"Atamın son sözü bu oldu ki, Laçın azad ediləndə sümüklərimi aparıb orada dəfn edin..."

Ramiz Cəbrayılov":Ermənistandan soydaşlarımızı qovulduğu, kəndlərimiz atəşə tutulduğu bir vaxtda Bakıdan zəng gəldi ki,

komsomol fəalları ilə gedin Gorusa, ermənilərlə mehriban, dostluq görüşü təşkil edin..."

 (əvvəli ötən saylarımızda)

"Vəzirov Ağdamın rəhbərini təhqir edərək hədələdi ki,

ermənilərə gedən dəmiryolunu açmasan..."

-Ramiz müəllim, bu il Ermənistandakı və Azərbaycanın işğal altndakı torpaqlarındakı ermənilər təntənə ilə "Qarabağ Azadlıq Hərəkatının" 30 illiyini qeyd edirlər. Yəni, ermənilərn işğal planları daha öncələrdən hazırlansa da, məhz 1987-1988-ci illərdən onlar bu məkrli niyyətlərini açıq şəkildə biruzə verməyə, ilk mitinqlərini keçirməyə başladılar. O illərdə siz Laçın rayonunda sovet dövrü üçün mühüm vəzifələrdən birində Azərbaycan Komsomolunun rayon komitəsinin birinci katibi vəzifəsində çalışırıdınız. O vaxtkı hansı səhvlərimiz bu günkü duruma düşməyimizə, yəni torpaqlarımızın 20 faizinin işğalına gətirib çıxardı?..

- Səhvlərimizdə çoxolub, Moskvanınqorxusundanxalqınaaçıqxəyanətedənlərdə... Yaxşı yadımdadır, ozamankıAzərbaycanrəhbərliyisovetlərinqondarma beynəlmiləlçilikideologiyasınauyğunolaraqhərəkətetməklə xalqımızı, azqala, ermənilərinayaqları altınaatmağa çalışırdı.Birməşhurmahnı var":Sənisevəcəyəm, sənsevməsəndə..." Bakıdarəhbərlikdə əyləşənlərsankibelə birprinsipə, dahadoğrusu, prinsipsizliyə uyğunolaraq bizləri, xüsusən,DağlıqQarabağ daxilində, ətrafındakı və Ermənistanlasərhədrayonlarınrəhbərpartiyavə komsomolişçiləriniermənilərinqarşınayüyürməyə, onlarabaş əyməyəməcburetməyə çalışırdılar...

Təsəvvüredinki, 1988-ciilinfevralındaSumqayıthadisələriyenicə baş verib; məlumolduğukimi, xaricikəşfiyyyatlarındəstəyivə ermənilərin öz əliilə törədilib, yəni özləriözlərininqətlinitəşkilediblərvə bütündünyayacar çəkiblərki, Azərbaycanbizə qarşı soyqırımtörədir... "Ermənistan" adlanan Qərbi Azərbaycandakı soydaşlarımızı vəhşi üsullarla bezdirib qədim, doğma torpaqlarından qovmağa başlayıblar... Artıq hamının qəlbini kədər basdığı, sovet rejiminin hələ mövcud olduğu bir vaxtda hiddətini öz içində boğmağa məcbur olduğu bir vaxtda bir gün Bakıdan mənə zəng gəldi ki, Ramiz müəllim, sabah fəallardan ibarət bir geniş nümayəndə heyəti ilə gedin Ermənistanın sizinlə qonşu olan Gorus şəhərinə, oradakı komsomol təşkilatının rəhbərliyi və fəalları ilə mehriban, dostluq münasibətləri təbliğ edən bir görüş keçirin... Hiddətlə cavab verdim ki, a kişi, erməni bizi Gorus rayonundan pulemyotla atəşə tutur, nəinki Dağlıq Qarabağın, ətraf rayonların, o cümlədən Laçının Ermənistan torpağı olması haqda təbliğat aparır, siz isə deyirsiz ki, gedin onlarla görüşün, deyin-gülün. Mən bu işə qol qoya bilmərəm...Əgər lazımdırsa, qoy ermənilər bizə zəng etsin ki, gəlirik sizinlə görüşə... Xülasə, həmin tədbiri təçkil etmədim və getmədim. Buna görə, Bakıdan mənə çox təzyiqlər oldu...

