Müstəqillik
yollarında
(Poema)
Azərbaycan Xalq Cumhuriyyəti – 100
FƏRƏC
FƏRƏCOV
I BÖLÜM
Tarix bir şans verdi əsrin əvvəli,
Şərqdə demokratik dövlət yaratdıq.
Öz adım, bayrağım oldu mənim də,
Arzuya, istəyə,
şərəfə çatdıq.
Vuruşdu, yaşadı iyirmi
üç ay,
Ömrü gödək oldu azad dövlətin.
Çölündə yağılar, içdə dönüklər,
Qənimi oldular o səadətin.
İyirminci əsrin sonu yenə də,
Tarix öz şansını etdi ərməğan
Həm də ölüm, itim, 20 Yanvar,
Xalqı dara çəkib etdi imtahan.
Qəlbində azadlıq eşqi
çağlayan
Oyanmış millətin gurladı
səsi,
Yayıldı ildırım sürəti
ilə,
Dünyaya azadlıq bəyannaməsi.
Tanıdı dövlətlər, tanıdı
xalqlar,
Tanıdı müstəqil Azərbaycanı.
Dostlar da çoxaldı, düşmən də artdı,
Töküldü yenidən millətin qanı.
Qəvi
qonşulara verdi
qol-qanad
Mərkəzdə baş alan kürsü davası.
Rəyasət uğrunda yeni
"bəylərin"
Artdı iştahası, artdı qovğası.
Torpaq qan ağlayır, inildəyirdi,
İmdad diləyirdi uman yerlərdən.
Kənd-şəhər boşalır, qalırdı viran,
Səs-səmir yox idi güman
yerlərdən.
Yadların əmrinə sadiq
nökərlər,
"Tez olun boşaldın" - səslənirdi
də.
"Avtobus göndərək,
yoxsa nə edək?!"
Deyərək bağırıb hirslənirdi
də.
Yox idi itkinin sayı-hesabı.
Azadlıq neməti daşa dirənmiş.
Gündə min oyuna, dərdə
tuş gələn,
Xalq da başçılardan bezmiş,
iyrənmiş.
Hanı o başçılar, hanı
o kəslər?
Görsünlər Xocalı necə dərddədir.
Düşmən pusqu qurub həndəvərində,
Yolları bağlanıb,qıfılbənddədir.
Yada salmadılar böyük yurd yerin,
Yalqız buraxdılar Xocalını
da.
Bir gündə dağılıb,
məhv oldu şəhər,
Sorub bilmədilər
heç halını
da.
Düşmən nə amansız,
nə qansız imiş,
Nə uşaq
tanıdı, nə də qız-gəlin.
Vəhşi bir canlının
törətmədiyin,
Başına gətirdi tənha bir elin.
Müstəqil ölkənin son tarixinə
Yazıldı yeni bir qanlı
soyqırım.
Sardı
insanları qorxu, vahimə,
Yarandı ölkədə dözülməz
durum.
Siyasət sükanı naşı
əllərdə,
Siyasət meydanı xaoslaşırdı.
Sonu görünmürdü müstəqilliyin
Etiraz dalğası coşub daşırdı.
Gör nə günə düşdük, qardaş
qardaşa
Silah da çevirdi, güllə də atdı.
Ani fürsəti də fövtə verməyən
Erməni bu yanda kamına
çatdı.
Allah, bu nə bəla,
bu nə zülümdür...
Düşündü çarəsin, düşündü
millət.
Bu xalqa sərkərdə, lider gərəkdir,
Onunla dəyişsin
qorxunc vəziyyət.
II BÖLÜM
Səslər ucaldı yerdən,
Yer titrədi
yerindən.
"Yox!" dedi xalq onlara,
Başsız ölü canlara.
Ziyalısı, fəhləsi...
Ucaldı xalqın səsi.
Heydər
gərəkdir, Heydər!
O lider, ulu öndər.
Onu eşitməliyik,
Ardınca getməliyik.
Dövlət deyil oyuncaq,
Onadır inam ancaq.
O gəlsə bitər bəla,
Yox olar, itər bəla.
Daha düşmərik oda,
Uzaq gəzər
qan-qada.
