BU GÜNÜMÜZÜN XOCALISI
Kiçik bir təəssürat
Bir
anlıq ötən günlərə qayıdıram və
düşünürəm ki, Xocalını görməyib,
onun barəsində ancaq eşidib, telelentlər izləyən
oxuculara bu gün düşmən əsirliyində olan və
məruz qaldığı soyqırım faktı dünya tərəfindən
birmənalı şəkildə hələ də qəbul
olunmayan Xocalını günün gözüylə,
zamanın sözüylə necə ifadə edim ki, mətləblər
bütünlüklə diqqəti çəksin. Bax, bu çətin, amma ürəyimin səsiylə yazmaq istədiyim mövzünün
ipucundan tutub dağlara tərəf yol gedirəm.
Çünki bir zamanlar, yəni
1992-ci ilin fevral ayının 26-na qədər
Dağlıq Qarabağın,
Əsgəran qalasının
yaxınlığında məskunlaşmış
və qədim yaşayış məskəni
kimi tariximizdə silinməz yeri olan Xocalı əslində indi də dağlara sığınıbdı. Az-çox
tarixi mənbələrə
üz tutan hər kəs bilir ki, bizim
Azərbaycan tarixinin
"Quruçay" mədəniyyəti
olduğu kimi, "Xocalı mədəniyyəti",
"Xocalı kurqanları"
və digər tarixi faktlarla zəngin bir minillərə sinə gərə bilən yolu keçmiş bir şəhərin həyatı indi qaçqınlıq, köçkünlük
acısını çəkir.
Doğrudur, ölkə prezidentinin
demək olar ki, bütün diqqət və qayğısı ilə əhatə olunmuş xocalılar artıq müasir tipli şəraiti ürəkaçan
və həm də insana dərdini az-çox unutduran bir qəsəbədə,
daha doğrusu, bir çox ünvanlarda məskunlaşıblar.
Ancaq onların daha çox sıx yaşadıqları və
demək olar ki, Xocalı mühitini köçürüb
müvəqqəti də
olsa gətirə bildikləri bir ünvan da var. Bu da Goranboy rayon mərkəzindən yarım
saatlıq bir məsafədə yerləşən
Ağcakənd qəsəbəsidi.
Bu gün həmin qəsəbədə xocalılar
məskunlaşıb...
Dalğara sığınmış, axarlı-baxarlı
bir yerdə salınmış qəsəbə
özünün görkəmi
ilə dərhal diqqəti çəkir. Bu qəsəbədə tikilən
evlərin ümumi görünüşü bir-birini
tamamlayır. Xüsusilə bu evlərin həyətyanı sahələri,
buradakı boy-boya vermiş meyvə ağacları özlərinin
al-əlvan çiçəkləriylə
yazın ən gözəl müjdəçisinə
çevriliblər. Baxdıqca göz,
könül sevinir.
Üstəlik də küçələrin genişliyi,
rahatlığı, səkilərin
döşəmələri, yəni tametlər, həmçinin səki kənarı divarların ağ layları,
bir sözlə, Xocalı adlanan bu ünvanda hər şey təzədi, hər şey göz oxşayır.
Mən küçələri
bir-bir gəzib dolaşıram. Burada məskunlaşan doğmalarımın söylədiklərindən
öyrənirəm ki,
adamlar burda özlərini iri şəhərlərin müxtəlif
inzibati binalarında, məktəblərdə, uşaq
bağçalarında, yataqxanalarında
keçirdikləri günləri
artıq unudublar.
Çünki həmin o sıxıntılar,
darısqallıq, hətta
qaz, su, işıq problemi belə indi keçmişdə qalıbdı.
Adamlar bir genişlik, bir asudəlik qazanıblar. Ona görə
də hər kəs ona dövlət
tərəfindən verilmiş
evin həyət-bacasında
özünə, ailəsinə
uyğun təsərrüfat
yaratmağa çalışır,
kimi meyvə ağacları əkir, kimi bostan-tərəvəz
məhsulları yetişdirir,
bəziləri də heyvandarlığa, quşçuluğa
üz tutubdu. Bütün bunlar isə ailə büdcəsinin sosial durumunun yaxşılaşmasında öz
sözünü deyir.
