Ruhumun pıçıltıları
(Ordan-burdan)
Mayis Yanardağ
Dedim: Mənim inamım var idi ki, əridəcək ahım dağları:
Dedi: Yaxşı! Bəs necə oldu?
Dedim: Təəssüf, çox
təəssüf: Heyhat!
Əritdi dağlar məni
- dağı məni.
Dedi: Sən nə qədər zəif, aciz adamsan?
Dedim: Xeyir, məni o cür sanma, mən zəif məxluq olsaydım dünyadan qaçmaq fikri ilə üzbəüz durmazdım.
Dedi: Necə, Sən dünyadan qaçmaq istərdin?
Dedim: Bəli!
Dedi: Sən dünyadan qaça bilməzsən, axı dünya fırlanır. Gəzib-gəzib
axırda həmin nöqtəyə qayıdası
olacaqsan!
Dedim: Yaxşı! Bəs mən onda nə edim?
Dedi: Yaxşı nədir sənin istəyin-arzun?
Dedim: Bilmirəm?
Dedi: Nə üçün razılaşmırsan gəlimli-gedimli
dünyanın mövcud
qanunları ilə? Axı sən kimsən?
Dedim: Onu izah edə
bilmərəm!
Dedi: Əslində
Sən bilirsən kimsən. Lakin izah etmək
istəmirsən. Bəlkə bir
çoxları kimi sən də altunlar, xəzinələr,
var-dövlət həsrətilə
elə odlanıb, için-için yanıb
vulkan kimi püskürmək istəyirsən.
Dedim: Əsla! Mən həyatım boyu
belə xülyalardan,
xəyallardan uzaq olmuşam.
Dedi: Onda nədir səni narahat edən hisslər, duyğular?
Dedim: Dedilər bir çoxları kimi sən də pişik kimi miyulda, ğülkü kimi quyruq bulla,
Dedi: Bulla da nə olar?
Dedim: Xeyr! Axı mənim təbiətimə
o hisslər, o duyğular
yaddar mən bacarmaram.
Dedi: Onda qaç, arxana bir daha baxmadan
qaçg Bu dünyadan
Özgə ikinci dünyaya, ikinci planetə qaç.
Dedim: Axı mənim hələlik ikinci dünyaya qaçmaq, köçmək həvəsim
marağım yoxdur. Mən cəmiyyətdə hazırda
fironluq edən, Yaqoların, Fransların sonunu görmək istərdim.
Dedi: Onda özün bil! Döz bu mühit bu
gediş bu şəraitə. Cəmiyyətin
mövcud qanunları ilə razılaş!
Dedim: Razılaşmaq olduqca çətindir mənimçün.
Axı içim yanır.
Dedi: Bir stəkan soyuq bulaq suyu iç.
Dedim: O bir stəkan bulaq suyun içmək
arzusu ilə Qafqaz dağlarına getdim. Dağların, füsunkar torpaqların,
soyuq bulaqların, meşələrin hasara alıblar. Bu dağlar da mənə imkan vermədilər ki, bir stəkan su içim. Yanğım
içimdə qayıtdım.
Dedim: Ay
qız nədir adın!
Dedi: Neynirsən, yaşlı adamsan yolunnan get.
Dedim: İstəyirəm "şortik"
geyməyinizin sirrini bilim.
Dedi: Sən belə şeyləri duymazsan. Mən öz cismimi
göstərirəm.
Dedim: Axı bu forma geyinmək ayıbdır
Dedi: Ayıb -Nədir?
Dedim: Ay
qız, köhnəliyə
daş atma, ğunun müsbət keyfiyyətlərindən istifadə
edin.
Deedi: Başımı çox xarab etmə. Sənlik deyil bu dünya! Sən telekanallarda gedən kinolara baxmırsan?
Dedim: Baxıram. Bu mənəviyyatsızlığı,
əxlaqsıxlığı deyirsən? Bunu görürəm.
Dedi: Onda gör-götür dəstədən
geri qalma!
Dedim: Axı necə görüm-götürüm ki,
dünən bir nəfərin doktorluq işinin müdafiəsində
iştirak edirdim. Hamı müdafiə edən şəxsin qohum-əqrabasını,
dostunu, tanışını
tərifləyirdi. Lakin, o şəxsin
elmə gətirdiyi yenilik barədə bir söz deyən
olmadı.
Dedi: A kişi
səndən başqa
o duyğunu, o fikiri heç kim anlayıb, başa düşmədi?
Dedim: Bilmirəm, görmədim.
Dedi: Dostum nə üçün həyatından gileylisən?
Dedim: Yox əksinə mən həyatdan çox razıyam. Axı Allahdan nə arzu dilədimsə mənim diləyimi yerinə yetirdi. Məni istəməyənlərdən daha çox yaşadım. Lakin bu qədər artıq yaşa dolanda sanki mühit, cəmiyyət, insanlar tərəfindən qəbul
olunmursan. Bir az o hal
insanda təəssüf
hissləri oyadır.
Dedi: Nə demək istəyirsən?
Dedim: Axı gənclik illəri çox maraqlı olur.
Dedi: Bağışlayın,
harda yaşayırsan?