* * *
Səslərə səs verildi,
Millətə dərs verildi.
Seçək qaranı, ağı,
Vətən görməsin yağı.
Şəhid anası Qönçə
Qalxdı
hamıdan öncə
Söylədi bir bayatı
Təlqin
etdi həyatı:
"Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə qoçaq olsa
Heç
verməz ordu bada"
Hamı
eyni hədəfə
Ünvanlandı son dəfə.
O ünvan Naxçıvandır,
Bizim Nəqşi-cahandır.
O sərkərdə, o rəhbər
Qəlbi
xalqla bərabər...
Olsa da Naxçıvanda
Fikri eldə,
cahanda.
El onu istəyirdi,
Sevib əzizləyirdi.
Bakı
açıb qolunu,
Gözləyirdi yolunu.
Yenə
götür-qoy etdi,
Çox
dərin fikrə getdi:
Düşdü yadına illər,
Ağır günlər, fəsillər.
Qışda, qarda, şaxtada
Baxırdın hər vaxtda da
Dincliyə qənim oldu,
Özünə əmin oldu.
Qorudu Naxçıvanı,
Mərd oğullar həyanı.
İndi de, bəs nə etsin?
Ayrılsın necə getsin?
Çətin gəlirdi ona,
Yurdun rəhbər
oğluna.
Amma gec olar daha,
Baxmalıdır sabaha.
Düşündü doğma xalqı,
Qəlbini qüssə aldı.
Yüz ölçüb, bir biçdi o,
Qayıdışı seçdi o!
***
Xəbər tez yayıldı
Azərbaycana
Sönmüş arzuları gətirdi
cana.
Çağladı ürəklər, əridi
buzlar,
Doğdu ümid ilə yeni arzular.
Hər yerdə nəzərlər
dikilmiş ona,
Onun zəkasına, onun ağlına
Çiynini vermişdi ağır
bir yükə,
Meydan sulayırdı qorxu, səksəkə
Ordusu yox idi hələ
millətin,
Düşmənlə döyüşmək
nə qədər çətin,
Hər kəs öz adına yaratmış
dəstə,
Beyinlər zəhərli, beyinlər xəstə.
Millətin qazancı, varı,
dövləti
Axırdı ciblərə açıq,
xəlvəti.
Ölkə məhvə gedir, parçalanırdı.
Ağır dərd üstünə dərd calanırdı.
Nədən başlamalı, necə etməli?
Ən düz yol hansıdır, onu seçməli.
Ağıl, zəka gərək,
bir də dəyanət
Bunla baş tutacaq ülvi, xoş niyyət.
Zəngin
təcrübəsi yetdi
dadına,
Uğurlar yazıldı böyük
adına.
İlk öncə yaratdı əmin-amanlıq
Xalqdan uzaq düşdü qorxu, yamanlıq.
Təməli qoyuldu yeni ordunun,
Cavabdehi oldu hər kəs
yurdunun.
Silahlı dəstələr zərərsizləşdi,
İçində qorxunun yolunu kəsdi.
Cənubda yaraydı qondarma
qurum,
O da həllin tapdı, dəyişdi
durum.
Alışdı hər oğul yeni qaydaya.
Qeyrətin, şərəfin qoydu ortaya.
Döyüşə atıldı qəhrəman əsgər
Yardı düşmən səddin,
göstərdi hünər.
Amma imkan yoxdu geniş
bir hərbə,
Yağıya vurulsun ağır
bir zərbə
Atəşkəs gərəkdi indi ölkəyə.
Ordumuz güclənə,
bişə, bərkiyə.
Düşmən arxalıydı, çox
idi sayda,
Nahaq qırılmaqdan
axı nə fayda.
Tezliklə yüksələr yurdum,
vətənim,
Fəxr
edər, fəxr edər ordumla mənim
Beləcə düz yolun tutdu ölkəmiz,
Məqsəd aydın idi, fikirlər təmiz.
Milli maraqlardan doğan hər nə var,
Ona xidmət
etdi yeni iqtidar.
"Əsrin kontraktı" -
bu bir möcüzə,
Öndər siyasətin çıxardı
üzə.
