SEVDİYİM YAZIÇI...
Əlisəfa
Azayev
Anar müəllimi sözsüz ki, ilk dəfə yazılarından çox, adından, kimliyindən sevdik. Axı o bir başqası deyil, böyük şairimiz Rəsul Rzanın, gözəl şairəmiz Nigar Rəfibəylinin gül üzlü balası, övladları, oğlu idi. Yaxşı deyirlər ki, ad valideyinlərinin övladına ilk hədiyyəsidi. Onların bu ilk, ilk hədiyyəsi o qədər şirin, əvəzsiz oldu ki, çox ailələrdə övladlarına Anar adı qoymağa başladılar.
Bu gözəl ənənə bu gün də davam edir. Sizi bilmirəm, biri qardaşım oğlu Anar, bir də qız nəvəm Anar... Bu elə Anar müəllimə olan sevgimiz, məhəbbətimiz deyil ki. Özü də o bir başqası deyil axı. Müstəqilliyimizin ilk qurucularından, ilk səhiyyə naziri olmuş Xudadaf bəy Rəfibəylinin qız nəvəsidi. Atası gözəl şairimiz Rəsul Rza bir vaxtlar qəza mərkəzimiz olmuş Göyçayda doğulub, dünyaya göz açıb. Rəsul Rza bir şair, bir insan, şəxsiyyət kimi əsil mənada Göyçay gözəlliklərini yaşatdı, Göyçay çinarları kimi həmişə əzəmətli, qürurlu olub, Vətənimizi, bu torpağı hər yanda ləyaqətlə təmsil etdi.
"Rənglər" silsilə şeirləri ilə sanki yurdumuzun əsrarəngiz təsvirəgəlməz gözəlliklərini çatdırmaq istədi bizə. Mərhum, gözəl tədqiqatçımız İmamverdi Əbilov vaxtında onun ürəkoxşayan, könül açan şeirləri haqqında necə gözəl fikirlər deyib. O öz xatirələri ilə Rəsul Rza şəxsiyyətinə sanki nur tək işıq saçır, qiymətli töhvə verir! Onların xoş münasibəti, yoldaşlıqları, dostluqları bu günkü yaradıcı ziyalılara əsil nümunədi.
Böyük şair Rəsul Rzanın təmənnasızlığı onda olub ki, o istedadları qiymətləndirməyi bacarıb, onlar haqqında sözünü açıq deyib. Bunlara bariz nümunə kimi şair Vahid Əzizə 1968-ci ildə "Tanışlıq" yazısıyla göstərdiyi xeyirxahlıq xüsusilə danılmazdı. Şair onun yaradıcılığı haqqında "Ədəbiyyat və incəsənət" qəzetində bu gözəl şair haqqında xoş sözlər deməklə, uğurlu yol arzulamaqla yanaşı, onun yazdığı şeirdən də nümunə gətirmişdi:
Sınıb zirvələrin şah vüqarı da,
Dağları nəğmənin ahı tutubdur.
Tütək neyləyibsə, canavarı da,
Sürüdən aralı, yuxu tutubdur.
İnanın, poeziyamızda bundan təsirli, insanı yerindən oynadan belə gözəl təbitət lövhəsini bir də böyük şairimiz Məmməd Arazın şeirlərində təsadüf olunub.
Bəli, Anar müəllim belə bir ocaqda dünyaya gəlib ki, atası-anası Azərbaycanın yaradıcı adamları üçün həmişə sanki bir nur saçan mayak olmuş, onlara yol göstərmişlər.
Anar müəllim yaxşı, ləyaqətli bir övlad kimi həqiqi mənada onların üzünü ağ elədi, adlarını ucaltdı, sanki bu gözəl fəaliyyəti ilə əsil mənada onlara saralıb-solmayan, həmişə yaşıl qalacaq gözəl bir mənəvi abidə ucaltdı. Söz düşəndə deyir ki, Anar müəllimin yazdığı saysız-hesabsız hekayələr, povestlər, romanlar, dram əsərləri, esselər, şeirlər, cild-cild əsərləri bir yana, o, elə təkcə "Qaragilə" hekayəsi ilə bu xalqın ədəbiyyat tarixində öz yerini tutardı.
