Böyük
ictimai xadim, elin zəka işığı
Min illərdir cəmiyyətimizə müdrikanə məsəllər
təlqin edilir. Xüsusən də Vətən və El
üçün yaşayanlar barədə deyilənlər
daha çox diqqət çəkir. Məsələn,
deyirlər ki, fədakar insanlar bulaq suyu kimi saf, səltənət
sahibləri kimi müdrikdir. Bu, doğrudan
da belədir. Çünki onların ən adi fikrində,
xoş ovqat və əməllərində belə bir bulaq
saflığı, bir örnək müdriklik müşahidə
edirik...
Ölkəmizdə də həmişə pak və əqidəli
insanlar yetişib. Səmimi deyim, özünün əsl ziyalı, əsl
vətəndaş örnəkləri ilə
çoxlarının sevimlisinə çevrilmiş, Tovuzun
Mülkülü kəndi ilə Bakı arasında mənəvi
körpü salmış xeyirxah insan, el xətrini əziz
tutan, özündən çox el üçün yanan mərhum
Zakir Zeynalovun da xarakter göstəriciləri bu ictimai zəminlərə
tam uyğun gəlir. İstər ata-baba yurdunda
yaşadığı illərdə, istərsə də
sonradan Bakıda işlədiyi anlarda o, həmişə
insanlıq nümayiş etdirib. Xoş
haldır ki, bütün fəaliyyəti boyu onun əməli
işlərində müasirlik günün reallığı
kimi diqqət çəkib. Bir sözlə,
Zakir Zeynalov cəmiyyət-dövlət məsələlərinə
daim ciddi önəm verib.
Həyat anlarının fövqündə duran Zakir
Zeynalovun duyğularında çox şey insanı mənəvi
yüksəlişə sövq edib. Bu, istər-istəməz
hər kəsin ovqatını yüksəldib. Bu, insanlarda həyata, taleyə ümidi də
artırıb. Onun yaradıcı
düşüncələri öz həyat dürüstlüyü
ilə təcəlla etməkdə idi. Bütün
qohum-əqrəba, tanış-biliş onun insan zəkasının
mənəvi ucalığına heyran kəsilirdi.
Qısa həyat
hekayəsi:
Hüquq
elmləri doktoru, baş ədliyyə müşaviri, Hüquq
üzrə Ali Attestasiya bölməsinin rəhbəri, Milli Məclisin
vitse-spikeri, Hüquq siyasəti və dövlət
quruculuğu daimi komissiyasının sədri, Avropa
Şurasının Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri, MDB dövlətlərinin
Parlamentlərarası Assambleyasının daimi
komissiyasının sədr müavini, tanınmış ictimai-siyasi
xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Zakir Əlixan oğlu Zeynalov 1939-cu il martın 21-də Tovuz
rayonunun Əlibəyli şenliyinin Mülkülü kəndində
anadan olmuşdu. 1957-ci ildə orta məktəbi qızıl
medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinə daxil olmuş, 1962-ci ildə ali təhsilini fərqlənmə ilə
başa vurmuşdur. 1962-1964-cü illərdə
Qazax və Naxçıvan Muxtar Respublikasının Şərur
rayon prokurorluqlarında müstəntiq işləmişdir.
1964-1967-ci illərdə Rusiya Elmlər Akademiyası
Dövlət və Hüquq İstitutunun aspiranturasında
oxumuşdur. Hüquq elmləri doktoru idi.
1967-1970-ci illərdə Azərbaycan Elmlər
Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda
elmi işçi kimi fəaliyyət göstərmişdir.
1970-1972-ci illərdə respublika prokurorluğunun
Ümumi nəzarət idarəsinin prokuroru, 1972-1976-cı illərdə
Zaqatala rayon prokuroru, 1976-1977-ci illərdə respublika
prokurorluğunun Ümumi nəzarət idarəsinin rəisi vəzifəsində
çalışmışdır. 1977-1981-ci
illərdə Respublika prokurorluğu İstintaq idarəsinin rəisi,
respublika prokurorunun müavini işləmişdir.