Xocalılar üçün salınmış
bu qəsəbələrdə
xüsusilə insanları
razı salan məqamlardan biri də rayon icra hakimiyyətinin, eləcə
də dövlət qurumlarının hamısının
buraya köçürülməsi,
bu qəsəbədə
yerləşdirilməsidi. Faktiki olaraq
Xocalı rayonunun fəaliyyəti burada öz həllini tapıb. Ona görə də
hansısa bir arayış üçün,
hətta ən kiçik bir sorğu üçün belə haralarasa üz tutmağa ehtiyac yoxdu. Üstəlik də burada
fəaliyyət göstərən
məktəblər, səhiyyə
və mədəniyyət
ocaqları da xocalıların, bütövlükdə
isə ərazidə məskunlaşmış qaçqın
soydaşlarımızın ixtiyarına verilib.
Maraqlıdır ki, qəsəbələrdə
fəaliyyət göstərən
məktəblərin yetirmələrinin,
yəni şagirdlərin
uğurları da ilbəil artır. Əgər konkret
rəqəmlərlə söyləsək
onda deyə bilərik ki, təkcə son illərdə
ölkə prezidentinin
sərəncamı ilə
Goranboy rayonu ərazisində məcburi
köçkünlər üçün
salınmış qəsəbələrin
sakinlərinin böyük
əksəriyyəti Xocalıdan,
Xocalı rayonundandılar.
Yəni bu insanlar Xocalı
rayonunun Kosalar, Başkənd, Yalova kəndlərindən didərgin
düşənlərdi. Onlar üçün tikilmiş
müasir tipli məktəblərin həm
bina baxımından, həm də inventarlarla təminat baxımından diqqət mərkəzində saxlanılması
çox ürəkaçandı.
Xatırlatmaq yerinə düşər ki, xocalıların indiki durumunun daha da yaxşılaşdırılması
və onların haqq səsinin dünyaya çatdırılmasında
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri danılmazdı. Xüsusilə Leyla xanım Əliyevanın "Xocalıya
ədalət" çağırışı
ilə dünyanın
müxtəlif guşələrində
gerçəkləşən anımlar, Xocalının
tanıdılması və
Xocalı həqiqətlərinin
çatdırılması istiqamətində görülən
işlərin bu şəhərin sakinlərinin
həyatında açdığı
izlər danılmazdı.
Yəni Ağcakənddə,
Goranboy ərazisində,
eləcə də Azərbaycanın müxtəlif
güşələrində məskunlaşan xocalılar
həm ölkə rəhbərliyinin, həm
də Heydər Əliyev Fondunun onun haqqını bərpa etmək istiqamətində həyata
keçirdikləri uğurlu
və damalı siyasəti bəyənir, həm də alqışlayırlar.
Gerçək olan bir həqiqət
də budur ki, bugünün Xocalısı ucaldılmış
hündürmərtəbəli binaların əhatəsindəki
xatirə kompleksində
də özünü
bir daha təsdiq edir, tanıdır. Mən istər Ağcakənddə,
istər Goranboy rayonunun Ağcakənd istiqamətindəki çıxışındakı
qəsəbədə gördüyüm
gerçəkliklər sübut
etdi ki, bu gün Xocalı
sözün bütün
mənalarında yaşayır
və bizimlə birlikdə öz haqq səsini dünyaya çatdırır.
Bəli, dağlara sığınmış
bir qəsəbənin
abadlığı, təminatı,
burdakı insanların
sosial problemlərinin çözümü Azərbaycan
prezidenti İlham Əliyev cənablarının
regionların inkişafına
dair dövlət proqramının tərkib
hissəsi kimi qurulmaqda və daha da müasirləşməkdədi. Birmənalı
şəkildə etiraf
etmək lazımdır
ki, bu gün
xocalılar üçün
sağlam qəsəbələr,
buradakı abadlıq işləri, açılan
iş yerləri heç də işğal altında olan Xocalını bizlərə unutdurmur. Əksinə
möhtərəm prezidentimiz
İlham Əliyev cənablarının dediyi
kimi, "Xocalı soyqırımı XX əsrin
ən böyük cinayətlərindən biridir.
Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ
ki, ədalət qarşısında cavab verməyiblər. Amma o gün
gələcəkdi. Mən şübhə
etmirəm və əminəm ki, siz də Xocalıya
qayıdacaqsınız".
Bəli, bu gün yeni
ünvanda, dağlar qoynunda bir Xocalı
tikilir, qurulur, abadlaşır. Burda həyat qaynayır,
insanlar yeni Xocalının sakinləri
kimi onun yeni dövrünə imza atırlar. Rayon icra hakimiyyətinin
başçısı Şahmar
Usubovun rəhbərliyi
altında problemlərin
həlli yollarını
axtarırlar. İnanırıq ki, onlar bütün
problemləri dəf edib ilk ünvanlarına, qədim Xocalıya qayıdacaqları günə
hazır olacaqlar.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 2 fevral.- S.5.