"Atamın son sözü bu oldu ki, Laçın azad ediləndə sümüklərimi aparıb orada dəfn edin..."

Ramiz Cəbrayılov: "1918-ci ildə kəndimizi işğal edən erməni quldurlarından qaçanda nənəm digər insanları xilas etmək üçün

qucağında ağlayan körpə atamı az qala boğmaq həddinə çatdırılıb..."

(əvvəli ötən saylarımızda)

O da yaxşı yadımdadır ki evlərimizdə, həyətlərimizdə fəhlə, usta kimi işləyən ermənilər, hərdən bizim süfrədə yemək yeyəndən sonra rəhmətlik nənəm onların yediyi qab-qacağı ayrıca yuyub dəfələrlə üzərlərinə salavat çəkərdi. Soruşardım ki, ay nənə, niyə belə edirsən. Deyərdi ki, ay bala, ermənilər kafirdir, onların ağızları, əlləri dəyən hər şey murdarlanır -gərək paklana... Təəssüf ki, o dövrdə belə məsələlər gənc nəslə kütləvi şəkildə anladılmırdı, aşılanmırdı. Əksinə, öncə dediyim kimi, partiya, komsomol orqanları vasitəsilə bizlərə ermənilərlə "qardaşlıq", "dostluq" hisləri təlqin edilirdi. Halbuki, böyüklərimiz yaxşı bilirdi ki, bu millətin əksər nümayəndələrinin qəlbində əsrlərlə formalaşmış, nəsildən nəsilə keçən müxtəlif xarici güclər tərəfindən öz siyasi,iqtisadi maraqları üçün daha da körüklənən nifrət hissi, işğalçılıq niyyətləri var...

yazıqlar ki, biz bir xalq olaraq yalnız Sovetlər dönəminin son illərində "Ermənistan" adlandırılan Qərbi Azərbaycandakı torpaqlarımızdakı soydaşlarımız son nəfərinədək qovulduqdan, tarixi-hüquqi torpaqlarımızın daha 20 faizinin işğalı başlandıqdan sonra ayıldıq... Bildik ki, erməni elə 1905-1906-cı illərdəki, 1918-ci ilin martındakı həmin nankor, qatil, qaniçən ermənidir... Şaumyanın, Andranikin, Amazaspın, Lalayanın ruhunda tərbiyə almış, torpaqlarımız sayəsində "Böyük Ermənistan" qurmaq niyyətli ermənidir... Amma gec oldu, torpaqlarımız işğal olundu...

Əlbəttə, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində gec-tez o torpaqlarımız erməni tapdağından azad ediləcək biz yenə o gözəl, əvəzolunmaz yurdlarımıza qovuşacağıq...

Amma hələlik bu saat -torpaqlarımızın, doğma Laçınımızın, Şuşamızın, Kəlbəcərimizin, Ağdamımızın... işğalından bir qərinə vaxt keçdiyi günlərdə bizi, məni o torpaqların həsrəti hər gün, hər gecə, hər dəqiqə yandırır... Dünyanın çox ölkələrini gəzmişəm, o cümlədən Avropanın bir çox ən mənzərəli dağlıq yerlərində olmuşam. Lakin Laçının, Şuşanın təbiətinin gözəlliyini xatırladacaq ikinci bir məkan görə bilmədim(kövrəlir)...

İşğal altındakı torpaqlarımız, o cümlədən yaxından bələd olduğum, gəzdiyim Laçın torpağının hər bir gülü, çiçəyi, hər bir ağacı, daşı, qayası, bulağı ölçülməz qiymətə malik idi. Bu baxımdan o torpaqlar dövlətimizə milyonlar, milyardlar qazandıra bilərdi. Bütün bunları düşünəndə belə qənaətə gəlirəm ki, Azərbaycan Respublikasının rəsmi statistikada deyildiyi kimi, 20 faiz yox, 40-50 faiz torpağı erməni işğalı altındadır....

- Hansı baxımdan belə bir qənaətə gəlirsiniz?