Düşmənə ox oldu, bu iş, bu
əməl,
Qoydu gələcəyə
köklü bir təməl.
İnkişaf xəttini götürdü
millət,
Artıq qalib oldu zəka,
siyasət.
Ağıla sığmırdı bu qədər işlər,
Siyasi məharət,
düzgün gedişlər.
Müstəqilliyimiz möhkəm, inamla,
Addımlar atırdı düzgün,
aramla.
Ölkə dəyişməkdə, durulmaqdaydı,
Yeni Azərbaycan
qurulmaqdaydı.
Düşmən də çox idi kənarda, içdə,
Lövbər salmışdılar qıraqda,
küncdə.
Dövlətə qəsd oldu bir neçə dəfə,
Lakin yetişmədi
naqis hədəfə.
"Heydər - xalq birliyi" düşdü
dillərə,
Bənzədi kükrəyən coşqun
sellərə
Anlatdı zor yolun mümkünsüzlüyün,
Ağlın qarşısında öz
gücsüzlüyün.
Rəhbər zəkasıyla ucaldı
qat-qat,
Bəxş etdi yurduma rahat,
xoş həyat.
Sevdi insanları, sevdi dünyanı,
Dolaşdı Yer üzün şöhrəti, şanı.
Ucaltdı vətəni özüylə
qoşa,
Mətin iradəsi, sözüylə
qoşa.
Tanındı, sevildi azad məmləkət,
Süfrəmdə çoxaldı ruzi, bərəkət.
Çətin günlərimiz qaldı arxada.
Tarixə çevrildi aclıq, qan-qada.
Yeni inkişafa
imzalar atdıq.
Sürətli yüksəliş yoluna çatdıq.
Addımlar atıldı Avropaya,
Orada bayrağım
qalxdı havaya.
Sözümüz, səsimiz tutdu
dünyanı,
Artıq işləmədi düşmən
yalanı.
Dövlət, xalq yolunda o ulu rəhbər.
Qalmış ömrünü də etdi səfərbər.
Xaricə
edilən hər səfərində
Görürdü hər işi yerli-yerində.
Yaddan çıxarmırdı soydaşlarını,
Doğma, əziz olan qardaşlarını.
Arzusu, istəyi birlik yaratmaq,
Elin dar gününə dirrik yaratmaq.
O qoydu birliyin ilk təməlini,
Göstərdi özünün xoş əməlini.
Bakıda
baş tutdu böyük qurultay,
İnsan axınına sığmırdı
saray.
Söz-söhbət xalqımdan-bizdən gedirdi.
Sabaha yol açan izdən gedirdi.
Kürsüyə yan aldı Öndərin özü
Salonu titrətdi
hər fikri, sözü.
Qürurla söylədi adlı-sanlıyam,
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
Haşiyə
Bağışlasın oxucu,
Nəzər salsın gözucu.
Artıq
oldu bir heca,
Sözlərimdən ən uca...
Milli kimliyiylə fəxr edən düha
Uzaqgörənliklə baxdı sabaha.
Göstərdi ağılın-zirvə qüdrətin,
Gizlədə bilmədi dünya
heyrətin,
Onun qayıdışı
bir duruş idi.
Ölkəmdə sabitlik, qurtuluş idi.
Qurtuluş dəf etdi neçə bəlanı,
Qardaş qırğınını, odu,
talanı.
Qurtuluş gətirdi xalqa nicatı,
Nail olduğumuz gözəl həyatı.
Necə
vəsf etməyim o günü mən də,
Bütün bəd əməllər salındı bəndə.
Deyirəm, a dostlar, sözümün
canı -
O oldu, O oldu elin
həyanı.
Baharın son ayı - 15 iyunda,
Min doqquz yüz doxsan üçdə-yurdumda.
Vətənsevərlərin arzu, əməli,
Böyük qurtuluşa qoydu təməli.
O, yeni ölkəni etdi ərməğan
Onun dahiliyin kəşf etdi zaman.
Bir də başqa töhfə-sevindi hamı,
Bəxş etdi yurduma oğlu İlhamı!
Ədalət.-2018.-10 fevral.-S.14.