- 1988-1990-cı illərdə Azərbaycanın 1-ci katibi olmuş Əbdürrəhman Vəzirov haqqında ziddiyyətli fikirlər səslənir. Bəziləri deyir ki, bu adam sırf Moskvanın və Ermənistanın mövqeyini müdafiə edən biri olub, digərləri isə deyir ki, yox, Vəzirovu yaxşı başa düşməyiblər o, xalqını sevən bir rəhbər olub... Siz, yəqin ki, Vəzirovun apardığı iclaslarda, tədbirlərdə iştirak etmiş, onun çıxışlarının birbaşa şahidi olmusuz. Sizin fikriniz necədir?

 - Mən özgördüklərimin, şahidiolduqlarımın əsasındabirmənalı şəkildə deyə bilərəmki, VəzirovMoskvanındiqtəsiilə oturub-duran, ermənilərinmövqeyinimüdafiə edən,Azərbaycanxalqınaxəyanətedənbirməxluqolub. Birneçə misal çəkim,özünüznəticə çıxarın...

Birdəfə səhvetmirəmsə, 1989-cuilidi, Bakıdanxəbərgəldiki, sərhəd və Qarabağ ətrafı rayonların büro üzvlərisabahMərkəziKomitəyə toplaşsın, Vəziroviclaskeçirir.XankəndindənBakıyagedən dəmiryoluxəttiartıqmünaqişə səbəbindənAğdamtərəfindənbağlanmışdı, kəndlərimizara-sıraatəşə tutulur, ermənilərtək-təkadamlarımızı qətləyetirir, girovgötürür, heyvansürüləriniaparırdı. VertolyotlargözümüzünqabağındaErmənistanistiqamətindənDağlıqQarabağayaraqlı, silah-sursatdaşıyırdı.BizBakıyaböyükbir ümidlə gedirdikki, nəhayət, Azərbaycanrəhbərliyibunlarınqarşısını almaqistiqamətində birqətitədbir görməyiplanlaşdırıb. Yadımdadırki,rəhmətlikgeneralValehBərşadlı və Nəsirovsoyadlı digərbirgeneraldaLaçındaidi, onlarlabərabərvertolyotlagəldikBakıya. Mərkəzi Komitənin iclas zalında toplandıq. O zaman xalq arasında "bambılı" ləqəbi ilə tanınan Vəzirov zala daxil olan kimi Ağdamın o vaxtkı 1-ci katibi Aydın Quliyevi ayağa qaldırıb yarı rus, yarı Azərbaycan dilində onu təhqir edərək, "neqodyay", "svoloç" kimi ifadələr işlədərək soruşdu ki, siz nə cürətlə Ağdamdan "Stepanakert"ə(Xankəndi) gedən dəmiryolunu bağlamısız, bilirsiz "Stepanakert"də yaşayan ermənilər kimdir... Heç kəs dinmədi. Vəzirov əl-qolunu əndrəbadi formada oynadaraq özü cavab verdi":Onlar Azərbaycan Sovet Sosialist Respublikasının vətəndaşlarıdır!.. Siz onları blokadada saxlamısız..." Öz-özümə düşündüm ki, bu nə danışır, guya Xankəndindəki, Dağlıq Qarabağdakı ermənilər Azərbaycanı tanıyır... Bu sözlərin ardınca Vəzirov Ağdam rayon 1-ci katibinə qəti xəbərdarlıq etdi: " Sabah saat 6-dək sənə vaxt verirəm, Xankəndinə dəmiryolu açılmasa, partiya biletini alıb özünü də həbs etdirəcəm..."

İcladakı belə bir başlanğıcdansonradigərrayonlardangələnrəhbərlərermənilərinsonilləryaratdığı problemlərlə bağlı heç səsinidə çıxarmadı... Əksinə, Gədəbəyinovaxtkı 1-cikatibi(adını unutmuşam) sözalıbdediki, yoldaş Vəzirov, bizErmənistanınqonşuKrasnoselskrayonuilə mehriban, dostluq əlaqələriqurmuşuq, mütəmadiolaraqgedib-gəlirik, sosializmyarışları təşkiledirik.. Bunueşidəndə üzü gülənbirincikatibsevinclə dedi":Vottak, malatsı!"("Baxbelə, afərin!")...

