YƏSƏVİLİK VƏ
AZƏRBAYCANDA ŞAMAN-DƏRVİŞ
MƏDƏNİYYƏTİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Əvvəl ucu dünyanın bu başından başlayıb son ucu dünyanın o biri başında qurtaracaq böyük türk məmləkətinin XI yüzillikdəki
mütəfəkkir, müqtədir
şəxsiyyətlərindən biri Xoca Əhməd
Yəsəvidir. Xüsusən, türk mənəviyyatçılarının
- ədib və şairlərin öyrənilib
üzə çıxarılmasında
ölçüyəsığmaz xidmətləri olan Salman Mümtaz hələ çox-çox
illər bundan qabaq yazıb ki: "Ümumtürk ədəbiyyatında dörd
böyük sima vardır ki, onlar bir məhəllənin,
bir şəhərin və yaxud bir
qəzanın şairi
deyil, qocaman bir türk aləminin,
ucsuz-bucaqsız türk
ellərinin şairi- məşhuru olmuşlar. Bunlar qazanan adı-sanı başqa şairlər qazanmamışlar. Təbiri-caiz isə bunları nüfuz və qüdrətlərindən dolayı
iqlimkar cahangir deyil, ürəklərin, könüllərin fatehləri
adlandırmalıyıq. Çünki bu təbir daha münasib və daha uyğundur.
Füsunkar ilhamları sayəsində
hələ bizimlə
yaşayan bu ulu və böyük
insanlar bundan sonra da əsrlərlə
yaşayacaqlar. Tarix
və ölkə etibarı ilə onları böylə yan-yanaşı qeyd etməliyik: Xoca Əhməd Yəsəvi,
Seyid İmadəddin Nəsimi, Mir Əlişir
Nəvai, Molla Məhəmmədbağır Füzuli.
Zənni-acizanəmə görə, türksoylu bir oymaq, ulusu tapılmaz
ki, bu dörd
böyük dahini tanımaya bilməmiş ola. Qərbdə
Homer, Şekspir və
Molyer məşhur olduğu kimi, Şərqdə də bunlar eləcə məruf və məşhurdular".
"Piri Türküstan" tək şöhrətli bir ad almış Xoca Əhməd Yasəvi qaynaqlardan da bəli olduğu
kimi, doxsan doqquz min müridi olan mürşüddür,
özünün yaratdığı
təriqətin - "Yəsəvilik"in
başçısıdır, möcüzələr göstərmək
qüdrəti tapmış
və övliya mərtəbəsinə ucaldılmış
şamandır, xalq şeiri üslubunda sənət örnəkləri
qoşub-düzən və
"Divani-hikmət" adı
ilə tanınan əsərin müəllifidir,
təsəvvüf şairidir.
Əhməd Yəsəvinin bütöv
türk dünyasında
şöhrət qazanmasının
səbəbini başa
düşmək üçün,
azacıq da olsa, ötmüş tarixi göz qabağına qaytarmaq lazımdır. Bəlli olduğu
üzrə, yeddinci yüzilliyin ortalarından
başlayaraq onuncu yüzilliyin ortalarınacan
ərəb orduları
sıx-sıx yaşayan
türk ellərinə
dönə-dönə basqın
etmiş və bununla da türk
uluslarının islamlaşdırmışlar.
Bu da bəllidir
ki, islamın türklər arasına gəlişi və yayılışı yalnız
sosial-siyasi, dövlət
durumuna deyil, o sıradan dünyagörüş,
mənəvi-mədəni istiqamətlərə
də nüfuzlu təsir göstərmişdir.
Çünki islam ideoloqları çox yaxşı başa düşürdülər
ki, ideoloji təbliğat qılıncdan,
qoşun hücumlarından
heç də az kəsərli deyil. Odur ki, onlar çox ustalıqla hərəkət edir, islamı yayacaqları yerlərin adət-ənənələrini,
qayda qanunlarını
öz istədiklərinə
uyğunlaşdırır, onlara islami-süs verirlər. Bu işdə öncül fikir sahiblərini, qopuz-söz sənətkarlarını
tərəfə çəkmək
meyl idə çox qüvvətli olmuş və elə bunun özü həlledici mahiyyət kəsb etmişdir.