İnanın, vaxtında o hekayəni "Ədəbiyyat və incəsənət" qəzetində oxuyanda necə də təsirləndi! Cənub həsrəti ilə qəlbi döyünməyə başladı! Sanki gözəl müğənnimiz Rübabə xanım təsviredilməz bir kövrəklik içində, yanğı ilə oxuyurdu:
Gəlmişəm otağına oyadam səni,
Qaragilə, oyadam səni!
Nə gözəl xəlq eləyib yaradan səni,
Qaragilə, yaradan səni!
Bu hekəyə o illərdə çap olunmuşdu ki, hələ Cənub həsrəti qəlbimizi göynədirdi. Bir səhvə, bir işarəyə görə yazıçının taleyi həll olunurdu. O vaxt adi bir "xiyar" söhbətinə görə qəzetin redaktoru işdən götürülmüş, neçə -neçə adam cəzalandırılmışdı. Qalmışdı ki, belə əsər yazasan. Nəhəng Sovet dövlətini əsil mənada "qıdıqlayasan".
"Bir padşahın nağılı" da onun o vaxtkı quruluşun qayda-qanunlarını qamçılayan əsərlərdən biri idi. Anar yaradıcılığı sanki o vaxtı gənclik üçün yol göstərən işıqlı mayak idi.
"Təhminə və Zaur", "Gün keçdi" əsərləri indi də bəziləri tərəfindən qınanılır... Ancaq əsil mənada yaxşı deyilib ki, belələri gizli heyranlardır. Bəlkə belələri elə özləri də Anar yaradıcılığının vurğunudurlar. Ancaq onun kimi yazıb-yarada bilmədikləri üçün, əllərindən başqa nə gəlir ki...
Bizə Üzeyir Hacıbəyovu, Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi kim sevdirdi belə?!. Onun əsərləri, ssenariləri ilə çəkilmiş kino filimlərg Gərək nə qədər haqsız olasan ki, bunları bilməyəsən, danışasan, bu barədə yersiz tənqidi sözlər, fikirlər deyəsən. Anar Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük yazıçılardan biridir. Bəlkə də mən elə deyərdim ki, birincisidir... Yazıçı Elçinlə yanaşı... Onların yaradıcılığı bəşəridi! Bəşəri olduğu üçün də oxunur, sevilir...
Heç vaxt Anar müəllimə yaxın olub, onun qayğısını hiss edən adam olmamışam. Bu sözləri deməkdə də heç bir məqsədim yoxdur. Allaha şükür vaxtında işləmiş, ədliyyə Döş nişanı ilə təqaüdə çıxmışam. Prezident təqaüdü qədər pensiya alıram. Heç kimdən bir təmənnam yoxdur.
Anar müəllimdən istəyim budur ki, Yazıçılar Birliyində vaxtaşırı keçirilən tədbirlərin səs-sədası rayonlardan da gəlsin. Bir sözlə şair və yazıçılarımız yerlərə ezam olunsunlar, rayon sakinləri qarşısında çıxışlar etsinlər. Axı, nə qədər kitab, qəzet çap olunsa, televiziya, mətbuat öz sözünü desə də, canlı sözün qüdrəti başqadır.
1993-cü ildən Yazıçılar Birliyinin üzvü olsa da Anar müəllimlə cəmii bircə dəfə görüşmüşdü. O da doxsanıncı illərdə... O illərdə ki, onda Anar müəllim hələ cavan idi. Cəbhəçilər onu heç nədən haldan çıxarır, inqilabi hərakata tərəf sürükləmək istəyirdilər. Anar müəllim isə həyatın hər bir ağrı-acısını görmüş adam kimi təkamülün, parlamentli respublikanın, hüquqi dövlətin tərəfdarı idi.
Totalitar rejimin vaxtında yaşamış bir adam kimi belə nadan hərəkətlərin, sonradan xalqa necə ağrı-acılar yaşatdığını yaxşı bilir, onların dedikləri sözlər ilə oturub-durmaq, hərəkət etmək istəmirdi.
Bir sözlə öz əsərlərində həmişə oxucularını səbrə, təmkinə çağıran Anar müəllim o qədər əsəbləşmişdi ki, televiziyada çəkilişdə ola-ola siqaret odlayıb çəkəsi, tüstülədəsi oldu. Onda onu heç qınamadı da. Bəlkə də o siqaret olmasaydı, bu gün Anar müəllim bizimlə olmazdı. Onun ürəyi bu ağrı-acılara, sıxıntılara dözməzdi.
