Dövlətçilik tariximizə səyahət
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Assur mənbələrindən
məlum olan Güney
Azərbaycanın Urmiya gölü
ətrafı ərazilərində şəxs adlarının
təhlilinə əsaslanan E. A. Qrantovski
göstərir ki, farsdilli
əhali Güney Azərbaycanda ən
azı e.ə. IX-VIII əsrlərə qədər
yayılmamışdı. Bu nəticə
ona farsdilli tayfaların
Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran
yaylasına doğru irəliləmələrini
söyləməyə imkan verir (G. A. Qrantovskiy. İranskie plemena iz priurmiyskoqo rayonav IX-VIII vv.
do n. g., səh. 250-265).
R. Girşmana görə, farsdilli tayfalar İran yaylasına iki yolla daxil
olmuşlar: onların
Qərb qolu Qafqazdan, Şərq qolu isə Orta
Asiyadan gəlmişdir.
Urmiyayanı hövzəyə onlar Qafqazdan gəlmişlər (V. V. Bartolğd.
Soç.,
t. 1, səh. 109, 171; t. VII, səh. 35-36).
E.ə.
IX əsrin ortalarından
Midiya dövlətin təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin
yerli əhalisini birləşdirən, köçəri
tayfaların basqınlarının
qarşısını alan və onlardan öz marağı üçün
istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə
güclü zərbələr
vuran Manna dövləti
idi.
Şəxs adlarının və toponimlərin təhlili
Manna dövləti əhalisinin
(mannaların) türk
mənşəli olduğunu
sübut edib.
Hökmdar Udakidən sonra
e.ə. 737-ci il yürüşləri
ilə əlaqədar
III Tiqlatpalasarın və
II Sarqonun e.ə.
718-ci ilə aid kitabələrində
Manna hökmdarı İranzunun
(e.ə. 740-719-cu illər)
adı çəkilir.
Onun dövründə Manna özünün
ən parlaq çiçəklənmə dövrünə
çatır. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də mübarizə aparırdı
və bu mübarizədə sonuncunun
zəifləməsi nəticəsində
Mannanın vəziyyəti
yüngülləşdi. Urartu görünür öz qüvvələri ilə
Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə
cəhd göstərən
əyalətlər arasında
özünə dayaq axtarmışdır. Bu dövrdə Mannanın xarici siyasətində iki meyl özünü
göstərirdi. Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir,
bununla da Manna torpaqlarının bütövlüyünü
saxlamağa çalışırdı.
İranzu Assuriyaya müttəfiq
kimi baxır və onun siyasi
üstünlüyünü tanıyırdı. Assuriyaya olan
meyl Manna dövlətini
Urartu işğallarından
xilas etmiş və ölkənin birləşməsi üçün
şərait yaratmışdır.
Naxçıvan və Manna ərazilərində
aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr
belə deməyə imkan verir ki,
görünür müəyyən
dövrlərdə Mannanın
sərhədləri Araz
çayından şimala
uzanmış və
Manna dövləti özünün
gücləndiyi dövrlərdə
geniş bir ərazini əhatə etmişdir. İranzunun hakimiyyətinin sonunda
Manna hökmdarının mövqeyi
bir qədər zəifləyir. Zikirtu əyaləti
ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri
də onun əleyhinə çıxır.
II Sarqonun köməkliyilə
onlar yenidən Mannaya tabe edildilər.
İranzunun ölümündən sonra
atasının siyasətini
davam etdirən və Assur tərəfdarı
olan böyük oğlu Aza hakimiyyətə
keçdi (e.ə.718-716-cı illər). Lakin o çox az
hakimiyyət sürdü
və tezliklə Urartu ilə ittifaq tərəfdarları
tərəfindən məğlubiyyətə
uğradı. Azanın öldürülməsindən
qəzəblənən Assur
hökmdarı II Sarqon
qatilləri cəzalandırmaq
üçün e.ə.
716-cı ildə Mannaya
yürüş etdi.
Azanın ölümündən sonra
hakimiyyətə onun qardaşı Ullusun gəlir (e.ə. 716-680-ci illər). Mannada daxili çətinliklərdən
istifadə edən urartulu I Rusa Ullusunun 22 qalasını tutdu və mannalı
canişini Dayaukkunu ona qarşı qaldırdı. Ullusunu olduqca
ağır vəziyyətə
düşdü. II Sarqon onu bağışladı,
"bütün günahlarından
keçdi" və
Manna taxtında saxladı.
