Yasəmən çiçəyinə
küsmüş şairə
Yağışlı bir havada görüşdük
onunla. Ağ saçlarına vurğun
olduğum yasemen çiçeyine küsmüş
şairə.. hər bir
bəndinə hüzün
misraları düzmüş,
həzin bir sevda dastanının digər qəhrəmanı..
sözdür mənim sirdaşım deyən Sona Çərkəz.
Sona xanımı xeyli vaxtdır qiyabi tanısam da şəklini ilk gördüyüm
andan doğma yaxın hiss etmişdim. Ən çox da məni ona
çəkən üzünə
xüsusu nur verən ağ
saçları olmuşdu.
Uşaqlıqdan ağ saçlı insanları ve tənha ağacları çox sevirəm. Tənha ağaclar mənə vüqarlı,
əzəmətli insanları
xatırlatdığı kimi,
ağ saçlar
da o fədakar, əzəmətli vüqarlı
insanların həyat hekayəsinin dik duruşun təəsüratını
yaradır.
Bəli bu əzəmətli, fədakar ömürün
bəyaz qarını
yaxından görməyə,
o qarın hekayəsini
dinləmək üçün
Sona Çərkəzin
görüşünə getdim. Görüş tarixini təyin etdiyimiz ərəfədə
Sona xanım sevdiyiniz özəl bir çiçək vardır mı deyə soruşdum. Cavabında xahiş edirəm zəhmət çəkməyin heç
nəyə ehtiyac yoxdur siz özünüz
gülsünüz deye
nəzakətlə bildirdikdən
sonra hüzünlü
və titrək səslə: "Bir zamanlar ən sevdiyim çiçək
idi yasəmən ancaq həyat yoldaşımı itirdikdən
sonra o çiçəyə
küsmüşəm dedi
və dörd misralıq bir şeir söylədi telefonda...
Quruyardı kaş əllərim
o günü
Məzarına yasəmənlər düzürdü
Bir vaxt mənə pay verdiyin çiçəklər
O gün mənim göz yaşımda üzürdü....
Çox təsirlənmişdim bu zərif ruhlu incik qəlbli xanımın cavabından. Kövrəldim hətta telefon xəttinin o üzündən.
Bir anlıq xəyala daldım səssizcə düşündüm mən
də yasəmən çiçəyini sevirəm
zərif incə çiçəkdir ətri
də çiçəyi
kimi zərifdir yasəmənin. Həyətimizdə yasəmən çiçəyi
var kaş indi mövsümü olaydı bir dəstə dərib Sona xanıma aparardım düşündüm
öz özümə.
Sona xanım biləndə ki, yasəməni mən də xoşlayıram əgər Allah ömür
verərsə yasəmən
açan zaman sənə bir dəstə göndərərəm
qızım dedi. Necə düşüncəli
xanımdır gülümsəmişdim...
Bir həftə
sonra yağışlı
bir dekabr günü Bakı Dövlət Üniversitetində
görüşdük. Yağış
bəlkə də o günü Sona xanımın kədərlə
axan göz yaşına yoldaşlıq
etmək üçün
yağırdı.. kim bilir..
İkimizin də bəxtindən
işıqlar söndü.
Sona xanımı gözləyərkən üniversitetin
tələbələrlə dolu koridorlarında həyəcanla hansı sualları verəcəyimi,
hardan başlayacağımı
götür qoy edirdim ,
nece sual verim nece başlayım
ki, bu bəyaz
saçların hüzünlü
xanımını kədərləndirməyim..ve eyni zamanda da tələbələrə
qibtə ilə baxmağa başladım. Nə xoşbəxt tələbələrdir
Sona xanımın həm elmi biliklərindən
həm həyat təcrübəsindən bəhrələnirlər.
Zaman yetişdi. Dərs otaqlarından
birində pəncərə
önündə yerimi
rahatladım. Mən tələbə
Sona xanım müəllimə stolunda əyləşdik. Hər anını
dərin heyranlıqla
izləyirdim. Qarşımda
sadəcə Bakı Dövlət Üniversitetinin
Humanitar fənlər üzrə baş müəllimi deyil, fədakar bir ana, qayğıkeş bir nənə və ən önəmlisi rəhmətə
getmiş həyat yoldaşına vurğun, sevgisinə vəfalı, onu itirdikdən sonra belə xatirələrinə sədaqətli
bir xanım qadın var idi.
Qiymətini bilmədən israf
etdiyimiz zaman təəssüf ki, bizə az nəzər
etmişdi bu ilk görüşdə.. çox qısa
söhbət edə bildik. Söhbətə həyat hekayəsinin
sevda kitabının digər qəhrəmanı
iyirmi illik evlilikdən sonra bir qəza nəticəsində
itirdiyi ömürgün
yoldaşı rəhmətlik
Çərkəz müəllimlə
tanışlığından başladı. Ağ saçlarının
nur yaydığı üzünə qayğı
gözlərinə kədər
səsinə o hüzün
çökdü. Həm heyranlıqla
həm də acı bir həsrətlə
bəhs edirdi həyat yoldaşından.
