GÖYÇAY: YÜKSƏLİŞƏ DOĞRU İNAMLI ADDIMLARLA

 

 (əvvəli ötən saylarımızda)

 

Ötən illər ərzində Heydər Əliyev və Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksi, Şahmat məktəbi, Musiqi məktəbi, YAP rayon təşkilatı üçün inzibati bina istifadəyə verilmiş, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmışdır.

Üçüncü Dövlət Proqramında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində 2017-ci ildə də müəyyən işlər görülmüşdür.

Rayonda emal sənayesinin inkişaf etdirilməsi, mövcud potensialdan daha dolğun istifadə edilməsi sahəsində əməli tədbirlər davam etdirilmiş, "Aznar" Qapalı Səhmdar Cəmiyyətində şəkərsiz kompot istehsalı sexində avtomatlaşdırılmış axın xətləri quraşdırılmış, "Göyçay-Süd" ASC-nin pendir sexində yenidənqurma işləri aparılmaqla istehsal gücü əlavə olaraq 5 ton artırılmışdır. Bütün bunlar həmin müəssisələrdə rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalını əsaslı şəkildə artırmışdır.

Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslı təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli sərəncamına əsasən ayrılmış vəsait hesabına 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini əhatə edən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisinə başlanılmışdır.

Təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində işlər davam etdirilmiş, 2017-ci ildə Hacağabəyli kəndində 24 yerlik modul tipli sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmiş, şəhər 2 saylı, Qaraman və Mallı-şıxlı kənd tam orta məktəbləri əsaslı təmir olunmuşdur.

Üçüncü Dövlət Proqramının həyata keçirildiyi 2014-2017-ci illərdə 3831 yeni yeri açılmışdır. Bütövlükdə birinci Dövlət Proqramı qəbul edilən 2004-cü ildən rayonda 13870 yeni yeri açılmışdır ki, bunun da 11819-u və ya 85,2 %-i daimi yerləridir.

2017-ci ildə rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrin kollektivləri öz fəaliyyətlərini gücləndirməklə işlərini günün tələbləri səviyyəsində qurmağa səy göstərmişlər.

İl ərzində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəyyən tədbirlər görülmüş, diqqətdə saxlanılan əsas məsələlərdən biridirektor və müəllim vəzifələri üzrə yaranmış vakant yerlərin sistemə daxili və ümumtəhsil müəssisələrində kadrlara təlabatın yaxşılaşdırılması olmuşdur. Rayon üzrə 6 direktor və 75 müəllim vəzifəsi yeri vakansiya sisteminə daxil edilmişdir.

Keçən il tam orta təhsil bazası əsasında 611 nəfər sənəd vermiş, onlardan 322 nəfər tələbə adı qazanmışdır. Məktəblər arasında şəhər 1, 3, 5,6,7 nömrəli şəhər, Kürdəmiş, Potu, Ləkçıplaq kənd 1 nömrəli kənd tam orta məktəbləri daha müvəffəqiyyətli nəticələr göstərmişlər.

Hesabat dövründə Dövlət İdarəetmə və Texnologiya Kollecində təlim tərbiyə prosesinin təkmilləşdirilməsi və dərslərin keyfiyyətinin yüksəldilməsi üçün interaktiv təlim metodlarından ardıcıl və səmərəli istifadə olunmuş, kollecin maddi-texniki bazanın daha da möhkəmləndirilməsi sahəsində müəyyən tədbirlər həyata keçirilmiş, yeni kompüterlər alınaraq kompüter sinifləri təşkil edilmiş və internetə qoşulmuşdur. Fərdi təlim dərslərini keçmək üçün kollecin balansında olan avtomobiltraktorlar yararlı vəziyyətə gətirilərək texniki baxışdan keçirilmiş, dövlət nömrə nişanları alınmış və sürücülük dərsləri keçmək üçün istifadəyə verilmişdir.

Rayon əhalisinə 205 çarpayılıq Mərkəzi rayon xəstəxanası, təcili və təxirə salınmaz tibbi yardım stansiyası, 25 çarpayılıq Qaraməryəm kənd sahə xəstəxanası, 16 kənd həkim məntəqəsi, 31 kənd tibb məntəqəsi, Gigiyenaepidemiologiya mərkəzi, Təsərrüfat hesablı stomotoloji polikilinikaBioloji Təbabət Klinikası xidmət göstərir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 may 2017-ci il tarixli 29 saylı əmrinə əsasən rayon Uşaq xəstəxanası ləğv olunaraq Pediatriya şöbəsi kimi Mərkəzi rayon Xəstəxanasına birləşdirilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək respublikamızın hər yerində olduğu kimi rayonumuzda da əhalinin kütləvi müayinəsi həyata keçirilmiş, 75636 nəfər 18 yaşan yuxarı rayon sakini müayinə olunmuşdur. Onlardan 2188 nəfərinə ambulator müayinə təyin olunmuş, 491 nəfər stasionar müalicəyə cəlb olunmuş, 217 nəfər müalicə üçün Bakı şəhərində yerləşən xəstəxanalara göndərilmişdir. Müayinəyə gələnlərdən 24 nəfərinin üzərində əməliyyat aparılmışdır.

Göyçay rayon Mədəniyyət və Turizm idarəsi 2017-ci ilin yanvar ayından Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Göyçay rayonu üzrə nümayəndəliyi adı altında fəaliyyət göstərir.

Hesabat dövründə əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı bir sıra kütləvi tədbirlər, müxtəlif mövzularda dəyirmi masalar, ədəbi-bədii gecələr, elmi-tarixi konfranslar keçirilmişdir.

03-04 noyabr 2017-ci il tarixdə Göyçayda ənənəvi 12-ci Nar festivalı təşkil edilmiş, rayonun bütün mədəni-maarif müəssisələrinin özfəaliyyət kollektivləri həmin bayramda yaxından iştirak etmişlər.

Hesabat dövründə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların müəyyən edilməsi, əhalinin məşğulluğunun artırılması istiqamətində bir sıra işlər görülmüşdür. Məşğulluq imkanlarının genişlənməsi, əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının gücləndirilməsi, yardımların təyin olunmasının elektronlaşdırılması ilə əlaqədar sui-istifadə hallarının tam aradan qaldırılması ünvanlı sosial yardım proqramlarına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 1246 ailə ünvanlı sosial yardım alırdısa ilin sonuna belə ailələrin sayı 517 vahid azalaraq 729 olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən 4 dəfə azalıb.

Hesabat dövründə əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni yerlərinin açılması və ilk növbədə imkansız vətəndaşların işlə təmin olunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 1167 yeni yeri açılmışdır ki, bunun da 1160-ı daimi iş yerləridir.

2017-ci ildə rayonda 142 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2016-cı illə müqayisədə 3 faktya 2,1 faiz azdır. Baş vermiş cinayət hadisələrinin 133-nün açılması təmin edilərək məhkəməyə göndərilmiş, açılma faizi 93% olmuşdur. Əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayət hadisələri 3,3 dəfə azalmışdır.

Hesabat yığıncağında rayon həyatının digər istiqamətləri haqqında da söhbət açılmış, perspektiv tədbirlərin ünvan və mahiyyəti diqqətə çatdırılmışdır.

 

Ədalət  2018.- 13 fevral.- S.4.