ZAQATALA: UĞURLARA SEVİNMƏK HAQQI
Hər dəfə bu şahanə gözəlliklə baş-başa qalanda sanki ilk dəfə görürmüş kimi heyrətini gizlədə bilmirsən. Həm də düşünürsən: görəsən, bu dünyada təbiət gözəlliyi ilə şəhər anlayışının, şəhər doğmalığının bu dərəcədə bir-birini tamamlayan başqa oxşar yerlər də varmı, yoxmu?.. Mən əzəmətli gözəlliyin bu bitkin harmoniyasından, xəyalların necə gerçək olmasından çox söhbətlər açmışam, çox məqalələr yazmışam. "Qızıl güllər" diyarının füsunkarlığından, Zaqatalanın tarixi abidələrindən, müasirliyindən, bir vətən incisi olmasından qürurla danışmışam həmişə...
İndi də belədir. Ən önəmlisi isə budur ki, Zaqatalanın təbiət gözəllikləri və urbanik inkişafı ilə yanaşı, sakinlərinin də həmişə nikbin və gülərüz görünməsidir. Mən bu qənaətimi şəhərin müxtəlif yerlərinə baş çəkərkən icra başçısı Mübariz Əhmədzadə ilə bölüşəndə o, bütün bunların səbəbini daha korrekt ifadə etdi. Təcrübəli icra başçısı dedi:
-Bilirsiniz, Tanrının bəxş etdiyi təbiəti də mütləq olaraq qorumaq lazımdır. Mövcud olanların hamısını qorumaq və müasirləşdirmək insani borcdur. Rayonumuzun hər bir sakini öz eli-obası və bütövlükdə vətəndaşı olduğu respublikası ilə fəxr edir, bu hissləri qürurla yaşayır. Kənd və qəsəbələrimizdə, rayon mərkəzində gördüyünüz bu inkişaf, müasirləşdirmə, sosial tərəqqi dövlət qayğısının nəticəsidir. Bəli, Zaqatala bütün istiqamətlər üzrə nümunəvi bölgələrdən birinə çevrilib. Bu, ölkə rəhbərliyinin daim diqqət mərkəzində olan məsələdir. Əbəs yerə deyil ki, bütün Zaqatala camaatının sevdiyi, fəxr etdiyi möhtərəm prezidentimiz hakimiyyəti dövründə bu rayona 8 dəfə səfər etmiş və bu səfərlərin hər biri əsl bayrama çevrilmişdir. Bunun nəticəsidir ki, zaqatalalılar artıq indidən növbəti prezident seçkiləri üçün ürək sözlərini bildiriblər: "Bizim Prezidentimiz cənab İlham Əliyevdir!"
Zaqatala sakinləri təkcə göstərilən qayğı və diqqətə görə deyil, onların əməyinə verilən qiymətə görə də cənab Prezidentə daim minnətdar olduqlarını bildirirlər. Başda Mübariz Əhmədzadə olmaqla rayonun neçə-neçə dövlət məmuru, təhsil və səhiyyə işçisi, iş adamları Prezident tərəfindən orden və medallar, fəxri adlarla mükafatlandırılmışlar. Qürurverici məqamlardır əlbəttə ki. Bütün bunlar isə təbii olaraq ölkə rəhbərliyinin qayğı və diqqətinə onun vətəndaşlarının layiqli töhfəsidir, inam və rəğbətinin ifadəsidir.
Bu günlərdə Zaqatala rayonunda keçirilən 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı da sanki bir bayram əhval-ruhiyyəsi ilə davam etmişdir. "2017-ci ildə Zaqatala rayonunun sosial-iqtisadi yekunları, 2018-ci ildə qarşıda duran vəzifələr barədə" Zaqatala Rayon İcra Hakimiyyəti başçısının hesabatı və "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 4-cü ilinin yekunları"na həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının nitqindən irəli gələn vəzifələr haqqında Mübariz Əhmədzadənin məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə demişdir:
- İnkişaf üçün təbii ki, ilk növbədə, ölkədə sabitliyin, əmin-amanlığın olması, təhlükəsizliyin tam təmini əsas şərtdir. Bu baxımdan 2017-ci il Azərbaycan üçün uğurlu oldu. Belə ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artdığı bir vaxtda Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayır, ölkədə normal həyat təmin edilir.
Respublikamızda sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması nəticəsində rayonumuz da öz inkişafını davam etdirmişdir.
Yola saldığımız 2017-ci il Zaqatala rayonunun həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olmuşdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ilin ən yadda qalan hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqust ayının 3-də Zaqatala rayonuna səfəri olmuşdur ki, məhz onun yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın bütün regionlarının, o cümlədən Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş vermişdir.
2017-ci il ərzində rayonda 381,1 milyon manat ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,9 faiz çoxdur. Məhsul istehsalı sənayedə 40,5 faiz, kənd təsərrüfatında 12,9 faiz, ticarətdə 4,6 faiz, rabitədə 10,0 faiz, nəqliyyatda 2,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 14,0 faiz, pullu xidmətlərin həcmi 9,3 faiz artmış, 2445-i daimi olmaqla 2525 iş yeri açılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 4,0 dəfə artaraq 49,2 milyon manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 3,3 dəfə artaraq 39,4 milyon manat təşkil etmişdir.
