Sevdiyi qadına görə
canını fəda edən böyük şair
Rus dilinin lüğət tərkibinə minlərlə söz gətirən dahi Puşkini dünyada yəqin ki tanımayan yoxdur. "Qaraçılar", "Yevgeni Onegin", "Boris Qodunov", "Daş qonaq", "Böyük Pyotrun ərəbi", "Dubrovski", "Qaratoxmaq qadın", "Kapitan qızı", "Qafqaz əsiri", "Baxçasaray çeşməsi", "Tunc atlı", "Xəsis cəngavər", "Motsart və Salyeri" kimi əsərlərin müəllifi rus poeziyasının daim göz oxşayan günəşi idi. Özü dediyi kimi, qorxunc, qəribə taleyi olan Puşkinin ölümü də dəhşətli olur. İçində ikiləşən Puşkinin biri məhvə doğru addımlasa da, o biri ədəbiyyat uğrunda savaşdaydı...
Puşkinin qadınına kənardan baxış
"Xanımın – sənin düşmənin, sənin şeytanın, vəfasızın... Sən öz poemanı xaincəsinə, söyüşlə dolu yazdın..." – anonim imzayla belə bir məktub gəlmişdi. "Qadın eşşəkarısı kimi Rusiyada hərlənirdi" - ədəbiyyatçı Yakor Neverov züy tuturdu...
İllər ötüb keçdi, ancaq Natalya Qançarovanın adını rahat buraxmadılar. "Yalnız gözəldir, sadəcə, gözəl... Düzəlməyən ağlı, ruhu, ürəyi ilə bərabər, çox gözəldir..." – Mariya Svetayeva Natalya Nikolaevnaya belə yazırdı.
Bu bəhs edilən qadın Puşkinin "mənim Madonnam", "mənim təmiz, pak obrazım" adlandırdığı qadındır. Ola bilərmi, otuz yaşında bir şair yanılsın? O, kimi tərənnüm etdiyini, kiminlə evləndiyini bilmirdimi?
Qorxunc tale
Puşkin özünün möhtəşəm intuisiyasıyla gələcəkdə qarşısına çıxan faciəni görürdü. Toydan bir gün əvvəl arvadı olacaq qadının anasına məktub yazmışdı: "Yalnız davamlı və vərdişə çevrilmiş yaxınlıq məni sizin qızınızla bağlaya bilər. Ümid edirəm ki, onu özümə yaxın edə bilərəm, ancaq məndə olan heç bir özəllik onun xoşuna gəlmir. Əgər əlini uzatsa, mən toxunuşla çox rahat bir şəkildə onun ürəyini hiss edə biləcəm... Onun buna ürəyi yanmırmı? Mənə ona bağlanmış biri kimi deyil, insan kimi baxmayacaqmı? O hiss eləmirmi ki, məni özündən kənarlaşdırır? Bir Allah şahiddir ki, mən ona görə ölməyə hazıram. Ancaq məhz ona görə ölərəm ki, o, məğrur, alnıaçıq bir dul qadın kimi sabah başqa biriylə evlənə bilsin..."
Bu məktubun yazılmasında
sirli bir motiv var. Puşkin intuitiv olaraq gələcək fəlakəti
dəqiq bilir. Şair
günün gərginliyindən
belə bir nəticə çıxarmışdı:
"Bu heç də
yaxşı olmadı".
Əşyalar da Puşkinin fikrini təsdiqləyirdi: masanın
üstündəki xaç
və dini kitab şam işığının zəifləməsindən
görünmür... Puşkin
bir daha öz-özünə deyir:
"Bütün bunlar
pisə işarədir!"
"Ürək ölümcül
döyünür... Hər
şey, amma hər şey ölümlə məni hədələyir... Özü də
anlaşılmaz bir ləzzətlə..." – deyəsən,
Puşkinin daxilindən
bu sözlər eşidilirdi. Bütün
bunlarla yanaşı, şair özünə güvənən biri kimi, şux addımlarla, bir kişi, bir
zadəgan cəsarəti
ilə taleyini qarşılamağa yollandı.
Duel də döyüşdür,
fəlakətin üstünə
güllə kimi şığıdı, qaraçıyla
veyil-veyil gəzdi... Bir sözlə, bir oyun oynadı
və kartlar onun uduzduğunu göstərdi...
"Döyüşdən həzz
almaq deyilən bir şey var...
Bir də axan qanının yaratdığı qaranlıq
dərinlik..." Bu dərinlik həmişə
barmağıyla şairi
yanına çağırdı,
onu ovsunladı. Rusiyanın ən gözəl qadını, onun arvadı dərinliyin özü deyildimi? Ancaq ən yaxşısı
ora, dərinliyə doğru getməkdir, yoxsa sakit, lal-dinməz
həyat şairə görə deyil!
"Mən gərək səninlə evlənəydim,
çünki bundan əvvəlki həyatım
bədbəxtliklə iç-içəydi"
– toydan üç il sonra
şair qadına yazmışdı.
