ZAQATALA:
UĞURLARA SEVİNMƏK HAQQI
(əvvəli ötən
saylarımızda)
Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə son məhsul istehsalını təmin etmək mümkündür. O cümlədən qızılgül sahəsində də yaxşı inkişaf var".
Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılmışdır. 2017-ci ildə rayonda 242,7 min m3 həcmində suvarma kanalları lildən təmizlənmiş, 250 pm uzunluğunda suvarma kanalları beton üzlüklə örtülmüş, kanallar üzərində olan 14 ədəd hidrotexniki qurğu təmir olunmuşdur.
Ötən ildə rayonda Muxax, Tala, Qanıx və Bəkməz çaylarında 828,0 min m3 həcmində cay yataqları təmizlənmiş, Suvagil, Əliabad, Qımır, Çobankol, Mamrux, Gözbarax və Yuxarı Çardaxlar kəndlərində yaşayış məntəqələrinin qorunması məqsədi ilə Muxax çayda 1476 m3 daş beton bəndlər təmir edilmiş, Muxax çayda 735 m3 həcmində qabion bəndlər quraşdırılmışdır.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər və daxili imkanlar hesabına Rayon İcra Hakimiyyəti tərəfindən aparılan böyük abadlıq-quruculuq işləri sosial sahədə mövcud problemlərin həllini sürətləndirmiş, Zaqatala şəhərində, rayonun qəsəbə və kəndlərində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.
Cənab Prezidentin rayona sonuncu səfərindən sonra Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Rayon İcra hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3.0 milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2.0 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1.0 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar əsaslı təmir ediləcək binalar müəyyən edilmiş, abad həyət layihəsi əsasında Sülh küçəsi 1, 3, 9 və 11 saylı 5 mərtəbəli yaşayış binalarının həyətində abadlıq, şəhərin tarixi mərkəzinin bərpası və yenidənqurulması layihəsinin davamı olaraq Füzuli, 28 May küçələrində və Qala düzü pilləkənlərində bərpa, təmir işlərinə başlanılmışdır. Hazırda obyektlərdə abadlıq və təmir işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2017-ci il tarixli 3146 nömrəli sərəncamı ilə rayonun 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi məqsədilə "Azəravtoyol" ASC-yə 8,9 milyon manat, 11 avqust 2017-ci il tarixli 3164 nömrəli sərəncamı ilə M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri üçün "Azəravtoyol" ASC-yə 24,6 milyon manat və 12 avqust 2017-ci il tarixli 3166 nömrəli sərəncamı ilə R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası üçün 23,3 milyon manat vəsait ayrılmışdır. Hər üç yolda təmir işlərinə başlanılmışdır.
Hesabat dövründə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin toplanmasına nəzarətin artırılması Rayon İcra Hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri olmuşdur. Görülmüş tədbirlər nəticəsində həm əhali və həm də qeyri-əhali sektoru üzrə göstərilmiş kommunal xidmətlərin dəyərinin ödənilməsi 100 faizdən artıq olmuşdur.
2017-ci il ərzində rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qaz xətlərində təmir işləri davam etdirilmiş, müxtəlif diametrli borularla 3495 metr uzunluğunda yeni qaz xətti çəkilmişdir. İl ərzində 22 qeyri-əhali və 294 yeni əhali abonenti qeydiyyata alınmış, rayon üzrə əhali abonentlərinin sayı 21012-ə və qeyri-əhali abonentlərinin sayı 185-ə çatdırılmışdır. 176 ədəd məişət qaz sayğacı yeni SOKAR tipli qaz sayğacı ilə əvəzlənmiş, 178 ədəd smart tipli qaz sayğacı quraşdırılmış, 245 abonentin fərdi qaz xətti mənbəyə birləşdirilmişdir.
2017-ci ildə rayonun yaşayış məntəqələrində "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Zaqatala elektrik şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 9,32 km uzunluğunda 10-kv-luq, 17,6 km uzunluğunda 0,4 kv-luq hava xətləri, 85 ədəd 10/0,4 kv-luq transfarmator məntəqəsi əsaslı təmir olunmuş, 10 kv-luq elektrik verilişi xətlərində 15,0 km, 0,4 kv-luq elektrik verilişi xətlərində 5,2 km uzunluğunda yeni naqil çəkilmiş, 10-kv-luq hava xətində 270 ədəd, 0,4 kv-luq hava xətlərində 409 ədəd metal və dəmir-beton dayaq quraşdırılmış, 2416 ədəd elektron tipli sayğac quraşdırılmış, 2130 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 4 ədəd kompleks transformator məntəqəsi quraşdırılmışdır. 10 kv-luq Bəhmətli hava xətti yenidən qurulmuş, 110/35/10 kv-luq Bəhmətli y/stansiyasında 2 ədəd yeni müasir tipli 10 mva-lıq transformator quraşdırılmışdır. Rayon ərazisində 16,54 m uzunluğunda 0,4 KV-luq elektrik verilişi xətləri SİP kabel xətti ilə əvəz edilmişdir.