Hələ gənclik illərində Rəfael Hüseynov ona bir neçə dəfə demişdi ki, gəl gedək Anar müəllimin yanına, səni onunla şəxsən tanış edim. Açığı o vaxtlar buna bir o qədər meylli olmadı. Bir sözlə təbiətində yox idi ki, kimisə narahat eləsin.
Şükür, o vaxtlar yazıları, kitabları çap olunurdu. Hətta bir dəfə "Prokuror qızı" povestini ədliyyə nazirinin müavini işləyən Anar müəllimin qohumu ədliyyə generalı Akif Rəfiyevə göndərmişdi. Səhər tezdən işdə idi. Birdən zəng çalındı. Bakıdan idi. Dedilər ki, telefonda olun, ədliyyə nazirinin müavini Akif Rəfiyev danışacaq sizinlə. Onda həm də əlli yaşı tamam olması münasibətilə həmin gün "Ədəbiyyat və incəsənət" qəzetində şəkli ilə birlikdə Yazıçılar Birliyinin təbriki, "Qapaz" hekayəsi dərc olunmuşdu. Telefonun dəstəyində Akif Rəfiyevin səsi eşidildig Onu təbrik edərək dedi:
- Əlisəfa müəllim, sizin kitabları oxuyuram. Çox sağ
olun... Xalqımızı narahat edən məsələlərə
toxunursunuz...
Bəlkə də onun "Prokuror qızı"
povestinə verilən ilk qiymət bu idi. Sonralar həmin
povest çox oxunaqlı oldu və bir neçə dəfə
çap olunub satılaraq yayıldı. Bir dəfə
internetdəbu bu sözləri oxudu: "Əngözəl Azərbaycan
sevgi romanı?" sorğu, yarışmasına biri cavab verərək
yazmışdı: "Yazıçı Əlisəfa
Azayevin "Prokuror qızı" povesti".
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
kimi Rəfael Hüseynovun qəbulunda idi. O, həm də Hacıqabul
-Kürdəmir dairəsindən deputat seçilmişdi
axı.
Onda yaradıcılığımla, maddi vəziyyətimlə
maraqlandı.
Bir gün də Yazıçılar Birliyinə
məktub yazdı ki, təqaüd veriləndə onu nəzərə
alsınlar. Həmin məktubun surəti
ona da gəlmişdi. Özü də bu məktub
Milli Məclisin Mədəniyyət Komitəsi adından
yazılmışdı. Onun sədri Rəfael
Hüseynovun imzası ilə.
Aprel ayında bu məsələyə baxsalar da, bir səs
çıxmadı. Hətta arada həmin məktubun surətini
Çingiz Abdullayevə də göstərmişdi. O da
bir dəfə ona demişdi: "Yazıçılar
Birliyinin təqaüdünü sən almayanda kim
almalıdı". Hətta bir qədər əvvəl ona
İsmayıl bəy Qurtqaşinli adına
mükafatı təqdim etmişdi.
Bu məsələ ilə Anar müəllimin qəbulunda
olmaq istəsə də, alınmırdı. Onun xəstə,
halsız olduğunu deyəndən sonra isə bu fikirdən
tam əl çəkdi. Dünyalar qədər
sevdiyi, yaradıcılığına ürəkdən valeh
olduğu, kitablarını dönə-dönə oxuduğu
bir insanı naraht etmək istəmədi.
Ancaq onun bir gün Özbəkistana getdiyini eşidəndə,
lap sevinən kimi oldu.
Deməli,
yaxşıdı, səhhəti imkan verir ki, səfər edir
də... Odur ki Anar müəllim səfərdən
qayıdandan sonra bu görüşə bir də təşəbbüs
göstərdi. Köməkçisi Rauf müəllim əsil
canıyananlıqla deyirdi:
-
Çoxları gəlir... Müxtəlif məsələlər
üçün onu narahat edirlər. Siz də fikirinizi
açıq deyin də, bilək nə üçün
görüşmək istəyirsiniz.
Bir-bir
sadalayası oldu:
- Mənzil,
təqaüd, yardım istəmirəm. Elə
beləcə görüşmək istəyirəm. Sədirimizdi
də... 1993-cü ildən bəri bircə dəfə onu
görmüşəm...