Birdəfə də ovaxtkı Dzerjinski, indiki ŞəhriyaradınaklubdaMərkəziKomitəninplenumuidi, məndə iştirakedirdim. VəzirovStatistikaKomitəsininovaxtkısədriniayağaqaldırıbbiabıretdiki, sənikinəfərerməni əməkdaşı niyə işdən çıxarmısan... Halbuki, həminvaxtErmənistandan 100 minlərlə soydaşlarımızqovulubçıxardılmışdı, aralarında öldürülənlər, işgəncəyə mərizqalanlarolmuşdu. Ogünlərdə Laçınınsərhədkəndlərində ayaqları donvurmuş, xəstələnmiş Ermənistanqaçqınlarınınqarşılanıbyerləşdirilməsində şəxsənməndə iştiraketmişdim... Rəhbərimiz, birincikatibimizisə birneçə nəfərermənininişdən çıxarılmasınagörəhoqqa çıxarırdı. Bax, məhzbelə mərkəzivə yerlirəhbərlərinmanqurtluğu, açıqermənipərəstliyi, eləcə də laqeydliyi, səhlənkarlığı ucbatındanbizoillərdə erməniseparatçıhərəkatınınqarşısını ilkinmərhələdə alabilmədik...

"Azərbaycan torpaqlarının

20 faizi yox, 40-50 faizi işğal altındadır..." - Yararlılıq

baxımından...

- Bizə göstərdiyiniz 1911-ci ilə aid bu sənəd kimə məxsus olub?

- Bu pasport rəhmətlik babam Məşədi Qəhrəman bəy Cəbrayılbəy oğluna çar Rusiyası hökuməti tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən sənəddir. Öncə dediyim kimi, babam 1905-1906-cı illərdə işğalçı ermənilərə qarşı vuruşub. Təəssüf ki, 1917-ci ildə atam dünyaya gəlməmişdən az əvvəl o dövrdə müalicəsi olmayan bir yoluxucu xəstəlikdən dünyasını dəyişib. 90 ildən çox yaşamış və Bakıda məcburi köçkünlük illərində dünyasını dəyişmiş rəhmətlik atam Məhərrəm Cəbrayılov Qəhrəman babamın 1911-ci ildə 35 yaşında aldığı köhnə rus hərfləri ilə yazılmış pasportunu qoruyub saxlayıb. Pasportun səhifələrindən birində sənəd verilərkən babamın 35 yaşında olduğu, digər bir səhifədə isə dininin, inancının "Məhəmmədilik", yəni müsəlmanlıq olduğu da qeyd edilir. Bu, elə babamın adının önündəki "məşədi" titulundan da bəlli olur. Və o da aydın görünür ki, pasportda rus dilində yazılıb: "Yelizavetpol(Yelizavetpol -Gəncənin çar Rusiyası dövründəki adı) quberniyası, Zəngəzur uyezdi(qəzası), Bağırbəyli kəndi(Laçın rayonu Ağanus kəndi ərazisinin keçmiş adı)..."

Babam danışarmış ki, bizim dədə-babalar əsrlərdir, bu torpaqlarda, məhz Bağırbəyli kəndində yaşayıb. Deməli, müsəlman, Azərbaycan türkünün övladı olan Məşədi Qəhrəmanbəy Cəbrayılbəy oğlu qeyd edilən ərazidə hələ 1876-cı ildə anadan olub...

Bu cür sənədlər bir daha sübut edir ki, nəinki indiki Laçın və digər ətraf rayonlarla bərabər sonradan "Dağlıq Qarabağ" adlandırılmış erməni işğalı altındakı ərazimiz, eləcə də Zəngəzur, Göyçə, İrəvan, Basarkeçər və s. mahalları da Azərbaycanın tarixi-hüquqi torpaqları olub. Babamın pasportuna 2011-ci ildə Ağcabədidəki Taxtakörpü qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüşü zamanı cənab prezident İlham Əliyev də çox maraqla baxdı və belə sənədlərin qorunub saxlanlmasının vacibliyini vurğuladı...

- Uşaqlıq, gənclik illərinizdə yəqin ki, qonşuluqdakı Şuşa rayonunun Qaladərəsi və Kirov kəndlərinə gedib-gəlmisiz. Onların münasibəti necə idi azərbaycanlılara?..

- Əlbəttə, ermənilərin sonralardan - yəni çar Rusiyası dövründə köçürülüb məskunlaşdırıldığı qonşu kəndlərə hərdən gedib-gəlirdik. O kəndlərdəki, cavanlar, xüsusən də yaşlı ermənilər, hələ Sovet hökumətinin o kəshakəs vaxtında, bizlərə baxanda sanki bir düşmən görürdülər. Bu, açıq-aydın hiss olunurdu. Biz böyüklərimizdən onların niyə belə münasibət bəslədiklərini soruşanda cavab verirdilər ki, fikir verməyin, onlar ermənilərdir...

(ardı gələn sayımızda)

Ədalət.-2018.-18 dekabr.-S.5.