Bizə bu da bəllidir
ki, qopuz-ozan sənətində Qorqud
Ata ucalığı zirvəsinə
qalxa bilən elə Qorqud Atadan savayı bir kimsə olmamışdır. Boy boylayıb, söz söyləyib oğuzlar adına oğuznamələr qoşub
düzən Qorqud Ata həm də qayibdən dürlü xəbərlər söyləyən,
oğuz qövmünün
müşkül işini
həll edən, buyurduğu qəbul olan, sözü tutulub tamam edilən,
qam-şaman oğlu Bayandır xanın məclislərində çalıb
oxuyan ozanlar ozanıdır, qamdır, şamandır. Qorqud Atanın şaman olmasını sübuta yetirən dəlillər istər onun ömür şəcərəsində,
istərsə də
"Kitabi-Dədə Qorqud"un özündə çoxdur. Biz bunu
da bilirik ki, şamanlığı
səciyyələndirən əsas yönlərdən
biri şamanın sehr yiyəsi olması, möcüzə
göstərə bilməsidir.
Bu məsələdə Dədə Qorqudla bağlı təkcə bir dəlili yada salmaqla kifayətlənirik.
Boyların birində elçiliyə
- Banuçiçəyi Beyrəyə
istəməyə gedən
Dədə Qorqudu qızın qardaşı
Dəli Qacar qılınclamaq istəyir.
Bir şaman olaraq Dədə Qorqudun "Çalarsan əlin qurusun" - deməsi ilə Dəli Qacarın əli havadan asılı qalır.
Birincilərin fikrini biz daha çox abidədən oxuya gətirdiyimiz cümlədəki "yaxın"
kəlməsi ilə əsaslandırmaq istərdik. Bəlli olduğu
tək, sözügedən
deyim, yəni "yaxın" lap elə çağdaş Azərbaycan
dilində də, əsasən, əvvəli,
qabağı, irəlini
bildirmək məqamlarında
işlənir. Misal
üçün, biz "səhərə
yaxın", "Günortaya
yaxın", "axşama
yaxın" deyəndə,
sözsüz, səhərdən,
günortadan, axşamdan
önü , qabağı
başa düşürük.
Bunun əksi olaraq "səhərdən sonra, səhərdən keçmiş",
günortadan sonra, günortadan keçmiş",
"axşamdan sonra, axşamdan keçmiş"
deyirik. Deməli, buradan çıxış
edib "yaxın"
sözünə söykənməklə
Qorqud Atanın Məhəmməd peyğəmbərdən
qabaq Bayat boyundan çıxması
qənaitində olanlara
haqq qazandırmalı
oluruq. Bu həm də hələ o vaxtdır ki, islam türk
ellərinə gəlib
çıxmamışdır. Və Qorqud Ata da hələ
müsəlman deyil.
Qayıdaq "Rəsuləleyhüssəlam zamanı"
haqqındakı ikincilərin
fikrinə. Birincilərdən fərqli olaraq,
bunlar Qorqud Atanın Məhəmməd
peyğəmbərdən sonra
yaşamasını söyləyirlər.
Və bunların da dediklərində həqiqət
çoxdur. Çünki yenə də elə bir abidənin
özündə oğuz
qəhrəmanlarından Bəkdüz
Əmənin varıban
peyğəmbərin üzünü
görüb gəlib oğuzda yurd salmasından danışılır.
Dədə Qorqud Kərbəla
yazısında şəhid
olmuş peyğəmbərin
nəvələri Həsənlə,
Hüseyndən söz
açır. "Qadir tanrı günahınızı adı
görklü Məhəmməd
Mustafa hörmətinə bağışlasın"
deyir.
Məsələnin belə yön alması nə ilə bağlıdır? Yenə də
F.Köprülünün mənqəbəyə
söykənən bir
xəbəri köməyimizə
yetişir. O yazır
ki, Qorqud Ata Ərəbistana gələrək
Həzrəti Əbubəkrlə
görüşmüş və
İslam dinini qəbul etmişdir. Deməli, Məhəmməd peyğəmbərdən
sonra ilk xəlifə olmuş Həzrəti Əbubəkrlə görüş
ozan-dərviş olaraq
öz söyləmələrində
islamdan, onun qurucularından danışmağa
sövq etmişdir.
Sözsüz, o vaxtlarda
ozan-şamanlar da İslam dinini qəbul etdiklərindən,
bir dərviş tək, oxumalarında, şeirlərində islam ənənələrinin
təbliğ xidmətində
bulunmuşlar.
