Uşaqların
"nağıllar dünyasını" yaradanlar
Müsahibimiz
teatrın direktoru, əməkdar artist, Prezident təqaüdçüsü,
beş respublika üzrə UNİMA Azərbaycan üzvü, mədəniyyət
nazirliyinin təsis etdiyi "Fəxri Mədəniyyət
işçisi" döş nişanlı Fərmail
Paşayevdir.
- Fərmail müəllim, bu gün Gəncədə orta yaş nəslinin nümayəndələri arasında çox az adam tapılar ki, körpəlik və yeniyetməlik dövrü bu teatrın salonundan keçməmiş olsun. Teatrın aktyorlarının ifasında Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaratdığı nağıl qəhrəmanlarının macəralarını izləməsin. Gəncəli uşaqların həyatında bu missiyanı yerinə yetirən isə Gəncə Dövlət Kukla Teatrıdır. Bu haqda nə deyə bilərsiniz?
- Düz 33 il bundan əvvəl türk dünyasının tanınmış teatr xadimi, istedadlı rejissor Hilal Həsənovun təşəbbüsü və təşkilatçılığı ilə nağıllar aləminin əfsanəvi qəhrəmanı "Simurq" xalq teatrı adı ilə gəncəli uşaqların həyatına daxil olmuş teatr, cəmi bir neçə aydan sonra, 1986-cı ilin noyabr ayında Dövlət statusu alıb. 1987-ci ildə daimi olaraq qədim tarixi abidənin binasında məskunlaşmışdır.
Hazırda teatrda 8 aktyor, 2 rejissor, 2 rəssam, ümumilikdə isə 47 nəfər çalışır.
- Bəlkə teatrın tarixinə nəzər salaq.
- Teatrımız 33 ildən artıqdırdır ki, fəaliyyət göstərir. Gəncəbasarda, eləcə də beynəlxalq aləmdə öz uğurlu tamaşaları ilə tanınır, bir çox festivalların qalibi və iştirakçısı olub. 1996-cı ildə Nizami Gəncəvinin əsərləri əsasında Hilal Həsənovun səhnələşdirdiyi "Xeyir və Şər" tamaşası ilə balacaların ilk görüşünə gələn truppamızın repertuarında hazırda yüzdən artıq əsər oynanılır. - Biz elə ilk gündən Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı ədəbiyyatımızla yanaşı, dünya xalqlarının əsərlərinə də üstünlük veririk. Səhnəmizdə hər il 4 tamaşa hazırlanıb, repertuara daxil edilir. Bu il də 4 yeni tamaşa hazırlanmışdır. Əhməd Orucun "Zınqırovlu pişik", Kəmalə Ağayevanın "Tənbəl Əhməd", Astritin Lindqinin "Uşaq və Karlson" və Əli Səmədlinin "Meşə çaqqalsız olmaz" əsərləri yeni tamaşa kimi repertuara daxil edilmişdir. Hər il minlərlə gənc tamaşaçı qarşısında çıxış edirik. Bu ildən səhnəmizdə böyüklər üçün də kukla tamaşası hazırlamağa başlamışıq. Mədəniyyət nazirliyinin sifarişi ilə ilk belə tamaşamız böyük sənətkarımız Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" əsəridir.
Onu da qeyd edim ki, həmin tamaşaya, həmyerlimiz, Gəncə teatrının tanınmış sənətkarı, xalq artisti Muxtar Avşarovun oğlu, hazırda Estoniyada yaşayan, Azərbaycanın əməkdar artisti Rauf Avşarov quruluş vermiş, onun həyat yoldaşı Xatirə Avşarova quruluşçu rəssam kimi əmək sərf etmişdir. Onu da xatırladaq ki, Rauf Avşarov Tallində fəaliyyət göstərən "Avşar" özəl kukla teatrının direktorudur. Çox yəqin ki, teatr kollektivinin böyüklər üçün ilk kukla tamaşası da maraqla qarşılanacaqdır.
