Abbasqulu bəy danışıq apardı. Xoyda, Çorsda camaatı yerləşdirməyə çalışdı. Sonra Bəydərvində və Çayparada yerləşdirdi. Xoyda günləri ağır keçdi. Əzət nənə belə bir bayatı çağırdı:

 

Ulduz Vedi, Ay Vedi,

Yoxdur sənə tay, Vedi.

Ağrı dağın qarından,

Saxla bizə pay, Vedi.

 

Sonra Mərəndə köçdülər. Abbasqulu bəyin sözü Mərənddə keçdi. Qaçqınlara nəzarət edən Fərəməz bəy və İbrahimbəy idi. Isgəndərlə İsfəndiyar da ( İsgəndər və İsfəndiyar Abbasqulu bəyin oğlanlarıdır) fəallıq göstərirdilər. Qaçqınlar bir müddət Mərənddə qaldılar.

"Vedimə qaytarın, qaytarın məni" şeirində Nəsibə xanım yurd-yuvasından didərgin düşdüyünü -Vedi üçün fəryad qopararaq aləmə səs salır:

 

Hanı o bağçalar, hani o bağlar,

Hani o dərələr, hani o dağlar,

Xəyala dönübdu bəxtiyar çağlar,

Vedimə qaytarın, qaytarın məni.

 

1988 - ci ildə yenidən Vedidən qaçqın düşənlərin geri qaytarmaq üçün Abbasqullu bəy kimi igidlərin ortaya çıxaraq xalqı erməni daşnaklarının zülmündən qurtararaq geriyə dönmələrini dilə gətirir:

Hanı Abbasqulu, hanı ərənlər,

Hanı dərdimizə dərman verənlər,

"Az qalıb, bir azca dözün" deyənlər,

Vedimə qaytarın, qaytarın məni.

 

Şairə burada Ağrı dağını, Avşar, Şiddi, Xalisa , Dəvəli və Vedi kəndlərini və bundan əlavə Əzət nənənin bayatılarını, "Taharın armudu, Əsgərin tutu" nu xatırlayaraq deyir:

 

Taharın armudu, Əsgərin tutu,

Hər tərəf sirr dolu, bir bağlı qutu,

İllərdi gözlərim, yanağım sudu,

Mən də o kənddənəm, o kənddən,qardaş.

 

"Zəfər görüşü" hissəsində yenə də ermənilər Zəngəzur və Naxçıvanı almaq istəyir. Nəriman Nərimanov bolşevik qoşunları vasitəsi ilə erməni daşnaklarını məhv edir. Daşnakların sağ qalanları canının qorxusundan qaçıb gizləndilər.

Bolşeviklərin tərkibində Mahmudbəyov ( Fərəməz bəy Mahmudbəyov), Babayev və Səlimov da iştirak edirdilər. Vəlibəyov qaçqıqların geriyə - vətəninə qaytarılması təklifini irəli sürdü. Camaat bu şəxslərə inanib geri qayıtmaq istəmirdilər.

Hamı bir nəfər kimi Abbasqulu bəyə inandığı üçün nümayəndə heyəti Naxçıvandan Süleymanovu Abbasqulu bəyin yanına göndərdilər. Nümayəndə heyətini Abbasqulu bəy açıq ürəklə qarşıladı.

"Qırmızı tatar" adlı hərbi qüvvə yaradıldı. Abbasqulu bəy də tabora rəhbər təyin edildi. Şərurlu bir qızda 1920 - ci ilin payızında (Əfruz) Abbasqulu bəyə məktub yazıb onun "Qırmızı tabor" a qoşulmasın icazə istədi. Abbasqulu bəy Əfruzu tabora qəbul etdi (Əfruz Abbasqulu bəyə, Abbasqulu bəy də Əfruza şeirlə məktub yazmışdı). Abbasqulu bəyin komandalığı altında "Qırmızı tabor" erməni daşnaklarını məğlub edir. Və bütün kəndlər, o cümlədən Vedibasar rayonunun kəndi daşnaklardan təmizlənir. Düşmən qüvvələri darmadağın edilir. Qızıl ordu da bu döyüşdə "Qırmızı tabor" çulara yaxından köməklik göstərirlər. Abbasqulu bəy öz kəndlərinə və evlərinə gedir. Kəndi gördükdən sonra ayrılıq anı sona çatır:

 

Sənsiz günüm il oldu,

Yanan ürək, dil oldu,

Qoynundan ayrı düşdüm

Beş ayım min il oldu.