Ondan bəhs edərkən bir anlıq gənclik illərinə geri dönür o illərə qayıdır
üzündə o illərin
fərəh və ümid hissləri dalğalansa da qəza hadisəsini və yoldaşının
vəfatı ilə qırılan ümidlərinin,
qopan sevda çiçəyinin, kədəri
ilə üzü yenidən qayğı həsrət buludları ilə kölgələnməyə
başlayır.
Həyat
yoldaşı rəhmətlik
Çərkəz müəllimə
olan heyranlığının
önəmli səbəblərindən
biri də Çərkəz müəllimin
evlənmədən öncə
Sona xanımın atasına ali
təhsilini tamamlamaq barəsində verdiyi sözü tutması bu sözə sədaqəti olub. Və bu sözü tutmadakı fədakarlığı.
Sona xanımın güvənini
sındırmaması. Bəli günümüz insanların
çox vaxt əhəmiyyət vernədiyi,
dostluqlarda ailələrdə
ehtiyac duyulan güvən hissi. Amma rəhmətlik Çərkəz
müəllim əhdinə
vəfalı olub hər sözündə.
Sözün əsil mənasında
ömür gün yoldaşı olub. Ona görədir ki, bu sevda dastanını
dinləyərkən göz
yaşlarını tutmaq
olmur. Tez tez gözləri bulud kimi dolub
boşalan anasına həsrət qalmış
onun üçün darıxmış uşaq
məsuməyyəti ilə
dolmuş gözlərini
silən Sona xanım bir anlıq sözünə ara verib, yanımızda
oturan fotoqraf xanıma: " cann
qızım o gözəl
gözlərin yaşla
dolmasın. Siz qəm kədər
ayrılıq görməyin
hələ cavansınız"
deyir bir ana qayğıkeşliyi ilə. Tez tez qəhərlənsəm,
gözlərim dolsa da Sona xanımı
can qulağı ilə
və çox heyranlıq duyğusu fərəhlə dinləyirdim.
Qarşımda kitablardan oxuduğum,
üzünü görmədiyim
bir yazarın sevgi romanının qadın qəhrəmanı
deyil, necə deyərlər canlı qanlı həm də öz gerçək sevgi tarixini öz dilindən eşitdiyim əsil Azərbaycan qadını oturmuşdu.
Söhbət əsnasında vaxtsız
itirdiyi qardaşının
da həyatına qısa toxunan Sona xanım, bir də bir
bacı kimi qardaş itirməyin verdiyi acını, yası gözü yaşlı danışdı.
Prokurorluq orqanlarında
vəzifə daşıyan
qardaşı Füzulinin
həyatındakı yerini,
Çərkəz müəllimin
vəfatından sonra onu bir an
belə tək qoymamasını həm bir bacı fərəhi
qüruru ilə, həm də, qardaşına bağlı
bacı fəryadı
ilə dilə gətirdi.
Azərbaycan qızlarının qardaş
sevgisi bir başqa olur. Qardaşım
Füzuli məndən
kiçik olsa da mənə, mənim balalarıma ata əvəzi oldu dedi Sona
xanım yenə səsində min bir hüzün, bir dünya kədərlə.
Ailəcək keçirdiyimiz maşın
ağır maşın
qəzasında Çərkəzi
itirsək də qardaşım Füzuli Allahın köməyi ilə ən savadlı həkimlərin
sayəsində oğlumu
yenidən həyata qaytardı. Mənim yenidən həyata
bağlanmağına böyük
dəstək oldu.
Ama neyləyim ki, həyatın amansız imtahanı buraxmadı yaxamı, ölümün
əlləri onu da çəkib aldı məndən.
Həyatımdakı iki dəyərli
insanı arxa arxaya itirmək məni dərindən sarsdı. (Yenə
gözləri bulutlandı,
bayırda yağış
damlası torpağı,
otaqda Sona xanımın göz yaşları yanaqlarını
islatdı).
Söhbət əsnasında həyatının
çətin kədərli
günlərində onu
tək qoymayan, yanında olan mənəvi dəstək
olan qayğı sevgi göstərən vəfalı dostlarının,
yaxınlarının, müəllim
və ziyalı kollektivin, başda onu dərindən anlayan uğurlarına sevinən kafedra müdiri professor Ədibə
Paşayeva olmaqla, hər birini böyük bir məmnuniyyət hissi ilə vurğuladı.
Təəssüf ki, zaman bizə güzəştə getmədi və Sona xanım başqa bir yerə getməli olduğu üçün təəssüflə ama yenidən görüşmək ümidi ilə Sona xanımla sağollaşmalı olduq. On beş kitab müəllifi olan dəyərli ziyalı xanımımız, mərhum həyat yoldaşının adını təxəllüs olaraq götürən Sona Çərkəz son nəşr olunmuş " Sözdür mənim sirdaşım" adlı yeni kitabını imzalayaraq təqdim etdi. Yeni görüş ümidi ilə
Məleykə
Aslanzadə
Djb.az saytının redaktoru
Ədalət 2018.- 21 dekabr.- S.6.