BALAKƏN: BU ŞƏHƏRİ SEVƏNLƏRİ SEVİNDİRMƏK

 

(əvvəli ötən saylarımızda)

 

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral və şəhər su xətlərində təmir işləri aparılmış, magistral xətlərinin 60 p/m-lik, şəhər su xətlərinin 1284 p/m-lik hissəsi dəyişdirilərək yenilənmişdir. Rayonun kəndlərində 4 artezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 6/10/0,4 kv-luq 4 ədəd yeni transformator istismara verilmiş, 38 transformator cari, 16 transformator isə əsaslı təmir edilmişdir. 10 kv-luq hava xətlərində 309 ədəd, 0,4 kv-luq hava xətlərində 468 ədəd metalya dəmir-beton dayaq basdırılmış, 36,2 km məsafədə 0,4 kv-luq elektrik verilişi xətləri SİP kabellə çəkilmişdir.

Əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 81,1 faiz, içməli suyun dəyəri 100 faiz, təbii qazın dəyəri 95,0 faiz ödənilmişdir.

Rayonun ümumtəhsil məktəblərində tədris ilinin başlanğıcında 11918 nəfər şagird təhsilə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 1586 nəfər müəllim məşğul olmuşdur. 2017-ci ildə Nizami adına şəhər 1 saylı tam orta məktəbin 2 şagirdi fənn olimpiadalarının respublika turunda tarixriyaziyyat fənləri üzrə iştirak edərək II və IV nəticəni göstərməklə mükafata layiq yerlər tutmuş, yenə həmin məktəbin məzunlarından 2 nəfəri məktəbi qızıl medalla bitirmişonlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat verilmişdir. 2017-ci ildə keçirilən qəbul imtahanlarında 341 nəfər məzun iştirak etmiş, onlardan 224 nəfəri tələbə adını qazanmışdır. Ali məktəbə qəbul olan məzunlardan 13 nəfəri 600-dən çox, 28 nəfəri isə 500-dən 600-ə qədər bal toplamışdır.

"Ölkəmizi tanıyaq" şüarı altında həyata keçirilən tur-aksiyalar davam etdirilmiş, noyabr ayında 40 nəfər fəal məktəbli cənub bölgəsinə səfər etmişdir.

Bununla belə qeyd etmək lazımdır ki, 2016-2017-ci tədris ilində nəticələri aşağı olan məktəblərimiz vardır. Xüsusilə IX siniflər arasında buraxılış imtahanlarının nəticələri aşağı olan məktəblərdə tədrisin keyfiyyəti rayon təhsil şöbəsi tərəfindən ciddi araşdırılaraq təsirli tədbirlər görülməlidir.

Hesabat dövründə əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində tədbirlər davam etdirilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən 15 fevral-15 may 2017-ci il tarixlərdə rayon əhalisinin tibbi müayinədən mütəşəkkil şəkildə keçirilməsi təmin olunmuş, müayinə nəticəsində 3394 nəfərə ambulator müalicə yazılmış, 492 nəfər stasionara yerləşdirilmiş, 212 nəfər isə Bakı şəhərinin müxtəlif klinikalarına göndərilmişdir. Müayinələr zamanı əhali arasında ürək, qan-damar, tənəffüs və oynaq xəstəliklərinin daha çox yayılması müşahidə olunmuşdur.

18 yaşadək 19556 uşaq müayinədən keçirilmiş, müxtəlif xəstəliklərlə dispanser müalicəyə cəlb edilmiş 3396 uşaqdan 3084-ü sağalaraq dispanser müalicədən çıxarılmışdır.

Görülən işlərlə yanaşı səhiyyə sahəsində göstərilən xidmətlərin yaxşılaşdırılması üçün daha çox işlər görülməlidir. Kənd həkim ambulatoriyalarının bir qismi yararsız binada yerləşir, rayon üzrə 13 həkim ştatı vakantdır, ondan da 8-i kənd həkim məntəqələrindədir, 2 kənd həkim məntəqəsində isə ümumiyyətlə həkim yoxdur.

Mədəniyyət müəssisələri daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, muzey, kitabxana informasiya sistemlərinin müasirləşdirilməsi, xalq yaradıcılığının dəstəklənməsi, muzey fondlarının zənginləşdirilməsi, qeyri-maddi mədəni irsin qorunması və yaşadılması üçün silsilə tədbirlər keçirmişdir. Əlamətdar və tarixi günlərin, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, vətənpərvərlik mövzusunda məzmunlu və rəngarəng tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi elektron səsvermə nəticəsində Balakən rayonu 2017-ci il üçün ölkənin "Gənclər paytaxtı" seçilmişdir. Bununla əlaqədar olaraq "Xəmsə" Milli İntellektual Oyunu üzrə IX Azərbaycan Çempionatının Finalı, "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans və mədəni-kütləvi tədbir, "SAY - Solidarity" həmrəylik düşərgəsi, Kompüter oyunları üzrə Azərbaycan çempionatının zona mərhələsi və s. kimi Respublika əhəmiyyətli, "Mənim ailəm" Gənclər Festivalı kimi beynəlxalq tədbirlər rayonumuzda keçirilmişdir.

