Onu necə unutmaq olar?!
Ulu öndər
Heydər Əliyevin anım gününə
Biz onu heç zaman unutmayacağıq. 20 Yanvar faciəsindən dərhal sonra öz əzizləri ilə birgə Rusiyadakı Azərbaycan nümayəndəliyinə gəlib,
öz həyatını
və doğmalarının
həyatını xalqı,
milləti üçün
təhlükəyə atan
böyük şəxsiyyəti
necə unutmaq olar?!
Biz onu heç zaman unutmayacağıq. Çünki xalqın ağır və keşməkeşli
günlərində o səhhəti
hesabına, həyatı
və gücü hesabına xalqa həyan oldu, gəldi, qurdu, düzəltdi, hər şeyi sahmana saldı.
Biz onu heç zaman unutmayacağıq. Necə
unutmaq olar ki, əlində coğrafiya müəlliminin
çubuğu xəritə
qarşısında onlarla,
yüzlərlə xarici
ölkə liderlərinə
Azərbaycan, Dağlıq
Qarabağ, Azərbaycan
həqiqətləri haqqında
usanmadan, yorulmadan məlumatlar verdi.
Bu gün Azərbaycanın
haqq səsi, ədalətli səsi dünyada artıq qəbul edilirsə, artıq dünya liderləri, dünya ictimaiyyəti Azərbaycanla
bağlı həqiqətlərin
kökünü bilirsə,
bunun üçün
biz ancaq ona minnətdarıq.
Bütün sovet və postsovet
məkanında ilk dəfə
olaraq Naxçıvanda
dalğalandırılan üçrəngli
bayrağın əzəmətini
necə unutmaq olar?!
Onun gözəl
Azərbaycan dilini necə unutmaq olar? Onun ürək yanğısıyla,
yaralı ürəklə
oxuduğu"Alagöz” mahnısını
necə unutmaq olar?
Onun "Mən
fəxr edirəm ki, mən azərbaycanlıyam!”
vüqarlı cümləsini
necə unutmaq olar?!
Onun müdrikliyini,
Azərbaycanın gələcəyi
üçün işıqlı
yol və düzgün istiqamət müəyyən etdiyini necə danmaq olar?
Onun möhtəşəm
qayıdışları olub. Ulu öndər
hakimiyyətə qayıdışı
ilə bir daha sübut etdi ki, onun
azərbaycanlı qəlbi,
azərbaycanlı iradəsi,
azərbaycanlı daxili
möhtəşəmliyi əbədidir
və sarsılmazdır.
O, ikinci dəfə hakimiyyətə qayıtdı.
Onun daha bir qayıdışı
hamının burda xatırladığı zəlzələ
gününə təsadüf
etdi. Zəlzələ
zamanı heç kim deyə
bilməz ki, hansı bina uçacaq, hansı bina qalacaq, Ulu
öndər zəlzələ
baş verən andan iş başındaydı,
o, iş yerinə qayıtdı, bu da onun bir
qayıdışı idi.
Ulu öndərin
daha bir qayıdışı gənc
zabitlər qarşısında
çıxışı zamanı
oldu. Səhhətinin pisləşməsi, səhnədən getməsi
və yenidən öz canının, öz qanının, öz səhhətinin hesabına daxilindən gələn bir güclə, enerji ilə səhnəyə qayıdışını necə
unutmaq olar?!
Onun ən böyük və ən möhtəşəm qayıdışı
bu gün Prezident İlham Əliyevin simasında baş verir və bunu necə
unutmaq olar ki, onun yolu
da, dəst-xətti də, onun göstərdiyi
istiqamət də son dərəcə dərindən-dərinə
düşünülmüş bir cəsarətli siyasətlə davam və inkişaf etdirilir.
Biz onu heç zaman unutmayacağıq!
ADU-nun rektoru, akademik Kamal Abdulla
Ədalət 2018.- 12 dekabr.- S.3.