Həmin
dövrdən Ullusunu
II Sarqonu müdafiə
etdi və Urartu ilə mübarizədə ona yardım göstərdi.
Mannalılar Assur qoşunlarını
taxıl məhsulları,
ot-ələf, at, iri və xırdabuynuzlu heyvanlarla təchiz edirdilər. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən
sonuncu özündən
əvvəlki hökmdarlara
nisbətən Assurdan
müəyyən imtiyazlar
aldı.
Ullusununun hakimiyyəti dövründə
Mannanın vəziyyəti
elə möhkəmləndi
ki, artıq II Sarqonun varisləri dövründə o Assurun
üstünlüyünü tanımaqdan imtina etdi və hətta
bəzi Assur yaşayış məskənlərini
ələ keçirə
bildi. Aşşur hökmdarı Sinaxxerib
(e. ə. 705-681-ci illər) Mannaya hücum etməli oldu. Lakin bu hərbi yürüş
görünür o qədər
də müvəffəqiyyətli
keçməmişdir. Belə ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə
kifayətlənməli olmuşdur.
Ullusun ölümündən
sonar Mannan dövlətində
hakimiyyətə Ahşeri
gəlir (e.ə.675-650-ci illər)
Ahşerinin hakimiyyəti
dövründə Assur
əleyhinə midiyalılar
üsyan qaldırdıqda
mannalılar onlarla birlikdə çıxış
etdilər.
Ahşeri Assurbanapalın (e. ə. 669-627-ci illər) daha güclü təzyiqinin sınağından keçməli
oldu. Həmin dövrdə Manna, Assurdan o qədər də gücsüz deyildi. Əvvəlcə Assurbanapal hətta
sülh müqaviləsi
vasitəsilə Manna tərəfindən
zəbt edilmiş Assur qalalarının qaytarılmasına cəhd
göstərirdi.
Ahşeri öz oğlu Ualli ilə (e.ə. 650-630-cu illər) əvəz olunmuşdu. Ualli Assurun
qələbəsini etiraf
etdi, assurluların iddia etdikləri bütün xəracları
ödədilər və
əlavə olaraq daha 30 at verdilər.
O, oğlu Erisinini və qızını hökmdara girov göndərdi. Buna cavab olaraq Assurbanapal
Mannaya özünün
sülh elçisini göndərir.
Mannanın adı çəkilən
sonuncu yazılı mənbə Bibliyadır. Təxminən e.ə.590-cı
ildə Manna Midiya dövlətinin tərkibinə
daxil edildi. Beləliklə, Mannanın müstəqil
dövlətçiliyi sona
çatdı.
Mannanın təsərrüfatı, mədəniyyəti: III Salmanasar
Mannanın adını
ilk dəfə çəkəndə
buradan "saysız-hesabsız
qaramal və qoyun" ələ keçirdiyini söyləyir.
Mannalıların təsərrüfat həyatında əkinçiliklə
yanaşı sənətkarlıq
mühüm yer tutmuşdur. Həsənli və Ziviyə tapıntıları Mannnada
metalişləmə sənətin
yüksək inkişaf
etdiyini göstərir.
Manna ərazisindən qılınc qınının
və dəstəyinin
hissələri, at qoşqu
ləvazimatı, gümüş
sini, buynuzvarı qədəhlər, kəmər
və c. aşkar edilmişdir. Mannalılar qonşu
ölkələrlə ticarət
əlaqələri yaratmış
və burada istehsal olunan müxtəlif məhsul və xammal mübadilələri həyata
keçirmişdilər.
Hücumların qarşısını almaq
üçün Mannada
müdafiə qalaları
və qala-şəhər
tikilmişdir. Mannalılar allahlara sitayiş
etmişdilər. Təsvirlərdə günəş, ay və külək-yağış allahlarını
ayırd etmək mümkün olur. Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər
tanrılara sitayişi
və qurbanlar verilməsini xüsusilə
parlaq şəkildə
nümayiş etdirir.
E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış idi. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı növünə aiddir. Manna ilə yer və şəxs adları burada qədim türk tayfalarının yaşadığını göstərir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 7 fevral.- S.7.