1981-1989-cu illərdə Bakı şəhərinin
Sabunçu rayonunda, 1989-1992-ci illərdə Sumqayıt şəhərində
prokuror, 1992-1993-cü illərdə Laçın rayonunda
prokuror köməkçisi, 1993-1995-ci illərdə isə Gəncə
şəhərində prokuror vəzfəsini icra etmişdir. 1995-ci ildə Respublika prokurorluğu Daxili İşlər
Orqanlarında Qanunların icrasına nəzarət idarəsinin
rəisi işləmiş, deputatlığa namizədliyi ilə
əlaqədar, qanuna müvafiq surətdə öz ərizəsi
ilə tutduğu vəzifədən azad olunmuşdur. 1995-ci ildə 87 saylı Tovuz seçki dairəsindən
Azərbaycan Respublikasının Milli Məclisinə deputat
seçilmiş, Hüquq siyasəti və dövlət
quruculuğu daimi komissiyasının sədri olmuşdur.
2000-ci ildə
ikinci dəfə 87 saylı Tovuz seçki dairəsindən Azərbaycan
Respublikasının Milli Məclisinə deputat və Milli Məclisin
vitse-spikeri seçilmiş, Hüquq siyasəti və dövlət
quruculuğu daimi komissiyasının sədri kimi fəaliyyətini
davam etdirmiş, Azərbaycan Respublikasının
Konstitusiyasının və bir sıra qanunların
hazırlanmasında yaxından iştirak etmiş, 1995-ci ildən
etibarən ümummilli lider Heydər Əliyevin şəxsi vəkili
olmuşdur. Heydər Eliyev ideyalarının bu
gün de şövq tapmasında Zakir Zeynalovun rolu
danılmazdır.Təəssüf ki, bütün ömrü
boyu el üçün yanan, Vətənin fədakar oğlu
Zakir Zeynalov 6 dekabr 2000-ci ildə dünyasını dəyişdi.
Zakir Zeynalov nufuzlu və hörmətli millət vəkillərindən
sayılır.
Onun sənətə, ədəbiyyata, musiqiyə
böyük dəyər verməsi Vətən və elə
vurğunluğunun bariz ifadəsidir. Sənət
aşiqi idi. Bir çox şeirlərin və
mahnıların müəllifi kimi sevildi və sevilir. Bəzi bəstələri tanınmış sənətçilər
tərəfindən minnətdarlıq və ehtiram hissi ilə
ifa olunur.
Görkəmli ictimai xadim zakir Zeynalovun bir-birindən həyalı
üç övladı var. Qızı Qəmər Zeynalova
tibb sahəsində fəaliyyət göstərir.
Böyük oğlu Adil Zeynalov Mərkəzi Seçki
Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi
vəzifəsində çalışırdı. Çox təəssüflər
olsun ki, amansız ölüm onun həyat
duyğularını, tale hisslərini çox erkən
soldurdu. Həyatla vidalaşdığı
gündən bir ailənin içində Adil Zeynalov
yoxluğunun qoru, yanğısı fantan vurur. Bu gün ata ruhunun pərişanlığı da
oğul yoxluğunun atəşində qovrulur. Bu gün
həyat burulğanlarında Adil Zeynalovun yoxluq acıları hər
kəsi təəssüfləndirir...
Zakir Zeynalovun kiçik oğlu Nazim Zeynalov isə
prokurorluq orqanlarında çalışır. O, həmçinin Azərbaycan
Respublikası Prezidentindən bəhs edan "Xalqın inam va
etimad ünvanı" kitabının da müəlifidir. Sözlərinə bəstələnmiş
"Odlar yurdum Azərbaycan" mahnısı dövlət tədbirlərində
oxunur.