- Burada söhbət yararlı, yəni qiymətli yeraltı, yerüstü sərvətə malik, əkinə-biçinə, meşə örtüyü, otlaq, yaylaq s. üçün yararlı torpaqlarımızdan gedir. İşğal altındakı torpaqlarımızda, xüsusən Laçın, Şuşa, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdərə kimi dağlıq bölgələrimizdə kənd təsərrüfatı, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, eləcə tikinti, dağ-mədən sənayesi, metallurgiya, tibb, əczaçılıq, kurort-müalicə, o cümlədən turizm sahələri s. üçün faydalı olmayan bir qarış, bir santimetrlik yer yoxdur... Məhz bu baxımdan, demək olar ki, əgər respublika üzrə belə kriteriyalar üzrə yararlı torpaqları hesablasaq, bu cür torpaqlarımızın 40-50 faizi işğal altındadır... Misal üçün, Kəlbəcərin, Laçının İstisu mineral su mənbələri bu gün dünya şöhrətli Karlovı-Varının sularından dəfələrlə faydalı qiymətli sudur. Meşələrimizdə, çəmənlərimizdə dünyanın minlərlə ən nadir növlərindən olan otlar, güllər, ağaclar, meyvələr yetişirdi... Bu gün Bakının, digər şəhərlərimizin bazarlarında satılan meyvələrin heç birində bizim o meyvələrin dadına çatacaq dad görmürük... Bunları düşünəndə biz bir daha Qarabağın timsalında Azərbaycanın tacını, cənnət-məkanını itirdiyimizi anlayırıq...

"Nənəm danışardı ki, bizləri

ermənilərin əlindən OSMANLI TÜRKLƏRİ XİLAS ETDİ..."

Laçın rayon ictimaiyyətinin tanınmış nümayəndələrindən biri olan Ramiz Cəbrayılov əməkdaşımızla geniş söhbətində hələ 1905-1906-cı, 1918-ci illərdə daşnak ermənilər tərəfindən baba-nənələrinin, körpə atasının başına gətirilənlər, eləcə doğma rayon kəndinin dəfələrlə yandırılması 1992-ci ilin mayındakı son işğalı haqqında, 1988-ci ildən bəri Laçın rayonu Dağlıq Qarabağ ətrafında baş verən, bilavasitə şahidi olduğu hadisələr barədə maraqlı epizodlar nəql edib.

-Ramiz müəllim, bilirik ki, sizin anadan olduğunuz artıq 27-ci ildir ki, işğal altında qalan Laçın rayonun Ağanus kəndi Şuşa rayonunun 1988-ci ildən ermənilər tərəfindən terrorçu bazasına çevrilmiş Qaladərəsi Kirov kəndləri ilə qonşu olduğundan siz gəncliyinizdən o nankor qonşularımızın xislətinə yaxından bələd olmusuz. İlk dəfə vaxt hiss etdiniz ki, ermənilərdə separatçılıq işğalçılıq meyilləri yenidən baş qaldırır?

-Bilirsiz, əslində ermənilərin azərbaycanlılara, ümumiyyətlə, türklərə, müsəlmanlara qarşı nifrəti torpaqlarımızı işğal etmək niyyətlərindən qaynaqlanan fəaliyyəti çox qədimlərə gedib çıxır. onu da gözəl bilirik ki, əsrlərdir, bu nankor qonşularımızın əksəriyyəti kiçk yaşlarından öz oğul-qızlarına "sənin düşmənin türkdür" deyərək bizlərə qarşı nifrət təlqin edirlər. Təəssüf ki, sovet dövründə ermənilərə dəstək verən imperialist qüvvələr beynəlmiləlçilik, xalqlar dostluğu, proletar qardaşlığı s. ciddi mənəvi- ideoloji tərbiyəsi vasitəsilə Azərbaycan xalqına öz yaxın tarixini tamamilə unutdurmağa çalışıblar. Məsələn, 1905-1906, 1918-1920-ci illərdə Azərbaycanın əksər ərazilərində, o cümlədən hazırda işğal altında qalan, o dövrdə çar Rusiyasının Yelizavetpol quberniyasının Zəngəzur uyezdinə daxil edilən doğma Laçın rayonumuzun sakinlərinin başına gətirilənlərdən sovet dövründə böyüyən uşaqların çoxu xəbərsiz idi. Mənim doğulduğum Ağanus kəndini ermənilər hələ XX əsrin əvvəllərində 3 dəfə yandıraraq dədə-babalarımızı didərgin salıblar. Ancaq sovetlər dönəmində bizim əksər baba-nənələr o vaxtkı rejimin onlara "millətçi", "xalq düşməni" damğası vuracağından, həbslərdən, sürgünlərdən çəkinərək övladlarına ermənilərin vəhşilikləri, işğalları barədə çox ehtiyatla danışıblar ya ümumiyyətlə, danışmayıblar...