Beləliklə, get-gedə ozanların yerini ata və
ya baba ünvanlı
dərvişlər (F.Köprülü)
almağa başlayır. Xalq da sözügedən bu
"dərvişləri ozanlara
bənzədərək hərarətlə
qəbul edir, dediklərinə inanırdılar"
(F.Köpürlü). Odur ki, islam təəssübkeşləri,
təsəvvüf şairləri
bu dərvişlərin
repertuarını xalq
şeiri üslubunda, heca vəznində yazdıqları örnəklərlə
zənginləşdirməyə çalışırlar. Elə
Xoca Əhməd Yəsəvi də məhz belə bir vaxtda, belə
bir zəminin olduğu şəraitdə
öz "Yəsəvilik"
təriqətini yaratmış,
təsəvvüf şeirlərini
- "Hikmət"lərini xalq ədəbiyyatına,
ozan şeirinə uyğun olaraq yazmış, ideyalarını
müridlərinin - dərvişlərin
yardımı ilə məmləkətlərə yaymışdır.
Əhməd Yəsəvinin türk mədəniyyəti tarixində
böyüklüyü danılmazdır. Və bu
da aydındır ki, bu böyük
şəxsiyyət öz
bədii yaradıcılığını
başdan-başa təsəvvür
meyilləri ilə qidalandırmışdır. Açığını desək,
bizi belə bir sual da
düşündürür ki, əgər islamçılıq türk
ellərinə yayılmasaydı,
onda hələ uşaqlıqdan fitri bacarıq yiyəsi olan Əhməd Şeyc İbrahim oğlu böyüyüb kim olardı?
Çox
götür-qoydan sonra
bayaqkı tarixi zamanı və ideoloji durumu göz qabağına gətirməklə bizdə
belə bir inam yaranır ki, elə Əhməd
Şeyx İbrahim oğlu da qopuz-ozan
sənəti ustadı
Dədə Qorqud tək bir sənətkar,
şəxsiyyət olardı.
Onuntək qopuz dilləndirər,
onuntək boy boylayıb
söz söyləyir,
onuntək şamançılıq
da edər.
Söhbət açdığımız kişini şamantək tanıtmaq cəhdimiz də əsassız deyil. Belə ki, biz şamanın sehr etmək məharəti, möcüzə göstərə bilmək qabiliyyəti olduğunu arxada xatırlatmışdıq. Məsələ burasındadır ki, həmişə təsəvvür şairi, təriqət yaradıcısıtək tanıdılan Əhməd Şeyx İbrahim oğlunda da bu keyfiyyətlər vardır. Onlardan bəzilərini gözdən keçirək. Qaynaqlardan öyrənirik ki, Türküstan hökmdarı Yəsəvi qışı Səmərqənddə keçirər, yayı isə Türkmənistan dağlarında ov ovlayırmış. O, bir kərə də "Kitabi-Dədə Qorqud"dan bizə tanış olan Qaracuk dağına ova gəlir. Dağın çox girintili-çıxıntılı olması Yəsəviyə ov ovlamağa imkan vermir. Bundan bərk qəzəblənən hökmdar Qaracuk dağının ortadan götürülməsinə sərəncam verir. Kəramət sahiblərinin - valiləri, arifləri çağarırlar. Bunların üçgünlük cəhdində baxmayaraq istək hasil olmur. Nəhayət, adam göndərib Əhməd Şeyx İbrahim oğlunun doğulduğu Çimkənd yaxınlığındakı kənddən - Sayramdan çağırırlar. O, atasının cürcəyini başına örtüb dua oxuyur, seyr edir. Bu zaman göyün üzü tutulur, elə güclü yağış yağır ki, hər yanı sel-su basır. Əhməd başını cürcəyin içindən çıxarınca yağış kəsilir, hava açılır və baxıb görürlər ki, Qaracuk dağının yeri bomboşdur. Hökmdar Yəsəvi Əhməddəki bu kəraməti görüncə öz adının da onunla qoşa çəkilməsini istəyir. və elə o vaxtdan da sözügedən kəramət sahibinin adı "Əhməd Yəsəvi" şəklində deyilir.
(ardı gələn
sayımızda)
Bəhlul ABDULLA
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2018.-21 fevral.-S.7.