Zakir
Zeynalov ölkənin ictimai işlərində də daim
böyük təşəbbüs göstərmiş, 1991-ci
ildə Sumqayıt şəhərində Yeni Azərbaycan
Partiyasının təməlini qoyanlardan biri olmuş, 23
yanvar 1991-ci il tarixində Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının hüquq doktoru seçilmiş,
1998-ci ildə Azərbaycan Respublikası Prezident Seçkilərində
Prezidentliyə namizəd Heydər Əliyevin səlahiyyətli
nümayəndəsi olmuşdur.
Zakir Zeynalov zəhmətin nə olduğunu hələ
yeniyetmə yaşlarından bilib. Taleyin çətinlikləri
ilə döyüşə-döyüşə
böyüyüb, boya-başa çatıb, erkən
çağlarından əllərinin qabarı ilə zəhmət
və həyat yollarını tapıb.
O,
çox sevimli, işgüzar, qayğıkeş, mehriban,
hamıya əl tutmağı sevən, qohumcanlı, dostsevər
olub. Çətinə, dara düşənlərə
yaxşı məsləhətlər verib,
çıxış yolu göstərib, köməyini əsirgəməyib.
Şirin söhbətli, gülərüz
olması onu hər kəsə sevdirirdi. Məclislərdə,
yığıncaqlarda yeri görünən insan idi. Qəlbinin kövrək notları onu ədəbiyyata,
poeziyaya vurğun insan etmişdi, hətta ən adi fikri belə
pıçıltı ilə deyəndə təəssüflənir,
dünyanın vəfasızlığına
acıyırdı.
Zakir Zeynalov dövlət əhəmiyyətli layihələrin
icrasında üzərinə düşən işin öhdəsindən
həmişə bacarıqla gəlib. Ən çətin
işlərdə onun istedad və bacarığından istifadə
olunub. Həyatı anlayan insan idi, vətənpərvərdi,
hər kəsə fərqli bir həyat əzmi
aşılayırdı. Ailəsi, qohum-əqrəbası,
yaxşılığını görmüş insanlar
heç cür inana bilmirlər ki, o, artıq həyatda yoxdur.
İndi hər kəsə onun həyat
eşqinin odunda çırpınan müqəddəs ruhu səbr
verir.
Zakir
Zeynalovun həyat eşqinin əsas məğzini Ana, Vətən,
Torpaq, İnsan, Tale, Həyat və s. kimi səciyyələr
təşkil edirdi. Onun həyat
baxışlarında mənalı, zəngin, örnək və
şərəfli bir ömür yolu görünürdü və
pak əməllərindən bu ömrə işıq səpilirdi.
Çünki o, erkən səhərləri
özünün tale acısı, sevmək məsuliyyətini
bu acının həyat sıxıntısı, qaranlıq
axşamları isə yenə özünün vətəndaş
missiyası kimi əks etdirirdi. Onun yorulmaz,
cəfakeş KİŞİ mətanəti insanlara həyatın
astar üzündəki mənaları da aydın göstərirdi.
Bəli,
"Hər ömür içi ağrı-acı dolu bir
kitabdı..." Mən də Zakir Zeynalovun ömür
kitabının ən azı beş-on səhifəsini
oxumağa müvəffəq olmuşam; amma ailədə onun həyatsevərliyini
dadmış insanlar bu etiqada daha çox nail olublar. Onun sadəliyi,
davranışı, səlis danışığı,
mülayim təbiəti, xoş münasibəti, mehriban
gülüşü və s. mənim yeniyetmə
duyğularıma həyat rəngi çəkib. Mən onun kimi ziyalını tanıdığım
üçün qürur duymuşam; çünki onun kimi
qeyrətli kişilər həyata gerçəkdən
çox az-az gəlir.
Təəssüf ki, Allah bu dünyada qalmayacaq qədər
saf və təmiz insan olan Zakir Zeynalovu vaxtsız-vədəsiz
aramızdan apardı. Ancaq nə yaxşı ki, o, özündən
sonra özünə bənzər davamçılar qoyub.