-
Yaxşı, indi deyirsən, elə deyim ki, ancaq sizinlə
görüşmək istəyir?!.
- Bəli...
-
Başqa söz-söhbət olmasın ha...
Lap haldan
çıxan kimi oldu:
- Ay
qardaş, mən içəri girib laldili
danışmayacağam axı. Axırı bir-birimizə bir
söz deməliyik də...
Belə də
oldu... Anar müəllimlə salamlaşıb,
görüşərək əyləşəndə, Rauf
müəllim də gəlib əyləşdi. Dedi:
- Anar
müəllim, gəldim ki, elə sizi salamlayım, xoş
arzularımı bildirim. Siz mənim sevdiyim, əsərlərini
dönə-dönə oxuduğum
yazıçılardansınız. Həm
də böyük şairimiz Rəsul Rza, Nigar Rəfibəyli
cütlüyünün yadigarı, övladısınız.
Başqa əsərlərinizi demirəm, elə
"Qaragilə" hekayənizlə ədəbiyyatımızın
tarixində öz yerinizi tutmusunuzg Göyçay bizim qəza
mərkəzimiz olub dag Vaxtında Kürdəmir də ora
daxil imiş. Rəfael Hüseynovla
görüşəndə hərdən sizin barənizdə
söhbət edirik. Bir dəfə dedi ki, sizin barənizdə
Anar müəllimə Mədləniyyət Komitəsi
adından məktub yazmışam...
Bu
sözləri eşidəndə Anar müəllim canlanan kimi
olub dilləndi:
-
Eşitməmişəm... Nə vaxt gəlib o
məktub?! Belə məktub olubmu? - deyə Rauf müəllimdən soruşanda, o təsdiq
edəsi oldu:
- Bəli...
- Nə
barədə idi?..
- Elə
buna təqaüd verilməsinə köməklik göstərilməsi
barədə...
Bu an xəcalətindən susdu. Yaxşı ki, kimsə
zəng çaldı. Anar müəllim
telefonla danışmağa başladı. Rauf
müəllimin əlinə imkan düşdü. Ona
işarə elədi ki, otaqdan çıxaq... Anar
müəllimlə elə telefonla danışa-danışa
vidalaşası oldu.
Dəhlizdə
onun pərtliyini görüb dedi:
- Rauf
müəllim, mən bir söz demədim ki..
Sö-sözü gətirdi də.
- Mən
nə deyirəm ki... - deyə daha bir söz demədi.
İnanın, onu təqaüd bir o qədər
maraqlandırmırdı. Onu maraqlandıran, narahat edən o
idi ki, o boyda Milli Məclisin adından ilin əvvəlindən
məktub yazılıb, on ay keçib, hələ də
Yazıçılar Birliyinin sədrinə xəbər verilməmiş,
məlumatı yox idi...
Bir də Yazıçılar Birliyində nəsir məsələlərinə
baxan işçi barədə. Bir dəfə bunu
soruşdu. Orada bunu bilən olmadı.
Elə hey deyirdilər:
- Poeziya
sahəsinə şair Fikrət Qoca baxır, bəs nəsir
sahəsinə kim baxır?
Əlacsız qalıb Anar müəllimin köməkçisi
Rauf müəllimin yanına gəldi. O da öz-özünə sual
verirmiş kimi soruşdu:
-
Doğurdan ey... Bu adam kimdi?
- Mən
nə bilim... Mən də sizdən soruşub öyrənmək
istəyirəm də...
Rauf müəllim təsirlənmiş halda ora-bura zəng
çalmağa başladıqca, o hələ də xəcalət
içində əyləşmişdi. Bir bax,
Yazıçılar Birliyinin sədrinin köməkçisi
gör nəyi bilmirdi.
Bizim ədliyyə nazirliyində belə hala təsadüf
olunsaydı, bəlkə də işçi o gün
tutduğu vəzifə ilə vidalaşardı. Nəhayət, Rauf müəllim
gileyli halda dedi:
- Deyirlər
ki, həmin adam "525-ci qəzet"in
redaksiyasında əyləşir. Heç bu da
sözdür...
- İndi deyirsiz ki, ora gedim?
-
Baxın da...
Bax, belə-belə işlər...
Ədalət 2018.- 13 dekabr.- S.6.