ŞEİRİMİZDƏ TƏZƏ İMZA: CƏMİL CƏMİLBƏYLİ

1999-cu ildə Bakıda köçkün ailəsində dünyaya göz açıb. Atası Vidadi Cəmilov Kəlbəcər həsrəti ilə böyüdüb balalarını. Kəlbəcəri ancaq kino lentlərində, videolarda, şəkillərdə seyr edən balaca Cəmilin də sinəsində iz açan Kəlbəcər göynəyi onunla birlikdə böyüyüb. İlkşeirlərini Kəlbəcər həsrətinə ünvanlayıb.

Cəmil Cəmilbəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. Mənə oxuduğu şeirlərin bir çoxunda özəllik duydum, yeni deyim tərzinə can atır, öz sözünü özünəməxsus şəkildə deməyə qərarlıdır. Bir qələm adamı kimi onun gələcəyinə - şeirimizdə boy göstərəcəyinə ümidliyəm. Elə ona görə də bir neçə şeirini hörmətli "Ədalət" qəzetinin dəyərli oxucularına təqdim edirəm. uğur olsun Cəmil!

Musa Ələkbərli

***

Məni güldürməyin yolunu axtar,

Dərdin ürəyimi yaralamasın.

Qəlbimdə bir an da yoxdu rahatlıq,

Xəyalına denən rahat buraxsın.

 

Sinəmdə olanın birini desəm,

Eşidən dözməz heç, qaçar uzağa.

Fikrim səmaları dolanıb gələr,

Çevrilib yazıya düşər varağa.

 

Səni də götürər xəyal yelkənim,

Götürüb gətirər mənim yanıma.

Amma bircə dəfə səsləsəm səni

Bilirəm ki çatmazsan heç vaxt dadıma.

 

Bu qədərmi yad olmuşam mən sənə,

Həsrətin çiçəyi gözümdə bitir.

Quru can olmaqdan bezmişəm daha,

Qayıtsan qəlbimi özünlə gətir.

 

 

SƏNİ HƏR UNUDANDA

 

Səni hər unudanda

Sevgidən mahnı eşidirəm.

Televizor elə bil məni gözləyir.

Hər səni unudanda yanıb eşqdən oxuyur,

Səni hər unudanda...

Şairin biri sevgidən şeir deyir,

Bir sözlə hr şeyhər şey səni xatırladır.

Heç vaxt gəlib görmədiyin dörd divarım da.

Gecə səmadakı ay da,

Pəncərəmə düşən yağış damlası da...

Hər şey... hər şey sənsən...

Hər şey səndi!..

Soyuqluq bürüyür canımı...

Səni hər unudanda

Təzədən yada düşürsən

Təzədən sevirəm səni...

Bil ki... səni unutmağı bacarıram.

Amma

Bir  yada düşməməyin var e,

Baxbu əlimdə deyil...

Alındıra bilmirəm...

 

GÖZƏL

 

Həsrətin qəlbimdə yer eyləyibdir,

 gözəl düşmüsən yadımagözəl.

Sən mənə vüsalı qıymadınmən 

Yandım hicranının odunagözəl.

 

Elə hey sızlayarağlar ürəyim,

Eşqindir qəmsə  mənim gərəyim.

Sənsən duyğumhissimilham mələyim,

Şeirlər yazaram adınagözəl.

 

Cəmili xəstə salhəkimi olma,

Əlini tutmağa əlini qıyma.

Tanışıdostu olsevgili olma,

Təki arada sal yadınagözəl.

***

Özgəyə ağlayan yox,

Hərənin öz dərdi var.

Dünya qəm dünyasıdı,

Sərhəddi varbəndi var.

 

Bu dünyanın ən pisi,

Bu dünyanın özüdü.

Sevgisi intihardı,

Eşqi Ölü dənizdi.

Qurtaran olmayıbdı

Həsrətinin əlindən.

Yetənə güllə atır

Fitnəsiyləfeliylə..

 

Yazılar qara-qura

Əlac yoxdu pozuya.

Dünyanın düzəlməyi

Qaldı gələn payıza.

 

***

 

Bəlkə  özgədən yox idi fərqin,

Özüm səni dağ başına qoymuşdum.

Məndəki sevginiistəyi görüb

Söylə ürəyimə necə qıymışdın?!

 

Yollar haçalandı bir bahar çağı,

Mən  sanardım kiyolumuz birdi.

Cəmləyibtoplayıb qəfil öldürdün

Ürəyimdə son arzunuümidi.

 

İndi özgəsinə yer salsın ürək,

Bir özgəsi gəlib yatsınuyusun.

Bəlkə  bir özgə sən olmayacaq?!

Məzara dönəcək qəlbin quyusu.

 

Eşqin məhkəməsin təşkil edəyox,

Haqq nə cəza varsa sənə verərdi.

Mən dözə bilməzdim ağrına sənin,

Günahını boynuma götürərdim.

Ədalət  2018.- 7 dekabr.- S.8.