Abbasqulu bəyin Komandalığı altında Şərur, Danzik , Arazdəyən, Zəncirli, Çanaxçı azad edildi. Yasonun dəstəsini "Qırmızı tabır" darmadağın etdi. Daşnakları İrəvana qədər qovdular. Gorus, Mehri, Qafan daşnaklardan xilas edildi. Tabor Göyçə -Dilcanı da azad etdi. Abbasqulu bəyə Yusif, Məhərrəm bəy, İbrahim, Yetim Əli yaxından köməklik göstərdilər. Ermənilərin bolşevik maskası altında azərbaycanlılara divan tutmasının üstü açıldı və onlar məğlubiyyətə düçar oldular.

1918- ci ildə Qars müqaviləsi bağlandı. Stalin və Mikoyan Azərbaycan xalqını hər zaman daşnakların ayağına verdilər və azərbaycanlılar yenə də daşnaklardan zərər çəkdi.

"Sınaqlı günləri yaşayan Vedim" bölməsi "Aclıq illəri" və "Abbasqulu bəy quruculuq illərində" başlıqları altında şərh edilir. Qızı ac olan ana nə qədər danışsa da, uşağı ovuda bilmir. Anası qıza deyir ki, atan Abbasqulu bəylə qayıdıb gələndə nəsə gətirər yeyərsən. Uşaq ağlayır. Ananın nitqi qəfildən tutulur və dərdə dözməyərək ölür. Uşaq bilmir ki, anası ölüb onu qucaqlayıb ağlayır. Bu hadisələrin şahidi Heydər oğlu Bilas kişidir. Abbasqulu bəyin oğlu İsgəndər də atasının yanında çalışırdı. Onlar Dəvəlidə kərpic zavodu işlədirdilər. Bu iş Abbasqulu bəyə görə kiçik olsa da, ancaq bəy işini bəyənirdi. "Məkr və xəyanət " bölməsi "Daşnakların son hiyləsi", "Ailə ilə halallaşma", "Xəlil xatırlayır", "Pusqu", "Bəyin ölümünə", "Camışbasanda matəm" və "Böyük Vedidə dəfn" başlıqlarından ibarətdir. Daşnaklar "bolşevik" maskası altında gizlənərək bütün bəd əməllərini həyata keçirirdilər. Birinin arxasında Nataşa xalası durur, digəri isə "Şeytan Zakaryan" dır ki, hiylələrindən yaramaz xislətindən əl çəkmir. Xəlil evdən çıxanda yazdığı məktubu həyat yoldaşına verib getdi. Abbasqulu bəyi Xəlil və Talıbov müşayiət edirdilər. Onlar danışıq aparmaq üçün gedirdilər. Xəlil yeni dünyaya gələn oğluna Nəriman adı qoymuşdur. Xəlil söyləyir ki, Abbasqulu bəy bizə tapşırmışdır ki, camaatı başınıza yığıb əkin- biçinlə məşğul olun. Camaatı aclıq və səfalətdən bu yolla çıxarmaq olar:

 

Deyirdi biz gərək sevək torpağı,

Ananı, Vətəni, bir də bayrağı,

Anadan doğulub, torpaqda öllük,

Sevinci Vətənlə, bayraqla böllük.

 

Abbasqulu bəyi, Xəlili və Talıbovu gedərkən yolda pusquya salırlar. Atılan ilk güllə Xəlilə dəyir.

(ardı gələn sayımızda)

Ədalət  2018.- 6 dekabr.- S.5.