Qadının kimliyi
Natalya Nikolayevna eynən
Puşkin kimi adi bir ailədə
doğulmamışdı. Analığı
isveçli bir baron Moris fon
Posseylə evlənmişdi.
Onlar Liflandiyada yaşayırdılar.
Lakin qızın anadan olmasından sonra qadın barondan ayrılıb sevdiyi knyaz İvan Aleksandroviçin yanına,
Peterburqa gedir.
İvan
Aleksandroviç o vaxt
evli idi: iki qızı, bir oğlu vardı.
Evdə qalmaqalın qopmasından sonra o, mehribanlıqla, qayğıyla onları da öz ailəsinə
qatmağa razı olur. Analığı Ulrika təxminən otuz yaşa çatdıqdan sonra ölür, bala Natalyaya isə onun qanuni əri
doğma biri kimi ömrünün axırına qədər
baxır.
İvanın bacısı Natalyayla birlikdə Peterburqa köçürlər. Xalası Natalya Kirilovna mötəbər icmadan idi. Qız onun himayəsində böyüyürdü. Evinə tezliklə
alışan Natalya İvanova
tezliklə imperatriça
sevgilisi kavalerqard (çar ordusunda qvardiya süvari hissələri tərkibinə
daxil olan alaylardan birinin əsgər və ya zabiti – O.A.) Oxotnikovu öldürtürür. Oxotnikovun öldürülməsindən
sonra Natalya İvanovna
tez-tələsik kətan
zavodunun sahibinin oğlu Nikolay Qonçarovla evlənir.
I Aleksadrın familyasını daşıyan
bütün kübar təbəqə nikah mərasimində iştirak
edirdi.
Natalya İvanovna yaraşıqlı,
ağıllı, təhsilli
ərini sevmirdi. Nikah günündə
də qadın ruhdan düşmüşdü.
Axır-axırda o, içkiyə qurşandı, əxlaqsızlığa
başladı, nökərlə
olan münasibətini
də özünə
ayıb saymadı.
Əri belə bir həyatı
qəbul edə bilmədiyi üçün
başını itirdi.
Hər şeydə haqlı olduğuna inanan inadkar Natalya İvanovna pis vərdişlərindən əl
çəkmədi və
bundan ən çox qızı ziyan gördü: onu qapalı yerdə ac saxladı...
O, digər bacılarından
çox fərqlənirdi.
Böyük olan Yekaterina
sakit, dözümlü,
ortancıl Aleksandrina olduqca təmkinli, balaca Natalya isə lal-dinməz, özünə
qapalı, eynən atası kimi biri idi.
Natalya Puşkini sevir...
Natalya utancaq, qorxaq
biri kimi böyüdü. O, şair olmaq arzusundaydı. Bax elə buna görə
on altı yaşlı
qızın qabağına
Puşkinin çıxması
onun bu adamı
yarım Allah kimi görməsinə səbəb
oldu. Məhz buna görə qız öz ürəyini həmişəlik
şairə verdi.
Qız onu öz xasiyyətinə
uyğun sakit, hay-küysüz sevir, Puşkin isə ona gənclik ehtirasıyla, ilahi bir sevgiylə yaxınlaşırdı... Elə bunun
özü onların arasında böyük bir əngəl oldu.
Puşkinin sonu
Puşkini xoşbəxt hesab
etmək olardı: o həm Rusiyanın bir nömrəli şairi adına
layiq görülmüş,
həm də ölkənin ən gözəl qadınını
ələ keçirmişdi.
Ancaq bəzən xoşbəxtliyin ömrü
də insan taleyi kimi olur:
heç gözləmədiyin
anda qəfil məhv olub gedir...
Çar
I Nikolayın Puşkindən
zəhləsi gedir və şair bunu hər addımda
hiss edir. Təşkil olunmuş bir
balda Puşkin Natalyanı çardan xilas etmək üçün dəridən-qabıqdan
çıxır. Elə
bu zaman Puşkinin qabağına daha çətin bir əngəl çıxır: Dante peyda
olur. Dantes çox qəddar
və inadcıl biriydi. O, uğrunda döyüşəcəyi qadına
görə hər şeyindən vaz keçməyə razı
olacaq bir təbiətə malik idi. Onun üçün önəmli olan öz gələcəyi idi. Və bu gələcək
onu hara aparır-aparsın Dante buna
razıydı. O, öz
rolunun öhdəsindən
gələcəyinə inanırdı.
Və ifa olunan bu rol,
çarın xeyrinə
qurulan bu oyun Puşkinin sonuna çıxacaqdı...
...Puşkinin qorxusu və qorxusuna qarşı çıxması
onun ölümünə,
xoşbəxtliyin bir anda darmadağın olmağına səbəb
oldu...
Oğuz Ayvaz
Ədalət 2018.- 7 fevral.- S.8.