Aprel şəhidinə həsr olunmuş kitab təqdim olundu
Cəmşid Naxçıvanski adına
hərbi liseyin təlim tədris mərkəzində 2016-cı ilin
aprelində Azərbaycanın
ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuş,
ölümündən sonra
" Azərbaycan bayrağı"
ordeninə layiq görülmüş Mİ-24 hərbi
helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr Vüqar oğlu İsmayılovun doğum günü şərəfinə AMEA N.Gəncəvi
adına Azərbaycan ədəbiyyatı muzeyinin
Aran regional şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə
doktoru Yaqut Bahadurqızının şəhidin
qısa, lakin şərəfli həyatından
bəhs edən
"Hay ver mənə,
cənab leytenant" kitabının təqdimat
mərasimi keçirilib.
Tədbirdən öncə liseyin kursantları müəllim
və komandir heyəti, şəhidin ailə üzvləri və yaxın dostları II Fəxri xiyabanda Əbu Bəkr İsmayılovun məzarı önünə
əklil və tər çiçəklər
qoyaraq xatirəsini yad ediblər.
Mərasim Azərbaycanın suverenliyi
və torpaqlarımızın
düşmən həmləsindən
qorunması uğrunda
şəhid olanların
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi
ilə başlanıb.
Tədbiri giriş sözü
ilə C.Naxçıvanski
adına hərbi liseyin şəxsi heyətlə
iş üzrə şöbə rəisinin
müavini, mayor Natiq Rəhimov açaraq hərbi liseyin məzunlarının qəhrəmanlıq
ənənələrindən danışıb və vurğulayıb ki, Əbu Bəkr İsmayılov bu ənənənin layiqli davamçısı olaraq
kursantlara nümunədir.
O, "Hay ver mənə,
cənab leytenant" kitabını şəhid
pilotun şərəfli
ömrünü işıqlandıran
dəyərli yaradıcılıq
nümunəsi kimi qiymətləndirib.
Liseyin kimya müəllimi Flora Hüseynova
sevimli şagirdi ilə bağlı kövrək xatirələrini
bölüşüb. Tədbirə qonaq qismində dəvət olunan Xalq artisti, qocaman
diktor Eldost Bayram çıxışında
hər bir şəhidin həyatının
ədəbi əsərlərdə
işıqlandırılmasının vacib olduğunu qeyd edərək kitabdan bir parçanı
tamaşaçılara oxuması
ilə hər kəsi kövrəldib.
Tədbirdə Milli Mədəniyyətin
Təbliği İctimai
Birliyinin Rəhbəri
Jalə Cəfərova,
şəhidin qardaşı
Əkbər İsmayılov
da şəhidlərimizin
xatirəsinin anılmasının,
onların ədəbi
əsərlərdə yaşadılmasının
gənc nəsil üçün yaxşı
örnək ola
biləcəyini vurğulayıblar.
Şəhidin anası Rəna
İsmayılovanın çıxışında
bütün şəhid
analarını dözümlü
olmağa, şəhid
övladları il öyünməyə,
kursantları şəhidlərimizin
qanını almağa,
Vətəni işğaldan
azad etməyə səsləməsi kursantların,
hərbiçilərin onu
ayaq üstə sürəkli alqışlaması
tədbir iştirakçılarına
təsirli anlar yaşadıb.
Lisey kitabxasının müdiri
Zemfira İsmayılova,
kitabxananın əməkdaşı
Vahid Məhərrəmli
və Ədəbiyyat
müəllimi Gülsəda
Amanqızının rəhbərliyi
ilə kursantların hazırldığı bədii
proqram tədbirə xüsusi ahəng verdi.
Sonda "Hay ver
mənə, cənab leytenant" kitabının
müəllifi Yaqut Bahadurqızı çıxış
edərək vətən
qarşısında borcunu
şərəflə ödəyən
şəhid Əbu Bəkr İsmayılovun ruhu qarşısında bir ziyalı kimi qəlb rahatlığı tapdığını
bildirdi və lisey rəhbərliyinə
xüsusilə rəis
müavini Kamran Nəsibova tədbirin keçirilməsinə göstərdiyi
dəstəyə görə
minnətdarlığını bildirdi.
Tədbir yığıncaq
iştirakçılarının ayaq
üstə alqışları ilə marş
sədaları altında Azərbaycan bayrağının kursantlar tərəfindən səhnəyə
gətirilməsi ilə başa
çatdı.
Ədalət.-2018.-16 vefral.-S.6.