- Kollektiviniz
az vaxt ərzində çox işlər görmüş,
Azərbaycanın teatr tarixinə
maraqlı səhifələr yazmışdır. Yaxşı
xatırlayıram, Türkiyə, Ukrayna,
Bolqarıstan və başqa ölkələrdə
kollektivinizin uğurlu
çıxışları təltifləri çox
olub. Bəlkə bir qədər
keçmişə qayıdaq, o illəri
xatırlayaq.
- Doğru deyirsiniz, kollektivimizin uğurları çox olubg İlk uğurunuz teatrın beş yaşında qeyd olundu. 1991-ci ildə Bakıda "Qızıl Dərviş" mükafatçısı olduq. Üç il sonra Qazaxıstanın Alma-Ata şəhərində, Şərq xalqları kukla teatrlarının festivalında mükafat aldıq. Sonra Gürcüstanın Kutaisi şəhərində "Birinci Beynəlxalq kukla teatrlarının festivalı"nda layiqli yer tutduq. Türkiyənin İzmir şəhərində keçirilən 1999, 2001 və 2003-cü illərdə kukla və kölgə oyunları festivalı da bizə yeni uğurlar bəxş etdi. 2003-cü ildə "Ən yaxşı uşaq tamaşaları" festivalı da kollektivimizə unudulmaz anlar yaşatdı. 2004-cü ildə yenidən Türkiyənin Bursa şəhərində "X Beynəlxalq Bursa Qaragöz kukla və kölgə oyunları festivalı"nda layiqli yer tutduq. 2005-ci ildə Bolqarıstan səfərimiz də yaddaşa qələbə ilə yazıldı. Elə həmin il Ukraynanın İvano Frankovskiy şəhərində keçirilən "Milli klassiklər kukla teatrının səhnəsində" festivalı kollektivimizə uğur gətirdi. 2007-ci ildə (Gəncə), 2008-ci ildə (Bakı), 2009-cu ildə (Bolqarıstan) və nəhayət 2010-cu ildə (Bakı) kollektivimizin uğurları sevindiricidirg
- Teatr
kollektiv sənətdir. Müəlliflə
yanaşı, rejissor, rəssam və aktyor oyunu bir-birini
tamamlayır. Cəmi 8 nəfər aktyor oyunu balaca
tamaşaçılara nağıllar dünyasının əsrarəngiz
qəhrəmanlarını sevdirir. Çox maraqlıdır! Bir
az da yaradıcı kollektiv barədə danışaq.
- Yaradıcı kollektivimiz ilk günlərdən teatrımıza cəlb edilmiş gənclərdir. Onların 2 nəfəri ali ixtisas təhsillidir. Lakin hər birinin zəngin təcrübəsi var. Teatrımızın səhnəsində ilk addımlarını atan, əməkdar aktrisa Tünzalə Əliyeva hazırda Yerevan Dövlət Teatrının aktrisasıdır. Ötən bu illər yaradıcı kollektivimizin həyat tarixçəsində silinməz izlər buraxmışdı. Hazırda kollektivimizdə Nacəddin Məmmədov, Xudayət Əsgərov və mən əməkdar artist fəxri adı daşıyırıq. Xudayət Əsgərov və mən Prezident mükafatçısıyıq. Nahidə Namazova, Elmar Vəliyev, Səmədxan Əhmədov "Fəxri mədəniyyət işçisi" döş nişanı almışdır. Aktrisa Mahirə Haqverdiyeva mədəniyyət nazirliyinin xüsusi diplomuna layiq görülmüşdür.
Aktyorlarımızın hər biri yüksək ifaçılıq bacarığına malikdir. Məhz elə buna görədir ki, onların hər bir çıxışı balaca və yeniyetmə tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanır. Kuklaların hazırlanmasında baş rəssamımız Əntiqə Bədirovanın xüsusi əməyini qeyd etmək yerinə düşərdi. Əntiqə xanım teatrımız yarandığı gündən burada çalışır. İstedadlı və məsuliyyətlidir.
- Müsahibə üçün
sağ olun.
Müsahibəni
apardı:
Füzuli RÜZİGAR
Ədalət 2018.- 7 dekabr.- S.6.