2017-ci il ərzində rayonda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18.4, hər 100 ailəyə düşən telefon sayı isə 85 ədəd təşkil etmişdir. Eyni zamanda hər 100 nəfərə düşən internet sayı 10, hər 100 ailəyə düşən internet sayı isə 46 vəhid təşkil edir. Telefon istifadəçilərinin sayı 460 nəfər artaraq 23406 nəfərə, genişzolaqlı internet istifadəçilərinin sayı 1622 nəfər artaraq 12664 nəfərə çatmışdır. Zaqatala telekommunikasıya qovşağının rəisi Ömərov Həsən Hüseyn oğlu Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 05 dekabr tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Hesabat ilində rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, məktəblərdə açıq dərslər, bilik yarışları, müsabiqələr təşkil olunmuş, ayrı-ayrı məktəblərdə müxtəlif fənlərin tədrisinin monitorinqi aparılmış və təlimin vəziyyətinin yüksəldilməsinə diqqət artırılmış, şagirdlərimiz müxtəlif müsabiqələrin zona və respublika mərhələlərində, idman yarışları və intellektual oyunlarda I, II və III yerlərə layiq görülərək Fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.
2017-ci ildə rayonda gənclər və idman sahəsində müxtəlif tədbirlər həyata keçirilmiş, bu tədbirlərə yüzlərlə yeniyetmə və gənc cəlb olunmuşdur. Həmyerlimiz Zutova Gözəl Həbibullah qızı sərbəst güləş idman növü üzrə qadınlar arasında keçirilən Dünya kubokunda III, Kişilər və Qadınlar arasında cüdo idman növü üzrə respublika çempionatında isə I yerə layiq görülmüşdür.
Rayonda səhiyyənin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, hesabat ilində Rayon mərkəzi xəstəxanasının həkimləri tərəfindən 163273 nəfər ambulator qəbul, 27752 nəfər evə gediş olmuşdur.
Rayonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması işi həyata keçirilmiş, 74304 nəfər müayinədən keçirilmiş, 7145 nəfərə ambulator, 92 nəfər stasionar müalicəyə cəlb edilmişdir. İl ərzində rayon əhalisi arasında milli peyvənd təqvimi əsasında müəyyən yaş qruplarına daxil olan əhali arasında peyvənd tədbirləri aparılmışdır.
Hesabat ilində Uşaq və Ailələrə Dəstək Mərkəzinə 209 nəfər müraciət etmiş, onlardan 27 nəfər işlə, 19 ailə ərzaq yardımı ilə, 9 nəfər dərman preparatları ilə təmin edilmiş, 5 nəfər peşəyönümlü kurslara cəlb edilmiş, münaqişəli 7 ailə barışdırılmış, 76 nəfər mərkəzin xidmətlərindən bəhrələnərək terapiya, inkişaf etdirici məşğələ, ingilis dili, loqoped, psixoloji konsultasiya xidmətlərinə cəlb edilmişdir. Mərkəzin direktoru İbrahimova Cövhərət İbrahim qızı 08 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.
Cari ilin noyabr ayının 18-də Zaqatala rayonunda ilk dəfə möhtəşəm "Fındıq-qoz-şabalıd" festivalı keçirilmişdir. Festivalda Yaponiyanın ölkəmizdəki səfiri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları və 10 minə yaxın ictimaiyyət nümayəndəsi iştirak etmişdir. Festivalda müxtəlif folklor nümunələri nümayiş etdirilmiş, yarışmalar təşkil edilmiş, milli mətbəx nümunələri, sənaye və istehsal müəssisələrinin məhsulları, maraqlı əl işləri sərgilənmişdir. Sonda respublika incəsənət ustalarının geniş konsert proqramı təşkil edilmişdir.
Sonda M.Əhmədzadə demişdir:
- Bu gün demokratiya və sivil inkişaf yolunu tutan müstəqil Azərbaycan Respublikası milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük təntənə ilə qeyd etməyə hazırlaşır. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik qürurunu inkişaf etdirdi, Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu gün inamla deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin yetərli iqtisadi və hüquqi bazası, maliyyə imkanları, yenidən qurulmuş infrastrukturu və müəyyən etdiyi strateji yol xəritələri xalqımızın daha yaxşı yaşamasına geniş imkanlar yaradır. Möhtərən Prezidentimizin Nazirlər Kabinetinin yığıncağında dediyi kimi; "Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır ...Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".
Ədalət.-2018.-16 fevral.-S.4.