Dedim: Azərbaycanda.
Dedi: Orada həyat tərzi necədir? Sizi qane edirmi insanlar?... Onlara baxışınız? Onların Sizə baxışları?
Dedim: Köhnə xətir, izzət, məhəbbət,
abır-həyat get-gedə
ərşə çəkilir.
Bir tikə çörəkdən
ötrü insanlar hər sifətə düşür. 1940-50-60-cı
illərin adamı, atası, qardaşı, əmisi, dayısı olmaq istərdim.
Dedi: Bütün bunlar bizə Avropadan gəlməkdədir.
Siz bunları nə üçün qəbul etmək istəmirsiniz?
Dedim: Bilmirəm.
Dedi: Bəs bu təhsildə, elmdə baş verməkdə olan bu fəsadların səbəblərini nəylə
izah edərdiniz?
Dedim: Bilmirəm. Sizin bu sualınıza
qoy başbilənlər
cavab versin.
Dedi: Sən nə cür adamsan?
Dedim: Qeyri-adi adam
deyirlər.
Dedi: Doğma torpaqların Zəngəzurun, Göyçə
mahalı, ata-ananın
məzarları yadına
düşürmü?
Dedim: Onu sorma. Ürəyimdə ən dəhşətli yralarımdandır. Biz dünya xalqlarına nahaq yerə bel bağlayırıq.
Dedi: Axı heç ölkə daxilində müharibənin
törətdiyi faciələri
əks etdirən, reklamlara, çağırışlara
rast gəlmirik.
Dedim:
Biz get-gedə bu sahəyə baxışlarda
ögeyləşib, biganələşirik.
Dedi: Həqiqət
nədir? O gözə
görükürmü?
Dedim: Onu görə bilmədim.
Dedi: Yalan nədir?
Dedim: Şekspirin "Otello"
əsərinin məşhur
obrazı Yaqo yalan və yalançılığın
ən yuvarlıq formasıdır.
Dedi: İşdə,
cəmiyyətdə yaqolar
mövcuddurmu?
Dedim: Bəli, Şekspir dövründə olduğu
kimi indi də daha çox
mövcuddur. Xalq Yaqoları sevir.
Yüksək sinif onları
dəstəkləyir.
Dedi: Görürəm çox
əsəbisən.Bəlkə bir həkimə gedib bir qədər
müalicə qəbul
edəsən.
Dedim: Görmürsən indi dünyanın başbilənləri
varlanmaq xatirəsi üçün xüsusi
preparatlar düzəldir,
sonra da xəbər yayılır
ki, "Donuz qripi", "Quş qripi" gəldi qaçın. Mən neçə həkimə
gedə bilərəm?
Dedim: Müasir cəmiyyətdə
tüğyan edən hadisələrə düzgün
anlaşıqlı şəkildə
qiymət verməyi bacarmayan bir sıra məmurlar və qurum rəhbərləri
Mixail Qorbaçovun aldığı Nobel mükafatını
geri almağı tələb edir.
Dedi: Onların buna gücləri çatmaz. Onldar qoy bizim cəmiyyətdə mənəvi
həyatımızda baş
verən Neqativ Hallara Qarşı mübarizə aparmaq yolları barədə bir təklif verə bilərləsə
versinlər. Bilmirlərsə...
Dedim: Tarixi keçmişdən
bizlərə miras qalmış gözəl adət-ənənə, ədəb-ərkan,
qayda-qanunları, bu gün köhnəlmiş,
nimdaş kastyum kimi, əynimizdən, soyunub kənara atırıq. Qərbin, avropanın cırıq
şalvar (əldən
düşmüş) yararsız
hala düşmüş
"kəstiyumlarım" geyməklə özümüzü
avropalaşdırırıq. Bu nə üçündür?
Dedi: Ay canım! Bu sən
girən kol deyil. Qoy buk imi məsələlərə, ölkəmizin
adlı-sanlı elm-sənət,
təhsil sahəsində
çalışan insanlar
bir dəyərli fikir söyləsinlər.
Dedi: Nə olsun?
Dedim: Maraq üçün soruşdum. Anam, bacım bu
torpağı neçəyə
satırsan?
Dedi: Oğul quruşqası bir manata.Bu torpaq evlərdə bəzək
ağacları və limon ağacına
tökmək üçündür.
Dedim: Ay
bacım bəs görən bizim o, qoyub gəldiyimiz torpaqların ölçüsü-bicisi
olsaydı onun pulunu hesablamaq olardımı?
Dedim: Ölkədə bir sıra özlərini gözə soxub, gündəmdə qalım
deyə, yerli-yersiz-bizim
elm-sənət adamlarının
aşağılayan insanlar.
Bizim keçmişimizlə işiniz
olmasın. O, kimi
dəyərli insanlraı
- aşağılamayın? Siz Ziya Bünyatov, Babək, N.Nərimanov,
M.Ə. Sabir, S.Vurğun,
C.Abdullayev kimi insanları aşağılamaqda
- haqqınız yoxdur.
Dedi: Çox sağ olun.
Ədalət.-2018.-10 fevral.-S.16.