Əbülfət MƏDƏTOĞLU: RUHUN AYDIN OLSUN!

 

Polad Qasımovsuz ötən bir ilin yığcam hesabatı

 

  (19 Fevral 2017-ci il)

 

, qardaş, xoş görüşdük, bu da bir il. Həmişəki kimi hal-əhval tutmaqdan başlayıram. Yəqin ki, sən uşaqları, nəvələri soruşacaqsan. Mən deyəcəm ki, hamısı əlindən öpür, sənə salamları var. Sonra yazı-pozudan soruşacaqsan, səhhətimlə maraqlanacaqsan. Mən deyəcəm ki, yazı-pozu boyuma biçilib, ölüncə yol-yoldaşımdı. O ki, qaldı səhhətə, onu da tapşırmışam dərmanlara. , bundan sonra mən sənin səhhətinlə maraqlanacam. Sən həmişəki kimi bircə kəlmə deyəcəksən:

 

- Sağ ol, ay qağa, babat dolanıram. Heç kimdən incikliyim, narahatlığım yoxdu, şükür bu günə. Əsas odur ki, evdə salamatçılıqdı. Hərdən xanımın təzyiqi olur, onu da qızım özü yoluna qoyur...

 

, bu hal-əhvaldan sonra yerindən qalxırsan deyirsən:

 

- Düşək aşağı bir çay içək. Onsuz da hər səhər Anarın bir manat çay pulunu verməsək rahat olmayacağıq. Həm siqaret götürərik, yəqin səndə qurtarıb.

 

Bax, beləcə başlayırdı hər günümüz. Amma düz bir ildi ki, mənim günlərim belə başlamır... düz bir ildi ki, mən səhərlər çay içmək üçün bufetə, Anarın yanına düşmürəm... düz bir ildi ki, bu sualları özümə verib cavabları da özümə qaytarıram. Amma bu gün, yəni səninlə ayrılığımızın düz bir il tamamında qəflətən hardansa ürəyimə gəlib doldu ki, sənə bir hesabat verim. Deyim ki, xəbərin olsun.

 

Doğrudur, bilirəm ruhun başımızın üstündədi, hər şeyi görürsən, eşidirsən, hər şeydən xəbərin var. Amma özümün sənə deməyimin bir faydası olar. Axı, bu hesabatdı...

 

Bəli, Polad müəllim, düz bir ildi ki, səni məndən soruşanlar olub. O soruşanlar arasında ölümünə inanmayanlar da xeyli var idi. Hətta elələri oldu ki, inanmayıb mobil telefonuna zəng vurmaq istədilər. mən onda səni soruşanların səmimiyyətinə bir daha inandım. Doğrudur, "meşə çaqqalsız olmur”, deyirlər. Dalınca ağız büzənlər , verdiyin çörəyi tapdalayanlar da tapıldı. Olsun! Biz onsuz da belə şeylərə öyrəşmişik. biz onu da yaxşı bilirik ki, hər kəsin rəhmət haqqı Allahın senzurasından keçir. Qəbul edib-etməmək onun ixtiyarındadı. Bəndə karədi ki, Allaha məsləhət versin, yol göstərsin. Sadəcə, mənə toxunan o oldu ki, məhz əlindən tutub ağızlarını çörəyə çatdırdıqların haqqını yedilər. Bax, bu ürək bulandarınlar olmasayadı, mən yəqin ki, sənin bu bir ildə mənsiz orda necə yaşadığını, nələr düşündüyünə daxilən narahat olmazdım. Bilərdim ki, yerin cənnət, ruhun rahat, özün qayğısızsan. Çünki sən doğrudan-doğruya yaşadığın ömürdə cənnəti, rahatlığı haqq eləmişdin. bir kimsə sənin sağlığında sənə nədəsə iynə ucu boyda da olsa irad tutmamışdı. İndi isə... Bəli, mən mövzunun həmin hissəsini Allahın ixtiyarına buraxıb keçirəm öz içimdəkilərə...

 

Qağa, sən doğurdan cənnətlik insansan, valideynsən, atasan, babasan. Çünki yurduna sahib olanlar öz tərbiyələriylə, öz əxlaqlarıyla sənə layiq olduqlarını bu bir ildə mənə sadəcə davranışlarıyla dönə-dönə sübut etdilər. Gördüm ki, oğlanların bir-birinə qarşı necə diqqətlidi... gördüm ki, bu iki qardaş analarına qarşı qədər həssasdılar... gördüm ki, nəvələrin qızın səni qədər uca tuturlar... şahidi oldum ki, xanımın öz ağbirçəkliyində necə dəqiq təmkinlidi. bir müşahidə etdim ki, ot kökü üstündə bitir. Yəni sənin zəhmətin, sənin qoyub getdiyin əzizlərinə güvənin yerində dəqiq imiş. Sən yanılmamısan verdiyin tərbiyədə, qoyduğun dəsti-xətdə, göstərdiyin yolda...

 

 

 

Qağa, bu bir ildə "Azərbaycan" nəşriyyatında da xeyli küləklər əsib. Tanıdığımız neçə-neçə sifətin tanımadığımız neçə-neçə sifəti üzə çıxıbdı. Söz, mətbuat bir az solxuyub, rəngi qaçıb. Maddi durum tarazlığını itirdiyindən mətbuatda çalışanların bir qismi perik düşübdü. Yadımdadı, sən hələ o vaxt demişdin ki, sözə, qəzetə, qazanc dalınca, çapıb-talamaq ardınca gələnlər dar məqamda duruş gətirə bilməyəcəklər. Bax, dediyin bu söz yerini alıb. mən sənin ağsaqqalcasına söylədiyin neçə-neçə fikirlərin, münasibətlərin göyərdiyini gördükcə bir daha sənin qələmə, sözə bağlılığına baş əyirəm.

 

Bütün bunlar bu bir ildə sənsiz yaşadıqlarımın yığcam xronikasıdı. Təfərrüatı özüm bildiyimdən mən çox dərinliyə getmirəm. elə bu bir ildə nəşriyyatda yaşadıqlarımın nələrdən ibarət olduğunu sən elə öncəki illərdə bildiyindən mən sənə ancaq ümumi mənzərəni söylədim. İstədim ki, bir daha əmin olasan ki, bu bir ilim sənsiz keçməyib... bu bir ildə səni məni tanıyan hər kəs səni məndən soruşmaqla yanaşı, sənə rəhmət oxuyubdu. Mən o oxunan rəhmətlərin səmimiyyəti içərisində bir dost, bir qardaş kimi təsəlli tapmışam. Hətta içimdə öz-özümə demişəm ki, bax, yaşamaq budur. Sağ-salamat ayaqda olanda qazandığını ruhun da yaşayırsa, deməli, bu, ölümsüzlükdü. Sevinirəm ki, sən mənim ölümsüz dostlarımdan birisən. Və...

 

, qağa, bu da bir il... bu bir ildə dünyada, məmləkətdə, nəşriyyatımızda, ailələrimizdə nələr olub hamısını bitdə-bitdə görüşəndə danışacam. Ona qədər isə sənin ruhuna səbir, mənim özümə görüşmək arzu edirəm. Necə deyərlər, söhbətimizin davamı qalsın ikimizin arasında. Sən narahat olma, hər şey öz axarıyla gedəcək. Çünki sənin çəkdiyin arx təkcə ayrılıqdan axan yaşları deyil, bütvölükdə sellərin, suların hamısını axıdıb apara bilmək gücündədi. Su isə aydınlıqdı. Ruhun aydın olsun!

 

 

Ədalət  2018.- 20 fevral.- S.6.