-Bəs sizin nəslin o dövrdə yaşamış yaşlıları, eləcə ata-ananız erməni vəhşilikləri haqda nəsə danışırdımı?

-Bəli, rəhmətlik nənəm, atam, anam daim, bir qədər ehtiyatla olsa da, bizlərə daşnak ermənilərin keçmişdə başlarına gətirdikləri olmazın müsibətlər haqda danışar, onların tarixi düşmənlərimiz olduğunu xatırladardılar. Yaxşı yadımdadır ki, evimizdən yuxarıdakı dağın belində bəzi yerlərdə on metrlərlə uzanan dayazlaşmış şırımlar var idi. Atamgildən, kəndin lap yaşlılarından həmin yerlərin niyə bu cür olduğunu soruşanda deyərdilər ki, burada ermənilərin qazdığı səngərlər olub - oradan kəndimizi atəşə tutublar. Bəzən həmin səngər yerlərində əsrin əvvəllərində məşhur atıcı silah olan "beşaçılan" gilizləri tapırdıq...

Ata nənəm danışardı ki, oğul, o vaxt ermənilər kəndimizi yandırıb camaatı qovanda bizləri onların əlindən Osmanlı türkləri xilas etdi və kəndimizi də ermənilərdən geri alaraq bizi ev-eşiyimizə qaytardılar. Deyirdi ki, türklər olmasaydı, ermənilər bizi son nəfərimizədək qıracaqdı. Nənəm həmişə erməni vəhşiliklərinə aid bir epizodu həm düşmənlərə qarşı qəzəb və nifrətlə, həm də kövrələrək göz yaşları içində danışardı. Ermənilər Ağanus kəndinə hücum edəndə atam 40 günü tamamlanmamış körpə olub. Kənddən qaçhaqaç düşəndə nənəm və əmimgil də bir neçə kilometr aralıda yerləşən çayın yanındakı bir dəyirmanda gizlənirlər. Kəndimizdən xeyli adam da orada gizlənibmiş. Qucağındakı körpə ağlamağa başlayanda bir neçə adam nənəmə deyir ki, uşaq belə ağlamaqda davam etsə, ermənilər yerimizi bilib hamımızı qıracaq, ya da əsir götürəcək; başqa yol yoxdu, Allah keçər günahımızdan, gəl, körpənin ağzını bağlayaq, o ölsə də, bir belə camaatın həyatı qurtarar. Lakin bunu eşidən əmim heç cür razı olmur ki, mən qardaşımın ölümünə imkan verə bilmərəm. Bundan sonra yalnız Allahın köməkliyi ilə, sanki bir möcüzə nəticəsində ermənilər körpə atamın səsini eşitmir və nənəmgillə bərabər kəndimizin digər sakinləri də o dar vəziyyətdən qurtulurlar... Və təbii ki, oxşar situasiyalar o dövrdə və son işğal və qaçqınlıq illərində Zəngəzurda, Göyçədə, Qarabağda, Xocalıda, digər bölgələrimizdəki soydaşlarımızın başına gətirilib. Yəni söhbət ondan gedir ki, görün, bu qaniçən, insanlıq sifətini büsbütün itirmiş erməni millətçiləri, faşistləri öz zülmləri ilə bizim indikikeçmiş nəsillərin nümayəndələrini hansı hallara gətiriblər. Onlar öz körpə balalarını belə qurban verməyə razı olmaq dərəcəsinə çatıblar ki, təki o rəzil, zalım düşmən əlinə düşməsinlər...

Bütün zülmlərə rəğmən XX əsrin əvvəlində də namərd erməni qaniçənlərinə qarşı cəsarətlə vuruşan dədə-babalarımız da olub. Rəhmətlik ata babam Məşədi Qəhrəman bəy kəndin digər qoçaq oğulları, o cümlədən Əbdüləli bəylə birlikdə erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak ediblər. İndi sizə o dövrə aid maraqlı bir sənəd göstərəcəm...

Ədalət.-2018.-19 dekabr.-S.5.