VƏ BÜTÜN QARANLIQ
OTAQLAR - İŞIĞA GEDƏN YOL
R.Taqor
deyir ki, "Şeirin saflığı qəlbin odu ilə
yoxlanılır”. Ərəb filoloqları isə çox zaman şeirdə hər şeydən əvvəl vəzn və qafiyə axtarırlar. Belə dar
və formal tələb
təsiredici əsərlərin
şeir adlandırılımasını
aradan qaldırır, digər tərəfdən
şeir ilə adi nəzmi birləşdirir, yəni şerin şeiriyyətini,
ruhunu, məzmun və ideya cəhətini
hesaba almır.
Həqiqi şeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən
gözəlidir. Şeirdə həm musiqinin
ahəngi, ritmi, həm rəsmin rəngarəng daxili cazibəsi həm heykəltaraşlığın füsunkar hüsnü vardır.
Tural Turan şeirə çevrilmiş
söz haqqında söz deyən şairlərdəndəndir. Gənc şairin
yeni çap olunmuş "Və bütün qaranlıq otaqlar” kitabının ön sözünü Rüstəm Behrudi yazıb. Şair gənc şairin şeirləri haqqında fikirlərini belə qeyd edir: "
Əzizim Tural! Şeirlərin masamın üstündə...
və nə yaxşı ki, sən bunları yazmısan!”
Yazmaq və yazdığına görə
peşman olmayan söz adamına söylənilən bu fikirlər çox qiymətlidir. İnsan ruhunu, mənəvi dünyasını dincə
qoyan misralar şairin söz xəsinəsinin incilərindəndir:
Yenə
səhər açılır,
indən belə
ən böyük tabut-azadlıq,
ən böyük Vətən başdaşıdır.
Vətəni hay-küy salmadan, mədhiyyə oxumadan sevmək necə də gözəldi. Şair
bunu bütün varlığı ilə duyur və duyduqlarını
şeir şəklində
oxuculara çatdırır...
Budur bir şairin fərqliliyi... Budur bir şairi yüz şairin içindən seçdirən
amil. Pafosdan uzaq, səmimi və bir o qədər
içdən yazılan
misralar...
...Söndür!
Söndür gözlərindəki yiyəsiz işığı,
Qoru özünü
unutduğun küçələrdən.
Sən qadınsan axı...!
Bir qadını
qorumaq onu sevməkdən daha böyük işdi. Sevmək hələ
hər şey demək deyil. Sevginin yolu əzablı və iztirablıdır.
Şair bu əzabı ruhuna, qəlbinə, bütün varlığına
hopdurur. O bunu həm də ona görə edir ki, hər
nəsnəni su kimi alışıb yanan duyğularına çiləyə bilsin...
Yıxıldım duamın üstə...
Ovcumu quc, ağla məni,
Bax, əlsiz gəlirəm, tanrı,
Bətninlə qucaqla məni.
Tanrı
və şair arasında arzuların qovşağı ancaq bir nöqtədə birləşir: "Quvuşmaq”
nöqtəsində... Tural
Turan gördüyü
və duyduğu dünyadan qopur, ruhunu Tanrının əllərinə təslim
edir və bir növ rahatlıq
tapır: "Ağrılardan
qurtulmaq üçün...”
Bütün saatlar tanrıya
işləyir,
əqrəblər vurur ömrümüzün boynunu
birdən altmışa
saya-saya...
Tural Turan zamanın fəlsəfi dərkində azaddır. O ruhundakı
zamanı və zamandakı ruhunu rahatlıqla idarə edə bilir. Tural Turan gah şaman
ruhunu, gah da dərviş ruhunu yaşaya bilir. O şaman kimi ulu şüurdan
istifadə edir, dərviş kimi ruhi narahatlığını
ifadə edə bilir...
Sən gələndən
Ovuclarıma yazıram şeirlərimi,
əllərimi açanda
dua yerinə qəbul olunsun deyə...
Şair insanlar arasında özenəbənzər, ruhuna
yaxın, qəlbinə
doğma insanların axtarışındadır. Bu axtarış uzun bir yolun başlanğıcında
onu təqib edir. Həm də bu yolda
o şairliyin formulu ilə tanış
olur. Rüstəm Behrudi də kitabın ön sözündə qeyd edir ki, "Mən uzun illərdi
düşünürəm ki, şairlik-bütün ömrün boyu özünəbənzər adam axtarmaq, sonunda da onu
tapmamaqdı.
Bu şairliyin formuludur. Ağır da
olsa bunu sənə arzulayıram.”
Bəli, şairliyin formulunu tapmaq və onu öz dünyanda
yaşatmaq gözəldi. Tural Turan bu formulu
tapıb və bu formulu öz
dünyasında yaşada
bilir...
...Ay işığı, məni
göndər-
Göylərdən baxan məni.
Məni
düz görməyənlər
Tanısın yaxından məni...
Şeirlərin tarixi onun müəllifinin
ömrünü müəyyən
edir. "Şeirin ömrü müəllifin
ömrünə bərabərdir”
deyirlər. Tural Turan
şeirlərinin ömrünü
duaya, etiraza, meydan oxumağa və fəlsəfi düşüncəyə tapşırıb.
Bu tapşırıq ciddi tapşırıqdır.
Bu tapşırıqdan qaçış
yoxdur...
Tökülür ölümün dişi,
Ayağı tutulur zamanın...
Tanrı
başdaşı olacaq
Sonuncu ölən
adamın.
...Qız qarıyacaq tabutlar
Ölümün can verdiyi gün.
Qandalı qırmış ümidlər
Üstünə yeriyəcək göyün...
Tənha
qalacaq göy üzü...
Tanrısız o da bezəcək.
Başın qoyub ağlamağa
Bir dəli adam
gəzəcək.
Tural Turanın "Və bütün qaranlıq otaqlar” kitabı oxucuları aydınlığa, mənəvi işığa çıxaracaq kitabdır. İşığın, aydınlığın mübarək, şair!
Tural Cəfərli
Ədalət 2018.- 21 dekabr.- S.8.