Ötən dövrdə idman sahəsində 48 rayon səviyyəli idman yarışları, birincilik və turnirlər keçirilmiş, rayonun idmançıları 34 Respublika səviyyəli birincilik, çempionat və turnirlərdə iştirak etmiş, həmin yarışlarda 14 dəfə I yeri, 13 dəfə II yeri və 9 dəfə III yeri tutmaqla ümumilikdə 36 medal qazanmışlar.

Rayonda hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin təşkili diqqət mərkəzində olmuşdur. 2017-ci ildə 196 cinayət hadisəsi qeydə alınmış, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 13 fakt çox olmuşdur. Baş vermiş cinayətlərin 93 faizinin açılması təmin edilmişdir.

Sonda qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı görülmüş işləri təhlil etməklə yanaşı cari ilin prioritet istiqamətlərini də müəyyənləşdirmişdir. Ölkə Prezidenti çıxışında bölgə üçün ənənəvi əkinçilik sahələri olan tütünçülüyün, baramaçılığın, fındıqçılığın, tərəvəzçiliyin inkişafı sahəsində 2018-ci ildə qarşıda duran vəzifələri müəyyənləşdirmiş, əkin sahələrinin suvarılması, aqrar sahənin kənd təsərrüfatı texnikası ilə təmin olunması, "ABAD" layihəsinin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması və digər sahələrin inkişafı istiqamətlərini qeyd etmiş, bölgələrə sərmayələrin cəlb olunması sahəsində yerli icra orqanlarının fəal iştirakının vacib olduğunu vurğulamışdır.

Beləliklə, tütünçülük sahəsində 2018-ci ildə əkin sahələrinin artırılaraq 550 hektara çatdırılması proqnozlaşdırılır. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Tütünçülüyün inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq rayonda qurutma kameralarının tikintisinə başlanılmışdır. Bu baxımdan tütünçülüyün inkişafına xüsusi diqqət göstərilməsi olduqca vacibdir. Ona görə də, yüksək məhsuldarlığa nail olunması üçün daha ciddi əlavə tədbirlər həyata keçirilməli, tütün əkini üçün daha münbit və məhsuldar sahələr seçilməklə qış şumu işləri başa çatdırılmalı, şitilin optimal əkin müddətində sahələrə köçürülməsi təmin edilməli, bir sözlə, tütünçülüklə bağlı keçmiş illərdəki ənənələr bərpa olunmalı və bu sahədə dövlətin qarşıya qoyduğu vəzifələr tam yerinə yetirilməlidir. Fındıq əkinləri davam etdirilməli, 2018-ci təsərrüfat ilinin yaz aylarında 700 ha, payız aylarında 1000 ha olmaqla ümumilikdə 1700 ha sahədə fındıq bağları salınmalı, ötən illərdə əkilmiş bağlara xidmət olunmalıdır. 2018-ci ildə baramaçılıq üzrə hədəf 25 ton olaraq müəyyən edilmişistehsal üzrə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün kəndlər üzrə bölgü aparılmışdır.

Eyni zamanda görülən tədbirlər nəticəsində şəhərin ümumi arxitekturası daha müasir görkəm alacaq. 2018-ci ildə Uşaq İncəsənət məktəbinin tikintisi, çoxmənzilli kommunal binaların fasadının və həyətlərinin təmiri davam etdiriləcək, şəhər küçələri asfaltlanacaqdır. Balakən-Qazbinə-İtitala avtomobil yolu, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsi yenidən qurulacaq, uşaq bağçalarında təmir işləri aparılacaqdır.

Elektrik xətt təsərrüfatının yenidən qurulması, telefonlaşma, yüksək sürətli internet istifadəçilərinin sayının artırılması və başqa yeni layihələrin icrasına başlanılacaq, rayonun kəndlərində 9 artezian quyusu qazılacaqdır. Yeni layihələrin icrasına başlanılması sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək, Balakən 2018-ci ilin sonuna daha gözəl, daha müasir görkəm alaraq onu sevənləri sevindirəcəkdir.

 

Ədalət  2018.- 21 fevral.- S.4.