Sənaye parklarının yaradılması istiqamətində Rayon İcra Hakimiyyəti və "RR" şirkətlər qrupu tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndində "Şimal-Qərb" brendi altında Sosial Ticarət mərkəzinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılmışdır.
2017-ci ildə rayonda sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki, Qax, Zaqatala və Balakən sahibkarlarının iştirakı ilə "Sahibkarlığın güzəştli kreditləşməsi məsələlərinə dair" işgüzar forum keçirilmişdir. Tədbir çərçivəsində rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş və il ərzində kiçik həcmli investisiya layihələrin maliyyələşdirilməsi məqsədi ilə 42 layihə üzrə 667,1 min manat həcmində güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 104-dən çox yeni iş yerinin açılmasına imkan vermişdir.
2017-ci ildə rayonun iqtisadiyyatına qoyulmuş investisiyanın həcmi 17158,2 min manat olmuşdur ki, onun da 0,8 faizi-139,0 min manatı xarici, 99,2 faizi-17019,2 min manatı yerli investisaya təşkil edir. Cəlb olunan investisiyanın 50,2 faizi məhsul istehsalı obyektlərinin, 25,0 faizi xidmət sahələri üzrə obyektlərin, 11,6 faizi bağçılığın inkişafına, 13,3 faizi isə ümumi sahəsi 3117 kvadrat metr olan yaşayış evlərinin tikintisinə qoyulmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına 10019,4 min manat, o cümlədən bağçılığın inkişafına 1985,9 min manat, tərəvəzçiliyin inkişafına 13,5 min manat, gülçülüyün inkişafına 8000,0 min manat, baramaçılığın inkişafına 20,0 min manat özəl investisiya yönəldilmişdir.
Sanaye sahəsinin inkişafına 572,3 min manat, ticarət sahəsinə 345,0 min manat, tikintiyə 2300,0 min manat, sair xidmət sahələrinə isə 3821,5 min manat özəl investisiya qoyulmuşdur.
2017-ci il ərzində büdcəyə vergi və tədiyyələr üzrə 7,8 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 101,8 faiz icra edilmiş, bu da keçən illə müqayisədə 210,0 min manat çoxdur. Gəlirlərin 25,1 faizi dövlət sektorunun, 74,9 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan 336 vergi ödəyicisinə 2923,2 min manat həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 2130,0 min manat subsidiya alınmış, büdcə xərcləri 9 milyon 492 min manat və ya 96,8 faiz icra olunmuşdur.
2017-cı il ərzində 685 pensiya işi təyin edilmiş, 16537 pensiyaçıya xidmət göstərilmiş, 3,9 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 89,8 faiz icra edilmişdir.
Hesabat dövründə rayonda 213 nəfər kimsəsiz qocalara xidmət göstərilmiş, 4931 nəfərə sosial müavinət, 376 nəfərə Prezident təqaüdü, 1944 ailənin 7640 üzvünə ünvanlı sosial yardım verilmişdir. Heydər Əliyev Fondu tərəfindən ünvanlı sosial yardım alan 2740 ailəyə ərzaq yardımı bağlamaları paylanılmışdır.
Ötən dövrdə rayonda 1423 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 523 nəfər münasib işlə təmin olunmuş, 118 nəfərə işsizlik müavinəti verilmişdir. "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olan 26 nəfəri özünə məşğulluq ləyihələrinə cəlb edilərək "Öz biznesinə başla və təkmilləşdir" mövzusunda xüsusi təlimlər keçmiş, onların tərtib etdiyi aktivlərə əsasən 20 nəfərə öz biznesinə başlamaq üçün mal-material verilmişdir.
Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda 2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 122,9 milyon manata çatmışdır...
Yığıncaqda qeyd olunmuşdur ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı rayonda kənd təsərrüfatı tədbirləri davam etdirilərək 2017-ci ilin məhsulu üçün 10758 ha sahədə payızlıq taxıl, o cümlədən 7410 ha sahədə buğda, 13690 ha sahədə yazlıq bitkilər, o cümlədən 4302 ha sahədə qarğıdalı, 4 ha sahədə vələmir, 174 ha sahədə paxlalılar, 743 ha sahədə tütün, 182 ha sahədə dən üçün günəbaxan, 89 ha sahədə qazanlıq gülü, 99 ha sahədə soya, 1547 ha sahədə kartof, 2112 ha sahədə tərəvəz, 791 ha sahədə bostan bitkiləri və 3647 ha sahədə yonca əkilmişdir.
Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi nəticəsində rayonda ötən ildə 34674 ton taxıl, o cümlədən 24008 ton buğda, 24048 ton qarğıdalı, 6 ton vələmir, 348 ton paxlalı, 891 ton tütün, 421 ton dən üçün günəbaxan, 105 ton soya, 18595 ton kartof, 20667 ton tərəvəz, 8938 ton bostan məhsulu, 59474 ton quru ot, 850 ton üzüm, 54,5 ton yaşıl çay yarpağı, 35090 ton meyvə, o cümlədən 13422 ton fındıq istehsal olunmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət 2018.- 14 fevral.- S.4.