Bəllidir ki, insanlar əvvəlcə doğulduqları
diyarın işığı olurlar. Zəhmət və əməkdə
bərkiyənlər illər sonra bütöv bir məmləkətin
mayakına çevrilirlər. Tovuzun
günəşin istisinə qucaq açan Mülkülü kəndində
də bir vaxtlar Zakir Zeynalovu parıltısı hələ
kövrək qığılcımlar səpən
işığa bənzədirdilər. Lakin
zaman öz atını çapa-çapa bu kəndin isti
qoynunda Zakir Zeynalov böyüklüyündə bir mayak qurdu.
O Zakir Zeynalov ki, dərin çarpazlıqda labirint xarakteri verən
çətin illər onu zəhmətin qabarlı əlləri
arasında sıxıb, bəzən cana
doydurub, bəzən bir çimdik güldürüb, amma ən
çox ağrı-acı içində
çabalatdırıb.
Bəli, şəxsiyyətlər aid olduqları sahədə
hörmət qazanır, el sevgisi ilə əhatə olunurlar. Elə Azərbaycanda
xüsusi ad-san qazanmış Zakir Zeynalov da insan qətiyyətinin
mənasını el sevgisində tapanlardan idi. Bu gün onun həyat yolu bir xeyirxahlıq mücəssəməsi
kimi təsir bağışlayır. Yaşadığı
çətinliklər onu həyatın astar üzündən
keçirib, burulğanlara salıb. Zəhmətsevərliyi
heç vaxt onu rahat buraxmayıb; Vətənə verdiyi
uğurlu töhfələr onun insan qətiyyətinin bariz
örnəkləridir. Kimdən onun
haqqında soruşursan, deyir ki, yaxşı insan, zəhmətsevər,
əsl vətəndaş, əsl vətənpərvər idi.
O, hələ gənc yaşlarından böyük bir həyat
burulğanının kəməndini əllərinə
alıb, xoş əməllər sərgiləyib, öz insan
adını qoruyub, nəsillərə əsl şəxsiyyət
örnəyi ərməğan edib. Bəli, onun müdrik insan
baxışında gerçək bir şəxsiyyət
örnəkliyi var idi...
Zakir Zeynalovla nə vaxt həmsöhbət olublarsa,
başqalarından bəhs edib, bir dəfə olsun dilinə
"mən" kəlməsi almayıb. Bu, təkcə
onun təvazökarlığından irəli gəlmir, həm
də onun səmimiyyətinin bariz göstəricisidir.
Zakir Zeynalov həyat və yaşam anlarının
acılarını elə tərzdə cilalayıb ki, hər
kəsdə Vətənə böyük bir məhəbbət
yaranıb. Bu da o anlama gəlir ki, o, sözün həqiqi mənasında
Vətən oğlu idi.
Əlbəttə, hər bir şəxs
özünün keçdiyi həyat yoluna nəzər salanda,
unudulmaz və xoş xatirələrə dönmüş
anlarını, günlərini xəyalından keçirir. Elə insanlar
var ki, onların həyatı, fəaliyyəti elinə,
xalqına, vətəninə xidmətə həsr olunur.
Müdriklər demişkən, "xalq
üçün, vətən üçün yaşanan
ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı
və şərəfli, başı həmişə el
içində uca olur. Onlar öz xoşbəxtliyini,
səadətini, varlığını vətənə, xalqa
ləyaqətlə xidmətdə görürlər. Belə insanlar öz xalqının, millətinin mənəvi
siması, genefondudur desək, səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik
ki, zəhmətkeş insan Zakir Zeynalov da belə cəsur
insanlardan idi.
Allahdan Zakir Zeynalov rəhmət diləyir, ailəsinə,
yaxınlarına və doğmalarına səbr diləyirik!
Əli Elmanoğlu
Ədalət 2018.- 6 dekabr.- S.4.